Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə23/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   19   20   21   22   23   24   25   26   ...   122

61
gün
-ci
BÖYÜK 
SADİQLİK
Mənim əziz Mariyam, nəhayət sənə yenə 
də məktub yazmaq üçün imkan tapdım. Mən 
çox sevinirəm ki, həmin o bacı özünü indi 
yaxşı hiss edir. Biz başqa bir düşərgəyə kö-
çürülmüşük. 
Yadındadır, keçən məktubumda vəftiz ol-
mağımdan yazmışdım. Amma mən Məsihi 
qəbul etməzdən əvvəl sənin xətrinə dəydiyim 
üçün heç imkan olmayıb ki, səndən üzr 
istəyim. Bu gün mənim məsihçi olmağım 
yalnız sənin bağışlama hərəkətinə görə olub. 
Xahiş edirəm ki, məni bağışlayasan. 
Həm də mənə göndərdiyin bütün bağla-
malara görə sənə təşəkkürümü bildirirəm. Ən 
çox sənə minnətdarlığımı bildirirəm ki, mənə 
Müqəddəs Kitab göndərmisən. Rəbb mənə öz 
müqəddəs sevgisinin dərin sirlərini aşkar et-
diyi üçün özümü dünyanın ən xoşbəxt insanı 
hesab edirəm. Dözdüyüm bu əzabları xüsusi 
lütf sayıram. Mən şadam ki, Allah üçün əzab 
çəkməyə görə O, mənə böyük imkan verib.
Xahiş edirəm, mənim üçün dua et ki, 
axıradək sadiq qala bilim. Qoy Rəbb sizi qo-
rusun və mübarizə üçün sizi gücləndirsin. 
Bizim üçün narahat olmayın. Mükafatımızın 
göylərdə olduğunu bildiyimiz üçün biz çox 
şadıq və sevinirik!
Sənin Variyan 
Böyük məktublar – beşinci hissə 
RUSİYA: VARİYA 
Variya haqqında bir daha eşidilmədi, am-
ma onun Məsihə olan sevgisi və şəhadətliyi 
heç  vaxt  unudulmadı.  Variyanın  gənc 
həyatı onu imanına görə həbs etmiş qəddar 
rəhbərlər  tərəfindən  sanki  söndürüldü. 
Amma  Variyanın  mirası  onun  hekayəsini 
bilənlərin ürəyində gur yanır. Onun həyatı 
əzabın gətirdiyi qəribə dostluq səviyyəsi ilə 
əlaqədar danılmaz sübutlar gətirir. Məsihə 
görə əzab çəkmək əslində bizi başqa heç bir 
həyat təcrübəsinin edə bilmədiyi bir üsul-
la  Ona  daha  yaxın  edir.  Müqəddəs  Kitab 
bunu  Məsihin  əzablarına  şəriklik  –  insan 
həyat təcrübəsinin xüsusi bir səviyyəsi ad-
landırır.  Əzablar  vasitəsilə  Məsihə  yaxın 
olmaq  birinci  həyat  təcrübəsindən  yax-
şı  başa  düşülən  bir  şeydir.  Sizcə  öz  şəxsi 
əzabınızın sizi İsa Məsihə yaxınlaşdırması 
necə olub? 
Belə ki Məsihi və Onun dirilmə 
qüdrətini, əzablarına şərikliyi də 
dərk edim və Onun ölümündə Ona 
bənzəyim ki,…
Filip. 3:10


62-ci
gün
BÖYÜK 
SADİQLİK
İslam əsgərləri pastor Loqaranın qollarını 
və ayaqlarını bağlayıb yerdən üç metrə yaxın 
hündürlükdə kəndirdən asmışdılar. Onlar onu 
qamçıladılar və sinəsinə əridilmiş isti mumu 
damcı-damcı tökdülər. O, İsanın bağda etdiyi 
duanı yadına saldı: “Ya Rəbb, əgər bu gün 
ölmək sənin iradəndirsə, qoy olsun.” O, gənc, 
həssas oğlanların qarşısında dayanarkən Şi-
mali Sudan ərəblərinin işgəncələrinə dözə 
bilməyəcəyini düşünürdü. 
Amma Allahın iradəsi onun bu oğlanlar 
üçün bir şəhadətlik olaraq yaşaması idi. Onu 
buraxdılar. Pastor Loqara güman edir ki, oğ-
lanları ola bilsin ki, məcburi olaraq əsgər ol-
maq üçün öyrədiblər. 
Pastor həmin hadisə barədə düşünəndə, 
o deyir: “Mən İsanın ölümünü xatırlayıram, 
O, dünyanı xilas etmək üçün öldü. Mən 
fikirləşirdim ki, mənim ölümüm bu oğlanla-
ra təsir edəcək. Mən dua edirəm ki, mənim 
əzab nümunəm Allaha sadiq qalmaları üçün 
onları ruhlandırsın.” 
Böyük izlər
SUDAN: PASTOR YEREMYA LOQARA 
Yeremya Loqara qətiyyətdən başqa heç vaxt istefanın nə olduğunu bilməyib. Müsəlman 
əsgərlər onun məbədindən altı oğlanı həbs etmişdilər və yanlış olaraq casus olduqlarını iddia 
edirdilər. Yeremya oğlanların casus deyil, məsihçi olduğunu izah etməyə çalışanda əsgərlər 
onu da həbs etməyə qərar verdilər.
Uşaqlar  valideynlərinin  izləri  ilə 
getməyi  xoşlayırlar.  Qumlu  sahillərdə 
onlar  atalarının  və  ya  analarının  ayaq 
izlərinin içərisinə öz kiçik ayaqlarını qoy-
mağa  çalışırlar.  Həmişə  etibar  edərək  yol 
onları  haraya  aparırsa,  oraya  gedirlər. 
Buna  oxşar  olaraq,  İsanın  ayaq  izləri  də 
bizi əzablı ərazilər ilə apara bilər. Biz heç 
vaxt  özümüz  üçün  seçmək  istəmədiyimiz 
sınaqlar və çətinliklər vasitəsilə Onun ar-
dınca  gedə  bilərik.  Amma  biz  İsanın  ar-
dınca  getməyə  qərar  vermişiksə,  biz  öz 
talelərimizi seçmək qərarından əl çəkmişik. 
İsanın  ardınca  getmək  uşaqlarımızın  və 
başqa  müşahidəçilərin  təqlid  etməsi  üçün 
aydın  nümunəni  verir.  Seçdiyimiz  yolun 
böyük  əhəmiyyəti  var.  Ətrafınızdakıların 
fikrində  siz  hansı  təəssüratları  yaradırsı-
nız? 
Kim Onda qaldığını deyirsə,  
İsa Məsihin həyat sürdüyü kimi 
həyat sürməlidir.
1 Yəhya 2:6


