Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə15/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   11   12   13   14   15   16   17   18   ...   122

38-ci
gün
BÖYÜK 
SADİQLİK
“Məhəmməd ən böyük peyğəmbərdir”- 
onlar məsihçilərə izah etməyə başladılar. “O, 
Məsihdən çox-çox sonralar yaşayıb və Alla-
hın sonuncu peyğəmbəridir.” 
Məsihçilər diqqətlə qulaq asdılar və cavab 
verdilər: “Sizin öz qanun sisteminizdə qanuni-
lik şahidlərin sayı ilə təyin edilir, İsa Məsihin 
gəlişi barədə Musadan vəftizçi Yəhyaya 
qədər şəhadətliklər olub. Məhəmməd isə yal-
nız özü barədə şəhadətlik edib.” 
Məəttəl qalmış dindarlar fərqli hücumlara 
çalışdılar. 
“Şübhəsiz ki, Allah tərəfindən nazil olan 
bir dindir, çünki bizim imperiyamız məsihçilər 
tərəfindən idarə olunan torpaqlardan daha 
böyükdür,” – özlərindən razı halda güldülər.
“Əgər bu, doğrudursa, onda Misirin, Yu-
nanıstanın və Romanın bütlərə sitayişi həqiqi 
iman olardı, çünki bir vaxtlar onların ən bö-
yük imperiyaları var idi. Aydındır ki, sizin 
qələbəniz, gücünüz və zənginliyiniz imanı-
nızın həqiqiliyini təsdiqləmir. Biz bilirik ki
Allah bəzən məsihçilərə qələbə verir, bəzən 
isə onları əzabda və işgəncədə saxlayır” – 
məsihçilər cavab verdilər. 
845-ci ildə Yaxın Şərqin Ammoriya 
şəhərinin yaxınlığında müsəlmanlar nəhayət 
məsihçilərin Məhəmmədi qəbul etmədiklərini 
anlayaraq bu fikirdən əl çəkdilər. Həmin yed-
di məsihçinin boyunları vuruldu və bədənləri 
isə Fərat çayına atıldı.
Böyük şahidlər 
AMMORİYA: YEDDİ MƏHBUS 
Yeddi il idi ki, radikal müsəlman dindarları “kafirləri” islama inandırmağa çalışırdılar. Amma 
qaranlıq həbsxanada oturmuş məsihçilər imandan dönmürdülər.
İsa bizə əmr edib ki, bütün cavabları əldə 
etməyə çalışmayaq, onların şahidləri olaq. 
Sizin  imansız  şəxsə  deyə  biləcəyiniz  ən 
güclü söz budur: “Mən bilmirəm.” Əlbəttə, 
sizin  cavabınız,  hətta  bir  çox  imansızla-
rın  şübhələrinə  və  suallarına  cavabınız 
ola  bilər.  Amma  həyat  təcrübəsi  göstərir 
ki,  sizin  məlumatınıza  həmişə  təkziblər 
olacaq.  Əgər  siz  “cavabları”  bilmədiyiniz 
şəhadətlik  məqamına  gəlib  çıxsanız, 
belə  də  cavab  verin.  Sonra  mübahisə  edə 
bilmədiyiniz  bir  şeyin  üzərində  fikrinizi 
cəmləyin:  şəhadətliyiniz.  Sizin  İsa  Məsih 
ilə  həyat  təcrübəniz  və  sizin  həyatınızda 
etdikləri  danılmazdır.  Siz  bu  mövzu  üzrə 
mütəxəssissiniz. Effektli şəhadətlik sadəcə 
hekayənizi bölüşməkdir.
Amma Müqəddəs Ruh üzərinizə 
enəndə siz qüvvə alacaqsınız və 
Yerusəlimdə, bütün Yəhudeya 
və Samariyada, həmçinin
yer üzünün qurtaracağınadək 
hər yerdə Mənim şahidlərim 
olacaqsınız. 
Həv. İş. 1:8


