Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   21   22   23   24   25   26   27   28   ...   99

50 
 
qovmuşdu,  bunun  səbəbini  isə  bilirdi  və  heç  vaxt  onların  üstünə  yerimək  üçün 
fürsəti əldən vermirdi və belə təsadüf ona ədalətli görünürdü”. 
Yaltaqlıq  XIV  Lui  sarayının  fərqləndirici  xüsusiyyətinə  çevrildi.  Krala 
yaltaqcasına  tərif  hədd  bilmirdi,onun  ən  adi  sualına  da  yalnız  ona  xoş  gələn 
sözlərlə  cavab  verilirdi.  O,əyanlarından  birindən  arvadının  nə  vaxt  dogacagını 
soruşduqda,  həmin  adam  ona  belə  cavab  vermişdi  :  “Sizə  nə  vaxt  xoş  gəlirsə,o 
vaxt, Sir”. 
Onun  çox  sevdiyi  məşguliyyətlərdən  biri  ovçuluq  idi.  Fransanın  əvvəlki 
kralları da ovçuluqla əylənmişdi, XIV Luinin isə ova aludəçiliyi hansısa başqa bir 
nümunə  ilə  müqayisə  oluna  bilməzdi.  O,  hər  gün  üç  dəfə    ova  gedirdi,    başqa 
sevimli  məşğuliyyətinə  də  bu  qədər  vaxt  ayırırdı,  gündə  üç  dəfə  məşuqələri  ilə 
intim yaxınlıq edirdi, bu da onun qüvvətli kişi oldugunu sübut edirdi. Həm də hər 
gün üç dəfə Dövlət Şurasının iclasında iştirak edirdi. 
Kralın  məşuqəsi  madam  Montespan  ərli  qadın  idi,  doqquz  dəfə  hamilə 
olmuş,  yeddi  uşaq  dogmuşdu,  ona  gırə  də  əvvəlki  gözəlliyini  qoruyub  saxlaya 
bilməmişdi.  Bu  səbəbdən  də  kralı  artıq  elə  ehtirasla  özünə  cəlb  edə  bilmirdi.  O, 
kralın əvvəlki məşuqəsi Luiza de La Valyerini de əvəz etmişdi. Madam de Valyeri 
kraldan  ayrılmaq  kimi  bir  dərdə  dözə  bilmədiyindən,  ondan  doğduğu  kiçik  yaşlı 
haramzada  uşaqlarını  da  tərk  edib,  monastıra  yollandı,  Fransızlar  deyirlər  ki, 
”Chaque  femme  a  ses  charmes”-  “  Hər  qadın  öz  lətafətinə  malikdir”.  Görünür, 
markiza  Montespan  malik  olduğu  lətafətlərini  təbiətin  qanuna  uyğun  olaraq 
itirmişdi.  Madam  Montespan  da  on  dörd  illik  yaxınlıqdan  sonra  kralla  həmişəlik 
vidalaşmağın  dəhşətinə dözə bilmirdi, təkcə belə sözlərdən təsəlli tapırdı ki, yeni 
məşuqə  madam  Mentenon  kraldan  çox,  allaha  məhəbbət  bəsləyir.  Lakin  madam 
Mentenonla eşq məcərası daha ciddi şəkil aldı və kralın vəfatına qədər davam etdi. 
 Həm də XIV Lui bu vaxt artıq  xeyli qaydada dindarlığa meyl etmişdi, ərli 
qadınla intim əlaqəsini bağışlanmaz günah hesab etməyə başlamışdı. Ona görə də 
o,  özünün  qanundan  kənar  doğulmuş  uşaqlarının  tərbiyəçisi  madam  Mentenona 
diqqət göstərməyə başladı. Özündən üç yaş böyük olan bu qadının krali valeh edən 
xüsusiyyətləri  var  idi,  qadın  lətafətindən  də  xali  deyildi.  Onun  bir  üstünlüyü  də 
onda idi ki, o, dul  qadın  idi, əri ölmüşdü. Dindar qadın olan madam de Mentenon 
onu  inandırmışdı  ki,  o,  özünə  xilas  yolu  tapa  bilər.  Arvadı  Mariya  Terezanın 
vəfatından  sonra  kral  evlənə  bilərdi.  Lakin  Mentenon  dvoryan  əsilli  olmadığına 
görə  kral  onunla  qanuni  şəkildə  evlənə  bilməzdi.  Ona  görə  də  o,  madam  de  
Mentenonla gizlində evləndi. 
Saraydakı  qaydalar,  davranış  tərzi  sarsılmaz  qanun  hüququ  qazanmışdı. 
Kralın  yeni  yaranan  adətlərə  güzəştsiz  nəzarət  etməsi  hamıya  yaxşı  məlum  idi.  
Versal saray məkanına çevrildikdən sonra bura həqiqətən də nümunə timsallı etiket 
yarmarkasına  çevrilmişdi.  Etiket  idarəetmə  mənası  kəsb  etmişdi.  Həmin  vaxtdan 
kübarlıq Fransa həyatında mühüm faktor rolu oynamasını dayandırdı. Bununla da 
millət müəyyən dərəcədə zəiflədi. 
Versal  özünün  binalarının,  parkının  və  fəvvərəlirinin  möhtəşəmliyi  iilə 
yanaşı,  saray  ora  köçdükdən  sonra  artıq  birja  təsiri  bağışlayırdı.  Buna  görə  də 


51 
 
Versal  qalmaqal  məkanına  çevrilmişdi.  Kral  bu  nəhəng  saray  qarşısında  rol 
oynamağı bacarırdı. 
Luinin  yaxşı  taleyi,  öz  təbəələrinin  müxtəlif  fəaliyyət  dairələrindəki  qeyri-
adi  qruplara  məxsus  olması  ilə  bağlı  idi.  O,  bu  adamlardan  necə  istifadə  etməyi 
bilirdi.  O,  yazıçıların,  xüsusən  Molyerin  və  Jan  Rasinin  himayəçisi  idi,  özünü 
tərifləməyə  həsr  olunmuş  nəğmələr  yazmaq  barədə  onlara  göstəriş  verirdi.  O, 
incəsənət  adamlarına  gözəllik  haqqında  öz  baxışlarını  təlqin  edirdi.  Fransanın 
görünüşü və həyat yolu dəyişilmişdi. Böyük şəhərlər metamorfozalara uğramışdı, 
peyzaj  dəyişilmişdi,  hər  yerdə  monumentlər  qoyulurdu.  Kral  yeni  iqamətgahlar 
tikməyə  güclü  surətdə  aludə  idi.  Onun  möhtəşəm  sarayları  olan  Sen  Jermen  və 
Marlidən az şey qalmışdır. Versal isə, - hətta hələ tikiləndə lənətlənmişdi və milləti 
məhv  etməyə  görə  ittiham  edilmişdi,  -  indiyədək  öz  mükəmməl  gözəlliyini 
saxlayır. 
Versal təqribən müasir aeroportun tikilməsi xərcinə başa gəlmişdi. Bu saray 
hamı üçün ümumi valeh olma obyekti idi və Fransanın nüfuzunu daha da artırdı. 
Hökumətin  bütün  gücü  Versalın  tikilməsinin  ağırlığını  öz  çiynində  daşımağa 
yönəlmişdi. 
XIV  Lui,  özünü  Parisin  qeyri-sağlam  havasından  və  səs-küyündən 
uzaqlaşdırmaqda  səhv  etməmişdi,  lakin  o,  bəzilərinin  ittiham  etdiyi  kimi 
əcdadlarının  ənənəsini  pozmaq  kimi  bir  iş  görmüşdü.  Monarxiya  xalqdan  artan 
dərəcədə izolyasiya olunmuşdu və bu, mifik bir keyfiyyətə yüksəlmişdi. 
Onun  sarayını  dəstəkləyən  Versalın  və  qəsrləri  andıran  digər  binaların 
tikintisi, həmçinin apardığı müharibələr XIV Lui üçün böhranlı maliyyə vəziyyəti 
əmələ gətirdi. Maliyyə naziri Kolber Fransanın sərvətini və qüdrətini artırmaq üçün 
yollar  axtardıqda,  merkantilizmə  üstünlük  vermişdi.  Bu  dövlətin  xeyrinə  iqtisadi 
fəaliyyəti nizamlamaq idi. İdxala olan ehtiyaclar azaldılır, ixrac artırılırdı. Kolber 
fransız  manufaktura  mallarının  istehsalını  artırmağa  və  keyfiyyətini 
yaxşılaşdırmağa  cəhd  edirdi.  O,  çox  sayda  yeni  istehsal  sahələri  yaradırdı,  buna 
Bovedəki kral şpaler fabriki, Venetsiyadan şüşə qayıranları və Flandriyadan parça 
istehsalçılarını Fransaya dəvət etməsi misal ola bilərdi. Fəhlələrin hazırlanmasına 
olan ehtiyacı görürdü. Yeni istehsal sahələri yaradanlara xüsusi imtiyazlar verilirdi, 
bura  vergi  güzəştləri,  borc  vermə  və  subsidiya  ayırma  daxil  idi.  İdxal  həcmlərini 
birbaşa  azaltmaq  üçün  xarici  manufaktura  mallarına,  xüsusən  ingilis  və  holland 
parçalarına  tarifləri  artırdı.  Ticarət  donanması  yaratdı  ki,  fransız  mallarını  xaricə 
daşısın. 
Versal fransız mütləqiyyət dövlətinin və Günəş Kralın qüdrətinin simvoluna 
çevrildi. Versal həm də praktiki siyasi niyyətlərə xidmət edirdi, yüksək kübarlar və 
qan prinsləri üçün ev rolunu oynayırdı. 
Lui öz sarayının yüksəldiyini müşahidə etdikdə, inşaata nəzarət edən Kolber 
ixracı maksimum artırmaqla, ondan Fransanın iqtisadi cəhətdən özünü təmin edən 
ölkəyə  çevrilməsinə  kömək  edən  iqtisadi  inqilabın  icrasına    razılıq  əldə  etmişdi. 
Manufakturalar,  hərbi-dəniz  və  ticarət  donanması,  yeni  polis  təşkilatı,  yollar, 
limanlar və kanallar məhz bu vaxt meydana gəldi. Lui hər detala nüfuz edirdi, eyni 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə