Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə39/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   ...   34   35   36   37   38   39   40   41   42

Aqil İman 

 

 



202 

Həsrətlə  yüklənmiş  bu  misralardan  sadiq  bir  eşqin  ətri 

gəlir.  Çox  heyif  dünyadan  vaxtsız  gedən  Aqil  İmanın  eşq-

dən Tanrı dərgahına hördüyü pilləkən yarımçıq qaldı. Onun 

yadigar  qalan  şeirlərindən  başa  düşmək  olar  ki,  onun  da 

məcnunluğunun son mənzili ilahi eşqə qovuşmaq idi...  

Şairin  milli  vətəndaşlıq  mövqeyi  də,  qılıncdan  kəsərli 

şeirləri də  göz  önündədir. Torpağa,  yurda,  dilinə  olan  mə-

həbbəti də acı notlarla ifadə olunub.  

 

Dilimizi kəsdilər – sözü ölə millətin,  



Qoymadılar yetmiş il üzü gülə millətin,  

Səbri özündən böyük bax, bu kölə millətin,  

Dərdlərini yazdılar, demədilər dil ilə,  

Rəhmət Mirzə Sabirə! Rəhmət Mirzə Cəlilə! 

 

Kürsü  xatirinə  millətin  taleyini  hərraca  qoyan  satqın-



lara, nadanlara, cahillərə qarşı üsyan şeirdə özünə yer tapıb: 

 

Bu Leyli kreslolar çoxun Məcnun eyləyib,  



Fərhadtək dağ çapdırıb, ya da Cünun eyləyib,  

Qanuna şah deyənlər, şahı qanun eyləyib,  

Yaltaqlar göz önündə, ehtiyac yox dəlilə,  

Rəhmət Mirzə Sabirə! Rəhmət Mirzə Cəlilə!  

 

Bir sözlə, Aqil İman bu az ömründə kifayət qədər qələ-



minin  gücünü  göstərə  bilib.  Müxtəlif  mövzularda  qələmə 

alınan  şeirlər  onun  güclü  təbli,  yetkin  bir  şair  olmasından 

xəbər verir, sözsüz ki, hər dövrün, zamanın tələbi və poetik 

durumu vardır. 

Şair günümüzün reallığı olan Qarabağ faciəsinə,  yurd- 

yuvası  dağılmış  elə,  elata,  ana  deyib  həsrətindən  göyüm-

göyüm göynədiyi  yağı əllərində qalan Göyçəyə, Vedibasa-



Bu dünya görüş yeridi 

 

 



203 

ra,  Təbrizə  və  digər  əsir  yurdlarımıza  sevgisini  daim  qələ-

minin yaddaşında yaşatmışdır: 

 

Gözlərimdə kükrə, çağla,  



Aхım gеdim sеlə, Göyçə.  

Bas bağrına həsrətimi,  

Tоrpağına bələ, Göyçə. 

 

Gеdən köçüm qalıb düzdə,  

Gəlişimi bir gün gözlə!  

Dərdin şırım açıb üzdə,  

Dən ələyib tеlə, Göyçə.  

 

Qarabağ  müharibəsində  iştirak  edən  şair,  əldən  gedən 

yurdlara görə özünü qınayır. Bir oğul kimi onu qoruya bil-

mədiyi üçün için-için qovrulur: 

 

Ayrılıq оlsa da, yеnə qismətim, 

Talеdən inciyib, bəхtdən küsmədim. 

Оğulluq bоrcunu vеrə bilmədim, 

О adım dağlara, sanım dağlara. 

 

Qalayıb оdlara çох əhdi-andı, 

İmanam, göz yaşım gözümdə yandı. 

Bir para ömürdü, bir tikə candı, 

Mən aхı nə qədər yanım dağlara?! 

 

Allah  rəhmət  eləsin  nakam  şairə,  ruhu  şad  olsun,  həm 



də arxayın olsun ki, onun ruhu hamımız  üçün  əziz  və hör-

mətlidir, sözləri kimi... 



  


Aqil İman 

 

 



204 

Fərid HÜSEYN 

 

QUMARDA OYNAMAYAN UDURMUŞ 

 

Heç  vaxtı  “filankəs  haqqında  yazmaq  çətindir”  kimi 



cümlələrin səmimiyyətinə tam mənada inanmamışam. Am-

ma indi bu yazını yaza-yaza “çətindir” sözünün mənə təlqin 

etdiyi  mənanı  yaxşı  başa  düşürəm.  Mənə  görə  poeziya  elə 

bir  şeydir  ki,  (mən  onun  öz  aləmimdəki  “tərifini”  bilirəm, 

amma  o  tərif  dərsliklərdəki  kimi  hamıya  görə  yox,  mənim 

yəqinləşdirdiyim  mətləb  üçündür)  onu  bilə-bilə  izah  edə 

bilmirəm. Bu açıdan hər kəsin öz mövqeyi və şeir duyumu 

var. Poeziya kontekstdi. Ümumi yox, fərdi kontekst. 

 Şair  Qılman  İmanın  atası  mərhum  Aqil  İman  ənənəvi 

şeirimizin maraqlı və az tanınmış, həm də çox iddiası olma-

yan, təvazökar nümayəndəsidir. Bir dəfə toy kasetində gör-

düyüm  bu  adamın  üzündə  qız-gəlin  həyası  vardı  və  mən 

inanmıram ki, elə bir adam yaxasını cıra-cıra “mən şairəm” 

desin.  Elə  həmin  kövrəklik  bu  və  ya  digər  dərəcədə  onun 

şeirlərində  də  var.  Qılman  İmansa  atasından  fərqli  olaraq 

ənənəvi şeirdə modernlik yarada bilən azsaylı şairlərdəndir 

ki, görünür, o da Turgenev kimi “Atalar və oğullar” prinsi-

pinə zidd gedir. Məşhur ifadəni xatırlayaq: “Əgər oğul tam 

mənada  atasına  oxşayırsa,  deməli,  doğulmayıb”.  Nə  yaxşı 

ki, Qılman İman atasının uğurlu-uğursuz təkrarı deyil. 

Aqil  İmanın  yaradıcılıq  coğrafiyası  istər  mövzu  baxı-

mından, istər şeirin növləri, motivlənməsi və sistemi baxı-

mından o qədər də geniş deyil. Bu birinci növbədə bu cür 

istedadlı adamın milli-mental dəyərlərə bağlı olması,  yaşa-

dığı ərazidə yeniliyə qapıların bağlı olması və s. kimi amil-



Bu dünya görüş yeridi 

 

 



205 

lərlə  ilişkilidir.  Amma  bu  dar  çərçivədə  Aqil  İman  fərqli 

düşüncə və sistem özəlliyinə malikdir: 

 

İmanam, uzaqdan boylan, bax bəri, 



Gör, necə çəkirəm mən bu dərdləri. 

Adın ürəyimdə yazılan yeri, 

Qoruyub saxlaram bir guşə kimi. 

 

Aqil  İman  şeirlərində  bir  cəhət  mənə  fərqli  göründü. 



Onun  ən  yaxşı  şeirləri  “həsrət”  şeirləridir.  İstər  Vətənlə 

bağlı, istər təbiətlə əlaqədar, istərsə də digər mövzulu şeir-

lərində  o  ənənələrdən,  stereotiplərdən  yaxa  qurtara  bilmir. 

Məncə, həsrət, ümumən sevgi şeirləri onun istedadının özü-

nüifadəsidir.  O  özünü  ifadə  edəndə  isə  tamam  ayrı  poetik 

düşüncə sahibi olan şair kimi göstərir. Bəzi bölgələrimizdə 

aşıq şeirinin bütün janrlarında  yaza bilməyən şairə  yuxarı-

dan  aşağı  baxırlar.  Əslindəsə  janra  görə  mətn  yazmaq  ab-

surddur.  Çünki  mətn  yaranandan  sonra  janr  yaranır.  Bəlkə 

də,  Aqil  İman  başqa  janrlı  şeirlərini  mühitin  “ağzı  düz” 

olsun deyə yazıb. 

Keçək ölüm məsələsinə... 

 

Oyan, a taleyim, a bəxtim, oyan! 

Sən mənə həyansan, mən sənə həyan. 

Nə vaxtdır gözümü yollarda qoyan, 

Görən harda qaldı, ölüm gəlmədi. 

 

Qılman  İmana  nə  qədər  təlqin  etməyə  çalışsam  da, 



“neyləyim” – deyibən o yenə ölümdən yazır və bu mövzu-

da yazmağa davam edir. Qılmanın ölümdən yazmağı, düzü, 

məni  qorxudur  və  düşünsək  ki,  poeziya  –  “yaradıcılıq  təh-



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə