Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə13/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   9   10   11   12   13   14   15   16   ...   122

32-ci
gün
BÖYÜK 
SADİQLİK
Kunun cavan olduğunu görən zabit onu 
kənara çəkdi və həyatını xilas etmək üçün 
imandan dönməsini xahiş etdi. Zabitin gö-
zünün içinə baxaraq Kun cəsarətlə dedi: 
“Cənab, sizin özünüzün məsihçi olmağınız 
daha yaxşı olardı. Onda siz mənimlə birlikdə 
cənnətə gedərdiniz.” 
Zabit gözlərini zilləyərək cavan oğlanın 
imanına mat qaldı. Nəhayət, İbaraqi soruşdu: 
“Cənab, hansı çarmıx mənimdir?”
Heyrətə gəlmiş zabit iyirmi altı çarmıx-
dan ən kiçiyini göstərdi. Cavan Kun çarmıxa 
doğru qaçdı, onun qarşısında əyilib qucaqla-
dı. Əsgərlər onun əllərini və ayaqlarını çar-
mıxa mıxlayanda o, ağrıdan qışqırmadı. O, 
cəsarətlə Allahın onun üçün qoyduğu yolu 
qəbul etdi. 
1596-cı il, 23 noyabrda iyirmi altı 
məsihçinin çarmıxa çəkilməsi Yaponiyadakı 
məsihçilərin güclü təqiblər dövrünün baş-
lanğıcı idi. Növbəti yetmiş il ərzində bir 
milyona yaxın yapon məsihçi imanına görə 
öldürülmüşdü. Bir çoxları çox yetkin on iki 
yaşlı oğlan İbaraqi Kun kimi öz çarmıxlarını 
qucaqlamışdılar.
Böyük yetkinlik 
YAPONİYA: İBARAQİ KUN
Onların hər biri ittiham olunub təqsirli bilinərək ölümə məhkum olunduqdan sonra iyirmi altı 
məsihçi kobud şəkildə düzəldilmiş çarmıxların dayandığı yerə tərəf getdilər. Demək olar ki
onlar üç ay əvvəl Kiotoda həbs edilmiş və Məsihə iman etdikləri üçün ittiham olunmuşdular. 
Müttəhimlərdən birinin adı İbaraqi Kun idi.
Ruhani  yetkinlik  doğum  haqqında 
şəhadətnamə  ilə  ölçülmür.  Xronoloji  ya-
şın əminlik ilə çox az əlaqəsi var. Əslində, 
ruhani yetkinlik hər dəfə bir gün kimi öl-
çülür.  Biz  yetkinliyimizi  gündəlik  imanı-
mızı necə tətbiq edə bilməyimiz vasitəsilə 
ölçürük. Məşhur imana əks olaraq, ruhani 
yetkinlik bizim Müqəddəs Kitab barəsində 
nə qədər bilməyimiz deyil. Bir çox insanlar 
Müqəddəs Kitab ilə çox yaxından tanışdır-
lar, amma ruhani yetkinlik üçün yaddırlar. 
Müqəddəs  Kitabın  əmrlərinə  itaətkarlıq 
yetkinliyin  işarəsidir.  Bizə  ruhani  necə 
böyüdüyümüzü  bilməyə  bir  sual  kömək 
edəcək. Biz hər gün özümüzdən soruşma-
lıyıq:  “Bu  gün  dünənkindən  fərqli  olaraq 
İsaya bir az daha çox oxşayırıqmı?” Bizim 
cavabımız inkişafımızın həqiqi əksidir.
Gənc olduğun üçün qoy heç kim 
sənə xor baxmasın. Amma sözdə, 
həyat tərzində, məhəbbətdə, 
imanda, paklıqda imanlılara 
nümunə ol.
1 Timotey 4:12


