Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə47/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   43   44   45   46   47   48   49   50   ...   122

133
BÖYÜK 
SADİQLİK
gün
133
BÖYÜK 
SADİQLİK
-cü
Əgər siz bizə həqiqi Məsihin məbədi 
olduğunuzu göstərə bilsəniz, biz dərhal 
sizin tərəfinizə keçərdik. Çünki biz Məsih 
ilə olmağı arzulayırıq. Amma siz həqiqətlərə 
görə sübutlar ilə gəlmədiniz. Siz bizi zindana 
saldınız. Siz bizim həyatlarımızı götürə 
bilərsiniz, amma imanımızı yox. 
Yepiskop Con Balan 


134
BÖYÜK 
SADİQLİK
-cü
gün
Böyük “rəmz” 
KUBA: TOM UAYT 
Məsihə olan imanlarına görə həbsdə əzab çəkənlər üçün Rəbbin süfrəsi dəyərli andır; amma 
həbsxana mühafizəçilərinin nəzarəti altında bunu etmək nadir hallarda olur. 
Tom Uayt və Mel adlı pilot kommunist 
Kuba üzərindən balaca təyyarə ilə uçurdu və 
ora Fidel Kastronun diktatorluğu altında zülm 
çəkən insanlara Məsihin müjdəsini çatdıran 
minlərlə kiçik vərəqələr tökürdülər. Onlar tu-
fana düşdülər və məcbur oldular ki, təyyarəni 
qəza şəraitində yerə endirsinlər. Baxmayaraq 
ki, Tom və Melə zərər dəyməmişdir, onlar 
Kubada endilər və kommunist mühafizəçiləri 
silahlar ilə onları gözləyirdilər. Tom və Mel 
iyirmi dörd illik həbs cəzasına məhkum olun-
dular.
Toma həyat yoldaşı Ofeliyanın xahişi ilə 
iki dəfə baş çəkməyə izin verilmişdir. O, re-
zin ilə bağlanmış balaca bir plastik qutuda 
quru toz halında olan üzüm içkisini gizlicə 
gətirdi. Tom içkini həbs kamerasına aparardı 
ki, orada digər məsihçilər də mühafizəçilər 
nəzarət etməyən müddətdə Rəbbin süfrəsini 
qəbul edə bilsinlər. 
Tom və Ofeliya Uayt hər ikisi bir şeyi ba-
şa düşmüşdür. İsa Məsihi və Onun çarmıxda 
tökdüyü qanı qeyd etmək onların nikahlarının 
və tapşırıqlarının toxunulmazlığını saxlayan 
ən güclü simvol idi. 
Tom və Mel on səkkiz aydan sonra azad 
oldular. Bu gün Tom və Ofeliya Məsihin on-
lar üçün etdiyi qurbanı Tomun “Şəhidlərin 
səsi” təşkilatını idarə etdiyi Oklahomada 
qeyd edirlər. 
Məsih  şagirdlərinə  iki  ənənəni  qeyd 
etməyi  göstərmişdir:  vəftiz  və  Rəbbin 
süfrəsi. Onlar Məsihə olan həsrolunmanın 
simvollarıdır.  Nə  qədər  çox  məsihçi 
ənənələri  olsa  da,  buna  baxmayaraq,  on-
lar adi məsihçi ənənələri kimi qalmamalı-
dırlar.  Biz,  ola  bilsin  ki,  Rəbbin  süfrəsini 
qeyd etmək üçün öz həyatlarını təhlükəyə 
qoyan imanlıları başa düşmərik, çünki bu 
ənənə  bizim  mədəniyyətimizdə  təhlükədə 
olmayıbdır.  Amma  imanlarına  görə  təqib 
olunanlar  öz  ümdə  məsələlərinin  yenidən 
təşkil  olunduğunu  görüblər.  Simvollar 
həsr  edilmənin  dəyərli  ifadələrinə  çevri-
lir. Məsihçi simvolu olan vəftiz və Rəbbin 
süfrəsi  sənin  üçün  nə  məna  kəsb  edir? 
Gələn dəfə məsihçilərin vəftizinə baxanda 
və Rəbbin süfrəsində iştirak edəndə sevin-
cinizi nə qədər artıracaqsınız? 
Sonra İsa çörək götürdü, şükür edib 
onu böldü və şagirdlərə verərək 
dedi: “Bu, Mənim sizin üçün verilən 
bədənimdir. Bunu Məni xatırlamaq 
üçün edin”. 
Luka 22:19


135
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük qurban
RUMINİYA
Rumıniyanın Qheria şəhərindəki həbsxanada, qaydaları pozan məhbusların adlarının qeyd 
edildiyi siyahıdan adlar seçilir və hər birinə iyirmi beş qamçı vurulurdu. Orada ağrılı cəzanın 
həyata keçirilməsi üçün xüsusi gün təyin edimişdi. O gün, məmur kamera-kamera gəzər və 
döyülməli olanları toplayardı. 
Mühafizəçilər müntəzəm olaraq 
dəyişildiyinə görə və məhbuslar çox olduğu-
na görə, bütün otaq yoldaşlarını ad ilə tanı-
maq qeyri-mümkün idi. Hər dəfə mühafizəçi 
döymək üçün onun kamerasından kimisə 
çağıranda, bu məsihçi dustaq irəli çıxar və 
deyərdi: “Mən oyam”. O, yenidən və yenidən 
başqasının yerinə qəddarcasına qamçılanardı. 
Axırda, bu məsihçi məhbus qurbancasına 
döyülmədən sonra ölümə yaxın olanda, baş-
qa məhbuslar ona təsəlli verməyə çalışırdı. 
Onlar ona dedilər: “Qardaş, indi xoşbəxt ol. 
Tezliklə hər şey bitəcəkdir. Sən göylərdə ola-
caqsan. Orada daha ağrı olmayacaq, yalnız 
sevinc olacaq!”
O döndü, sevgi ilə onlara baxdı və dedi: 
“Qoy Allah mənə Öz istədiyi kimi etsin… 
amma əgər O, məndən soruşsaydı, mən Ona 
deyərdim ki, məni cənnətə aparmasın. Mən 
həbsdə qalmağı üstün tutardım. Çünki mən 
bilirəm ki, yuxarıda təsviredilməz sevinc 
var, amma göylərdə bir şey çatışmır: özünü 
kiməsə görə qurban etmək.”
Bölüşməkdənsə  daha  çox  yığıb  saxla-
mağı  qiymətləndirən  dünyada,  Müqəddəs 
Kitabın qurban prinsipi qəribə bir fikir ki-
mi görünür. “Nə qədər çox bacarsan, bir o 
qədər çox əldə et və bacardığın qədər tez 
et” fikri dünyəvi oyunun adıdır. Müqəddəs 
Kitab uğurun başqa mənasını öyrədir. Bu, 
qurban  adlanır  –  öz  həyatını  başqasına 
görə  qurban  etmək.  Bu,  təbii  deyil.  Bu, 
hətta  bizim  alçaq  təbiətimizə  cəlbedici 
gəlmir.  Bunu  bir  dəfə  biz  cəhd  etsək,  bu 
qarşısıalınmaz  həyat  tərzi  olacaqdır.  Bi-
zim daxilimizdəki Allahın Müqəddəs Ruhu 
bizə özümüzü başqalarının arxasında ikin-
ci qoymağa kömək edir. Sözün düzü, Onun 
Ruhu bunu istəməyə bizə kömək edir. Baş-
qalarının ehtiyaclarını öz ehtiyaclarından 
qabağa qoymaq istəyirsən?
Heç kəsin məhəbbəti dostları 
uğrunda canını qurban verən adamın 
məhəbbətindən üstün ola bilməz.
Yəhya 15:13


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə