55
saxladı. Bu o qədər böyük məsələ idi ki, sonrakı məğlubiyyətlər və inqilablar da
onların itirilməsinə gətirib çıxarmadı.
Luinin ictimai bədbəxtliklərinin üzərinə şəxsi itkiləri də əlavə olundu.
Demək olar ki, eyni vaxtda o, oğlunu – Böyük Dofini və nəvəsini itirdi. Bu itkilər
onun tənəzzül illərinin hüznünə çevrildi.
Kralın özü də ciddi xəstə idi, yoğun bağırsaq fistulundan əziyyət çəkirdi.
Yeganə çıxış yolu cərrahiyyə əməliyyatı idi, lakin belə müalicə üsulu nadir
hallarda uğurlu olurdu. XVII əsrdə həkimlər xəstələri müalicə etməkdən daha çox
onları öldürürdülər. O,öz cərrahına müraciət edərək dedi: “Msye cərrah, məni ən
axırıncı təbəəm kimi müalicə et, onda əliniz titrəməyəcəkdir”. Kral əməliyyat vaxtı
böyuk dözümlülük göstərdi, dəhşətli ağrıya tab gətirə bildi. Həmin axşam o, kral
şurasının iclasını keçirdi. Fransa kralın xəstə olduğunu bilməməli idi. Kralın ölüm
xəbəri isə Avropada böyük diplomatik əks-səda doğurardı.
Saray, divarlarından qəmginlik yağan bir məkana çevrilmişdi. Kral özü
demişdi ki,”Bizim Versal çox qaşqabaqlıdır”. Mentenon krala təsəlli verirdi. Axı
ölüm kralın yaxınlarının, əzizlərinin çoxunu həyatdn aparmışdı. Versal həqiqətən
də əvvəlki şadlıq atmosferini itirmişdi. Lui sarayın salonlarında qəmgin şəkildə
oturb, fikirə dalırdı, Mentenon isə kənarda daynıb, müqəddəs hörümçək kimi ona
tamaşa edirdi. Kral bəzən hətta otağının qapısını bağlayıb öz taleyinə ağlayırdı.
1715-ci ildə o,zəifləmişdi,qanqrena onun ayaqlarına yayılmışdı O,bu vaxt
demişdi : “Mən öz saray adamlarımın arasında yaşamışam, onların arasında da
öləcəyəm”. Ona görə də göstəriş verdi ki, onlar yanına nahara dəvət olunsunlar.
Kral ölən anlarda Mentenon monastıra getmişdi, orada azacıq da olsa təsəlli tapsın.
O, kralı keşişin və nəhayət etibarilə Allahın mərhəmətinə tapşırmışdı. Ölüm
aninda,
qaydalara görə o, kralın yanında olmamalı idi.
1 sentyabr 1715-ci ildə fransız kralı XIV Lui 77 yaşına bir neçə gün qalmış
Versalda öldü. Onun cəsədi San-Dieqo bazilikasında dəfn edildi. Öz nəticəsi və
varisi XV Luiyə Günəş Kral elə bir ölkəni miras qoydu ki, burada marşal Vobanın
sözü ilə deyilsə, sakinlərin onda bir hissəsi dilənçilik edirdi, əhalinin yarısı isə
yoxsulluğuna görə dilənçilərə ianə vermək imkanında deyildi.
Bu vaxt onun varisi, Burbon hersoqunun sonuncu oğlu beş yaşlı uşaq idi və
onun da sağ qalması gözlənilmirdi. Lui öz qohumu olan Orlean hersoquna
inanmırdı və istəyirdi ki, real hakimiyyət madam de Montespanın oğlu Men
hersoqunun əlində qalsın. Buna nail olmaq üçün o, vəsiyyətinin layihəsini cızdı,
bu, monarxiyanı məhv etməyə kömək edəcəkdi. Paris parlamenti kralın ölümündən
sonra onun vəsiyyətini ləğv etdi, siyasi hakimiyyəti yenidən qaldırdı ki, sonrakı
hökmranlıq dövrlərində bütün islahatların qarşısı alınsın, bu isə hökmən inqilabı
zəruri edəcəkdi.
XIV Luinin hər bir hərəkəti müqəddəs bir işə çevrilirdi, bu, monarxı
şöhrətləndirməyə xidmət edirdi. Sarayın böyük dəbdəbəsi Kolberin tətbiq etdiyi
maliyyə sistemi vasitəsilə təmin edilirdi. Kolber isə merkantilizmin ixtiraçısı idi.
Lui həyatı boyu öz təbəələri tərəfindən arası kəsilmədən təriflənirdi, bu vaxt xarici
jurnalistlər isə onu qaniçən pələnglə müqayisə edirdilər. Volter “XIV Luinin erası”
əsərində onun böyüklüyünü tərənnüm edirdi. XIV Lui monarxiyanın ən böyük