Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə17/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   13   14   15   16   17   18   19   20   ...   122

43
gün
BÖYÜK 
SADİQLİK
-cü
Rus əsgərlərindən bəzilərinin yaşları on 
altıdan çox deyildi, onlar gülüb fit çalırdılar, 
xüsusilə də pəncərədən içəriyə nəsə tullayan 
gözəl gənc qızlara baxırdılar. Onlar içəriyə 
tullanmış kitabçaları tutdular, hərbi qatarın 
içinə atılan kitabçaların nə haqqında oldu-
ğunu bilmək istəyirdilər. Dövlət məmuru 
maşına oturan kimi əsgərlər tez kitabçaları 
ciblərinə soxdular. Tezliklə onlar qəribə ki-
tabçanı oxuyacaq və “Padşah” barədə daha 
çox şey biləcəkdilər. 
Qatar platformasında isə toplaşmış 
məsihçilər həyəcan içində olsalar da, 
gülürdülər. Dövlət məmuru o biri tərəfə 
gedəndən sonra oğlan paltosunu çıxardı, çün-
ki onun içərisində heç nə qalmamışdı. Onun 
Rumıniyanın qatar stansiyasına gətirdiyi 
bütün kitabçalar indi qatarın içində idi, ki-
tabçalar kommunist ölkəsi olan Rusiyanın 
içərisinə gedib çıxacaqdı. 
Qatar müjdəçiliyi Riçard Vurmbrandın 
müjdəçilik metodlarından biri idi. Ruslara 
Məsihi çatdırmaq üçün o, məbədin gənclərinə 
bu metodu öyrətmişdi. Bu “müttəfiqlər” 
onun ölkəsinin bütün sərvətlərini oğurlayırdı 
və xalqından olan bir çox insanları öldürür-
dü, amma buna baxmayaraq, Riçard əsgərləri 
sevə-sevə qəbul etmişdi. O, hər bir əsgərdə 
müjdəçilik ərazisini görürdü və qəlbləri qa-
zanmaq üçün imkan axtarırdı. 
Daha böyük müjdəçilər 
RUMINİYA: PASTOR RİÇARD VURMBRAND 
Qatar stansiyadan yola düşməyə çıxan kimi platformada dayanan məsihçilər paltolarının 
düymələrini açdılar və yüzlərlə müjdəçilik kitabçalarını çıxardılar. Onlar cəld halda açıq 
pəncərələrdən içəridəki rus hərbi bölmələrinə kitabçaları tulladılar. 
Missiya daha çox yer deyil, münasibətdir 
–  bir  insanın  həyata  yanaşmasıdır. 
Müjdəçi  sadəcə  bu  qərarı  və  yeganə 
məqsədi həyata keçirən şəxsdir və gündəlik 
həyatda  ifadə  edəndir.  Riçard  Vurmbrand 
missiya  adamı  idi,  onun  bu  qızğın  həvəsi 
onun  məqsədliliyini  görən  bütün  gənclərə 
yayılmışdı.  Bu  baxımdan  biz  hamımız 
müjdəçilərik  –  harada  xidmət  ediriksə, 
həmin yerdə Məsihin səfirləriyik. Missiya-
ya  başlamaq  o  deməkdir  ki,  Allahın  pad-
şahlığı  üçün  yeni  imkanlara  həmişə  ayıq 
olmalısınız.  İşdə  su  içərkən.  Ərzaq  mağa-
zasında. Sərnişin qatarında və ya avtobu-
sunda.  Məktəbdə.  Siz  Allahın  padşahlığı-
na yardım etməyə qərar verəndə gündəlik 
dünya sizin missiyanızdır. 
Allahın kəlamını vəz edəsən
hansı vaxt olursa-olsun hazır 
olasan, insanlara tam səbirlə 
təlim öyrədərək məzəmmət, 
xəbərdarlıq və nəsihət verəsən.
2 Timotey 4:2


44
BÖYÜK 
SADİQLİK
-cü
gün
Stenli cəsarətlə vəz edirdi. İnsanları 
Məsihə səsləyirdi və bütləri, eləcə də köhnə 
həyatlarından qalan “müqəddəs şeyləri” yan-
dırmağı xahiş edirdi. Bir müsəlman öz bütü-
nü yandırdı, amma onun içərisində Quranın 
yazıları var idi. Radikal müsəlmanlar bunu 
eşidəndə onlar yerli hökumət orqanlarına 
xəbər verdilər və Stenli dərhal həbs olundu. 
Stenli dəhşətli surətdə döyülməsinə və 
koma vəziyyətində qalmasına baxmayaraq, 
oxuduğu məktəbin müəllimi pastor Sivi onu 
görməyə gəldi və gözlərindən yaş axaraq 
şəhadətlik etdi. Üstündən çox keçməmiş 
Stenli yaralarından öldü. 
Amma Stenlinin ölümü belə onun 
xidmətini sona yetirmədi. Özünün yaşadığı 
doğma kəndində Stenlinin başına gələnlər da-
nışılanda on bir müsəlman Məsihi bir Xilas-
kar kimi qəbul etdilər. Əlli üç kənd Müqəddəs 
Kitab məktəbində oxumağa qərar verdilər, 
onlardan yeddisi öz xahişləri ilə Stenlinin 
öldüyü kənddə müjdəçilik etməyə göndərildi.
Müjdənin alovunu söndürmək istəyən 
kəndin məmurları Stenlinin həyatını məhv 
etdilər. Amma onların bu vəhşiliklərinin 
içərisində Allahın əli iş görürdü. Bu gün 
Müjdənin alovları həmin kənddə çox gur yanır. 
Böyük miras
İNDONEZİYA: STENLİ 
İndoneziyanın ucqar adalarının birində Stenli qayıqdan düşəndə ruhani qaranlığı hiss etdi. 
İnsanlar cadugərlik və islam ilə məşğul idilər. Stenli yenicə Müqəddəs Kitab məktəbini 
bitirmişdi və Allahın onun üçün olan çağırışına cavab verməyə hazır idi. O, bu adada yaşayan 
insanlara Məsihi çatdırmaq istəyirdi. 
“Nuru yanar halda saxla.” Məsihin bü-
tün davamçıları dünyanı tərk edərkən bunu 
etməlidirlər. Özünü həsr etmiş məsihçi qa-
ranlıqda  itib  batmış  dünyada  nuru  qoyub 
gedir. Buna mirası qoyub getmək deyirlər. 
Biz filmlərdə, idmanda və ya başqa ictimai 
sahələrdə  miras  qoyub  gedən  məşhur  in-
sanlar barədə çox eşitmişik. Amma bir çox 
məsihçilərin  həyatı  anonimlikdə  sönərkən 
onların sadiq nurları bütün dünyada hələ 
də gur yanır. Onların iman, saflıq, ümid və 
sevgi mirası ölümləri vasitəsilə itə bilməz. 
Əslində,  ölüm  –  alovu  hətta  sürətləndirə 
bilər.  Belə  miras  çox  vaxt  yaşayanlar 
tərəfindən təqlid olunur. 
Siz dünyanın nurusunuz. Dağın 
zirvəsində qurulan şəhər gizli 
qala bilməz.
Matta 5:14


45
gün
-ci
BÖYÜK 
SADİQLİK
Onlar öz dərslərini bitirdikdən sonra 
Stenlinin anası və bacısı onun öldüyü kəndə 
getməyi planlaşdırdılar. Anası ümid edirdi ki, 
hətta oğlunu ölüncəyə qədər döyən kişilərlə 
Məsihin sevgisini bölüşsün. Məktəbə gələn 
qonaq onun planlarını eşidəndə təəccübləndi. 
“Sən qorxmursan ki, ölərsən?” – o, qadından 
soruşdu. 
Qadın sualı eşidəndə bir az çaşqınlığa düş-
dü, sanki əvvəllər bunu heç düşünməmişdi. 
“Nəyə görə ölməkdən qorxmalıyam?” – o, 
sadəcə, cavab verdi. 
Onun Allahın yaxşılığına olan imanı tam 
idi. Əgər Allah onun oğlunun öldüyü kənddə 
qadını istifadə etmək istəyirdisə, qoy elə də 
olsun. Əgər Allah qadının orada ölməsinə 
yol versə, o, bu çağırışı qəbul edəcək. Qa-
dının ölümü onu sevdiyi Məsihin hüzuruna 
gətirəcəkdi. Ölüm cəza və ya maneə deyil, 
sadəcə, Allahın əbədi hüzuruna girişdir. 
Böyük ailə 
İNDONEZİYA: STENLİNİN ANASI 
Qadın qızı ilə birlikdə Müqəddəs Kitab məktəbini bir ay idi ki, bitirmişdi. Bu məktəb oğlu 
Stenlinin İndoneziyadakı başqa adaya müjdəçi kimi getməsindən qabaq bitirdiyi həmin 
məktəb idi. Stenli Müjdəni paylaşdığına görə öldürüldü, amma onun şəhadətliyi bir çoxlarının 
Müqəddəs Kitab məktəbinə getməsinə və Allahın sevgisini bölüşməkdə Onun çağırışını qəbul 
etməsinə yol açdı. 
Ölümlə  üzləşmək  bizə  gölün  kənarında 
dayanan  uşaqları  xatırlada  bilər.  Biz 
çiyinlərimizi  dərhal  yığırıq,  naməlum  şe-
yin  necə  olacağından  titrəyirik.  Görəsən, 
ağrıdacaq? Görəsən, bunu keçə biləcəyəm? 
Biz  bu  qeyri-müəyyənliklərə  görə  əvvəlcə 
tullanmaq  istəmirik.  Biz  tullanmaya 
bilərik.  Tarix  həyat  və  ölüm  arasında 
sərhəddən  tullanmış  ailə  üzvləri  ilə  dolu-
dur. Onlar öz məqsədlərinə tamamilə əmin 
bir  tərzdə  ölüblər.  Əslində,  İsa  Məsih  heç 
kimin  getmədiyi  bir  yerə  gedib.  Məsih 
məsihçi  ailəsinin  başıdır,  bizim  ölümümü-
zün dəhşətini götürüb onu əminlik ilə əvəz 
edib. Suya atılmaq üçün çağırışı gözləyin. 
Su əladır. 
Ey ölüm, qələbən hanı?  
Ey ölüm, neştərin hanı?
1 Kor. 15:55


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə