Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   22   23   24   25   26   27   28   29   ...   99

52 
 
zamanda baş gicəlləndirən əyləncələr təşkil edirdi, həm də bu illərdə Luiza de la 
Valyere ilə məhəbbət macəralarını yaşayırdı. 
1667-ci  ildə  o,  İspaniya  Niderlandına  müdaxilə  etdi,  onu  öz  arvadının  irsi 
hesab edirdi. Beləliklə, müharibələr seriyası başlandı və bu, onun hökmranlığının 
yaxşı dövrünü əhatə etdi. Lui ölüm yatağında olarkən demişdi: “Mən müharibəni 
çox  sevirdim”.  Öz  təbəələri  onun  sakitliyini  və  mülayimliyini  qeyd  etsələr  də, 
Fransanın  sərhədlərini  möhkəmləndirmək  üçün  qüvvələrdən  istifadə  etməməsini 
anlaya  bilmirdilər.  Parlaq  kampaniyadan  sonra  kral  ingilislərin,  xüsusən 
hollandların  təzyiqi  qarşısında  1668-ci  ildə  geri  çəkilməyə  məcbur  oldu.  O,  heç 
vaxt  hollandları  unutmadı  və  and  içmişdi  ki,  onların  protestant  merkantil 
respublikasını  məhv  edəcəkdir.  Belə  sonluqda  o,  ingiltərəli  II  Çarlzla  ittifaq 
bağlayıb,  1672-ci  ildə  Niderlandlara  hücum  etdi.  Uzun  çəkən  müharibə  1678-ci 
ildə başa çatdı, birinci Nicmegen sazişi ilə Lui zəfər çaldı. 
Günəş Kral öz şöhrətinin zenitində idi. Demək olar ki, o, qorxulu koalisiyanı 
təklikdə  məğlub  etmişdi.  İspaniya  və  Müqəddəs  Roma  imperiyası  ona  qarşı 
hollandlara qoşulmuşdular. O, öz düşməninə sülh şərtlərini diqtə etdi. O, Fransanın 
sərhədlərini şimalda Flandriyanı anneksiya etməklə və şərqdə isə Lotaringiyanı və 
Franş-Konteni  tutmaqla  xeyli  genişləndirdi.  Onun  donanması  İngiltərənin  və 
Hollandiyanın  donanmalarına  bərabərləşdi.  Paris  onu  “Böyük”  adlandırırdı. 
Sarayda o, aludə olunmaq obyekti idi və 40 yaşı olanda o, özünü bütün adamlardan 
üstün hesab edirdi. 
XVII  əsrin ortalarından  kral XIV Luinin fransız sarayı  moda qanunvericisi 
oldu.  Mütləqiyyətin  modada  meydana  çıxması  saray  və  kral  modası  kimi  özünü 
göstərdi.  Bu  isə  ispan  modasının  fransızların  zövqünə  uyğunlaşdırılmış 
qaydasındakı davamı idi. 
Bu  vaxtdan  fransız  zövqü  və  modası  bütün  Avropanı  bürüdü  və  bütöv  əsr 
ərzində ona sahibliyini saxladı. Paltar çox bəzəkli idi. Qadın paltarında fantaziya, 
həm də eksentrizmə və dəbdəbəyə can atma təcəssüm olunurdu. 
1676-cı ildə XIV Luinin sərəncamı ilə tikilən Əlillər evinin inşası başa çatdı, 
burada 7 min müharibə veteranı yerləşdiriləcəkdi. 
  
Kral  həzzdən  açıqca  imtina  etdi,  lakin  belə  qurban  vermə  onun  yeni 
məşuqəsi,  dindar  madam  de  Mentenon  tərəfindən  asanlaşdırıldı.  Bu  qadın  satirik 
şair  Pol  Skarronun  dul  arvadı  olmaqla,  kralın  qanundan  kənar  doğulmuş 
uşaqlarının  tərbiyəçisi  olmuşdu  və  kralın  yeni  məşuqəsinə  çevrildi.  Onların 
yaxınlığı  və  həm  də  hər  bir  məsələyə  münasibətdə  heyran  edici  həmrəyliyi  kral 
ölənə qədər davam etdi. Madam de Mentenon bu ərindən dörd il sonra, 84 yaşında 
vəfat etdi.   
1681-ci  ildə  XIV  Lui  Elzası  və  Strasburqu  tutdu.  1678-ci  ildə  o,  İspan 
Niderlandlarının ərazisinin bir hissəsini almışdı. Günəş Kral öz hakimiyyətini len 
münasibətləri  ilə  bağlı  olan,  1648-ci  il  Vestfaliya  sülhü  nəticəsində  Fransaya 
birləşdirilmiş  bütün  vilayətlərə  yaymaq  istəyirdi.  1686-cı  ildə  isə  Fransa  Siamla 
müqavilə  bağlamaqla  burada  möhkəmləndi.  1692-ci  ildə  isə  ingilis-holland 
donanması  Normandiya  sahilləri  yanında  fransız  donanmasını  məğlub  etdi.  Həm 


53 
 
də bu vaxt XIV Lui katolitsizmi müdafiə edən II Ceyms Styuartı  ingilis taxt-tacına 
bərpa etməyə çalışırdı. 
1682-ci ildə hökumət iqamətgahı Versala köçdü. Parisin 20 kilometrliyində 
olan bu sarayı XIV Lui atası XIII Luinin ov qəsrinin yerində özü üçün tikdirmişdi. 
Sarayları,  gözəl  parkları  və  fəvvarələri  olan  Versal  Fransanın  siyasi  və  mədəni 
həyatının  mərkəzi  oldu.  Zadəganların  siyasi  əhəmiyyəti  aşağı  düşdü,  onların 
imtiyazları artıq kraldan asılı idi. 
Versalın tikintisiini davam etdirən arxitektor Monsar sarayda  Güzgülü salon 
inşa  etdirdi.  Güzgülər  salonun  işərisinə  heyrətamiz  işıq  verirdi,  günəş  şüası 
güzgülərdə  bərq  vurur,  məkanı  qeyri-adi  gözəlliyə  bürüyürdü.  Günəş  Kral  bu 
sarayı ilə öyünərək deyirdi ki, “Versal – mənəm”. Versalı o, hər şeydən çox sevirdi 
və  bilirdi  ki,  dünyada  onun  sarayına  bənzəri  yoxdur.  Ondan  xeyli  əvvəl  İspaniya 
kralı  II  Filippin  tikdirdiyi  Eskorial  sarayı  da,  Rusiya  imperatoru  Böyük  Pyotrun 
Günəş  Kralı  təqlid  edərək  inşa  etdirdməyə  başladığı,  sonralar  tikintisi  başa 
çatdırılan  Petrodvorets  (əvvəllər  Peterqof  adlanırdı)  saray-park  ansamblı  da  
Versalla müqayisədə uduzrlar. 
Sonrakı  il  həyatda  və  XIV  Luinin  hökmranlığında  dönüş  nöqtəsi  oldu. 
Kraliça öldü və kral gizlincə madam de Mentenona evləndi və həmin qadın siyasi 
nüfuza sahib oldu. O, bu qadına vurulmuş bir adam kimi qaldı, hətta 70 yaşında da 
ona ərlik funksiyasını yenə də davam etdirirdi. Bu barədə indiyədək gəlib-çıxmış 
məktublar məlumat verir. 
Kolber  də  ölmüşdü,  Luiinin  döyüşkənliyi  üçün  yolu  azad  qoyub  getmişdi. 
Avstriya  torpaqlarına  türklərin  müdaxiləsinin  dəf  edilməsi,  Fransaya  qarşı  olmaq 
üçün  Qərbi  sərbəst  qoydu.  1688-89-cu  illərdə  Styuartların  hökmdarlıqdan 
uzaqlaşdırılması  və  Uilyam  Oranclının  İngiltərə  taxt-tacına  çıxması,  sonralar 
Fransanın  bundan  ziyan  çəkməsi  üçün  şəraitin  meydana  gəlməsinə  səbəb  oldu. 
Luinin bu ənənəvi düşmənlərinə bütöv protestant dünyası əlavə olundu. Anası ona 
dar ölçüdə olan və sadə din təlqin etmişdi, ona görə də o, Reformasiyadan heç nə 
başa düşmürdü. O, fransız protestantları olan huqenotlara potensial qiyamçılar kimi 
baxırdı. Onları zorla katolikliyə çevirməyə cəhd etdikdən sonra, 1685-ci ildə Nant 
ediktini  qadağan  etdi.  Bu  sənəd  isə  huqenotların  öz  dini  təriqətlərinə  müvafiq 
olaraq azad sitayiş etmələrinə təminat verirdi. Rəhmsiz təqiblər hesabına çox sayda 
sənətkarlar Fransadan qaçmışdı və bu, saysız-hesabsız bədbəxtliklərə səbəb oldu. 
Beləliklə,  onun  tənəzzülü  başlandı.  İmperator  Luinin  ekspansionizminə 
müqavimət  göstərmək  üçün  Böyük  ittifaq  yarandı.  Bunun  nəticəsində  İngiltərə, 
İspaniya  və  İsveçlə  gedən  müharibə  1688-ci  ildə  başlanmaqla  9  il  davam  etdi. 
Versaldan  gümüş  qablar  yoxa  çıxırdı,  onlar  götürülüb  əridilirdi  ki,  döyşən 
əsgərlərə  maaş  verilə  bilsin.  Bir  sıra  qələbələrinə  baxmayaraq,  Lui  Risvik 
müqaviləsini  imzaladıqda,  tutduğu  bir  sıra  ərazilərdən  imtina  etməli  oldu,  buna 
görə ictimai rəy onu kəskin şəkildə ittiham etdi. Uilyam Oranclını İngiltərənin kralı 
III Uilyam kimi tanıdıqda, özü tərəfindən belə ağrılı ikinci qurbanın verilməsi ilə 
razılaşmalı  oldu.  Axı  Uilyamın  taxt-tacına  Styuart  sülaləsindən  olan  kral  II 
Ceymsin ilahi hüququna o, inanırdı və indi isə buna zidd çıxmışdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə