56
nümunəsi idi, Fransanı öz yüksəkliyinə, zirvəsinə çatdırmışdı. O, həm də xüsusən
öz dini siyasətinə, son vəsiyyətinə və sarayı xalqdan ayrı saldığına görə
monarxiyanın qəbrini qazmaqda ittiham edilirdi. O, bütün dövlət maşınını özündə
mərkəzləşdirmişdi, bu, monarxiyanı insan gücündən kənarda olan ağır yükə
çevirmişdi. Volter onun hökmranlığını Roma imperatoru Avqustunku ilə müqayisə
etmişdi, doğrudan da hər ikisi güclü və zəif cəhətlərə malik idi. Qələbələrinə və
işğallarına baxmayaraq onun idarəçiliyi altında Fransa birinciliyini itirdi.
Avropanın kübarlığı Günəş Kralın parladığı Fransanın dilini və qaydalarını
qəbul etdi,
baxmayaraq ki, uzun müddət ona qarşı nifrət bəslənməkdə qalırdı.
Bəzi tarixçilər deyirlər ki, XVII əsr Avropada müasir dövlətin
evolyusiyasının dönüş nöqtəsi oldu. Avropa Birləşmiş Xristianlığının idealı əslində
dünyəvi dövlət sisteminin praktiki olaraq meydana gəlməsinə yol açdı. XIV Luinin
dəbdəbəli hökmranlığı dövründə mütləqiyyət monarxiyasının dəqiq təcəssümü
meydana gəldi. Kralın təbii lətafəti ona xüsusi vurğunluq bəxş edirdi. “O, xalatını
geyinəndə, dövlət mantiyasında olduqda və qoşunların başında at belində çapdıqda
nəcib və möhtəşəm görünürdü”. O, təbii qaydada xoş xasiyyətli idi və “həqiqəti,
ədaləti, qaydanı və ağılı” sevirdi. Onun həyatı qaydaya tabe idi. “Heç nə onun
günləri və saatları kimi belə böyük dəqiqliklə nizamlana bilməzdi”. Onun özünə
nəzarətinə söz ola bilməzdi. “O, bütün həyatı boyu on dəfə belə, özünə nəzarəti
itirməmişdi və bu vaxtı da yalnız özündən aşağı adamlara sərf edirdi”. Lakin hətta
mütləq monarx da qeyri-kamillikdən uzaq deyildi. Sen-Simon bu cəhətləri də qeyd
etmək cəsarətinə malik idi: “XIV Luinin özündən razılığı hüdudsuz idi və ya
cilovlanan deyildi”, bunlar isə onun bütün ləyaqətlərindən, fərasətlərindən,
təhsilindən, ümumən hər şeydən əvvəl xarakterinin müstəqilliyindən irəli gəlirdi və
digərlərinin hissiyyatından onun “zəhləsinin getməsinə”, “həm də mühüm
məsələlərə aid mühakimələrdə səhvlər etməyə” aparıb çıxarırdı.
XIV Luinin hərbi şöhrətə can atması kralı müharibələrə başlamağa sövq
edirdi. Fransa sülh dövründə 100 minlik, müharibə dövründə isə 400 minlik orduya
malik olurdu. Lui müharibəni öz hökmranlığının demək olar ki, ardı-arası
kəsilməyən fəaliyyətinə çevirmişdi. Nüfuz və hərbi şöhrət qazanmaq, Burbon
sülaləsinin Avropa məsələlərində ağalıq etməsinə nail olmaq bir sarsılmaz istək
kimi Günəş Kralı cəlb edirdi. O, 1667 və 1673-cü illər arasında dörd müharibə
başlamışdı.
Utrext sülhündən iki il sonra Günəş Kral öləndə Fransa borc içərisində idi və
düşmənlər tərəfindən əhatə olunmuşdu. Ölüm yatağında 76 yaşlı monarx öz
varisinə bu sözləri deyəndə peşiman kimi görünürdü:
“Tezliklə sən böyük səltənətin kralı olacaqsan. Sənə tapşırıram ki, Allah
qarşısında borcunu unutmamalısan;
yadda saxla ki, sən hər şey üçün ona borclusan.
Öz qonşularınla sülh şəraitində qalmağa çalış. Mən müharibəni olduqca çox
sevmişdim. Bunda və ya pulu külə sovurmaqda məni təqlid etmə. Hər şeydə
məsləhət al, çalış ki, ən yaxşı xətti tapasan və o yolla gedəsən, nə qədər tez və
mümkünsə öz xalqının yükünü yüngülləşdir və mənim uğursuz olduğum vaxtlarda
mənim etmədiklərimi et”.
57
XIV Luinin idarəetmə üslubu bütün Avropada onu təqlid edənlərə malik idi.
Əvvəlcə Günəş Kralın xarici siyasəti uğur qazanırdı, bunu işğal müharibələri ilə
möhkəmləndirirdi və onun səsi Avropada həlledici rola malik idi. Lakin tezliklə
onun ekspansiyası Avropa dövlətlərinin müqaviməti ilə qarşılaşdı. Daxili siyasətdə
isə mütləqiyyət rejimi monarxın özbaşınalığına çevrildi.
Din sahəsində də aparılan siyasət vəziyyəti ağırlaşdırdı. XIV Lui Roma
Papası ilə münaqişəyə girdi. Huqenotların təqib edilməsi 1685-ci ildə Nant
ediktinin ləğvi ilə nəticələndi. Huqenotların ölkədən qaçması Fransa üçün ağır
iqtisadi nəticələrə səbəb oldu.
XIV Luinin daimi müharibələri xarici siyasətdə azacıq uğur gətirsə də,
iqtisadi vəziyyəti mürəkkəbləşdirdi. Aclıq, əhalinin sayının azalması, mütləqiyyətə
müxalifliyin güclənməsi, kralın dayanmaq bilməyən bədxərcliyi, hakimiyyətdə
olanların özbaşınalıqları, qeyri-məhdud səlahiyyətlərə malik olan monarxın
hökmranlığının nəticəsi idi. Ona görə də Günəş Kralın mirası viranə qalmış ölkə
oldu.
XIV Lui Fransanın güclü, çiçəklənən olmasını istəyirdi, öz ölkəsini
şöhrətləndirməyə can atırdı. O, Fransanın əzəməti barədə özşüur hissi yaratmışdı,
həmin özşüur hissi bu gün də yaşayır. O, hamını heyrətləndirmək istyirdi, onun
baxış bucağı sadəcə olaraq təəccüb doğuran idi. O, dünyaya bütün məsələlərdə öz
baxışını
təlqin edirdi, əlbəttə ki, heç kəs onunla müqayisə oluna bilməzdi.
Onun çox sevdiyi müharibələr ölkəsinə və xalqına olduqca baha başa
gəlirdi. Onun orduları dəhşətli əməllərə yol verirdi. Lakin bu günün dəhşətləri
fonunda onlar çox sönük görünür, onun hökmranlığı altında heç kəs millətin
quldarlığa, kütləvi deportasiyalara və genosidə məruz qalmasını görməmişdi.
İtalyan kimyaçısı ona ilk bakterioloji silahı təklif edəndə o, bir şərtlə bu adama
pension
kəsdi ki, öz icadını, onun sirrini heç
vaxt bəyan etməyəcək, açmayacaqdır.
XIV Lui bəzi hallarda tiran idi, lakin Volterin sözləri ilə deyilsə: “onun adı
heç vaxt ehtiramsız qaydada və daim yad edilən era kimi qeyd edilmədən
çəkilməyəcəkdir”.
Böyük II Yekaterina
Spartadan qaçmış sərkərdə Pavsanidən soruşduqda ki, “Axı niyə Spartada
qalmayıb, oradan qaçdın?” sözlərinə Pavsani cavab verdi ki, “həkimlər adətən
sağlam adamın yox, xəstə adamın yanında olurlar”.
Plutarx
Həyatda bir şey çox qiymətlidir – həqiqəti qoruyub saxlamaq və ədalətli
hərəkət etmək.
Mark Avreli
Rusiya imperatriçası kimi II Yekaterina öz sələfi Böyük Pyotrun işini davam
etdirdi. Pyotr Rusiya üçün “Avropaya pəncərə” açmışdı, Yekaterina isə qapıları
taybatay açdı. Pyotr Avropanı məcbur etmişdi ki, güclü və müstəqil Rusiyanın
mövcudluğunu tanısın, Yekaterina isə Rusiyada böyük bir Avropa dövlətinə
bənzər
səltənət yaratdı. Pyotr Qərb mədəniyyətini tətbiq etmək üçün qədim Rusiya
mədəniyyətini məhv etmişdi. Yekaterina isə Avropanın təsirinə məruz qalmış milli