Böyük Verilənlər üzrə Elmi Tədqiqat və Təlim Mərkəzinin Yaradılması



Yüklə 15,84 Kb.

tarix14.10.2017
ölçüsü15,84 Kb.


 

“Böyük Verilənlər üzrə Elmi Tədqiqat və Təlim Mərkəzinin 



Yaradılması” layihəsi üzrə əməkdaşlığa həsr edilmiş tədbir 

 

 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional 

prezidenti Qordon Birrellin çıxışı: 

19 oktyabr 2016-cı il 



 

 

Hörmətli rektor Paşayev, cənab nazirlər, möhtərəm 

qonaqlar, xanımlar və cənablar, 

 

Bu gün burada BP və tərəfdaşlarının adından 



Azərbaycanın aparıcı universitetlərindən biri ilə 

mühüm bir əməkdaşlığın əsasını qoymaqdan 

məmnunluq duyuram. 

 

BP və tərəfdaşları bu ölkənin təhsilində yeni inkişaf 



sahəsinin yaradılmasına imkan verəcək bu layihəyə 

dəstək olmaqdan məmnundurlar. 

 

Azərbaycanda ilk dəfə olaraq yaradılan Böyük 



Verilənlər üzrə Elmi Tədqiqat və Təlim Mərkəzinə 

dəstək olmaqdan qürur duyuruq. 

 

Bu mərkəzin əhəmiyyəti yalnız onun ölkədə ilk bu cür 



mərkəz olmasında deyil. Düşünürük ki, bu mərkəz 

həm də  ölkədə elm və tədqiqatlar üzrə yeni inkişaf 

sahəsinin –böyük verilənlər sahəsinin başlandığını 

göstərir. 

 

İnanırıq ki, bu mərkəz verilənlər üzrə yerli 



mütəxəssislərin və böyük verilənlər üzrə yerli 

analitiklərin yetişdirilməsi istiqamətində yeni yol 

açacaq. Həmçinin ən qabaqcıl proqram təminatı və 



 

aparat təminatı texnologiyalarında yeni sahələr üzrə 



yerli bilik və təcrübələrin inkişaf etdirilməsinə imkan 

yaradacaq. 

 

Biz, BP və tərəfdaşları,  bu layihəyə ölkədə təhsilə, 



təlimə və yerli potensialın yaradılmasına dəstək olmaq 

öhdəliyimizin bir hissəsi olaraq qoşuluruq. Bu layihə 

həmin məqsədlərə tam cavab verir, çünki o, dövlət 

qurumlarının və özəl sektor təmsilçilərinin mərkəzdəki 

resurslardan istifadəsinə imkan yaratmaqla daha geniş 

təsir dairəsinə malik olacaq. 

 

Bu layihə həmçinin BP və tərəfdaşlarının Təhsil Nazirliyi 



və ADA Universiteti ilə olan əməkdaşlığını 

genişləndirməyə imkan yaradır. Biz bu yeni tərəfdaşlığı 

alqışlayırıq. 

 

ADA Universiteti haqqında bir neçə söz demək 



istərdim. Bu universitetin nailiyyətlərindən xəbərdarıq. 

Baxmayaraq ki, nisbətən qısa müddətdir fəaliyyət 

göstərir, yəni 10 ildən bir az çox tarixə malikdir, o, 

Azərbaycanda təhsilin inkişafına əhəmiyyətli töhfə 

verməklə ölkənin aparıcı universitetlərindən birinə 

çevrilib. 

 

Ümid edirik ki, bizim bu birgə layihəmiz universitetin 



imkanlarını daha da genişləndirəcək. O, ölkədə 

verilənlər üzrə ixtisaslaşmış mütəxəssislərin, verilənlər 

və informasiya mühəndislərinin və böyük verilənlərin 

təhlili üzrə peşəkar mütəxəssislərin yetişdirilməsinə 

birlikdə töhfə verməyimizə imkan yaradacaq. Ümid 

edirik ki, bu da öz növbəsində həm özəl sektorda

həm də dövlət sektorunda bir sıra sahələrdə və 



 

ixtisaslarda təhlil bacarıqlarının təkmilləşdirilməsinə 



yardım edəcək. 

 

BP və onun tərəfdaşları Azərbaycanın uzunmüddətli 



tərəfdaşları kimi öz sosial məsuliyyətlərinə çox ciddi 

yanaşırlar. Bizim sosial sərmayə proqramımız fəaliyyətə 

başladığı andan etibarən icmalarda, peşə 

məktəblərində və universitetlərdə bir çox möhtəşəm 

inkişaf və təlim təşəbbüsləri həyata keçirməklə təhsilə 

dəstək verib. Biz bilirik ki, hökumət, Təhsil Nazirliyi və 

universitetlər ölkənin təhsil sisteminin və 

infrastrukturunun inkişafı istiqamətində çox işlər görüb. 

 

Azərbaycanın neft və qaz layihələrinin korporativ 



iştirakçıları olaraq biz də ötən iyirmi iki il ərzində 

bacardığımız hər yerdə bu inkişafa dəstək vermişik. 

 

Nəticədə, bir çox məktəblər və universitetlər və 



Azərbaycandakı yüzdən artıq kənd icmaları bizim təhsil 

sahəsindəki təşəbbüslərimizdən faydalanıb. Biz bu 

ölkədə digər sosial inkişaf sahələri ilə yanaşı təhsil 

sahəsinə dəstək olmaqdan qürur duyuruq və bu 

dəstəyi davam etdirəcəyik. İnanırıq ki, uşaqlara, 

gənclərə və təhsilə sərmayə qoymaqla biz ölkənin 

gələcəyinə sərmayə qoyuruq. 

  

Birlikdə təhsili uğurlu edək! 



 

Təşəkkür edirəm! 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə