Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə25/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   21   22   23   24   25   26   27   28   ...   122

68-ci
gün
BÖYÜK 
SADİQLİK
Məhbusun qarşısında olan sənəd başqa 
məsihçilər haqqında ittihamlardan ibarət idi. 
O biri imanlıları tutmaq üçün onun imzası 
kifayət idi. 
“Mən bu vərəqi imzalaya bilmərəm” – 
məsihçi məmurun gözlərinə baxaraq sakitcə 
dedi. 
“Nəyə görə?” – kişini söyməzdən qabaq 
kapitan sakit tonda soruşdu. “Öz adını yaza 
bilmirsən?” 
“Zəncirə görə, dostum. Zəncir bunu imza-
lamaqdan məni saxlayır.”
Məhbusun əllərindən kobud tərzdə tuta-
raq, məmur onları sifətinin qabağına gətirdi. 
“Axı sənin əllərin zəncirli deyil, səfeh!” – o 
qışqırdı. 
“Axı, zəncirliyəm” – məsihçi söylədi. 
“Mən əsrlər boyu həyatlarını Məsihə ver-
miş insanların şəhadətliklərinin zəncirləri ilə 
bağlanmışam. Mən, sadəcə olaraq, həmin 
zəncirdə başqa bir halqayam və ona görə də 
onu qırmayacağam.”
Məmur onu hədələsə və döysə də, məhbus 
imza atmaqdan imtina etdi. 
Böyük zəncirlər 
KUBA: MƏSİHÇİ MƏHBUS 
“Sənədə qol çək!” – kubalı məmur məsihçi məhbusun əlinə qələmi güclə verərək, qışqırdı. 
“Sənədə qol çək!” 
Məsihçi  şəhidlər  dəhşətli  vəziyyətlərin 
içərisində  ağlasığmaz  tarazlığın  zəngin 
şəhadətliyini  qoyub  gedirlər.  Onlar 
qəhrəmanların  gücünə  malikdirlər.  On-
ların  sözləri  hikmətlidir.  Onların  sakit-
liyi  dəyişməzdir.  Tomas  Akvinas  yazır: 
“Səlahiyyətli  şəxslər  qarşısında  şəhidlər 
tərəfindən deyilmiş sözlər insan sözləri de-
yil, bu, insanın əminliyinin sadə ifadəsidir, 
amma sözlər Müqəddəs Ruh vasitəsilə İsa-
nın  adını  etiraf  edənlər  tərəfindən  bəyan 
edilib.” Həyatbəhəyat, halqabahalqa təzyiq 
içərisində Müqəddəs Ruhun gücü vasitəsilə 
deyilmiş  sözlər  güclü  şəhadətçiliyi  yara-
dır. Sizdə də həmçinin, öz səhifənizə əlavə 
etmək üçün potensialınız var. Siz də iman-
lıların zəncirində halqasınız. Bu zəncirdə 
birlikdə qalacaqsınızmı? 
Buna görə bu qədər böyük 
şahidlər buludu ilə əhatə 
olunduğumuz üçün…
qarşımızdakı yarışda dözümlə 
qaçaq.
İbr. 12:1


69
gün
BÖYÜK 
SADİQLİK
-cu
Sonra hakim ona danışmaq üçün son söz 
verdi. O, çox gözləyirdi ki, gənc qadın göz 
yaşları içində mərhəmət üçün yalvarsın. 
Bəlkə o, Allaha olan öz gülünc imanından 
dönər.
Nicolenin gözlərindən yaş axmırdı. Onun 
üzü parlayırdı və üzündə gözəl təbəssüm ya-
ranmağa başladı. Onun gözləri hətta ittiham-
çılarına qarşı mehribanlıqla dolu idi. 
“Bu, həyatımda ən xoşbəxt gündür” – it-
tiham olunan qadın söylədi. “Mən həqiqətə 
və insanlara qarşı sevgimə görə ittiham olu-
nuram.”
İndi məhkəmə zalında olan hər bir göz 
onun üzərində idi. Mənim həsəd oyadan 
taleyim, izzətli qismətim var. Mənim bu 
məhkəmə zalındakı ittihamım mənim əsas 
qələbəm olacaq.”
Onun səsində olan yanğı aydın hiss olu-
nurdu. “Mən peşmanam ki, insanlar üçün 
az şeylər etmişəm. Gəlin bir-birimizi sevək, 
onda hamımız şad olarıq. Yalnız sevgisi ol-
mayan insan kədərli olacaq.”
O, hakimdən diqqətini çəkib məhkəməni 
müşahidə edən başqa imanlıların gözlərinin 
içinə baxdı. “Biz pisliyi ittiham etməliyik, am-
ma insanları, hətta səhv edənləri sevməliyik. 
Bunu yalnız İsa Məsihin məktəbində öyrənə 
bilərsiniz.” 
Böyük məktəb 
LİTVA: NİCOLE SADUNAYT 
Əhval-ruhiyyə tutqun və ağır idi. Litva məhkəməsi Nicole Sadunayt üçün hökm çıxarmağa 
yığışmışdı. Onun “cinayəti” başqa imanlılar kimi kommunist dövlətində məsihçi olmaq idi. 
Məsihə  görə  təqib  olunanlar  haqqın-
da  öyrənərkən  qeydlər  edin.  Bölmələrə 
ayırın.  Evlərimizin  və  cəmiyyətlərimizin 
təhlükəsiz  yerlərində  məsihçi  şəhidlərin 
hekayələri barədə oxuya bilərik. Biz hətta 
səhifələri çevirdikcə diksinə bilərik. Amma 
İsa Məsihin məktəbinə yazılmağa hazırıq-
mı?  Təzyiqin  tənha  yolunda  addımlayan-
lar ilə yan-yana tədqiq etməyə hazırıqmı? 
Biz  iman,  sevgi,  müqəddəslik  və  dözüm 
haqqında onlardan öyrəndiklərimizi tətbiq 
etməliyik.  Yalnız  başqalarının  həyat 
təcrübələri  vasitəsilə  Məsihin  əzablarını 
dərk  edən  zaman  özümüzü  “məsihçilər”, 
yəni  “kiçik  Məsihlər”  adlandıra  bilərik. 
Yalnız onda biz imtahan verməyə hazırıq. 
Mənim boyunduruğumu 
üzərinizə götürün və 
Məndən öyrənin. 
Matta 11:29


gün
70
BÖYÜK 
SADİQLİK
-ci
Əzab günahın qarşısını ala bilər, amma 
günah heç vaxt əzabın qarşısını ala bilməz. 
1800-cü ildə nəşr olunmuş Foksun “Şəhidlər”  
kitabından əl ilə yazılmış qeyd  


71
gün
-ci
BÖYÜK 
SADİQLİK
Vurmbrand pozduğu bütün həbsxana 
qaydalarını oturub sakitcə yazdı. Yazıb qur-
tardıqdan sonra o, bir abzas da əlavə etdi: 
“Mən heç vaxt kommunistlərə qarşı danış-
mamışam. Mən Məsihin şagirdiyəm, O, bizə 
düşmənlərimizi sevməyi öyrədib. Mən onları 
başa düşürəm və onların tövbə etməsi üçün 
dua edirəm ki, onlar da mənim imanlı qar-
daşlarım olsunlar.” O, vərəqin aşağısında 
cəsarətlə qol çəkdi. 
Qrusi “bildiriş”i oxudu. O, səhifənin axı-
rına yaxınlaşanadək üzü yumşaldı, Vurm-
brandın onu həbs edən və işgəncə verən 
hökuməti sevdiyini oxuyanda təsirləndi. “Bu 
sevgi – heç kimin riayət edə bilmədiyi sizin 
məsihçi əmrlərinizdən biridir.”
“Bu, əmrə əməl etmək məsələsi deyil” 
– Riçard mülayimcəsinə cavab verdi. “Mən 
məsihçi olanda sanki yenidən doğulmuşdum, 
sevgi ilə dolu idim. Necə ki, bulaqdan yalnız 
su çıxır, eləcə də sevən ürəkdən sevgi çıxa 
bilər.” 
Növbəti aylarda Vurmbrand Məsihin sev-
gisi barədə leytenant Qrusiyə çox danışdı, 
nəhayət o, Məsihi qəbul etdi! 
Böyük bildiriş
RUMINİYA: PASTOR RİÇARD VURMBRAND 
“Siz yalan danışırsınız!” – leytenant Qrusi məhbus pastor Riçard Vurmbrandın üstünə qış-
qırdı. “Öz məsihçi fəaliyyətlərin və məbəddə olan başqaları haqqında bizə danış! Burada siz 
həbsxanada pozduğunuz bütün qaydaları yazmalısınız.” 
Məsihdə imanınızı bəyan etmək, sadəcə, 
başqalarının eşitməsi və qəbul etməsi üçün 
kifayət  qədər  ucadan  söyləməkdir.  Bu,  o 
demək  deyil  ki,  siz  insanları  təhqir  edir-
siniz. Bu, o deməkdir ki, siz həddən artıq 
ünsiyyət  sevən  insansınız.  Siz  sadəcə  İsa 
Məsih haqqında başqalarının oxuması üçün 
açıq  kitabsınız  və  hazırsınız  ki,  istənilən 
vaxt  sizi  oxusunlar.  Biz  çox  vaxt  Məsih 
üçün  şəhadətliyimizdə  qətiyyətsiz  olu-
ruq.  Biz  insanları  incitmək  istəmirik.  Biz 
istəmirik ki, bizi pis mənada başa düşsünlər. 
Amma  bizim  sakit  şəhadətliyimiz  kiminsə 
Məsihə  iman  etməsi  imkanını  əldən  verə 
bilər. Sizin üçün bu gün Məsihə imanınızı 
bəyan etmək nə deməkdir? Siz Allahın lütf 
xəbərini kimə çatdıra bilərsiniz? 
İndi, ya Rəbb, onların etdikləri 
hədə-qorxuya bax! Biz qullarına 
güc ver ki, Sənin sözlərini tam 
cəsarətlə yayaq.
Həv. İş. 4:29


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə