peyğəmbərimizi
Səhabə kimi Sevmək
87
ğəmbərimiz
yaşlı əmisi Əbu Talibin üzərindəki yükü
bir az da olsa azaltmaq məqsədilə digər əmisi Abbas ilə
birlikdə onun evinə getmişdi. Əbu Talibə gəliş səbəblərini
dedikdən sonra Peyğəmbərimiz Əlini, Abbas isə o günlərdə
on beş yaşlarında olan Cəfəri himayəyə götürmüşdü.
84
Beş yaşlarında bir uşaq ikən Peyğəmbərimiz Əlini Hz.
Xədicənin şəfqətli qucağına əmanət edərkən:
“Ey Xədicə!
Mən elə bir uşağı seçdim ki, Allah da onu mənim üçün
seçmişdir.”- demişdi.
85
Nübuvvətdən əvvəl o evdə Xədicənin tərbiyəsini alan
Əli, on yaşlarında iman ilə tanış olmuş, Hz. Xədicədən
sonra iman etmə və namaz qılma şərəfinə nail olmuşdu.
86
Peyğəmbərimiz
açıq dəvətin ilk günlərində ən
ya xın qohumlarını İslama dəvət edərkən on üç yaşlı Hz.
Əli
da orada idi. Peyğəmbərimiz həmin gün ona gə-
lən qonaq la ra su və süd paylamaq vəzifəsini tapşırmışdı.
Peyğəmbərimiz bu yeni dəvətin mesajlarını qohumlarına
bildirərkən, ora da Hz İsanın fəryadı kimi
87
“Allaha gedən
yolda mənə kim kömək edəcəkdi?” - deyə hayqırmağa
başlayacaqdı. Peyğəmbərimiz
heç bir şeyə məhəl
84.
İbn İshaq, Sirə, c.1, s.262; İbn Hişam, Sirə, Təbəri, Tarixul-Uməm
vəl-Muluk, c.2, s.213
85.
Əbdülmaqsud Əbdülfəttah, İmam Əli ibn Əbi Talib, s.75
86.
Ənəs b. Malik rəvayət edir: “Hz. Muhamməd bazar ertəsi günü
peyğəmbərlik vəzifəsini aldı. Çərşənbə axşamı isə Əli ilə birlikdə na-
maz qıldı.” Bax: Tirmizi, 3974
87.
İbn Sad, Təbaqat, c.1, s.187; Təbəri, Tarixul-Uməm vəl-Muluk,
c.2, s. 217, 218
peyğəmbərimizi
Səhabə kimi Sevmək
88
qoymadan sözlərini dəfələrlə təkrar edəcək, ancaq hər
dəfə dəvəti cavabsız qalacaqdı. Bundan sonra Hz. Əli
əlindəki su qabını yerə qoyacaq və “mən” deyərək sağ
əlini havaya qaldıracaqdı. O əl, həmin gün “mən” deyərək
havaya qalxmış və o gündən sonra düz əlli il ərzində aşağı
enməmişdi. Hz. Əlinin
“mən” deməsi, başda Əbu
Ləhəb olmaqla, oradakıların istehzalı sözlərinə səbəb
olacaqdı. Deyəcəklərdi ki: “Ey Muhamməd! Sənə bu uşaq
kifayət edər, biz gedək artıq! Bu uşaq sənə bəsdi!” Onlar lağ
etmişdilər... Ancaq tarix gös tərəcəkdir ki, həqiqətən də o
uşaq Peyğəmbərimizə bəs edəcəkdi. O uşaq Quranın “oğlu”
və risalətin “böyük qardaşı” olaraq bu iman mücadiləsinə
bəs edəcəkdi.
Həmin gün orada haqq üçün havaya qalxan əl bir
daha yerə enməyəcəkdi. Hz. Əli iyirmi üç yaşlarında ikən
Peyğəmbərimizə
hicrət yolu görünmüşdü. Pey ğəm-
bərimiz sadiq dostu Hz. Əbu Bəkrlə o çətin səfərə çıxdıqda,
öz yatağında yatmaq üçün Hz. Əlini seçəcəkdi. Həmin
gün Peyğəmbərin yatağında uzanmaq isə, qalxmaq üçün
deyil, ölmək üçün yatmaq deməkdi. Əli də məhz bunu
bilə-bilə: “Baş üstə, ya Rasulullah!” - deyəcək və həmin ya-
taqda ölmək üçün yatacaqdır. Hz. Əli
bu hərəkəti ilə
eynilə əcdadı Hz. İbrahimə oxşayırdı. Axı Hz. İbrahim də
Nəmrudun yandırdığı ocağa yanmaq üçün atılmış, ancaq
ocaq İbrahimə qarşı sərin və salamatlıq olmuşdu. Eynilə
Hz. Əli də o yataqda ölmək üçün yatacaq, ancaq Allah
Əlini qoruyacaqdı. Peyğəmbərimiz
Hz. Əbu Bəkrlə
peyğəmbərimizi
Səhabə kimi Sevmək
89
Sevr dağına doğru yola çıxdıqda Məkkə müşrikləri Darun-
Nədvədə qəbul edilən qərara görə hər qəbilədən bir döyüş-
çü seçərək Peyğəmbərin evinə göndərmişdi. Hər qəbilənin
iştirakını da ona görə təmin etmişdilər ki, bununla Haşim
oğullarının qəzəbini minimuma endirsinlər.
88
Evin ətrafın da
əli qılınc tutan, ən mahir mizraq atan döyüşçülər varkən, Hz.
Əli Peyğəmbərin yatağında çox rahat şəkildə yatmaqdadır.
İllər sonra Hz. Əlidən həmin gecə haqda soruşacaqdı lar.
Deyiləcəkdir ki: “Ey Əli! Sən hicrət gecəsində Peyğəmbə rin
yatağında yatdıqda Məkkənin ən mahir qılınc oynadanla rı
evin ətrafında dolaşır, içəriyə girib yataqda yatana hücum
etməyə fürsət axtarırdılar. Sən onların danışıqlarını və
mizraqlarının səsini eşidirdin. Allah xətrinə de görək, həmin
gecə sən necə yata bildin?” Hz. Əli
bu suala belə ca-
vab verəcəkdi: “Vallahi, indi yaşım əllini haqlayıb, ancaq
yenə də həmin gecəki yuxumu axtarıram.”
Bax, budur Hz. Əli
, budur Əlinin sevdası və eşqi...
25 yaşlarındadır... Bədir meydanındadır... Utbə, Vəlid və
Şeybə həmin meydanda qarşılarına çıxacaq rəqib axtarırlar.
Peyğəmbərimiz
də onların qarşısına ənsardan üç igid
çıxarır. Utbə gələnlərin mədinəli olduğunu gördükdə: “Ey
Muhamməd! Biz bura mədinəli əkinçilərlə döyüşməyə
gəlmədik. Bizə öz səviyyəmizdə olan döyüşçülər göndər!”
- dedi. Peyğəmbərimiz Utbənin niyyətini başa düşmüş-
dü. Utbə Ümeyyə oğullarından idi. O, Haşim oğulları ilə
döyüşmək istəyirdi. Elə isə qarşılarına Haşim oğullarından
88.
İbn Hişam, Sirə, c.2, s.124; İbn Sad, Təbaqat, c.3, s. 174
peyğəmbərimizi
Səhabə kimi Sevmək
90
üç nəfər çıxartmalı idi. Peyğəmbərimiz:
!ُةَدْيَبُع اي ْمُق !يلَع َاي ْمُق ! ُةزمَه َاي ْمُق “Qum, ya Həmzə! Qum, ya
Əli! Qum, ya Ubeydə! (Qalx, ey Həmzə! Qalx, ey Əli!
Qalx, ey Ubeydə!)”-dedi.
89
Onsuzda qalxmaq üçün can atan Əli dərhal irəli
atıldı. Budur, Bədir meydanı bir əmi, iki də əmi oğlanları
olan bu igidlərin qılınclarının səsi ilə lərzəyə gəlmişdi.
Hz. Həmzə
ilə Hz. Əli
rəqiblərini məğlub
etdilər. Ubeydə bin Haris isə yaralandı və daha sonra da
şəhid oldu.
90
Bədirdən bir il sonra Uhudda Hz. Əli iyirmi altı
yaşlarında idi. Döyüşdən əvvəl Əbdüddar oğulların-
dan Əbu Təlha qarşısına çıxacaq rəqib axtarırdı. Hz.
Əli
sağa-sola baxmadan “mən” deyərək irəli atıldı.
Peyğəmbərimiz
Əlini Uhudun döyüş meydanına
doğru göndərirdi. Əlinin gedişi ilə təkbir səslərinin
ucalması bir oldu. Hz. Əli düşməni yerə sərmiş, döyüş
meydanında adına layiq qəhrəmanlıq göstərmişdi.
İki il sonra Xəndək Qəzvəsində Hz. Əli
28 yaş-
larındadır. Müsəlmanlar Salman Farisinin
təklifi
ilə xəndəklər qazmış, say baxımından onlardan çox olan
düşmənə qarşı belə bir müdafiə üsulu seçmişdilər. Ancaq
düşmən tərəfdə təcrübəli döyüşçülər vardı. Onlardan
89.
İbn Hişam, Sirə, c.2, s.277; Əhməd b. Hənbəl, Müsnəd, 1/177
90.
Ubeydə b. Harisin Peyğəmbərimizin əmisi uşaqları içində çox
fərqli yeri vardı. Haqqında ətraflı məlumat üçün bax: Muhamməd
Emin Yıldırım, Hz. Peyğəmbərin Albumu, s. 254, 255
Dostları ilə paylaş: |