63
BÖYÜK 
SADİQLİK
BÖYÜK 
SADİQLİK
Allahım, mən səndən xahiş etmirəm ki, 
həyatımı asanlaşdırasan; xahiş edirəm ki, 
məni güclü edəsən. 
Yəhudi uşaq – nasistlər tərəfindən bombardman edildikdən sonra 
Polşada yəhudilər üçün ayrılmış qəsəbədən tapılmışdır. 
gün
63-cü


64
BÖYÜK 
SADİQLİK
-cü
gün
“Mən bir dəfə sirkə getdim və çox mənalı 
bir səhnənin şahidi oldum. Snayper atan 
həyat yoldaşının başına yanan şamı qoydu. 
Sonra o, səhnənin ortasına çıxıb müəyyən 
məsafədə dayanaraq, həyat yoldaşının başın-
dakı şama güllə açdı. 
“Bu səhnə qurtardıqdan sonra mən qadı-
na yaxınlaşdım və soruşdum ki, heç güllənin 
həyat yoldaşının başına dəyə biləcəyindən 
qorxubmu? O cavab verdi: “Nəyə görə? O, 
məni hədəfə almayıb, şamı hədəfə alıb.”
Pastor Vurmbrand bu hekayəni eşidəndə 
belə fikirləşmişdi: “Niyə mənə işgəncə 
verənlərdən qorxmalıyam? Onlar məni hədəfə 
almayıblar. Onlar bədənimi döyə bilərlər, am-
ma mənim əsl varlığım Məsihin daxilindədir. 
Mən onunla birlikdə göylərdə oturmuşam və 
ona görə də onlar mənim əsl şəxsiyyətimə 
toxuna bilməzlər. Bu gözəl nöqteyi-nəzərdən 
mən onların səylərinin səmərəsizliyini görə 
bilərəm.”
Pastor Vurmbrand neçə illər əzab çəkərək 
yaşamış və dəfələrlə ölümə yaxın olmuşdur. 
Amma o, kiçik bir dərsdən ruhlanmış və 
hətta ruhani çiçəklənmişdi, çünki o bilirdi ki, 
bədəninə hər nə olsa da, Məsihdə olan yeri 
təhlükəsizdir. 
Böyük yerlər 
RUMINİYA: PASTOR RİÇARD VURMBRAND 
On dörd il həbsxanada əziyyət çəkmiş rumıniyalı pastor Riçard Vurmbrand bir dəfə məhbus 
yoldaşından eşitdiyi hekayəni danışdı. Bu, onun ən çətin, əzablı vaxtlarında ona yardım etmiş-
di. Həmin qardaşı ona danışmışdı: 
Təqib, təsvirolunmaz bir dərəcədə ağrı-
lı  olsa  da,  onun  da  məhdudiyyətləri  var. 
Nə fiziki əzab, nə də emosional travma bi-
zim  kimliyimizin  dərin  hissələrini  dağıda 
bilməz. Bizim daxildə gəzdirdiyimiz şeylər 
özümüzün ən dəyərli hissələridir – canları-
mızdır. Məsihin Ruhu bizdə yaşayır və bizi 
emosional, eləcə də fiziki pisliklərdən qo-
ruyur. Doğrudur, düşmənlərimiz bizi vura, 
hətta  bədənlərimizi  öldürə  bilərlər.  Amma 
düşmənlərimiz  bizə  zərbə  vuranda,  onlar 
həqiqətən  Məsihin  –  bizim  daxilimizdə 
yaşayanın  adını  pisləyirlər.  O,  yenidən 
ölə bilməz. Amma təzyiq nə qədər şəxsi və 
kəskin olsa da, bu, həqiqətən, daha böyük 
mənzərənin bir hissəsidir. Döyüş bizi özünə 
daxil edə bilər, amma bu, pislik və yaxşılıq 
arasında ümumi şeylər ilə əlaqədardır. 
İnsanlar Mənə görə sizi təhqir 
edib təqib edəndə, yalan söyləyib 
sizə hər cür böhtan atanda siz nə 
bəxtiyarsınız!
Matta 5:11


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə