peyğəmbərimizi
Səhabə kimi Sevmək
131
üçün misilsiz qəhrəmanlıq göstərəcəkdi. Həmin vaxt oğlu
Abdullah qolundan yaralanacaqdı. Nəsibə bir ana şəfqəti
ilə oğluna tərəf qaçacaq, belindəki qurşaqla onun yarasını
saracaq, sonra da oğluna: “Haydı, oğlum! Boş dayanmaq
vaxtı deyil, get vəRasulullahın yanında döyüş!” - deyəcək-
di.
124
Nəsibə anamız: “Məndən bu qədər, niyə həmişə mən,
nə qədər insan qılınclarını atıb getdi, mən niyə döyüşüm
ki, mən qadın ola-ola nə edə bilərəm...” - demir. Bu sözləri
nə dilinə gətirir, nə də ağlından keçirir. Bəs, bu davranışı
və əməli ilə nə deyir? Nə demək istəyir? Sevən sevdiyinin
yolunda ölür, deyir və bu böyük iddiasını Uhudun döyüş
meydanında isbat etməyə çalışır.
Döyüşün qızğın yerində Peyğəmbərimizin
öl-
mə diyi xəbəri yayılır. Müsəlmanlar sevinir, yavaş-yavaş
özlərinə gəlməyə başlayırlar. Ancaq Onun ölmədiyi xə-
bərini eşidərək çılğına dönən qara üzlü bir nəfər də həmin
meydanda... O, Musabın qatili olan İbn Kamiadır. Atını
Uhudun yamaclarına doğru çapır... O, döyüşə iki zireh
geyinərək gəldiyi üçün nə qılınc zərbəsi təsir edir, nə də ox
zərər verə bilirdi. Boyu uzun və enli kürəkdir... Nəsibənin
oğlu Abdullah onu tərif edərkən belə ifadə işlədir: “O,
sanki bir xurma ağacı idi – uzun, qalın və sərt.”
125
Məhz
İbn Kamia belə bir şəxsdir. Qarşısına çıxanı öldürərək
Peyğəmbərimizin olduğu tərəfə doğru gəlir. Yeganə məq-
sədi Peyğəmbərimizi öldürməkdi. Həmin anda onun qar-
124.
İbn Hişam, Sirə, c.3, s.110
125.
Vaqidi, Məğazi, c.1, s.270
peyğəmbərimizi
Səhabə kimi Sevmək
132
şısına ilk çıxan yenə Nəsibə anamız olur. Sanki Nəsibə
anamız “mənim cəsədimi tapdalamadan Onun yanına ya-
xın laşa bilməzsən”, - deyərək özünü Peyğəmbərimizə
sipər edir. Neçə səhabəni yerə sərən İbn Kamia Nəsibəni
heç cür keçə bilmir. Bəs yaxşı, Nəsibə bir qadın deyilmi?
Necə bir güclə o zalımın qarşısında dayana bilmişdi? O
gücü və taqəti haradan almışdı? Nəsibəni həmin meydanda
İbn Kamianın qarşısında mətanətli şəkildə saxlayan yalnız
və yalnız ürəyində daşıdığı eşqdi. O, həmin meydanda ürə-
yindəki eşq ilə, sevda ilə sanki bir aslan kimi döyüşürdü.
Yaralanmış, taqətdən düşmüşdü. Peyğəmbərimiz onun bu
halına heyranlıqla baxmış və:
“Kim Nəsibənin gördüyü bu
işi görə bilər?”- demişdi.
126
Sonralar Peyğəmbərimiz
Uhudun qızğın döyüşlərindən bəhs edərkən belə deyəcəkdi:
“Vallahi! Uhud günü hara baxsam Nəsibəni orda
gördüm. Sağımda, solumda, qarşımda, arxamda, hər
tərəfdə o vardı.”
127
Uhud meydanında döyüşdən sonra
Pey ğəmbərimiz
Nəsibənin oğlu Abdullaha belə de-
yəcəkdi:
“Allah sizin ailə üzvlərinizi mübarək etsin.
Vallahi, sənin ananın məqamı əksər insandan daha ali,
daha uca və daha xeyirlidir. Allah sizə rəhmət etsin.”
128
Nəsibə
anamız bu sözləri eşitdikdən sonra öz-
özünə “indi əsl məqamdır” - deyə düşündü və belə bir tələb
ilə Peyğəmbərimizin hüzuruna gələrək: “Ya Rasulullah!
126.
Vaqidi, Məğazi, c.1, s.269
127.