33
gün
BÖYÜK 
SADİQLİK
-cü
Məsihçilər qızın çarpayısını dövrəyə al-
mışdılar. Böyük daxili yaraları olduğundan 
həkimlər onun üçün heç nə edə bilməmişdilər. 
Bir neçə həftə əvvəl imanlılar onun üçün 
ağ paltar almışdılar ki, yeni həyatını və İsa 
Məsihdə təmiz ürəyini bayram etsin. 
Onun atası qızının Məsihin davamçısı ol-
maq qərarından razı deyildi. Bir gecə sərxoş 
halda qızına hücum edərək, onu döyüb 
təpikləmişdi. O, qızını palçıqlı küçədə yerdə 
uzanmış halda qoyaraq çıxıb getmişdi. 
Qız toplantıya gəlmədiyindən məsihçi 
dostları onu axtarmağa başladılar. Onlar qızı 
huşsuz halda qalağın üstündə uzanmış halda 
tapdılar, onun əvvəlki qar kimi bəyaz paltarı 
indi qana və palçığa bulaşmışdı. Onu həkimin 
yanına apardılar, amma yaraları ağır idi. 
İndi o, öz ağ paltarını istəyirdi. 
“Paltar xarab olub” – deyə, dostları ona 
cavab verdilər. Onlar çalışdılar ki, onu həmin 
fikirdən yayındırsınlar, fikirləşirdilər ki, pal-
tarını elə vəziyyətdə görmək qızın ruhunu 
qırar.
On yaşlı qız sadə imanı ilə pıçıldadı: “Mən 
İsaya paltarımı göstərmək istəyirəm. O, 
mənin üçün qan axıtmağa razı idi. Mən də 
göstərmək istəyirəm ki, Onun üçün qan axıtma-
ğa razıyam.”Qısa bir müddətdən sonra qız öldü.
Böyük razılıq
FİLİPPİN: CAVAN QIZ 
“Mənim paltarım” – deyə, cavan qız pıçıldadı, bu sözlər onun şişmiş dodaqlarından güclə 
qopub çıxdı. “Xahiş edirəm, mənim paltarımı verin. Onu əlimdə tutmaq istəyirəm.”
Allah bizim bacarığımızla maraqlanmır. 
Biz istedadlı, çoxlu ehtiyatlara malik, var-
lı  ola  bilərik.  Amma  Allahın  xidmətində 
müxtəlif  bacarıqlarımızı  təklif  etmək  ya-
rarlılığımızı təklif etmək kimi deyil. Bizim 
bacarıqlarımız  özümüzə  aiddir  –  biz  Al-
lah üçün bunu və ya onu edə bilərik. Bu-
na əks olaraq, bizim yararlılığımız yalnız 
Allaha  aiddir  –  biz  yalnız  təsəvvür  edə 
bilərik  ki,  Allah  öz  xidmətində  bizi  necə 
istifadə edəcək. Allah üçün yararlı olmaq 
nəyin bahasına olursa olsun, itaət etməyə 
razı  olmaqdır.  Allah  istəyir  ki,  bizim  xü-
susi  bacarıqlarımıza  baxmayaraq,  ona 
xidmət  etməyə  razı  olaq.  Bizim  belə  razı 
olmağımız  necə  ola  bilər?  Bu  da  Allahın 
hədiyyəsidir. Allah bizə Onun üçün yarar-
lı olmaq “istəməyimizi” – iradəmizi və ya 
arzumuzu verir.
Çünki sizdə fəaliyyət göstərən 
Allahdır, belə ki, Onun xoş məramını 
həm istəyəsiniz, həm də bunun üçün 
fəaliyyət göstərəsiniz.
Filip. 2:13


34
BÖYÜK 
SADİQLİK
-cü
gün
Alov tam gur yananda qəfildən Ceymsin 
qolundan tutub onu alova atmaq istəyəndə o, 
təəccübləndi və qorxuya düşdü. O, qaçmağa 
çalışdı. Amma əsgərlər çox güclü idilər və 
bir göz qırpımında onun əllərini və ayaqlarını 
bağladılar. 
“Sənə xoş xəbərimiz var, oğlan” – bir 
əsgər cavab verdi. “Biz sənin yaşamağına 
imkan verəcəyik. Amma sən müsəlman ol-
maqla bizə qoşulmalısan.”
“Mən müsəlman ola bilmərəm” – Ceyms 
sadə səslə cavab verdi. “Mən məsihçiyəm.”
Oğlanım imanını görüb qəzəblənən 
əsgərlər onu qaldırıb alova tulladılar. On-
lar Ceymsin öləcəyini güman edərək, şey-
şüylərini yığıb oradan çıxıb getdilər. 
Ceyms isə ölmədi. O, bir təhər fırlanaraq 
alovdan kənara çəkildi və kömək tapdı. 
Həkimlər Ceymsin həyatını xilas edə 
bildilər, amma o, həmişə həmin günün 
xatirələrini daşıyacaq. Onun bədənində yan-
mış toxumaların yeri və çapıqlar qalıb, həm 
də bir qolu qismən alovdan deformasiya-
ya uğrayıb. Göylərdə həmin çapıqlar şərəf 
izləri olacaq, Ceyms Cedanın Məsihə arxa 
çevirmədiyi günü xatırladacaq.
Böyük xatirə 
SUDAN: CEYMS CEDA 
“Bir az odun yığın!” – deyə, əsgərlər qışqıra-qışqıra danışdılar. Cavan Ceyms Ceda güman 
etdi ki, onlar yemək bişirmək istəyirlər. O, həmin gün bir az əvvəl Cənubi Sudanda radikal 
müsəlman əsgərlərinin onun valideynlərini və dörd bacı-qardaşını necə öldürdüklərinə 
baxaraq dəhşətə düşmüşdü. Onlar Ceymsdən bir işçi kimi istifadə etmək məqsədilə onu 
öldürməmişdilər.
Bir çox insanlar suvenirləri çox sevirlər. 
Elə  insanlar  var  ki,  səyahətdə  olduğu 
ərazinin aeroportundan və ya qatar stansi-
yalarından suvenir almasa, dayana bilməz. 
Amma bizim mənalı həyat təcrübəmizi bizə 
xatırladan  şey  nədir?  –  bu,  Məsihə  həsr 
olunmamızdır.  Bəziləri  mənəviyyatları  ilə 
barışığa  gedə  bilmədiklərinə  görə  rədd 
etdikləri  inkişafı  xatırlamaq  üçün  maaş-
larına  baxırlar.  Başqaları  sinif  otaqları-
na  baxanda  ilk  dəfə  təqibin  nə  olduğunu 
öyrəndikləri vaxtı xatırlayacaqlar. Digərləri 
isə  imanlıların  qəbir  daşını  görüb  həsr 
olunmanın nə olduğunu xatırlayacaqlar. Bu 
“suvenirlər” İsa Məsihdə imanın qiymətini 
xatırladan  hədsiz  dəyərli  xatirələrdir.  
Sizi hər dəfə yada salanda 
Allahıma şükür edirəm.
Filip. 1:3


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə