Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə38/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   ...   34   35   36   37   38   39   40   41   42

Aqil İman 

 

 



198 

Ay İman, günləri illə qarşılar,  

Söznən dilə tutub, əllə qarşılar.  

Gələni, gedəni güllə qarşılar,  

Elə bil bu dünya görüş yeridi.  

 

Dünyadan giley, qınaq kimi yazılan, bu zəngin sufi dü-



şüncəli qoşmanın son bəndindəki fikrə diqqət edin: Elə bil 

bu dünya görüş yeridi.  

Bircə  bu  misranın  sufi  məzmunu  tutarlı  bir  kitabdır. 

Həqiqətən  də  insanlar  bu  dünyaya  zəvvar  kimi  gəlir,  hərə-

nin bir missiyası və hər kəsin bir vacib əməli var. Bir sözlə 

Aqil İman qələmi sözə kəsər verməyi bacaran qələmdir.  

Dədə Ələsgər yazır ki,  

 

Nütfəsində əyri olan tez göstərər isbatın,  



Hər ağac kökündə bitər, hər meyvə gözlər zatın.  

Hərcayı hədyana sayar, naşı bilməz qiymətin,  

Əhli-ürfan məclisində gövhər misaldı yüküm.  

 

Aqil  İmanın  oğul  yadigarı,  davamçısı,  istedadlı  şair 



Qılman İman da atasının getdiyi yolu uğurla davam etdirir:  

 

Səfərimiz uzun çəkir,  



Mənzilə yolumuz çatmır.  

Özümüzü təsdiq üçün,  

İmzaya qolumuz çatmır. 

 

Əcəl qəza kəndirimdi,  

Ölüm dərdə endirimdi,  

Satdığımız ömrü indi:  

Almağa pulumuz çatmır. 

 


Bu dünya görüş yeridi 

 

 



199 

Gördük hər dərddən betəri,  

Qəza gətirən qədəri...  

“Ol”duq ölməkdən ötəri,  

Ölmüşük, “ol”umuz çatmır.  

 

Və yaxud: 



 

Dünyaya ucuz gələnlər,  

Getməyi baha istəmir.  

Baş endirib başdakına,  

Qul olmaq ŞAHA istəmir. 

 

Dirisi asılıb dardan,  

Ölüsü bezibdi gordan,  

Adamlar da adamlardan,  

Adamlıq daha istəmir. 

 

Yeri boyda göy istəyən,  

Göyü boyda öy istəyən.  

Allahdan hər şey istəyən:  

Heç nə Allaha istəmir. 

 

 Qılman  İmanın  fikirlərindəki  dolğunluq,  fəlsəfi  ideya-



lar,  heca  şeirlərindəki  modernist  manevrləri  diqqət  çəkən 

əsas amillərdəndi: 

 

Allahdan hər şey istəyən:  

Heç nə Allaha istəmir. 

 

beytində şairin imanı, inancı diqqət çəkəndir. Belə ki, insan 



naşükürlüyü,  Allahın  insana  verdiklərinin  müqabilində  in-


Aqil İman 

 

 



200 

sanın gündə ən çoxu Allahı yada salması vacibliyi, şükran-

lıq sətiraltı məzmunda ifadə olunur... 

Yəqin  ki,  fikirlərim  aydındır,  Göyçə  ədəbi  mühitində 

Miskin  Abdal,  Aşıq  Alı,  Dədə  Ələsgər,  şair  Məmməd-

hüseyn kimi dahilərin sözü qabağında söz demək, əli qələm 

tutandan  cəsarət  istəyir,  əlbəttə,  sözün  məsuliyyətini  başa 

düşəndən.  

Dediklərimin əyani sübutu kimi, Aqil İmanın gizli dün-

yasındakı nakam sevgisinin göynərtisini ifadə edən bu bən-

zərsiz qoşmasına baxın: 

 

Bir kəsdən inciyib, küsmərəm heç vaxt,  



Hər bəla özümə özümdən keçib.  

Yerdə tapdığımı göydə itirdim,  

Mənimki səbirdən, dözümdən keçib. 

 

Ən gözəl arzuydu bir ömür sürmək,  

Müşkülə çevrilib üzünü görmək.  

Yoxsa baxa-baxa adam öldürmək,  

Sənin gözlərinə gözümdən keçib? 

 

İman çəkən zülm təkdi, əzab tək,  

Bağlı qaldım oxunmamış kitabtək.  

Sual dolu baxışına cavabtək,  

Bir söz deyəmmədim üzümdən keçib... 

 

Düzünü  deyim  ki,  bu  şeiri  oxuyanda  içindən  səmimi 



gələn  bir  “ah”  çəkməyə  bilmirsən,  nə  qədər  ismətlə,  abırla 

yazılmış nakam bir eşqin həsrətinin səmimi etirafları...  

Ümumiyyətlə  böyük  şairliyin  yolu,  böyük  bir  eşqdən, 

sədaqətdən,  aşiqlikdən  keçir.  Belə  ki,  Nizamini,  Camini, 

Rumini,  Nəsimini,  Miskin  Abdalı,  Qurbanini,  Füzulini, 



Bu dünya görüş yeridi 

 

 



201 

Xəstə  Qasımı,  Tufarqanlı  Abbası,  Aşıq  Alını,  Dədə  Ələs-

gəri, Səməd Vurğunu və başqa şairləri oxuduqca eşq yolun-

da sadiq bir aşiqliyin, məcnunluğun şahidi olursan. Bir gö-

zəlin fərağında yanmaq şairin bəşər sevgisini ilahi eşqə qo-

vuşduran  yoldur. Ona  görə də sadaladığım dahi şairlər so-

nunda bəndəyə olan eşqini Allahın sevdasıyla əvəzləmiş və 

həqiqi söz sahibləri olmuşlar. Bu mənada Aqil İmanın şeir-

lərini  oxuyarkən  şairin  əlçatmaz  bir  sevdanın  odunda  za-

man-zaman qovrulduğunu hiss edirsən: 

 

Tanrı yaradanda hamıdan seçib,  

Tək gözəl yaradıb, qız, səni belə!  

Sən Allah, az eylə nazı-qəmzəni,  

Nəzərə gətirər tez səni belə! 

 

Dərdimin üstünə dərd yığa-yığa,  

Həzrəti İsatək çəkdin çarmıxa.  

Az qalır yerindən dörd olub çıxa,  

Bir gün görməyəndə göz, səni belə! 

 

Və yaxud:  



 

Bu ömür yolunu burulub geri,  

Arxanca qaçıram, haqlayım səni.  

Elə istəyirəm gündə yüz dəfə,  

Arayım, axtarım, yoxlayım səni. 

 

Kirpiyin pərvanə, gözlərin də şam,  

Könlüm gecələyir sizdə hər axşam!  

Harda itirmişəm, harda tapmışam,  

Qoy elə ordaca saxlayım səni. 

 



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə