Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə16/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   12   13   14   15   16   17   18   19   ...   122

40
BÖYÜK 
SADİQLİK
-cı
gün
O, məəttəl qalmışdı, çünki təzəliklə bu 
məsihçinin öldürülməsi üçün böyük mü-
kafat təklif etmişdi. İndi Endryu onun ailə 
üzvlərinə İsa barədə danışırdı. “Burada nə 
baş verir?” – o qışqırdı. “Bu kafir, Allahın 
düşməni mənim evimdə nə edir?”
Onun gəlini danışmağa başladı: “Mən 
ondan xahiş etdim ki, buraya gəlsin, çün-
ki onun İsası sənin oğluna – mənim ərimə 
şəfa verib.” O, tələsə-tələsə başına gələnləri 
danışdı. “Bilirsən, mənim həyat yoldaşım, 
on səkkiz il idi ki, xəstə idi, amma bu gün 
məsihçi Endryu gəlib onun üçün dua etdi. O, 
əllərini onun üstünə qoydu və o, yaxşı oldu! 
İsa onu sağaltdı!” 
Kişi oğlunun sevincini gördü, oğlu ona 
xəstəliyin bədənindən necə çıxması barədə 
danışdı. Neçə ay yataqda yatan oğlu indi ilk 
dəfə idi ki, ayağa qalxmışdı. On səkkiz ildə 
birinci dəfə idi ki, ağrısı yox idi. 
Kişinin qəzəbi rahatlıq və xoşbəxtlik hissi 
ilə əvəz olundu. O, həmin gün Məsihi qəbul 
etmədi, amma həmin ərazidəki məsihçilər 
üçün müttəfiq oldu və bir çoxlarının 
həbsxanaya düşməsinin və təqib olunması-
nın qarşısını aldı. Bir vaxtlar Endryunun başı 
üçün pul qoyan insan indi onu böyük sevgi 
ilə qarşılayır. 
Böyük qatil – ikinci hissə 
BANQLADEŞ: ENDRYU 
Müsəlman rəhbər öz qonaq otağına girib məsihçi müjdəçinin, Endryunun onun ailəsi ilə 
birlikdə yemək yediyini görən zaman gözləri kəlləsinə çıxdı!
Məsihçilik  bir  növ  “özün  sınaqdan  ke-
çir” həyat təcrübəsidir. Müsəlman ata evə 
daxil olanda Endryu Allahın üç şəxsiyyəti 
barəsində vəz etmirdi. O, kişinin arvadını 
və  uşaqlarını  müsəlmançılığa  inandıqları-
na  görə  günahlandırmırdı.  O,  müsəlman 
ailə üçün dua etdikdən sonra yemək yeyir-
di.  Allahın  həqiqi  olduğunu  təsdiq  etmək 
üçün  onların  boş  yataqları  var  idi.  Buna 
oxşar  olaraq,  biz  yadda  saxlamalıyıq  ki, 
Allahın həqiqətləri aydındır. Əgər biz düz-
gün  şeyləri  desək  və  etsək,  təzyiq  bizim 
üzərimizdə deyil. Biz Müjdəni başqalarına 
bəyan edəndə düzgün şeyləri etmiş oluruq. 
İsa onların ürəklərini özünə tərəf çəkəcək. 
Biz Məsihin gerçəkliyinin özü üçün danış-
masına imkan verməliyik.
Mən yerdən yuxarı 
qaldırılsam, bütün insanları 
Özümə cəzb edəcəyəm.
Yəhya 12:32


41
gün
-ci
BÖYÜK 
SADİQLİK
Cavan pastor Koçanqa öz karyerasında 
yalnız bircə vəz etmişdi. İndi isə polkovni-
kin qarşısında dayanmışdı və bilirdi ki, ölüm 
və həyatın gücü onun əlindədir. O, hörmətlə, 
amma həvəsli bir tərzdə cavab verdi. 
“Cənab, həqiqət heç vaxt qorxulu deyil. 
Fərz edək ki, sizin hökumətiniz bütün riya-
ziyyatçıların asılmasına qərar verir. Sizcə, 
onda iki üstə gəl iki neçə olar? İki üstə gəl 
iki yenə də dörd olaraq qalacaq. 
Bizdə olan həqiqət də riyazi tənlik kimi-
dir. Bu həqiqət belədir: bir Allah var, o da 
bizim sevən Atamızdır. İsa dünyanın Xilaska-
rıdır və hər bir kəsi, hətta sizi də xilas etmək 
istəyir. Biz inanırıq ki, insanları gücləndirən 
və onlara nur verən Müqəddəs Ruh var, eləcə 
də gözəl cənnət mövcuddur.”
“Sizin əzab vermək üçün nə cür qamçıla-
rınız, alətləriniz olsa da, bu həqiqət həmişə 
belə olacaq. İki üstə gəl iki dördə bərabərdir.”
Koçanqa elə döyülmüşdü ki, tanınmaz hala 
düşmüşdü və bir daha yenidən görünməmişdi. 
Başqa məhbuslar onun əzilmiş və qan içində 
üzünü tanıya bilməsələr də, göylərdə dərhal 
tanınmış və qəbul olunmuşdu. 
Böyük həqiqət 
RUMINİYA: PASTOR KOÇANQA 
“Bizim sənin başına gətirəcəyimiz şeylərdən qorxmursanmı?” – kommunist polkovniki ona 
sual verdi, onun səsində istehza və etiraz var idi. 
“Həqiqəti  söyləyin.”  Uşaqlar  bu  əmri 
erkən  yaşlarından  öyrənirlər,  amma  onun 
hikməti vaxtsızdır. Əgər biz həqiqət bildi-
yimiz  şeyi  sadəcə  bildirsək,  Məsih  üçün 
şəhadətlik  etməyə  çağırılanda  həmişə 
deməyə sözümüz olacaq. Bir çox insanlar 
çox  vaxt  Məsih  üçün  şəhadətlik  edəndə 
özlərini püxtələşməmiş hiss edirlər, deyirlər 
ki, “təlimləri” azdır. Biz qorxuruq ki, bizə 
cavabını  bilmədiyimiz  teoloji  sualları 
verərlər.  Amma  Məsihi  etiraf  etmək  dərin 
teoloji  bilikləri  tələb  etmir.  Sadəcə,  dini 
təzyiqlərə məruz qalmış insanlar kimi bil-
diyiniz şey barədə həqiqəti söyləyin. Məsih 
barədə  şəhadətlik  etmək  göründüyündən 
asandır.  Biz  uşaqlığımızda  öyrəndiyimiz 
prinsipə qayıtmalıyıq. Bizə əmr verilib ki, 
İsa Məsihi etiraf edək – həqiqəti deyək. 
İnsanlar qarşısında Məni 
iqrar edən hər kəsi Mən 
də göylərdə olan Atamın 
qarşısında iqrar edəcəyəm.
Matta 10:32


42-ci
gün
Bu, o demək deyil ki, insan imanına 
qarşı çıxanları görənə və ona hücumlar 
edilənə qədər həmin imanın mənaları 
haqda düşünməyə başlayır. Bu, o demək 
deyil ki, məbəd hansısa təhlükəli küfr ilə 
qarşılaşanda düzgün təlimin zənginliyini və 
möcüzələrini anlamağa başlayır. Bu, əslində 
tükənməz sərvətləri olan, istənilən vəziyyətə 
cavab vermək üçün yeni zənginlikləri həmişə 
hasil edə bilən məsihçiliyin xüsusiyyətidir. 
Uilyam Barkli – “Gündəlik Müqəddəs Kitab Tədqiqi” 
BÖYÜK 
SADİQLİK


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə