29
Əməyin təhlükəsizliyi və sağlamlıq
Əməyin təhlükəsizliyi və sağlamlıq
Bu il əməyin təhlükəsizliyi və sağlamlıq göstəriciləri baxımından güclü bir il
oldu, əməyin təhlükəsizliyi üzrə məlumatlılığı artırmaq və sağlamlıq məsələləri
barədə anlayışı yaxşılaşdırmaq üçün bir sıra vacib təşəbbüslər həyata keçirdik
Əsaslı dövri təmir
vaxtında və təhlükəsiz
həyata keçirildi
5
2010-cu ilin dənizdə
təhlükəsizlik və riskin
auditi nəticəsində
görülməli tədbirlərin
yerinə yetirilmə faizi
87
%
Fövqəladə hallarda
cavab tədbirləri üzrə
böyük bir birgə
təlim-məşq uğurla
planlaşdırılaraq həyata
keçirildi
30
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2011
Əməyin təhlükəsizliyi
Azərbaycanda əməyin təhlükəsizliyini
həmişə diqqət mərkəzində saxlamışıq və daim bu sahədə
göstəricilərimizi yaxşılaşdırmaq üçün yollar axtarırıq
BP-nin Azərbaycanda əməyin təhlükəsizliyi üzrə göstəriciləri
d
2010
2011
Ölüm halları
0
0
Yüksək potensiallı insidentlərin tezliyi
e
0,045
0,07
İş gününün itirilməsi hadisələrinin tezliyi
f
0,01
0,03
Qeydiyyata alınan xəsarətlərin tezliyi
g
0,17
0,24
Yol-nəqliyyat qəzalarının ümumi səviyyəsi
h
0,88
1,27
Qət edilmiş kilometrlər (milyon)
17,02
14,2
İşlənilmiş saatlar (milyon)
17,97
17,54
İl ərzində biz konkret təhlükəsizlik məsələlərini
ön plana çəkmək üçün işi dayandıraraq əməyin
təhlükəsizliyi ilə bağlı söhbətlər apardıq. Ayrı-ayrı
zədələnmələrin qarşısının alınması və sağlamlıqla
əlaqədar çoxlu sayda təqdimatlar keçirdik.
Altı dəniz platformamızın beşində heç bir
əhəmiyyətli təhlükəsizlik problemi olmadan
rekord sayda dövri təmirlər həyata keçirildi.
Bundan başqa, biz Qərbi Azəri platformasında
məşəl ucluğunu xüsusi vertolyotdan istifadə
etməklə dəyişdik. İlk dəfə idi ki, regionda belə bir
vertolyotdan istifadə olundu. Proses uğurla başa
çatdırıldı.
2011-ci ildə altı yüksək potensiallı insident
c
qeydə alındı – onlardan üçü düşmüş əşyalar,
digərləri tənəffüs aparatı silindrindəki
kəsilmiş klapan mili, təzyiq qoruyucusunun
işləməməsi nəticəsində quyunun gözlənildiyi
kimi bağlanmaması və təhlükəli materialların
təchizat bazasına icazəsiz daşınması idi. Bütün
insidentlərlə əlaqədar hərtərəfli təhqiqat
aparıldı, çıxarılan nəticələr və təcrübədən
alınmış dərslər barədə hesabat verildi.
c
Yüksək potensiallı insident “ehtimal olunan ən ciddi nəticəsi böyük qəza olan hadisə və ya təhlükəli/qeyri-sağlam şərait, yaxud
hadisəyə yaxın vəziyyət” kimi müəyyən edilir.
d
Bu cədvəl BP əməkdaşları və podratçılar üzrə məlumatları əks etdirir. BP-də xəsarət və xəstəliyə verilmiş təriflər ABŞ Peşə
Sağlamlığı və Əməyin təhlükəsizliyi İdarəsi tərəfindən müəyyənləşdirilmiş təriflərdən və bu təriflərin müvafiq şərhlərindən
götürülüb. Buraya sırf layihələrə dair məlumatlar daxil deyil.
e
Yüksək potensiallı insidentlərin tezliyi hər 200 000 iş saatına düşən yüksək potensiallı insidentlərin sayı ilə ifadə olunur.
f
İş gününün itirilməsi hadisəsi (İGİH) iş ilə bağlı xəsarət və ya xəstəlik nəticəsində ziyan çəkmiş şəxsin iş qabiliyyətini itirməsinə
və belə hadisənin baş verdiyi gündən sonrakı ən azı bir normal iş növbəsinə çıxa bilməməsinə səbəb olan hadisə deməkdir. İGİH
tezliyi işlənmiş 200 000 saat ərzində əməkdaş və ya podratçının bir və ya bir neçə gün (növbə) ərzində iş qabiliyyətini itirməsi ilə
nəticələnən xəsarət və ya xəstəliklərin sayı ilə ifadə olunur.
g
Qeydiyyata alınan xəsarət (QX) ilk tibbi yardımdan əlavə müalicə tələb edən işlə bağlı məruzə edilmiş bütün xəsarət hallarının
sayıdır. QX tezliyi işlənmiş 200 000 saat ərzində məruzə edilmiş QX-lərin sayı ilə ifadə olunur.
h
Yol-nəqliyyat qəzalarının ümumi səviyyəsi nəqliyyat vasitəsilə qət edilmiş hər milyon kilometr məsafəyə düşən məruzə edilmiş
yol-nəqliyyat qəzalarının sayıdır.
1. Şahdəniz platformasında yüksək hündürlükdə
işlərin aparılması
2. Səhər növbəsinə başlayan sürücü
Qeydiyyata alınan xəsarətlərin tezliyi
(işlənmiş hər 200 000 saat üçün)
BP əməkdaşları və podratçılar
APİ
a
göstəricisi
OGP
b
göstəricisi
0,1
0,2
0,3
0,4
0,5
0,6
0,7
0,8
0,9
2007
2008
2009
2010
2011
0,35
0,40
0,23
0,17
0,24
İş gününün itirilməsi hadisələrinin tezliyi
(işlənmiş hər 200 000 saat üçün)
0,02
0,04
0,06
0,08
0,10
0,12
0,14
0,16
0,20
0,18
2007
2008
2009
2010
2011
0,05
0,03
0,01
0,00
0,03
BP əməkdaşları və podratçılar
APİ
a
göstəricisi
OGP
b
göstəricisi
2
1
a
Amerika Neft İnstitutu
b
Beynəlxalq Neft və Qaz İstehsalçıları Assosiasiyası