139
BÖYÜK
SADİQLİK
-cu
gün
Böyük sevgi
RUMINİYA: YƏHUDİ MƏSİHÇİLƏR
2-ci Dünya Müharibəsinin sonunda alman əsgərləri bilirdilər ki, sovetlər onları Sibirdəki
fəhlə düşərgəsinə aparacaqlar və onların çoxu orada öləcəkdir. Sovet ordusu şəhəri elə təzəcə
faşistlərdən almışdı ki, iki əsgər imkan tapdı və qrupdan qaçdı. Onlar Rumıniyanın Buxarest
şəhərinin qaranlıq küçələrində qorxu içində dolanırdılar.
Lüteran məbədini tapanda, onlar sevindilər.
Çünki Rumıniya lüteranları
alman nəslindən
idilər. Lakin onlar biləndə ki, içəridəki adam-
lar yəhudidirlər, onların qorxuları qayıtdı.
Pastor dərhal onların qorxularını yatız-
dırdı. “Biz yəhudilərik, amma həmçinin,
məsihçilərik və biz heç kimi düşmənin əlinə
verməyi düşünmürük.”
Həmin vaxtda, əgər hansısa rumıniyalı-
nın almanı
gizlətmiş olduğu bilinsəydi, on-
lar dərhal ölümə təslim edilməli idilər. La-
kin xeyirxah pastor üçün almanlar – hələ
də öz faşist geyimlərində – Xilaskara eh-
tiyacı olan canlar idilər. O, təqib edilmiş
yəhudilərə kömək etdiyi kimi, onlara da
kömək edəcəkdir.
O onlara dedi: “Biz almanların işğalı altın-
da çox əzab çəkmişik. Siz şəxsən təqsirkar
olub olmasanız da,
biz sizin hakiminiz deyi-
lik. Biz sizə öz evimizi və mülki paltarları-
mızı təklif edirik ki, Almaniyaya gedib çıxa
biləsiniz. Biz bunu ona görə edirik ki, Alla-
hın sizə olan böyük sevgisini və mərhəmətini
sübut edək. Yalnız O, sizə təqsirlərinizdən
azadlıq verə bilər.”
Sevgi insanları qəribə şeylər etməyə va-
dar edir. İki aşiq olan cütlük öz müstəsna
həsr olunmalarını nümayiş etdirmək üçün
böyük məsafəni gedəcəklər. Buna bənzər
olaraq da, ana da öz övladını dünyada heç
kimin sevmədiyi kimi sevir. Amma Məsih
və imanlılar arasındakı sevgi onların iki-
si arasındakı sevgi kimi deyildir. Bu, ən
qəribə sevgidir. Çünki bu, müstəsna olmağa
can atmır. Sözün düzü, bu, yeganə sevgi
münasibətidir ki, digərlərini daxil etməklə
böyüyür. Məsihə həsr olunmamızı göstərmək
üçün biz digərlərini məsihçi sevgisi ilə
sevməliyik. Əgər biz bizi sevməyənləri
seviriksə, onda biz Məsihin müstəsna sev-
gisini göstəririk. Bu gün Allah səndən Öz
xatirinə kimi sevməyi xahiş edir?
Siz
isə düşmənlərinizi sevin, onlara
yaxşılıq edin və heç bir şey
ummadan borc verin.
Luka 6:35
gün
140
BÖYÜK
SADİQLİK
-cı
Allah bizi nə qədər dözdüyümüzə görə
yox, lakin nə qədər sevə bildiyimizə görə
mükafatlandıracaqdır. İmanlarına görə
həbsxanalarda əzab çəkən məsihçilər sevə
bilirdilər. Mən bunun şahidiyəm ki, onlar
həm Allahı və həm də insanları
sevə bilirdilər.
İmanına görə həbs edilmiş, gizli məbədin keçmiş pastoru.
141
gün
-ci
BÖYÜK
SADİQLİK
Böyük qəhrəman
RUSİYA: VANYA MOİSEYEV
Sovetin Qırmızı Ordu əsgəri olaraq Vanya Moiseyev imanını bölüşdüyünə görə müntəzəm
olaraq töhmətləndirilirdi. Onun polkundakı adamların çoxu onun şəhadəti vasitəsi ilə Məsihə
gəlmişdir. Onun komandiri ona imanı barədə danışmamağı əmr edəndə, o cavab verdi: “Əgər
oxumağı qadağan etsəydilər, onda bülbül nə edərdi? O bunu bacarmazdı və mən də bacarmaram.”
Vanyanı tanıyan hər bir kəs onun imanının
yoluxucu olduğunu bilirdi. Tezliklə o, həbs
edildi və amansız işgəncəyə məhkum edildi.
O, anasına yazaraq dedi: “Mən bilirəm ki, biz
yəqin ki,
bir-birimizi görməyəcəyik, amma
mənim üçün ağlama. Mələk mənə göylərdəki
Yerusəlimi göstərdi və ora gözəldir. Xahiş
edirəm, ana, əlindən gələn hər şeyi et ki,
məni orada görəsən.”
O, davam edərək onu əmin edirdi ki, Al-
lah ona mələklər göndərməklə onu ruhlandı-
rırdı. O, mələklərlə olan müxtəlif görüşlərini
təsvir etdi. “Mələklər şəffafdırlar.
Əgər biri
sənin qarşında dursa və adam arxanda dur-
sa, mələyin hüzuru insanı görməyin qarşısını
almır. Əksinə, sən onu daha yaxşı görürsən.
Sən mələk içərisindən görəndə, onda sən
başa düşürsən və hətta əzab verənə də
minnətdar olursan.”
Sonda Vanya imanına
görə iyirmi bir ya-
şında öldürüldü. O, ilhamlandırıcı həyatına
görə bütün Şərqi Avropada qəhrəmana
çevrilən gənc şəhid idi.
Mələklər hər yerdədirlər. Onların
bənzəri kitablardadır, yolka oyuncaqları
kimi ağacdan asılır, şamdanlar formasında
və peçenye kəsmək üçün mələk formasın-
da fiqur kimi düzəldilir. Bir çox insanlar
mələkləri –Allahın səmavi müjdəçilərini
görmədiklərinə görə peşmandırlar. Buna
baxmayaraq, mələklər tez-tez nəzərdən
qaçırılırlar. Bizim tərəfimizdən qəbul
edilməyə ehtiyacı olan xoşagəlməyən bir
adam mələk ola bilər. Bizi incidən düşmən
görmək istədiyimiz mələk kimi bir varlıq
ola bilər. Və hətta həmin insanın adi bir
insan olduğu müəyyən olunsa da, o şəxsi
sevməyimiz bizi bir addım göylərə yaxın-
laşdıracaqdır. Vanya kimi, həyatına səmavi
nəzərlər ilə baxırsan? Öncə yalnız düşmən
gördüyün yerdə indi mələyi axtarırsan? Bü
gun sevmək üçün mələklər axtar.
Qonaqpərvər olmağı da
unutmayın, çünki belə davranan
bəziləri bilmədən mələklərə
qonaqpərvərlik göstərmişlər.
İbr. 13:2