39
BÖYÜK 
SADİQLİK
-cu
gün
Hirsli, radikal müsəlmanlardan ibarət izdi-
ham məbəd binasını əhatəyə alıb, pəncərələri 
sındırır və məsihçilərə qarşı qəzəblərini 
bildirirdilər. Məbədin pastoru olan Petrusun 
atası, eləcə də anası, bacısı, əmisi oğlu və 
məbəd işçisi içəridə idilər. Petrusun atası 
izdihamı sakitləşdirməyə çalışdı, amma on-
lar çıxıb getmədilər. O, Allahın müdafiəsini 
və köməyini xahiş edərək dua etmək üçün 
yenidən içəriyə girdi.
Qana susayan izdiham binaya od vurdu 
və içəridən çıxmaq istəyən insanlara hücum 
etmək üçün gözləyərək öz mahnılarını oxu-
dular. İndoneziya polisi hansısa bir tədbir 
görməkdə çox qorxurdu. Hərbi xidmətçilər 
gəlmədilər. Bu, keçən on il ərzində beş 
yüzdən artıq məbədin yandırıldığı bir ölkədə 
digər bir məbəd idi. 
Petrus bir neçə saat sonra hadisə yerinə 
gəlib çıxanda məbəd külün içində idi. Onun 
əzizlərinin cəsədləri elə yanmışdı ki, tanın-
maz hala düşmüşdü. 
Sonralar hökumət Petrusdan üzr istədi, 
amma xahiş etdi ki, qisas almasın. Petru-
sun arzusu qisas almaq deyil, sevməkdir. O, 
ölkəsində olan müsəlmanların Məsihin pad-
şahlığına gəlməsini istəyir.
Böyük yəqinlik 
İNDONEZİYA: PETRUS 
Bu yaxınlarda verdiyi müsahibədə indoneziyalı məsihçi Petrus heyrətləndirici bir fikir 
söyləyir: “Bizdə İsa olduğuna görə məsihçi olmaq çətin deyil, düzdür, çoxlu təzyiqlər var.” 
Onun fikirləri bir çoxlarımıza aydın olsa da, Məsihin ardınca getmək Petrusdan böyük  
qurban tələb edib. 
Təqib  çox  vaxt  təbii  instinkt  ilə  ruha-
ni  yəqinlik  arasındakı  vuruşda  sonuncu 
döyüş  meydanıdır.  İnstinkt  özünümüdafiə 
ilə  maraqlanır.  Yəqinlik  bizim  öz  maraq-
larımızdan  üstündür.  İnstinkt  bizə  pislik 
edənlərdən qisas almağı söyləyir. Yəqinlik 
bizi təqib edənlər ilə əlaqədar ruhani ehti-
yacları bizə xatırladır. Bizlərdən çoxumuz 
imanına  görə  əzizlərimizin  öldürüldüyü-
nü  gördükdən  sonra  Petrusun  yəqinliyini 
bölüşməkdə  instinktiv  baxımdan  çətinlik 
çəkər.  Amma  Petrus  üçün  Məsihin  ardın-
ca  getməkdən  başqa  bir  seçim  mümkün 
deyildi.  O,  necə  Məsihin  ardınca  gedə 
bilməzdi?  Onun  hekayəsi  təsdiq  edir  ki, 
bizim yəqinliyimiz instinktlərimiz üzərində 
hökmranlıq  edə  bilər.  Amma  bu,  yalnız 
təbii  meyillərimiz  Məsihin  güclü  sevgisi 
tərəfindən dəyişiləndə olur – təqibin döyüş 
meydanının ortasında qələbə.
Ona görə ki, yaydığımız Müjdə 
yalnız sözlə deyil, qüvvə 
ilə, Müqəddəs Ruhla və çox 
inandırıcılıqla sizə çatıb. 
1 Salonik. 1:5


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə