Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə19/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   15   16   17   18   19   20   21   22   ...   122

49
BÖYÜK 
SADİQLİK
BÖYÜK 
SADİQLİK
Əgər siz Müqəddəs Kitabda olan üçün 
ölmək istəmirsinizsə, onda siz Müqəddəs 
Kitablar üçün pul verməli deyilsiniz. Çünki 
siz versəniz, biz daha çox Müqəddəs Kitabı 
qaçaqmalçılıq yolu ilə gətirə bilərik. Və əgər 
biz çox Müqəddəs Kitablar gətirsək, onda 
daha çox şəhidlər olacaq. 
Pastor Riçard Vurmbrand – “Şəhidlərin səsi” təşkilatının təsisçisi 
49-cu
gün


50-ci
gün
BÖYÜK 
SADİQLİK
Onun atası 1662-ci ildə ingilis qanunları-
na tabe olmaqdan imtina etmişdi, bu qanuna 
əsasən, bütün ruhani şəxslər “Ümumi dua 
kitabı”na tabe olmalı idi. Bu məsihçilərdən 
beş mini “təriqətçilər” adlanmış və imanla-
rına görə ingilis həbsxanalarında ölmüşdülər. 
Onun əri də təriqətçi idi, amma İngiltərənin 
məbədində qalmışdı. Buna görə onun anbar-
ları yandırılmışdı, hirslənmiş məbədi onu 
tutdurub həbsxanaya salmışdı. Suzanna 
bu müddət ərzində dəhşətli kasıbçılığa döz-
müşdü. Oğru hətta onların inəyinin yelinini 
kəsmişdi ki, uşaqları üçün süd olmasın. 
Bir gün dini təşkilata məxsus qəzəblənmiş 
adamlar onların damını yandırmışdı. Bütün 
ailə üzvləri qaçıb canlarını qurtarmışdılar, 
amma altı yaşlı Con pəncərədən tullanma-
ğa məcbur olmuşdu. O, yıxılsa da, sağ qal-
dı. Bu oğul Con Uesli böyüyərək Metodist 
denominasiyasının təsisçisi olmuşdu. Onun 
o biri oğlu Çarlz Uesli başqa unudulmaz 
himnlər ilə birlikdə Milad mahnısı “Mələkləri 
Dinləyin”i yazmışdı.
Suzanna Uesli sadə sözlərlə belə deyir: 
“Din öz iradəmizi deyil, Allahın iradəsini 
yerinə yetirməkdir. Cənnət və ya cəhənnəm 
yalnız bundan asılıdır.” 
Böyük ana
İNGİLTƏRƏ: SUZANNA UESLİ 
Suzannanın on doqquz uşağından onu iki yaşı olmazdan qabaq ölmüşdü və qızlarından biri 
eybəcər hala düşmüşdü. Amma o, öz gündəliyində bütün əzabları barədə yazır: “Bunlar mənə 
ruhani və əbədi xeyrim üçün yardım göstərib. Rəbbim, izzət olsun Sənə.”
“Onun  çənəsi  xalis  atasınınkıdır.”  “O, 
nənəsinə  bir  almanın  iki  yarısı  kimi  ox-
şayır.” Gözlər, qulaqlar, saçlar, əllər və ya 
başqa  cizgilər  bizi  ailə  üzvlərimiz,  hətta 
əvvəlki nəslimizlə əlaqələndirə bilər. Eləcə 
də  Allahın  ailəsinin  üzvləri  bir-biri  ilə 
əlaqəlidir.  Biz  məsihçilər  sevgi,  ümid,  se-
vinc  və  sülh  kimi  müxtəlif  xüsusiyyətlər 
ilə əlaqələnirik – bunların hər biri birbaşa 
göylərdəki mirasımızdan bizə gəlir. Məsihçi 
imanını bizə ötürən Ueslinin ailəsi kimi bi-
oloji  valideynlərimiz  və  ya  nənə-babamız 
olmasa da, Allah böyütmək və sevmək üçün 
bizə ruhani ailə verir. Sizin ruhani ananız 
və ya atanız kimdir? Sizə Məsih barəsində 
öyrədən insan. Siz kimə ruhani bacı və ya 
qardaş ola bilərsiniz? 
Səndəki riyasız imanı yadıma 
salıram. Əvvəlcə nənən Lois və 
anan Evnikinin saxladığı bu imanı, 
əminəm ki, sən də saxlayırsan. 
2 Timotey 1:5


51
gün
-ci
BÖYÜK 
SADİQLİK
Amma Nadejda öz həvəsini saxlaya 
bilmədi və tezliklə məbəd yarandı. Milis 
hətta yolları mühasirəyə almaqla məbədin 
artımının qarşısını ala bilməyəndə Nadejdanı 
həbs edib dörd illik həbsxanaya saldı. Onun 
beş uşağı ateist məktəbinə güclə göndərildi, 
bu, Nadejdaya çox əzab verdi. Amma o özü-
nü Allaha əvvəlkindən daha yaxın hiss edirdi 
və öz məhbus yoldaşlarına Məsih haqqında 
bölüşürdü. 
Məsih haqqında danışmaqdan imtina 
etmədiyinə görə onu iki aylıq təkadamlıq, 
qızdırılmamış kameraya saldılar. Bu, qışın 
tən ortasına təsadüf edirdi və Nadejdaya 
yorğan-döşək verməyə icazə yox idi. Onu 
məcbur etmişdilər ki, soyuq beton döşəmədə 
yatsın. Ümumi kameraya qayıtdıqdan sonra 
məhbus yoldaşları ondan necə dözdüyünü so-
ruşdular. O cavab verdi: “Mən soyuq beton 
döşəmədə Allaha etibar edərək yuxuya gedir-
dim və mənim ətrafım istiləşməyə başlayırdı. 
Mən Allahın qollarında dincəlirdim.” 
Böyük hərarət 
RUSİYA: NADEJDA SLOBODA 
Nadejda Sloboda öz ruh yüksəkliyini heç cür gizlədə bilmirdi. O, təzəliklə Avropadan yayım-
lanan qısadalğalı radio proqramından Məsih haqqında öyrənmişdi. Rus kəndində ilk məsihçi 
olan Nadejda bütün dostlarına ürəyini möcüzəli surətdə dəyişdirən Allah haqqında danışmaq 
istəyirdi. Amma o bilirdi ki, yerli hökumət orqanları Allah və ya məsihçilik haqqında ciddi 
şəkildə qadağan ediblər. 
Bir 
çox 
məsihçilər 
öz 
ruhani 
səyahətlərində  elə  vaxtları  yadlarına  sa-
la  bilərlər  ki,  onlar  sanki  həmin  vaxtlar 
Allah  və  Onun  Kəlamını  heç  vaxt  kifayət 
qədər əldə edə bilmədiklərini hiss edirdilər. 
Ruhani  həvəs  ikinci  təbiətdir.  Coşqunluq 
isə  daimi  dostdur.  Amma  necəsə  bu  yol-
da imanımız soyuyur. Ola bilsin ki, bizim 
ruh yüksəkliyimizi dağıdan təqibdir. Bəlkə 
bu,  şəxsi  strategiyadır.  Ya  da  ola  bilsin 
ki,  xüsusi  bir  şey  deyil  –  bu,  sadəcə,  ru-
humuzu  əzən  adi  fəaliyyətlərdir  və  ümdə 
məsələlərimizi  istifadə  edib.  Ruhani  coş-
qunluğun  alovları  indi  sadəcə  tüstülənən 
küldür?  Sizin  həvəsiniz  hərəkətsizdirmi? 
Allah  ilə  yeni  ünsiyyəti  alışdırmaq  və 
daxilimizdəki  alovu  yanacaqla  təmin 
etmək mümkündür. Bu gün ideya üçün sizi 
isitməyi Ondan xahiş edin. 
Mən fikirləşdim: “Daha Onu yada 
salmayacağam, Onun adı ilə 
danışmayacağam.” Onda Onun sözü 
sümüklərimdə həbs edilən, ürəyimdə 
yanan bir od oldu. Onu içimdə 
saxlamaqdan yoruldum, artıq bunu 
edə bilmirəm.
Yeremya 20:9


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə