Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə42/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   38   39   40   41   42   43   44   45   ...   122

118-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük auditoriya
RUMINİYA: PASTOR RİÇARD VURMBRAND
Rumıniyalı pastor Riçard Vurmbrand işıq və səsdən məhrum edilmiş kamerada tənha 
yerləşdirildiyi vaxtda belə, o, görünməyən dinləyicilərə təbliğ etməyi davam etdirirdi.
Onun həbsdən möcüzəli yolla azad olma-
sından və nəhayət ki, Birləşmiş Ştatlara miq-
rasiya olmasından sonra, pastor Vurmbrand 
öz həbs həyatını təsvir edən bir neçə kitab və 
tənha kamerada qaldığı müddətdə yazdığı və 
yadda saxladığı vəzləri qələmə aldı. Bir neçə 
ildən sonra o, bu məktubu aldı:
“Əziz Pastor Vurmbrand,
Mən imanlı ailədə böyümüşdüm, amma 
Allahdan uzaqlaşmışdım və nəhayət ki, bura-
da Kanadada həbsxanaya düşdüm. Allaha qa-
yıtmaq istəyirdim, amma bunu necə etməyi 
bilmirdim və beləliklə, dua etdim: “Allahım, 
əgər dünyada haradasa Səni tanıyan başqa 
bir məhbus da varsa, xahiş edirəm, onun 
fikirlərini mənə gətir.” Mən daxilimdə: “Sa-
kit və arxayın otur və Allah səni eşidəcəkdir” 
– deyə, bir səs eşitdim.
Möcüzəli yolla, hər gecə mən elə bil 
uzaqdan gələn vəzlər eşitməyə başladım. 
Tövbə etdim və həbsdən azad olandan sonra, 
məsihçi kitab evində gözüm sənin “Tənha 
həbsxanada  vəzlər”  adlı kitabına sataşdı. 
Dərhal mən bu vəzlərin həbsdə eşitdiklərim 
ilə eyni olduğunu bildim. Onları təqdim etdi-
yiniz üçün çox sağ olun!”
Pastor Vurmbrand başqa ölkədən də iki 
məktub aldı ki, onlar da, demək olar ki, bu-
na bənzər hekayələr idi. Həqiqətən, mələklər 
bu vəzləri Allaha fəryad edən digərlərinə 
 
aparmışdılar.
Belə  deyirlər  ki,  məsihçilər  imanları-
nın  azlığına  görə  çox  vaxt  mələkləri  iş-
siz  qoyurlar.  Çox  vaxtlar  isə  imanlılar 
hərdənbir olan xeyir-dualar ilə yaxşı həyat 
sürməklə  kifayətlənirlər.  Amma  Allah  bi-
zim  üçün  yaxşı  olan  şeylərdən  daha  da 
böyük  şeylər  vermək  istəyir.  O,  bizi  daha 
yaxşı şeylərə gətirmək istəyir və hətta ən 
yaxşısını vermək istəyir; amma O, ən yax-
şı  xeyir-dualarını  iman  ilə  xahiş  edənlər 
üçün saxlayıb. Əgər Allah artıq bizim eh-
tiyaclarımızı bilirsə, onda nə üçün Ondan 
diləməliyik?  Biz  imanla  istəməliyik  ki, 
Ondan asılı olduğumuzu nümayiş etdirək. 
Sən  Allahın  sənə  verdiyi  yaxşı  şeylər  ilə 
kifayətlənmisən? Onda daha yaxşını iman 
ilə dilə. Özünü Onun sənin üçün olan ən 
yaxşısından aşağıya qoyma. 
Əldə edə bilmirsiniz, çünki 
diləmirsiniz. 
Yaqub 4:2


BÖYÜK 
SADİQLİK
119-cu
gün
119
Əgər bütün bəşəriyyət saleh olsaydı və yalnız 
bir nəfər günahlı olsaydı, Məsih bu bir nəfər 
üçün də olsa belə, gəlib eyni əzabı çarmıxda 
çəkərdi. O, hər bir fərdi çox sevir.
Müqəddəs Avqustin
BÖYÜK 
SADİQLİK


120-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük “qorxaq”
TARSUS: YƏHYA MARK 
“O, bizim ilə gələ bilməz! Paul təkid etdi. “O, qorxaqdır və xidmətə yaramır.”
Barnaba cavab verdi: “Ola bilsin sən on-
dan əlini üzmüsən, amma Allah üzməyibdir.”
Paul hələ də qərarında dönməz idi. “Sən 
mənim əlimi məcbur edə bilməzsən, Bar-
naba. Mən yalnız etibar etdiyim adamları 
gətirə bilərəm. O, imanı bölüşmək üçün bu 
səyahətə dəvət olunmur.”
“Onda mən də getmirəm. Bu, sənin 
qərarındır, Paul. Allah sənə səyahət üçün 
istiqamət veribdir. Gəl sülh içində ayrılaq. 
Məbəd səndən qorxanda, Allahın lütfü ilə 
mən sənin yanına gəldim və sənin Allahın 
padşahlığı üçün böyük işlər edəcəyini onla-
ra göstərdim. Yəhya Markda da Allahın eyni 
çağırışı vardır.”
Paul qətiyyətsiz idi. “Onda qoy belə ol-
sun. Buna özüm inana bilməsəm də, ümid 
edirəm ki, sən düzsən, mənim köhnə dos-
tum.” Beləliklə, Paul və Barnaba yolda ara-
landılar. 
Nəhayət ki, Paul və Yəhya Mark Romada 
birlikdə həbsxanaya düşdülər və Paul öz gənc 
dostunu Məsihdə sadiq xidmətçi kimi tapdı. 
Yəhya Mark Markın İncilini yazıbdır və Paul 
ilə o, həbsdə gündəlik çətinliklərlə üzləşərkən 
qorxaqdan tamamilə fərqli bir insan olduğu-
nu sübut etdi. 
Ən çətin anlardan keçərək, Mark öz yolun-
da möhkəm qaldı, bunu Paul ölümündən bir 
az əvvəl Timoteyə yazdığı qısa məktubunda 
bildirmişdi.
Həvarilərin İşləri 15:41; 2 Timotey 4:11
Allah  iki  həqiqətdən  birini  nümayiş 
etdirməkdən  ötrü  tez-tez  bizim  yolumuza 
sınaq  vəziyyətləri  gətirir:  O,  bizim  ruha-
ni inkişafımızda haraya qədər gəldiyimizi 
göstərmək  üçün  sınaqlardan  istifadə 
edəcəkdir, yaxud həyatımızda problemlərə 
izin  verəcək  ki,  bizim  dəqiq  harada  daha 
çox  böyüməmiz  gərək  olduğunu  göstərsin. 
Yəhya  Markın  adi  qorxaqdan  sadiq  ar-
dıcıl  olmasına  dəyişməsi  bizə  ruhani 
böyümənin  bir  proses  olduğunu  xatırladır. 
Biz  daha  da  güclü  olmağı  arzu  etdiyi-
miz  keçmiş  səhvlərə  baxa  bilərik.  Amma 
keçmişdəki  hərəkətlər  bizim  gələcəyimizə 
təsir  etməməlidirlər.  Mark  kimi  sənin  də 
Məsihə  sadiqliyini  göstərmək  üçün  ikinci 
imkana  ehtiyacın  var?  Ruhani  böyüməyin 
üçün imkanlara görə dua et.
Markı da götür özünlə gətir,  
çünki o, etdiyim xidmətdə  
mənə yardım edir.
2 Timotey 4:11


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə