Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   24   25   26   27   28   29   30   31   ...   99

56 
 
nümunəsi idi, Fransanı öz yüksəkliyinə, zirvəsinə çatdırmışdı. O, həm də xüsusən 
öz  dini  siyasətinə,  son  vəsiyyətinə  və  sarayı  xalqdan  ayrı  saldığına  görə 
monarxiyanın qəbrini qazmaqda ittiham edilirdi. O, bütün dövlət maşınını özündə 
mərkəzləşdirmişdi,  bu,  monarxiyanı  insan  gücündən  kənarda  olan  ağır  yükə 
çevirmişdi. Volter onun hökmranlığını Roma imperatoru Avqustunku ilə müqayisə 
etmişdi,  doğrudan  da  hər  ikisi  güclü  və  zəif  cəhətlərə  malik  idi.  Qələbələrinə  və 
işğallarına baxmayaraq onun idarəçiliyi altında Fransa birinciliyini itirdi. 
Avropanın kübarlığı Günəş Kralın parladığı Fransanın dilini və qaydalarını 
qəbul etdi, baxmayaraq ki, uzun müddət ona qarşı nifrət bəslənməkdə qalırdı.  
Bəzi  tarixçilər  deyirlər  ki,  XVII  əsr  Avropada  müasir  dövlətin 
evolyusiyasının dönüş nöqtəsi oldu. Avropa Birləşmiş Xristianlığının idealı əslində 
dünyəvi dövlət sisteminin praktiki olaraq meydana gəlməsinə yol açdı. XIV Luinin 
dəbdəbəli  hökmranlığı  dövründə  mütləqiyyət  monarxiyasının  dəqiq  təcəssümü 
meydana gəldi. Kralın təbii lətafəti ona xüsusi vurğunluq bəxş edirdi. “O, xalatını 
geyinəndə, dövlət mantiyasında olduqda və qoşunların başında at belində çapdıqda 
nəcib  və  möhtəşəm  görünürdü”.  O,  təbii  qaydada  xoş  xasiyyətli  idi  və  “həqiqəti, 
ədaləti,  qaydanı  və  ağılı”  sevirdi.  Onun  həyatı  qaydaya  tabe  idi.  “Heç  nə  onun 
günləri  və  saatları  kimi  belə  böyük  dəqiqliklə  nizamlana  bilməzdi”.  Onun  özünə 
nəzarətinə  söz  ola  bilməzdi.  “O,  bütün  həyatı  boyu  on  dəfə  belə,  özünə  nəzarəti 
itirməmişdi və bu vaxtı da yalnız özündən aşağı adamlara sərf edirdi”. Lakin hətta 
mütləq monarx da qeyri-kamillikdən uzaq deyildi. Sen-Simon bu cəhətləri də qeyd 
etmək  cəsarətinə  malik  idi:  “XIV  Luinin  özündən  razılığı  hüdudsuz  idi  və  ya 
cilovlanan  deyildi”,  bunlar  isə  onun  bütün  ləyaqətlərindən,  fərasətlərindən, 
təhsilindən, ümumən hər şeydən əvvəl xarakterinin müstəqilliyindən irəli gəlirdi və 
digərlərinin  hissiyyatından  onun  “zəhləsinin  getməsinə”,  “həm  də  mühüm 
məsələlərə aid mühakimələrdə səhvlər etməyə” aparıb çıxarırdı. 
XIV  Luinin  hərbi  şöhrətə  can  atması  kralı  müharibələrə  başlamağa  sövq 
edirdi. Fransa sülh dövründə 100 minlik, müharibə dövründə isə 400 minlik orduya 
malik  olurdu.  Lui  müharibəni  öz  hökmranlığının  demək  olar  ki,  ardı-arası 
kəsilməyən  fəaliyyətinə  çevirmişdi.  Nüfuz  və  hərbi  şöhrət  qazanmaq,  Burbon 
sülaləsinin  Avropa  məsələlərində  ağalıq  etməsinə  nail  olmaq  bir  sarsılmaz  istək 
kimi  Günəş  Kralı  cəlb  edirdi.  O,  1667  və  1673-cü  illər  arasında  dörd  müharibə 
başlamışdı. 
Utrext sülhündən iki il sonra Günəş Kral öləndə Fransa borc içərisində idi və 
düşmənlər  tərəfindən  əhatə  olunmuşdu.  Ölüm  yatağında  76  yaşlı  monarx  öz 
varisinə bu sözləri deyəndə peşiman kimi görünürdü: 
“Tezliklə  sən  böyük  səltənətin  kralı  olacaqsan.  Sənə  tapşırıram  ki,  Allah 
qarşısında borcunu unutmamalısan; yadda saxla ki, sən hər şey üçün ona borclusan. 
Öz  qonşularınla  sülh  şəraitində  qalmağa  çalış.  Mən  müharibəni  olduqca  çox 
sevmişdim.  Bunda  və  ya  pulu  külə  sovurmaqda  məni  təqlid  etmə.  Hər  şeydə 
məsləhət  al,  çalış  ki,  ən  yaxşı  xətti  tapasan  və  o  yolla  gedəsən,  nə  qədər  tez  və 
mümkünsə öz xalqının yükünü yüngülləşdir və mənim uğursuz olduğum vaxtlarda 
mənim etmədiklərimi et”. 


57 
 
XIV Luinin idarəetmə üslubu bütün Avropada onu təqlid edənlərə malik idi. 
Əvvəlcə  Günəş  Kralın  xarici  siyasəti  uğur  qazanırdı,  bunu  işğal  müharibələri  ilə 
möhkəmləndirirdi  və  onun  səsi  Avropada  həlledici  rola  malik  idi.  Lakin  tezliklə 
onun ekspansiyası Avropa dövlətlərinin müqaviməti ilə qarşılaşdı. Daxili siyasətdə 
isə mütləqiyyət rejimi monarxın özbaşınalığına çevrildi. 
Din  sahəsində  də  aparılan  siyasət  vəziyyəti  ağırlaşdırdı.  XIV  Lui  Roma 
Papası  ilə  münaqişəyə  girdi.  Huqenotların  təqib  edilməsi  1685-ci  ildə  Nant 
ediktinin  ləğvi  ilə  nəticələndi.  Huqenotların  ölkədən  qaçması  Fransa  üçün  ağır 
iqtisadi nəticələrə səbəb oldu. 
XIV  Luinin  daimi  müharibələri  xarici  siyasətdə  azacıq  uğur  gətirsə  də, 
iqtisadi vəziyyəti mürəkkəbləşdirdi. Aclıq, əhalinin sayının azalması, mütləqiyyətə 
müxalifliyin  güclənməsi,  kralın  dayanmaq  bilməyən  bədxərcliyi,  hakimiyyətdə 
olanların  özbaşınalıqları,  qeyri-məhdud  səlahiyyətlərə  malik  olan  monarxın 
hökmranlığının  nəticəsi  idi.  Ona  görə  də  Günəş  Kralın  mirası  viranə  qalmış  ölkə 
oldu. 
XIV  Lui  Fransanın  güclü,  çiçəklənən  olmasını  istəyirdi,  öz  ölkəsini 
şöhrətləndirməyə can atırdı. O, Fransanın əzəməti barədə özşüur hissi yaratmışdı,  
həmin  özşüur  hissi  bu  gün  də  yaşayır.  O,  hamını  heyrətləndirmək  istyirdi,  onun 
baxış bucağı sadəcə olaraq təəccüb doğuran idi. O, dünyaya bütün məsələlərdə öz 
baxışını təlqin edirdi, əlbəttə ki, heç kəs onunla müqayisə oluna bilməzdi. 
 Onun  çox  sevdiyi  müharibələr  ölkəsinə  və  xalqına  olduqca  baha  başa 
gəlirdi.  Onun  orduları  dəhşətli  əməllərə  yol  verirdi.  Lakin  bu  günün  dəhşətləri 
fonunda  onlar  çox  sönük  görünür,  onun  hökmranlığı  altında  heç  kəs  millətin 
quldarlığa,  kütləvi  deportasiyalara  və  genosidə  məruz  qalmasını  görməmişdi. 
İtalyan  kimyaçısı  ona  ilk  bakterioloji  silahı  təklif  edəndə  o,  bir  şərtlə  bu  adama 
pension kəsdi ki, öz icadını, onun sirrini heç vaxt bəyan etməyəcək, açmayacaqdır. 
XIV Lui bəzi hallarda tiran idi, lakin Volterin sözləri ilə deyilsə: “onun adı 
heç  vaxt  ehtiramsız  qaydada  və  daim  yad  edilən  era  kimi  qeyd  edilmədən 
çəkilməyəcəkdir”. 
 
Böyük II Yekaterina 
Spartadan  qaçmış  sərkərdə  Pavsanidən  soruşduqda  ki,  “Axı  niyə  Spartada 
qalmayıb,  oradan  qaçdın?”  sözlərinə  Pavsani  cavab  verdi  ki,  “həkimlər  adətən 
sağlam adamın yox, xəstə adamın yanında olurlar”. 
Plutarx 
Həyatda  bir  şey  çox  qiymətlidir  –  həqiqəti  qoruyub  saxlamaq  və  ədalətli 
hərəkət etmək. 
Mark Avreli 
Rusiya imperatriçası kimi II Yekaterina öz sələfi Böyük Pyotrun işini davam 
etdirdi.  Pyotr  Rusiya  üçün  “Avropaya  pəncərə”  açmışdı,  Yekaterina  isə  qapıları 
taybatay  açdı.  Pyotr  Avropanı  məcbur  etmişdi  ki,  güclü  və  müstəqil  Rusiyanın 
mövcudluğunu tanısın, Yekaterina isə Rusiyada böyük bir Avropa dövlətinə bənzər 
səltənət  yaratdı.  Pyotr  Qərb  mədəniyyətini  tətbiq  etmək  üçün  qədim  Rusiya 
mədəniyyətini məhv etmişdi. Yekaterina isə Avropanın təsirinə məruz qalmış milli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə