peyğəmbərimizi
Səhabəni necə sevdi?
141
bu ifadəni Peyğəmbərimizə xitab edərək işlətdikdə yeri və
zamanı gələndə həqiqətən də hər şeylərini Onun uğrunda
fəda etmişdilər. Bəs görəsən bu sözünün məsuliyyətini
bilən Peyğəmbərimiz əshabı üçün nələr etmişdi? Bu haqda
tarixi mənbələrdə hər hansı bir misal varmı? Əlbəttə, bu
haqda bir çox misal mövcuddur. Biz isə burada xüsusilə
Hüdeybiyə günündə baş verən bir hadisəni qeyd edərək,
Peyğəmbərimizin səhabəyə olan sevgisini dərk etməyə
çalışacağıq.
Hicrətin 6-cı ili Peyğəmbərimiz gördüyü bir yuxuya
görə 1400 səhabə ilə birlikdə yalnız Ümrə məqsədilə
Mədinədən ehrama girərək Məkkəyə doğru səfərə
çıxmışdı. Hələ yola təzə çıxmışdılar ki, Hz. Ömər dedi:
“Ya Rasulullah! Belə ehramlı bir halda əliboş olaraq səfərə
çıxırıq. Ancaq məkkəlilərin nə edəcəklərini bilmirik. Heç
olmasa özümüzlə bir qılınc götürsəydik, yaxşı olmazdımı?”
Peyğəmbərimiz
Hz. Ömərin
bu fikrini qəbul
etdi və hər kəsə bir qılınc götürməyə icazə verdi.
137
Bu mübarək qafilə gəlib Məkkə yaxınlığındakı bir yerdə
qərərgah qurur. Məkkədəkilər isə gələnlərin məq sədinin
təkcə Ümrə olmasına baxmayaraq, onları şəhərə bu rax-
mamaq qərarına gəlirlər. Peyğəmbərimiz də bu məsələni
sülh yolu ilə həll etmək üçün məkkəlilərin hörmət göstərdiyi
bir şəxsi onların yanına elçi olaraq göndərmək istəyir. İlk
öncə Hz. Öməri göndərmək istəsə də, sonra Ömərin də
137.
Vaqidi, Məğazi, c.2, s.573
peyğəmbərimizi
Səhabə kimi Sevmək
142
razılığı ilə Hz. Osmanı
göndərir.
138
Hz. Osman gedəcək, o vaxt Məkkənin siyasi lideri olan
əmi sinin oğlu Əbu Süfyana nə üçün gəldiklərini deyəcək
və vəziyyəti çətinləşdirmədən həll etməyə çalışacaqdı.
Hz. Osman Məkkəyə doğru yola çıxanda bəzi səhabələr:
“Osman necə də xoşbəxtdir, bizdən əvvəl Kəbəni görəcək!” -
dedilər. Peyğəmbərimiz
bu sözü eşidib: “Əgər Os man
mənim tanıdığım Osmandırsa, mən Kəbəni görmədən, o,
əsla görməyəcəkdi.” - deyəcəkdir.
139
Hz. Osman Həbəşistana hicrətə getdiyi üçün on üç ildir
doğulub böyüdüyü torpaqlardan və xüsusilə də Kəbədən
uzaq qalmışdı. Ancaq Peyğəmbərimiz Hz. Osmanı yaxından
tanıdığı üçün onun necə bir əxlaqa sahib olduğunu çox
yaxşı bilirdi.
Hz. Osman
Məkkəyə gəldikdə əmisinin oğlu olan
Əbu Süfyan onu çox yaxşı qarşıladı. Ona hörmət etdikdən
sonra dedi ki: “Osman! Neçə illərdir Kəbəni görməmisən.
Get oranı təvaf et, sonra gəl danışaq.” Hz. Osman: “Vallahi,
ey Əbu Süfyan! Allah Rəsulu və möminlər Kəbəni görmə-
dən bu gözlər əsla Kəbəni görməyəcəkdir!”
140
Əbu Süfyan
heç gözləmədiyi bu cavab qarşısında sarsılacaq və nə de-
yəcəyini bilməyəcəkdi.
Bundan sonra o, Hz. Osmanı müxtəlif bəhanələrlə üç gün
Məkkədə saxlayacaqdı. Hz. Osmanın qayıtmadığını gö rən
138.
İbn Hişam, Sirə, c.3, s.329
139.
Vaqidi, Məğazi, c.2, s.601; 602
140.
İbn Hişam, Sirə, c.3, s.329; Əhməd bin Hənbəl, Müsnəd, 4/324
peyğəmbərimizi
Səhabəni necə sevdi?
143
Peyğəmbərimiz
təlaşlanacaqdı. Sonra Məkkədən bir
xəbər alacaqdı. Bu, acı bir xəbərdi. Xəbərə görə Hz. Osman
Məkkədə şəhid edilmişdi. Peyğəmbərimiz bu xəbərə çox
fərqli reaksiya verəcəkdi.
Peyğəmbərimizin
həmin andakı reaksiyası əsha-
bına bəslədiyi sevdanın miqyasını bizə öyrədən mühüm
bir nümunədir. Əgər O, adi bir komandir olsaydı, verəcəyi
qə rar məlum idi. Əyinlərində ehramları və üstlərində də
yalnız bir qılıncla heç bir şey etmək olmazdı. Ən yaxşı
halda geri qayıdıb Mədinədə döyüş hazırlıqları görmək və
bundan sonra Məkkəyə hücum edərək göndərilən elçinin
qanını yerdə qoymamaq olardı. Ancaq Peyğəmbərimiz be lə
etmədi. Dost, yoldaş necə sevilməlidir, sualını əyani ola raq
göstərdi. Orada iştirak edən 1400 nəfəri bir-bir yanına çağı-
raraq “səmurə” ağacının altında onlardan beyət aldı.
Bu beyət nə üçün idi? Hz. Osmanın qanını yerdə
qoymamaq üçündü. Peyğəmbərimiz o xəbəri eşidən kimi:
“Qalxın, ey müsəlmanlar! Osmanın qanını yerdə qoymamaq
üzərimizə fərzdir.” - dedi
141
və oradakı hər kəsdən buna görə
beyət aldı. Orada iştirak edən 1400 nəfərin hamısı da bir-bir
beyət etdi. Onlar beyət edib qurtardıqda Peyğəmbərimiz
sol əlini uzatmış, sonra sağ əlini havaya qaldıraraq: “Bax, bu
Osmanın əli, bu da mənim əlimdir... Mən Osmanın adından
da beyət edirəm.” - demişdi.
142
. Peyğəmbərimizin Osmana
141.
Vaqidi, Məğazi, c.2, s.603
142.
Əhməd bin Hənbəl, Müsnəd, 2/120
peyğəmbərimizi
Səhabə kimi Sevmək
144
bəslədiyi bu eşqi, göstərdiyi həssaslığı görən sə habələr
belə demişdilər: “Kaş ki, Osmanın yerində öl dürülən biz
olsaydıq. Və beləcə Allah Rəsulunun bizim adımızdan beyət
etmə şərəfinə qovuşardıq.”
143
Burada Peyğəmbərimizin göstərdiyi bu davranış sə-
ha bəyə bəslədiyi eşqin miqyasını göstərən nümunələrdən
biridir. Peyğəmbərimiz
əshabı üçün canından ke çə
biləcəyini onlara göstərdiyi üçün səhabə də gözünü qırp-
madan Onun uğrunda ölümə gedirdi.
Nəhayət Hz. Osman sağ-salamat qayıdıb gəlmişdi. Sonra
Hüdeybiyəyə də başqa elçilər gedib gəlməyə başlamışdılar.
Məkkə tərəfinin göndərdiyi üçüncü elçi bölgənin ən
məhşur diplomatik təmsilçilərindən olan Ürvə bin Məsud
əs-Səqafi idi. Bu şəxs çox məşhur və bölgədə sayılıb seçilən
biri idi. Onun necə şöhrətə sahib olduğunu Qurandakı bu
ayədən daha yaxşı başa düşürük. Bölgə əhalisi deyirdi ki:
“Məgər bu Quran iki şəhərdən (Məkkədən və ya Taif
dən) olan böyük bir adama nazil edilməli deyildimi?”
144
Ayədə ifadə edilən iki böyük adamdan birinin taifli Ürvə
bin Məsud, digərinin isə məkkəli Vəlid bin Muğirə olduğu
deyilir.
145
Məhz Ürvə bölgədə belə bir şöhrətə sahib idi.
Yəni insanlar onu peyğəmbərliyə layiq bir şəxs olaraq ta-
143.
Hətta Abdullah bin Ömər belə deyəcəkdi: “Vallahi!Rasulullahın
Osman üçün uzatdığı əl, Osmanın özü üçün uzadacağı əldən daha
xeyirlidir.” Bax: İbn Əbdilbərr, əl-İsabə, c.3, s.156
144.
Zuxruf , 43/31
145.
İbn Hişam, Sirə, c.1, s. 361
Dostları ilə paylaş: |