İbn Hacər, əl-İsabə, c.4, s.2730
128.
İbn Sad, Təbaqat, c.8, s.413; Vaqidi, Məğazi, c.1, s.269
peyğəmbərimizi
Səhabə kimi Sevmək
133
Allaha dua et, cənnətdə səninlə birlikdə olum, sənə qonşu
olum!” Peyğəmbərimiz də əllərini qaldırdı və dedi ki:
“Ya
Rəbb! Sən bunları cənnətdə mənə qonşu və yoldaş
et!”
129
Nəsibə anamız Peyğəmbərimizin dilindən belə bir
dua aldıqdan sonra o qədər sevincli idi ki, göz yaşları içində:
“İstədiyim bu idi, artıq bu dünyadan nə istəyə bilərəm ki...
Bundan sonra başıma nə gəlsə, kədərlənmərəm. Nə olursa
olsun, heç nəyə əhəmiyyət vermərəm.” - dedi.
130
Məhz imanın əsil-nəcabətli qadını Nəsibə anamız
belə bir şəxsiyyətdi. O, Peyğəmbərimizi
sevdiyini
hər kəsə bildirmişdi. Hər zaman da sözünün üstündə
durmuşdu. Onun həyatı daim sevdiyinin uğrunda nəyi isə
fəda etməklə keçmişdi. O, Uhudda özünü sevdası uğrunda
fəda etmişdi. Sonrakı qəzvələrə də canının parçası olan
övladlarını göndərmiş, heç vaxt da “bəsdir, bir dəfə də siz
- getməyin” deməmişdi. Oğlu Həbibi, həyat yoldaşı Zeyd
bin Asimi Allah yolunda qurban vermişdi. Vəfatından sonra
da tarixə Harrə hadisəsi kimi düşən İslam tarixinin ən acı
səhifələrində oğlu Abdullah Əməvilərin zalım valilərinə
qarşı mübarizə aparacaq, nəhayət o da şəhid olaraq bu
dünyadan köçəcəkdi.
131
Nəsibənin ailəsi məhz belə bir ailə
idi, yəni sanki bir qurbanlar ailəsi... Sevən və sevdiyinin
129.
İbn Sad, Təbaqat, c.8, s.413; Vaqidi, Məğazi, c.1, s.269
130.
İbn Sad, Təbaqat, c.8, s.413; Vaqidi, Məğazi, c.1, s.269
131.
Haqqında ətraflı məlumat üçün bax: İbn Hacər, əl-İsabə, c.2,
s.1002-1004; İbn Əsir, Usdul-Ğabə, c.3, s.250-252
peyğəmbərimizi
Səhabə kimi Sevmək
134
uğrunda qurban olan bir ailə idi.
132
Əsri-Səadətin əvəzsiz qəhrəmanlarının, vəhy torpağında
yetişən və başdan ayağa Peyğəmbərimizin ətrini yayan sə-
habələrin gül bağından ancaq bir dəstə seçərək, onların
Peyğəmbərimizi necə sevdiklərinə dair nümunələr təqdim
etməyə çalışdıq. Əlbəttə, onların sevdası yazılmaqla bit-
məz. Həmçinin onların sevdası burada qeyd edilənlərlə
də məhdud deyil... Biz bu qədər misallarla kifayətlənərək
bu rada belə bir sual soruşaq: Səhabə ölümünə bir sevda
ilə Peyğəmbərimizi
sevmişdi. Bəs bu sevgini ortaya
çıxaran ən mühüm səbəb nədir? Səbəblər haqda bir çox söz
deyilə bilər, ancaq bizim burada diqqət çəkmək istədiyimiz
bir nöqtə var:
“Ancaq həqiqi mənada sevən, həqiqi mənada sevilir.”
Əgər Peyğəmbərimiz əshabını ölümünə bir sevda ilə sev-
məsəydi, əshab da əsla ölümünə sevda ilə onu sevməzdi.
Deməli, o sevdanı ortaya çıxaran ən mühüm amil Pey-
ğəmbərimizin
səhabəyə olan sevgisi idi. Ona görə də
gəlin, “Peyğəmbərimiz səhabəni necə sevdi?” sualına cavab
axtarmağa çalışaq.
132.
Nəsibə anamız haqqında ətraflı məlumat üçün bax: İbn Hacər,
əl-İsabə, c.4, s.2729, 2730; İbn Əsir, Usdul-Ğabə, c.7, s.360; İbn Sad,
Təbaqat, c.8, s. 413-415
Dostları ilə paylaş: |