46
BÖYÜK
SADİQLİK
-cı
gün
“Siz burada nə edirsiniz?” – onlar qışqır-
dılar. “Öz xəyali Allahınıza ibadət edirsiniz?”
Məbəd üzvləri skamyalarına qısıldılar, çöldə
daha çox əsgərin və silahın olub-olmadığını
bilmək istədilər.
“Allaha sadiq olanlar hamısı
məbədin sağ
tərəfinə çəkilsin” – əsgərlərdən biri dedi,
onun üzündə nifrət var idi. “Siz imanınıza
görə güllələnəcəksiniz. Kim evə gedib öz
həyatını qorumaq istəyirsə, sol tərəfdə da-
yansın. Siz ölməyi və ya yaşamağı özünüz
seçməlisiniz. Amma bu ‘Allaha’ sadiq qa-
lanlar öləcəklər.
Onu inkar edən şəxs azad
olacaq.”
On dəqiqə bundan əvvəl hamı bir nəfər ki-
mi xorla ilahi oxuyurdu. İndi isə “ölüm-qalım”
məsələsi idi. Bəziləri sol tərəfdə dayandılar,
sanki üzrxahlıq edərək kədərlə sağ tərəfdə da-
yananlara baxırdılar. Bəziləri isə sağ tərəfdə
dayandı, onlar sonuncu dəqiqələrin dualarını
etmək üçün gözlərini bağlamışdılar.
“Sol tərəfdə olanlar, siz azadsınız,
gedə bilərsiniz” – bir neçə saniyədən sonra
əsgərlərdən biri dedi. Sol tərəfdə düzülmüş
insanlar tezliklə öləcək insanlara axırıncı
dəfə baxdılar. Yalnız
sağda dayanan insanlar
qalanda əsgərlər öz silahlarını yerə qoydu-
lar. “Biz də məsihçilərik, amma biz ikiüzlülük
etmədən xidmət etmək istəyirik” – onlar dedilər.
Böyük tərəflər
RUSİYA: İKİÜZLÜLƏR
Əsgərlər içəriyə daxil olanda onlar xorla oxuyurdular. Rus əsgərləri imanlıların sifətlərinə
vəhşi nəzərlərlə baxarkən xidmət dayandı.
Həlledici anlar bizə o vaxt gəlir ki,
biz onları az gözləyirik. Biz onlara ha-
zırlaşa bilmərik. Biz onlar gələrkən on-
ları necə varsa, eləcə qəbul etməliyik və
nəticələrindən öyrənməliyik. Həlledici an-
lar istənilən vəziyyətdə xasiyyəti aşkara
çıxarır. Ola bilsin ki, imanımıza sadiqli-
yimizi tələb edən təqibçilər məbədə soxula
bilərlər. Ya da biz, sadəcə, kənara çəkilə
bilərik. Bizim müəyyən anlarda cavabdeh-
liyimiz bizi ya Məsihəbənzər, ya da şübhəli
bir vəziyyətə çəkəcək. Hazır olsaq da, ol-
masaq da, kənara çəkilməyə qərar verəndə
biz öz xasiyyətimiz ilə üz-üzə gəlirik.
Mənimlə olmayan Mənə qarşıdır
və Mənimlə yığmayan dağıdır.
Matta 12:30
47
gün
-ci
BÖYÜK
SADİQLİK
Hass on beşinci əsrdə reformasiya
gətirmişdi. O, cənnət qəbzlərini (nəticəsi ol-
mayan günah etmək haqqına malik olmaq)
satan kahinlərə etirazını bildirmişdi və ədalət
üçün Müqəddəs Kitabdakı standartları tələb
etmişdi.
Hassa söz vermişdilər ki, özünü
müdafiə etmək üçün kralın himayədarlığı
olacaq. Amma indi o, zindanda ölümünü
gözləyirdi və Allaha fəryad edirdi.
9 iyul 1415-ci ildə Hass soyundurulub
dirəyə zəncirləndi. Onun ətrafında alov alış-
mağa başlayan kimi Hass dua etdi: “Rəbb
İsa Məsih, mənim səbir və təvazökarlıq ilə
bu dəhşətli, biabırçı və əzablı ölümə düçar ol-
mağım Müjdənin və Kəlamın vəzi üçündür.”
Onun ətrafında alov yuxarı qalxdıqca Hass
öz son nəfəsində Allahı çağırdı: “Yaşayan Al-
lahın Oğlu Məsih, mənə mərhəmət elə.”
Hassın şəhadətliyi
cənnət qəbzlərinin sa-
tılmasının sona yetməsində və məsihçilərin
Kəlamdakı təlimlərə qayıtmasında həlledici
rol oynadı.
Daha böyük dua
BOHEMİYA: CON HASS
“Ey ən mərhəmətli Məsih, bizə cəsarətli ruh ver ki, hazır olaq. Əgər cismimiz zəifləsə, qoy
sənin lütfün qarşıda getsin, çünki biz Sənsiz heç nə edə bilmərik və hər şeydən əvvəl acı
ölümlə üzləşə bilmərik. Bizə cəsarət və düzgün iman, möhkəm ümid və kamil şəfqət ver ki,
böyük səbir və sevinclə həyatlarımızı sənə verə bilək. Amin”, bu sözləri Con Hass öz edamını
gözləyərkən yazmışdı.
Dua. Ən çox işi görən budur, amma biz
onu ən az edirik. Dua bizim ruhani döyüşə
qarşı birinci müdafiəmizdir, amma çox
vaxt sonuncu sığınacağımızdır. İmanına
görə təqib olunanlar duanın əsas olduğu-
nu öyrədir. Onların sonuncu sözləri döyüş
sözləri deyil. Onların yer üzündə sonuncu
hərəkətləri müqavimət deyil. Əslində, itti-
hamçılarını mat qoyaraq və başqalarının
qəti imanlarına əmin edərək, dua – ölən
nəfəsdir. Tarix göstərir ki, təqib olunmuş
müqəddəslər əgər yaşamış olsaydılar,
ölərkən etdiyi dualar başqalarına Müjdəni
yaymaqda çox güclü təsir göstərməzdi.
Sizin həyatınız çətin olanda və “alov-
lar” ətrafınızda isti olanda duaya tərəf
çevriləcəksinizmi? Başqaları sizin ilk və
son müdafiənizin göylərdəki Atanız ilə
ünsiyyətiniz olduğunu görəcəklərmi?
Saleh adamın duası çox güclü
və təsirlidir.
Yaqub 5:16
48-ci
gün
BÖYÜK
SADİQLİK
Nəhayət, hökumət rəhbərləri məktublara
qoyduqları qadağanı götürdülər. Pastor Nqu-
yen Lap Ma öz evinə gələn məktublara görə
çox sevindi. “Şəhidlərin səsi” pastor Nqu-
yen Lap Manın hekayəsini və ünvanını ça-
pa verdi. Tələbələr, evdar qadınlar, pastorlar
və biznesmenlər ona və ailəsinə ruhlandırıcı
məktublar yazdılar. Vyetnam polisi onların
üç yüzdən artıq məktub aldıqlarını
görəndə
məəttəl qaldı.
“Mən hər bir məktubu dualar və göz
yaşları ilə oxudum” – pastor Lap Ma dedi.
“Mən hər məktubu axıra qədər oxuyub ora-
dakı Kəlamın ayələri üzərində düşünürəm.
Sonra mən vyetnam dilində yazılmış bu ruh-
landırıcı sözləri və Kəlamdakı ayələri ailəmlə
bölüşürəm. Onlarda yazılan sözlərə görə biz
çox sevinirik və ruhlanırıq.”
“Allah bizi gücləndirib və yardım edib” –
pastor davam etdi. “Ona görə də biz Ona
ümid etməkdə
davam edirik və gözlərimizi
Ona dikirik. Biz ölüm anınadək onun rüs-
vayçılığını ələ salan çarmıxına dözmək
üçün Onun ardınca gedirik. Biz yaşadığımız
müddətdə Allah bizdən başqa əzab çəkən
məsihçilərə də təsəlli vermək üçün istifadə
edir.” Onlar başqa imanlıları sevinə-sevinə
ruhlandırdıqca məktublar onları ruhlandırır.
Böyük ruhlanma
VYETNAM: PASTOR
NQUYEN LAP MA
Kommunistlər Vyetnamda hakimiyyəti ələ keçirəndə pastor Nquyen Lap Ma Kan Toda olan
Məsihçi Müjdəçilik Birliyi Məbədini atmaq istəmədi. Bu “cinayət”ə görə o və bütün ailəsi ev
dustağına çevrildi. Həmin ev kiçik bir kənddə idi, oraya gediş-gəliş mümkün deyildi və ilk on
iki il heç bir məktub yollamaq olmazdı.
Ruhlanma məsihçilər üçün lazımi yana-
caqdır. Ruhlanma olmadan, qaçan şəxsin
suyu olmadığı kimi heç kim uzun üzü-
cü məsafəni qaça bilməz. Biz səyahətə
çıxarkən öyrənirik ki, ruhlanma qarşılıqlı-
dır. Biz başqalarını ruhlandıranda biz də
başqa imanlılardan, hətta Allahın özündən
ruhlanma əldə edirik. Azacıq ruhlanma yor-
ğunu qüvvətləndirə və imanı zəifləyənləri
gücləndirə bilər. Biz çox vaxt görürük ki,
ətrafımızda bizim üçün dua edənlərdən
əldə etdiyimiz ruhani həvəslənmə ikinci
məsafə üçün bizi cavanlaşdırır. Bəzi hal-
larda bu, imanımıza görə həbsxanada da-
ha on iki il qalmaqdır. Digər hallarda isə
bu, sadəcə, daha bir gün də dözmək baca-
rığıdır.
Çünki sizi qüvvətləndirmək üçün
sizə ruhani bir ənam çatdırmaq
məqsədindəyəm; buna görə də
sizi görmək üçün həsrət çəkirəm.
Daha doğrusu, mən aranızda
olarkən bir-birimizin imanı ilə
qarşılıqlı halda ruhlanaq.
Roma. 1:11-12