Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə20/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   16   17   18   19   20   21   22   23   ...   122

52-ci
gün
BÖYÜK 
SADİQLİK
Hər həftə Kloi öz vətənində olan Sepikaha 
adlı kənddə otuz kilometrdən artıq yol ge-
dir. Məsihçilərdən ibarət kiçik qrup Kloi ilə 
salamlaşır, amma kəndin böyük əksəriyyəti 
müsəlmanlardır. Kloini döyənlər radikal, 
döyüşkən müsəlmanlar idilər. 
Kloini xəstəxanaya apardılar, burada 
onun bir çox yaraları sağaldı. Polis Kloidən 
kimlərin onu döydüyünü soruşanda o dedi ki, 
heç nə bilmir. Kloi neçə illər idi ki, kor idi. 
O, xəstəxanadan çıxdıqdan bir həftə son-
ra yenə Sepikahaya qayıtdı. O, gözləri ilə 
görə bilmədiyi insanlara vəz etmək üçün 
həyatını təhlükə altına salırdı. Onun gözləri 
kor idi, amma ürəyi aydın görə bilirdi. O, ki-
çik kənddə İsaya ehtiyac olduğunu və cavan 
məsihçilərin imanda böyümək istədiklərini 
görürdü. O, hər həftə Sepikahaya qayıdır. İndi 
görə bilmədiyi üzləri bir gün göylərdə görəcək. 
Böyük “görüntü” 
FİL DİŞİ SAHİLİ: KLOİ 
Zərbələr sanki hər tərəfdən gəlirdi və Kloi özünü müdafiə etmək üçün əlləri ilə başını tutmuş-
du. Ona nə qədər adamın hücum etdiyini bilməsə də, huşunu itirdikcə hər zərbənin şappıltı 
səslərini eşidirdi. Ona hücum edənlər üstünə qışqırır, imanını və İsasını ələ salırdılar. Kloi dua 
edirdi, səssizcə Allaha fəryad edərək ona güc verməsini istəyirdi. 
Ruhani  itkin  kişilərin  və  qadınların 
ürəklərini görmək üçün rentgen lazım de-
yil.  İllər  boyu  pis  qərarlar  çıxarmaq  çox 
vaxt  böyük  səhnədə  görünür  –  insanların 
yorğun  sifətlərində  həkk  olunub.  Ruha-
ni  görüntü  ürəklərin  “gözlərini”  başqala-
rının  ehtiyaclarını  görmək  üçün  istifadə 
etməkdir.  Ətrafınızda  olan  insanların 
sifətlərində nə görürsünüz? Ya da heç ba-
xırsınızmı?  Bu  günki  mədəniyyətimizdə 
liftdə,  aeroportda,  dükanlarda  heç  vaxt 
görmədiyiniz  gözlər  ilə  rastlaşmaq  müm-
kündür.  Məsihə  ehtiyacı  olan  insanları 
görürsünüzmü?  Sizin  ruhani  gözləriniz 
ətrafınızda ehtiyac içində olanları görməyi 
öyrənibmi? Allahdan xahiş edin ki, görmək 
və hərəkət etmək üçün sizin ruhani görün-
tünüzü inkişaf etdirsin. 
Qoy O, qəlbinizin gözünü nurlandırsın.
Efes. 1:18


53
gün
BÖYÜK 
SADİQLİK
-cü
Birinci ağac istəyirdi ki, yorğun mal-qaranı 
uzun iş günündən sonra qidalandırmaq üçün 
axur olsun. Allah ağacın belə təvazökarlığına 
görə onu mükafatlandırdı. O, çox xüsusi bir 
axura – Allahın Oğlunun uzandığı bir axura 
çevrildi. 
İkinci ağac dua etdi ki, qayıq olsun. Duaya 
cavab gəldi, tezliklə onun gözəl oduncağı çox 
xüsusi bir sərnişini saxladı – Allah Oğlunu. 
Ağac İsanın şiddətli fırtınanı sakitləşdirərkən 
dediyi sözləri eşitdi: “Sakitləş, dayan.” Ağac 
belə bir səhnənin şahidi olduğuna görə öz 
həyatını dəyərli hesab etdi. 
Amma üçüncü ağacdan isə əzab vermə 
aləti kimi böyük bir çarmıx düzəltdilər. Ağac 
əvvəlcə öz taleyinə çox peşman oldu. Amma 
bir gün Nazaretli İsa onun budaqlarına mıx-
landı. Qəribə idi, çarmıx o biri çarmıxlardan 
fərqli olaraq, inilti və lənət eşitmədi. Əksinə, 
o, Allah Oğlunun sevgi və ilahi bağışlama – 
tövbə edən oğruya cənnəti açan sözlər təklif 
etdiyini eşitdi. 
Ağac sonra anladı ki, İsanın çarmıxa 
çəkilməsində onun rolu bəşəriyyətin xilasını 
təmin edib.
Böyük məsəl
ŞƏRQİ AVROPA: ÜÇ GƏNC AĞAC MƏSƏLİ 
Bir gün meşədə üç gənc ağac razılığa gəlib belə dua etdilər. Onların dua etməkdə məqsədləri 
bu idi ki, qocalıb çürüməkdənsə hansısa nəcib məqsədlər üçün istifadə olunsunlar. 
Şərqi  Avropada  gizli  məbədlərdə  üç 
ağac  məsəli  çox  vaxt  imanına  görə  əzab 
çəkənlərin  ruhlanması  üçün  danışılırdı. 
Bu  imanlılar  dözdükləri  şeylərdə  məqsədi 
görməli  idilər.  Onlar  Allahın  izzəti  üçün 
istifadə  olunmaq  istədiklərini  söyləyəndə, 
yəqin  ki,  onların  çox  böyük  ümidləri  və 
arzuları  var  idi.  Amma  belə  görünür  ki, 
təzyiq  onları  Allahın  planlarından  ayır-
mışdı. Ədalətsiz əzab belə planda necə rol 
oynaya bilər? Çarmıxın düzəldiyi ağac ki-
mi  onlar  da  anlayırlar  ki,  həyatları  üçün 
Allahın  başlıca  məqsədinə  formalaşıblar. 
Bu  nöqteyi-nəzərdən  əzab  sizin  həyatınız 
üçün Allahın planlarının pozulması deyil, 
prosesin ayrılmaz hissəsidir. 
Yalnız bununla deyil, çəkdiyimiz 
əziyyətlərlə də fəxr edirik, çünki 
bilirik ki, əziyyətdən dözüm, 
dözümdən Allaha xoş gəlmə, 
Allaha xoş gəlmədən ümid 
yaranır. Ümidimiz də boşa çıxmır, 
çünki Allah məhəbbəti bizə 
verilən Müqəddəs Ruh vasitəsilə 
ürəklərimizə tökülüb.
Roma. 5:3-5


54
BÖYÜK 
SADİQLİK
-cü
gün
Yepiskop Mixail rus ortodoks 
rəhbərlərindən və adi insanlardan ibarət 
səksən min insanın kommunistlər tərəfindən 
öldürüldüyünü görmüşdü. Bütün bu əzabların 
və ağrıların içərisində o, belə qərara gəlmişdi 
ki, əgər Allah mövcud olsaydı, belə müsibətin 
baş verməsinə yol verməzdi. 
“Mən inanmıram” – o, dəstə ilə 
qarşılaşarkən belə düşünürdü. “Çarmıxın 
mənim üçün nə mənası var? Qoy mən öz 
həyatımı qoruyum.” 
Amma o, dəstənin əmrini yerinə yetirmək 
istəyərkən ağzını açanda ağzından çıxan 
sözlər onu dəhşətə gətirdi. “Mən yalnız tək 
Allaha inanıram. Mən çarmıxı tapdalamaya-
cağam!” 
Dəstə guya padşahın geyimi kimi bir 
kisəni götürüb onun çiyinlərinə atdı və onun 
xəz papağını İsanın tikanlı tacı kimi istifadə 
etdi. Onlardan biri, Mixailin kilsəsinin keç-
miş üzvü onun qarşısında diz çöküb dedi: 
“Yəhudilərin Padşahını salamlayın.” Onlar 
növbə ilə onu döydülər və onun Allahını ələ 
saldılar. 
Yepiskop sakitcə dua etdi. “Əgər Sən 
mövcudsansa, xahiş edirəm, mənim həyatımı 
xilas elə.” O, döyülərkən yenidən qışqırdı: 
“Mən yalnız tək Allaha inanıram.” 
Mixailin imanını nümayiş etdirməsi sərxoş 
dəstəyə elə təsir etdi ki, onlar onu buraxdılar. 
O, evinə gəlib çıxanda üzüstə döşəməyə yıxı-
lıb ağlayaraq bu sözləri təkrar edirdi: “Mən 
inanıram.” 
Böyük zəiflik
RUSİYA: YEPİSKOP MİXAİL
“Əgər sən imanını inkar etsən və çarmıxı tapdalasan, azadsan” – bolşevik dəstəsi dedi. “Əgər 
dediklərimizi etməsən, səni öldürəcəyik.”
Məsihçi imanı ziddiyyətli fikirlər ilə do-
ludur. Yaşamaq üçün ölmək. Qalib gəlmək 
üçün uduzmaq. Güclü olmaq üçün zəif ol-
maq. Əslində, öz uğursuzluqlarımızı qəbul 
etməyincə,  biz  Allahın  gücünü  hiss  edə 
bilmərik.  Biz  çətinliklərdən  və  sınaqlar-
dan  keçəndə,  hətta  uzaqdan  başqalarının 
ədalətsiz əzablarının şahidi olanda, Alla-
hın  yaxşılığına  şübhə  etməyə  başlayırıq. 
Bu, insanın təbii reaksiyasıdır. Amma Al-
lah bizim insan zəifliklərimizi rədd etmir. 
O,  bizim  zəifliyimizi  Öz  gücü  ilə  bərpa 
edir. Ona görə də biz öz uğursuzluqlarımız-
da sevinə bilərik, çünki onlar bizə xatırla-
dır ki, insan gücü Allahın gücünü əvəz edə 
bilməz. Biz uğursuzluqla qarşılaşa bilərik, 
amma  bizim  həmişə  Allahımız  güclüdür. 
Siz  öz  zəifliyiniz  barədə  nə  öyrənirsiniz? 
Bu, Allahın gücü barədə sizə nə öyrədir? 
Amma O, mənə dedi:“Lütfüm sənə 
kifayətdir, çünki zəiflik olanda 
qüvvə tam olur.” 
2 Kor. 12:9


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə