136
BÖYÜK
SADİQLİK
-cı
gün
Böyük əfsanə
İSRAİL: QORUNUN HEKAYƏSİ
Qədim əfsanədə İsa Qorun adlı ardıcılına dedi: “Get Karmel Dağında çadır qur və orada dua
etmək üçün qal.” Qorun İsanın dediyi kimi etdi.
Bir gün Qorun yaxınlıqdakı kəndə getdi və
soruşdu: “Xahiş edirəm, mənə ədyal verin.
Siçovullar mənim köhnə ədyalımı gəmiriblər
və mən yata bilmirəm.” Kəndlilər sevinclə
ona ədyal verdilər, amma Qorun təkrar ola-
raq geri dönürdü. Çünki eyni şey baş verir-
di. Nəhayət, bir nəfər məsləhət gördü: “Biz
sənin problemini bir dəfəlik həll etmək üçün
sənə pişik verəcəyik.”
Bir neçə gündən sonra Qorun geri qayıtdı.
“Pişik üçün mənə bir az süd verə bilərsiniz?”
Ehtiyacın davam edəcəyini dərk edən
kəndlilər ona inək verməyi qərara aldılar.
Qorun yenidən qayıtdı: “İnəyi yedizdirmək
üçün mənə nəsə lazımdır.” Onlar ona torpaq
sahəsi verdilər. Sonra Qorun torpaq üçün
işçilər istədi, sonra işçilər üçün ev tikməyə
ləvazimatlar və s.
İllər sonra İsa öz sevimli şagirdini görməyə
getdi. Kök bir adam onu qarşıladı və soruşdu:
“Sən nə işlə əlaqədar buraya gəlmisən? Sən
nə almaq istəyirsən?” Qorun indi zəngin iş
adamı idi, hətta öz müəllimini tanımadı.
Məsihçilər təqib olunan ölkələrdə dövlət
məmurlarının tez-tez məsihçiləri öz imanla-
rından və xidmətlərindən dönüb daha mühüm
işlər və daha çox pula şirnikləndirməyə çalış-
maları kimi hekayələr danışırlar.
Bəzən bizə elə hekayə lazımdır ki, biz
bəzi şeyləri başqa gözlə görə bilək ki,
bizə nəyin mühüm olduğunu və qarşıdakı
məqsədə diqqətimizi yönəltməyimizi xa-
tırlatsın. Ola bilsin bizə pişik, yaxud inək
təklif edilməz, amma bizim düşmənimiz bi-
zi yoldan çıxartmaq üçün tez-tez bizi baş-
qa yollarla sınağa çəkir. O öz ölkəmizdə
bizə təhlükəsizlik təklif edir ki, biz başqa
ölkələrə Xoş Müjdə ilə getməyə müqavimət
göstərək. O, Allahın xeyir-dualarından –
həyat yoldaşı, ailə, yaxud iş kimi xeyir-
dualardan sizi yayındırmaq üçün istifadə
edəcək ki, biz həyatın qayğıları ilə boğulaq
və bizə verilən tapşırığa etinasızlıq edək.
Bu hekayə sənə həyatında Müəllimdən
uzaqlaşdıra biləcək olan hansı şeyi açır?
Sən cismani şeylər ilə çox məşğul olaraq
öz ruhani tapşırığına qarşı etinasızlıq
edirsənmi?
Özünüzə fikir verin! Qoy ürəkləriniz
eyş-işrət və sərxoşluqla, bu
həyatın qayğıları ilə yüklənməsin.
Qoy qiyamət günü bir tələ kimi
üzərinizə qəflətən gəlməsin.
Luka 21:34
137
gün
-ci
BÖYÜK
SADİQLİK
Böyük vaxt
Bir dəfə bir kişi gecə vaxtı uzaq şəhərə gedərkən yolda nəyəsə dəyib yıxıldı. Aşağı baxaraq o,
daşlarla dolu kisəni gördü. Ətrafa baxdı və qaranlığa gözlərini zilləyərək kimin onları saldığı
üçün baxdı. Heç kimi görməyərək o, həmin kisəni qaranlıq gecədə öz uzun səyahəti boyunca
götürməyi qərara aldı.
Vaxtı öldürmək üçün o, balaca daşları
yolun kənarında olan çaya atmağa başladı.
Şarap…şarap…. səs darıxan səyahətçi üçün
zərərsiz əyləncə idi. O, təyin olunan yerə
çatanda, onun kisəsində təkcə iki daş qal-
mışdı. Şəhərə daxil olaraq o, meydanın çı-
raqlarına yaxınlaşdı. Qalan iki daşı ovcunda
tutaraq sarı lampa işığında onlara baxdı və
daşların qeyri-adi tərzdə parıldadığını, bərq
vurduğunu gördü. O, daha diqqətlə baxdı.
Onu təəccübləndirən və məyus edən balaca
daşların, əslində, brilyant olması idi!
Öz məhbus dostlarının çoxunu Məsihə
gətirən müdrik məhbus pastor bu kiçik
hekayəni saysız-hesabsız hallarda danışmış-
dır. O, əzablar vasitəsi ilə öyrənibdir ki, Al-
lahın Padşahlığını inkişaf etdirmək üçün hər
dəqiqə istənilən şəraitdə istifadə edilə bilər.
O, tez-tez digərlərinə öyüd-nəsihət verir:
“Sən itmiş pulu yenidən əldə edə bilərsən,
amma itmiş vaxtı yox. Öz vaxtını Allahın
xidmətində müdrikcəsinə istifadə et.”
İldə otuz iki milyon saniyə var və bi-
zim yaşadığımız hər bir saniyə Allahın
Öz məqsədləri üçün bizə verdiyi dəyərli
hədiyyədir. Əgər biz onları səmərəsiz
istifadə etsək, saniyələr Allaha qayı-
dır, amma onlar bizə geri dönməyəcəklər.
Onlar çayın dibində lildəki brilyantlar
kimi həmişəlik getdilər. İsa, hətta çarmı-
xa çəkildiyi müddətdə də, öz son nəfəsini
quldura xilas təklif etmək və anasına
təsəlliverici sözlər deməklə keçirdi. O, hətta
onu öldürənlərə bağışlanma təklif etməklə
xidmət etdi. O gün göylərdə İsaya qoşu-
lan quldur üçün o vaxtın nə qədər dəyərli
olduğunu təsəvvür et. Sən öz dəyərli vaxt-
larını məqsəd ilə doldurursan? Allahdan
öz vaxtını səmərəsiz keçirməmək üçün onu
necə doldurmağı dilə.
Bizə öyrət nə qədər ömrümüz var,
qoy qəlbimiz hikmətli olsun.
Məzmur 90:12
138-ci
gün
BÖYÜK
SADİQLİK
Böyük risklər
ÇİN: İKİ MƏBƏD TİKƏN İNSAN
İki qadın həftəbəhəftə gizli ev toplantılarında iştirak etmək üçün səyahət edirdilər. Onlar öz
kəndlərində məbədin olmadığına görə yorulmuşdular və məyus idilər.
Bir ay yaxınlıqda məbəd üçün dua edəndən
sonra, bir qadın, nəhayət ki, dedi: “Bəlkə Al-
lah gözləyir ki, biz məbəd tikək. Əgər bizim
özümüz nəsə etmək istəmiriksə, nə üçün O,
bizim müntəzəm şikayətlərimizə qulaq asma-
lıdır?”
Beləliklə, onlar risk etməyə qərara aldılar.
İki qadın və onların həyat yoldaşları Çinin
Anhui vilayətindəki öz balaca kəndlərində
məbəd tikdilər. Dövlət onları hədələdi ki, di-
ni qurumda qeydiyyatdan keçməsələr, dərhal
binaları dağıdılacaqdır. Onlar deyilənlərə tabe
oldular və xoşbəxtlikdən onların kənd ərazisi
başqa şəhər məbədləri qədər nəzarət olun-
murdu. Onlar hətta digər ev toplantısı pas-
torlarını da yazılı icazə olmadan bölüşməyə
dəvət edirdilər.
Qadınlar yerli xəstəxanalara baş çəkməklə
və sağalmağa ümidi olmayan xəstələr tap-
maqla müjdəçilik edirdilər. Sonra onlar dua
edər və Allahdan onların şəfasını istəyərdilər.
Bir ildə təzə açılmış məbəd üzvləri iki yüz
nəfərdən çox oldu!
Bacılardan biri dedi: “Biz düz iyirmi gün
bir adam üçün dua etdik və o, son günə
qədər şəfa almadı. Ailə bizi hədələməyə
başladı. Onlar bizə dedilər ki, allahlarını
qəzəbləndiririk. Amma sən Allah üçün risk
etməyi istəməlisən.”
İsa Məsihin müjdəsi mübahisəli, aydın
və sadədir. Başqa nə üçün iblis məsihçiliyi
qadağa qoyulmuş ölkələrin ən üstün si-
yahısında bir nömrəli din kimi ayırır?
Misal üçün, buddistlərdə qadağa qoyul-
muş ölkələrdə gizli məsihçi məbədi üçün
geniş sistem yoxdur. Yeni era meditasi-
ya ekspertləri təqib edilən ölkələrdə öz
həyatları üçün qorxmurlar. Məsihçilik isə
mübahisəlidir. Çünki o, düşmən üzərində
qüdrətlidir. Şeytan yalan dinlər üzərində
öz vaxtını itirmir. Sən şeytanın narahat
olduğu ruhani risksən? Yoxsa sən onu
təhlükəsiz oynayırsan? Sən imanına görə
onun planlarına təhlükəsən? Əgər belədirsə,
onda mübahisələr gözlə. Lakin həqiqətin
bir hissəsi olduğuna görə sevin!
Məsih İsada möminliyə yaraşan bir
həyat sürmək istəyənlərin hamısı
təqibə məruz qalacaq.
2 Timotey 3:12
Dostları ilə paylaş: |