Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə41/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   37   38   39   40   41   42   43   44   ...   122

116
BÖYÜK 
SADİQLİK
-cı
gün
Böyük məktublar
UKRAYNA
“Molodoy qruzin”
 adlı sovet qəzeti üç məsihçinin həbs olunması barədə məlumat vermişdi. On-
ların cinayəti bütün Sovet İttifaqındakı insanlara İsa Məsihin təlimlərini başa düşməyə kömək 
etmək üçün xüsusi məktublar təşkil etməyə başlamaları idi. 
Onlar Müqəddəs Kitabı və ya məsihçi 
kitablarını çap edə bilmədiklərinə görə bu 
məktubların çoxlu nüsxələrini göndərməyə 
başladılar, həm də məktubları alanlardan 
xahiş etdilər ki, nüsxələrini çıxarıb payla-
sınlar. Xoş Xəbəri bu yaradıcı üsul ilə yay-
maqla minlərlə məktub Sovet İttifaqının bir 
çox ərazilərinə çatdı. Xüsusilə uşaqlar onları 
xoşlayırdılar, çünki onlara məbədə getməyə 
icazə verilmirdi və məktublar onların məsihçi 
təlimində ayrılmaz hissələrə çevrilmişdir. 
Buna əlavə olaraq, bu məktublar o 
dövrdə bütün ölkədə məsihçilərin imanla-
rını dəstəkləməyə kömək etdi. Dövlətin 
təzyiqindən və məbədlərinə maneçilikdən 
sonra onlar nəsə cəsarətli və yeni bir şeyə 
cəhd göstərməyə hazır idilər. Onlar səmimi 
qəlbdən istəyirdilər ki, hamı Allahın sevgisi 
haqqında bilsin və onların üzərinə qoyulan 
qadağalara baxmayaraq, onların heyranedici 
sadəlikləri bütün Tbilisi şəhərində və hətta 
Ukraynanın bəzi ərazilərində də yayılmağa 
imkan verdi!
Başqa bir qəzet məqaləsi yazırdı: 
“Məsihçilər bütün şəhərə öz yazıları ilə ya-
yılıblar.” Bu idarə edilmiş səyi, “imanlılar 
tərəfindən hücumedici” kimi təsvir edirdi.
Bu cür adi məktubun belə uzaqlara çata-
cağını kim qabaqcadan deyə bilərdi!
Məsihçilərə  qarşı  əlliillik  qəddarlıqdan 
sonra,  sovet  məmurlarına  məktublar 
təhlükəli 
göründü. 
Onların 
qorxaq 
münasibətləri  Allahın  Sözünün  qüdrətini 
nümayiş  etdirdi.  Təzyiq  insan  cəhdinə 
təslim  olmur.  O,  şəfqət  hissləri  ilə  yum-
şalmır. O, yalnız Allahın –hər bir imanlı-
nın  həyatında  canlı  və  fəal  olan  qüdrətli 
Sözünə  qarşı  müqavimət  göstərir.  Şeytan 
Allahın  Sözündə  olan  qüdrət  qarşısında 
titrəyir.  Biz  də  düşmənlərimiz  kimi  onun 
qüdrətindən agahıq? Əgər Müqəddəs Yazı-
ları  oxuyub  bu  qüdrəti  hiss  etdiyin  vaxt-
dan  uzun  müddət  keçibsə,  Allahdan  ikin-
ci  imkanı  istə.  Allahdan  xahiş  et  ki,  Öz 
qüdrətini  göstərsin  və  bu  gün  həyatında 
Sözün təsirini təcrübədən keçir.
Ya Rəbb, sözün əbədidir, 
göylərdədir, dəyişməzdir. 
Məzmur 119:89


117
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük könüllü
ÇİN: KVANQ BACI
Ağır zəhmət tələb edən işdən və acından ölməkdən azacıq fərqli olan bir pəhriz təklif edəndən 
sonra, Çinin həbsxana mühafizəçiləri tələb etdilər ki, kimsə ayaqyolularını hər gün təmizləsin. 
Həbs olunmuş qadınlardan heç kim danışmadı. 
Nəhayət, Kvanq bacı irəli addımladı 
və murdar işi görməyə könüllü razı oldu. 
O, həbsdə olan və bir daha heç vaxt görə 
bilməyəcəyi digər qadınlar ilə öz imanını 
bölüşmək üçün bunu böyük imkan hesab et-
di. Həbsdə olduğu müddətdə o, yüzlərlə qadı-
nı Məsihə gətirdi.
Kvanqın Allaha həsr olunması onu tanı-
yanların hamısına aydın idi, amma bu, çox 
əzablar vasitəsi ilə başa gəlmişdi. Onun həbs 
olunmasından əvvəl o və həyat yoldaşı bütün 
Çini səyahət edib kiçik ev toplantılarını kö-
nüllü surətdə təşkil edirdilər.
Kommunist məmurları Kvanqın 
fəaliyyətinin üstünü açanda, onun on iki yaş-
lı oğlunu ölənə qədər döydülər. O, yenə də 
Məsihi inkar etməkdən imtina etdi və hətta 
öz azadlığından sonra da ev toplantıları ya-
ratmaq hərəkatını davam etdirdi.
Nəhayət, 1974-cü ildə kommunistlər 
“Kvanq Ana” nümunəsi düzəltməyi qərara 
aldılar ki, indi onun məbəd üzvləri onu ta-
nıyırlar. O, ömürlük həbs cəzasına məhkum 
olunmuşdur, sanitariya vedrəsi qoyulmuş 
yeraltı kamerada saxlanılırdı və ona yalnız 
çirkli düyü yedizdirilirdi. 
O, möcüzəvi yolla on ildən sonra azad 
olundu və həmişə keçmiş həbs vaxtları-
na bir hədiyyə kimi baxdı – bu onun üçün 
Məsihin sevgisini başqa yolla heç vaxt eşidə 
bilməyənlər ilə bölüşməkdə xüsusi fürsət idi. 
Könüllülük  bəzi  adamlar  üçün,  demək 
olar ki, peşəkar bir sənətdir. Onlar öz uşaq-
larının  məktəblərində  könüllü  işləyirlər, 
valideyn-müəllim 
gecələrində 
kömək 
edirlər və uşaqlarının futbol komandaları-
na təlimat verməkdə kömək edirlər. Elə də 
çox tanınmayan fürsətlər üçün könüllülük 
etmək  çətin  ola  bilər.  Tez-tez  könüllülük 
ruhu  heç  harada  tapılmır.  Qocalar  evləri, 
uşaq evləri və sığınacaqlar bir çox insan-
ların öz vaxtlarını sərf etmək istədikləri ən 
axırıncı yerlərdir. Pis qoxu verən, ruhdan 
salan mühit və narahatçılıq onları uzaqlaş-
dırır.  Amma  səncə,  İsa  Öz  vaxtının  əksər 
hissəsini harada keçirərdi? Demək olar ki, 
hər  hansı  könüllülük  işinə  lazımi  və  hey-
ranedici  iş  daxildir,  amma  ən  az  səyahət 
edilən yerlər və uğurları az olan insanlar 
üçün  imkanlara  diqqətlə  qulaq  as.  Gələn 
dəfə biri sənin yoluna çıxana qədər birinci 
könüllü olmağa çalış. 
Dediyiniz və etdiyiniz hər şeyi 
Rəbb İsanın adı ilə edin, Onun 
vasitəsilə Ata Allaha şükür edin. 
Kolos. 3:17


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə