Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə44/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   40   41   42   43   44   45   46   47   ...   122

124
BÖYÜK 
SADİQLİK
-cü
gün
Böyük həsr olunma
ÇİN: LİU KSİAOBO 
Liu Ksiaobo kommunist zülmkarlarının günahlarını fikirləşərək öz həbs kamerasında hirsindən 
boğulurdu. Çindəki Tiananmen Meydanındakı etiraz aksiyasının rəhbəri kimi, onun səyli 
duaları Çin məbədinin dövlətin boğucu məhdudiyyətlərindən sülh yolu ilə azad olunması 
idi. O, kommunistlərin Allahın sevgisini və mərhəmətini elan edən sülhməramlı məsihçilər 
tərəfindən məğlub edildiyini təsvir etmişdir. Amma bunun hamısı pis sonluqla tamamlandı. 
O, bir-bir, öz cəsarətli dostlarının 
vəhşiliyin, zorakılığın sona yetdiyi vax-
ta qədər dözməsinə baxdı. Və indi o, həbs 
edilmişdir. Allah belə bir şərin onları məhv 
etməsinə necə icazə verə bilər? Onun insani 
fikirlərinin düşündüyü şeyləri onların səyləri 
yerinə yetirmədi. 
Sonra yanındakı məhbus məsihçi vasitəsi 
ilə ona Allahın ilhamı gəldi. Onların imana 
gəlməsindən sonra özünün günahlı oldu-
ğunu dərk edəndə, o yazdı: “Günahı hiss 
etməyən biri Allahın səsini necə eşidə bilər? 
Kommunistlərin günahlı işlər gördüklərinə 
görə onlarla vuruşmaq əvəzinə, mən özü-
mü onları Məsihə qazanmaq üçün həsr 
etməliyəm, hətta bu, mənim ölümüm baha-
sına olsa belə. İsa çarmıxa günahlı insanla-
rı sevdiyinə görə mıxlanmışdır. Mən özümü 
kommunistləri sevməyə həsr etməliyəm. 
Əgər belə olmasa, bizim hamımız yüksəkliyə 
qalxmaq əvəzinə, dərin uçurumun dibində 
qalacağıq.”
İnsanlar  tez-tez  fikirləşirlər  ki,  onlar 
Məsihə həsr olunanda həyat asan olacaq-
dır. Hər şey onların istədiyi kimi gedəndə 
onlar  bu  şeylərin  qədrini  bilməyə  bilərlər. 
Əvvəl-axır onlar “Allahın iradəsini yerinə 
yetirirlər”,  düzdür?  Nə  üçün  onların 
səyləri  uğur  qazanmasın?  Amma  tezliklə 
problemlər  ortaya  çıxır.  Ola  bilsin,  on-
lar  öz  imanlarına  görə  fiziki  zərərdən 
əzab  çəksinlər.  Biz  məsihçi  hesab  olun-
duğumuzu  seçəndə,  tez-tez  Məsihin  nə 
qədər  düşmənləri  olduğunu  kəşf  edirik. 
Düşmənlərimiz  ilə  necə  rəftar  etməyimiz 
bizim  Məsihə  bənzərliyimizin  sınağıdır. 
Düşmənlərinizin  xilası  üçün  onlara  dua 
etməyə razısan? İsanı onlarla bölüşərsən? 
Əgər  biz  müqavimət  göstərənləri  Məsih 
üçün  qazanmasaq,  bəs  onda  bunu  kim 
edəcəkdir?
Sizi lənətləyənlərə xeyir-dua 
verin, sizi incidənlər üçün  
dua edin. 
Luka 6:28


125
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük təzad
RUSİYA: KLAVDİYA VASİLYEVNA
Məxfi Sovet polisinin sənədləri göstərir ki, Moskvanın kənarındakı Butovo şəhərində qırx dörd 
min adam iki yüz nəfərdən ibarət qruplarla güllələnib və məxfi olaraq basdırılıblar. Bir gecə qətl 
vaxtı Klavdiya Vasilyevna öz evinin qapısını öz məsihçi imanına görə güllələnməli olan, amma 
oradan qurtula bilən işgəncə verilmiş qadına açdı. O, Klavdiyaya onu gizlətmək üçün yalvardı.
Qorxu içində olan Klavdiya imtina etdi. 
O, qapını örtdü və qadının ölüm hökmünü 
möhürləyərək onu bayırda qoydu. Əlli ildən 
çox Klavdiya qadının simasını unutmağa ça-
lışmışdı. 
Klavdiyanın mübarizələrinə qarşı, Rumı-
niyanın məbəd üzvləri Sovet həbsxanasına 
gedən yolda qaçmış iki alman əsgərinə 
kömək etdiklərinə görə ürəklərindəki sülhdən 
həzz alırdılar. Onlar pastor Riçard Vurmbran-
dın məbədində sığınacaq axtarırdılar. İkinci 
Dünya Müharibəsinin sonunda, Rumıniya 
qəddar alman nasistləri tərəfindən idarə olu-
nurdu. Almaniya müharibəni uduzduğuna 
görə, Rusiya ordusu Rumıniyaya daxil ol-
du və almanları müharibə məhbusları kimi 
tutmağa başladı. Almanı gizlətmək, yaxud 
kömək etmək ölüm ilə cəzalanırdı. 
Əsgərlər hələ də alman hərbi geyimlərində 
idilər və ölümə namizəd idilər. Məbəddəki 
ailələr onlara kömək etməyə razılaşdılar, çün-
ki onların işi mühakimə etmək deyil, lakin 
onlara ölüm təhlükəsində olan hər bir şəxsə 
kömək etmək idi. Bu müddət ərzində onlar 
Məsihin onların yerində olsaydı nə etmiş ol-
duğunu bilərək, alman uşaqlarına da kömək 
etdilər.
Məsihçilər  tez-tez  öz  bədənləri  üçün 
əziyyət  və  canları  üçün  əziyyət  ara-
sında  seçim  etməli  olurlar.  Bu,  cismani 
əziyyət  və  əbədi  peşmançılıq  arasındakı 
fərqdir.  Fədakar  məsihçilər  dünyadakılar-
dan  elə  fərqli  həyat  yaşayırlar  ki,  bəzən 
onları  əlaqələndirmək  çətin  olur.  Onla-
rın  vəziyyətləri  çox  vaxt  həddən  artıq 
təhlükəli olur. Hətta bizim müqayisə edilə 
bilən  adi  vəziyyətlərimizdə  biz  qeyri-adi 
cəsarət  tələb  edən  qərar  verməklə  üzləşə 
bilərik.  Biz  əbədi  əhəmiyyət  yerinə  cis-
mani  təhlükəsizliyimizi  seçəcəyik?  Biz 
ruhani  qazanc  ilə  nəticələnən  cisma-
ni  riski  edəcəyikmi?  Sənin  bacardığın-
dan çox cəsarət tələb edən vəziyyətlər ilə 
üzləşəndə,  Allahdan  kömək  dilə.  O,  sənə 
vaxtında düzgün qərar vermək üçün lazım 
olan müdrikliyi verəcəkdir. 
Nöqsansız və saf olaraq bu əyri və 
azmış nəsil arasında Allahın ləkəsiz 
övladları olasınız. Onların arasında 
dünyanın nuru kimi parlayın. 
Filip. 2:15


gün
126-cı
Çünki sizə yalnız Məsihə iman etmək deyil, 
Onun uğrunda əzab çəkmək üstünlüyü  
də ehsan olundu.
Filipililərə 1:29
BÖYÜK 
SADİQLİK


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə