40
BÖYÜK
SADİQLİK
-cı
gün
O, məəttəl qalmışdı,
çünki təzəliklə bu
məsihçinin öldürülməsi üçün böyük mü-
kafat təklif etmişdi. İndi Endryu onun ailə
üzvlərinə İsa barədə danışırdı. “Burada nə
baş verir?” – o qışqırdı. “Bu kafir, Allahın
düşməni mənim evimdə nə edir?”
Onun gəlini danışmağa başladı: “Mən
ondan xahiş etdim ki, buraya gəlsin, çün-
ki onun İsası sənin oğluna – mənim ərimə
şəfa verib.” O, tələsə-tələsə başına gələnləri
danışdı. “Bilirsən, mənim həyat yoldaşım,
on
səkkiz il idi ki, xəstə idi, amma bu gün
məsihçi Endryu gəlib onun üçün dua etdi. O,
əllərini onun üstünə qoydu və o, yaxşı oldu!
İsa onu sağaltdı!”
Kişi oğlunun sevincini gördü, oğlu ona
xəstəliyin bədənindən necə çıxması barədə
danışdı. Neçə ay yataqda yatan oğlu indi ilk
dəfə idi ki, ayağa qalxmışdı.
On səkkiz ildə
birinci dəfə idi ki, ağrısı yox idi.
Kişinin qəzəbi rahatlıq və xoşbəxtlik hissi
ilə əvəz olundu. O, həmin gün Məsihi qəbul
etmədi, amma həmin ərazidəki məsihçilər
üçün müttəfiq oldu və bir çoxlarının
həbsxanaya düşməsinin və təqib olunması-
nın qarşısını aldı. Bir vaxtlar Endryunun başı
üçün pul qoyan insan indi onu böyük sevgi
ilə qarşılayır.
Böyük qatil –
ikinci hissə
BANQLADEŞ: ENDRYU
Müsəlman rəhbər öz qonaq otağına girib məsihçi müjdəçinin, Endryunun onun ailəsi ilə
birlikdə yemək yediyini görən zaman gözləri kəlləsinə çıxdı!
Məsihçilik bir növ “özün sınaqdan ke-
çir” həyat təcrübəsidir. Müsəlman ata evə
daxil olanda Endryu Allahın üç şəxsiyyəti
barəsində vəz etmirdi. O, kişinin arvadını
və uşaqlarını müsəlmançılığa inandıqları-
na görə günahlandırmırdı. O, müsəlman
ailə üçün dua etdikdən sonra yemək yeyir-
di. Allahın həqiqi olduğunu təsdiq etmək
üçün onların boş yataqları var idi. Buna
oxşar olaraq, biz yadda saxlamalıyıq ki,
Allahın həqiqətləri aydındır. Əgər biz düz-
gün şeyləri desək və etsək, təzyiq bizim
üzərimizdə deyil. Biz Müjdəni başqalarına
bəyan edəndə düzgün şeyləri etmiş oluruq.
İsa onların ürəklərini özünə tərəf çəkəcək.
Biz Məsihin gerçəkliyinin özü üçün danış-
masına imkan verməliyik.
Mən yerdən yuxarı
qaldırılsam, bütün insanları
Özümə cəzb edəcəyəm.
Yəhya 12:32
41
gün
-ci
BÖYÜK
SADİQLİK
Cavan pastor Koçanqa öz karyerasında
yalnız bircə vəz etmişdi. İndi isə polkovni-
kin qarşısında dayanmışdı və bilirdi ki, ölüm
və həyatın gücü onun əlindədir. O, hörmətlə,
amma həvəsli bir tərzdə cavab verdi.
“Cənab, həqiqət heç vaxt qorxulu deyil.
Fərz edək ki, sizin hökumətiniz bütün riya-
ziyyatçıların asılmasına qərar verir. Sizcə,
onda iki üstə gəl iki neçə olar? İki
üstə gəl
iki yenə də dörd olaraq qalacaq.
Bizdə olan həqiqət də riyazi tənlik kimi-
dir. Bu həqiqət belədir: bir Allah var, o da
bizim sevən Atamızdır. İsa dünyanın Xilaska-
rıdır və hər bir kəsi, hətta sizi də xilas etmək
istəyir. Biz inanırıq ki, insanları
gücləndirən
və onlara nur verən Müqəddəs Ruh var, eləcə
də gözəl cənnət mövcuddur.”
“Sizin əzab vermək üçün nə cür qamçıla-
rınız, alətləriniz olsa da, bu həqiqət həmişə
belə olacaq. İki üstə gəl iki dördə bərabərdir.”
Koçanqa elə döyülmüşdü ki, tanınmaz hala
düşmüşdü və bir daha yenidən görünməmişdi.
Başqa məhbuslar onun əzilmiş və qan içində
üzünü tanıya bilməsələr də,
göylərdə dərhal
tanınmış və qəbul olunmuşdu.
Böyük həqiqət
RUMINİYA: PASTOR KOÇANQA
“Bizim sənin başına gətirəcəyimiz şeylərdən qorxmursanmı?” – kommunist polkovniki ona
sual verdi, onun səsində istehza və etiraz var idi.
“Həqiqəti söyləyin.” Uşaqlar bu əmri
erkən yaşlarından öyrənirlər, amma onun
hikməti vaxtsızdır. Əgər biz həqiqət bildi-
yimiz şeyi sadəcə bildirsək, Məsih üçün
şəhadətlik etməyə çağırılanda həmişə
deməyə sözümüz olacaq. Bir çox insanlar
çox vaxt Məsih üçün şəhadətlik edəndə
özlərini püxtələşməmiş hiss edirlər, deyirlər
ki, “təlimləri” azdır. Biz qorxuruq ki, bizə
cavabını bilmədiyimiz teoloji sualları
verərlər. Amma Məsihi etiraf etmək dərin
teoloji bilikləri tələb etmir. Sadəcə, dini
təzyiqlərə məruz qalmış insanlar kimi bil-
diyiniz şey barədə həqiqəti söyləyin. Məsih
barədə şəhadətlik etmək göründüyündən
asandır. Biz uşaqlığımızda öyrəndiyimiz
prinsipə qayıtmalıyıq. Bizə əmr verilib ki,
İsa Məsihi etiraf edək – həqiqəti deyək.
İnsanlar qarşısında Məni
iqrar edən hər kəsi Mən
də göylərdə olan Atamın
qarşısında iqrar edəcəyəm.
Matta 10:32