9
TƏQDİM
Allaha sonsuz həmd-səna,Rasulullaha salat, səhabələrə
salam olsun.
Rasulullahı (s.ə.s) sevmək müsəlman olaraq boynumu-
zun borcu, imanımızın gərəyi, Rəbbimizin bizdən istədiyi
çox vacib xüsuslardandır. Əlbəttə, onu layiqli şəkildə ən
çox səhabələr sevdilər. Buna görə də bizlər səhabələrin
peyğəmbər sevgisini yaxşıca öyrənməli və onların sevgisi-
ni özümüzə hədəf etməliyik. Bu məqsədlə də 2011-ci ildə
“Əfəndimizi Səhabə Kimi Sevmək” kitabı qələmə alındı.
Mövzusu və məzmunu baxımından əhəmiyyətli olduğu
üçün bu kitab, Türkiyədə çox ciddi qarşılandı. Bir neçə il
sonra Almancaya tərcümə olundu. Bildiyim qədəri ilə hal-
hazırda bir neçə fərqli dilə də tərcümə edilir.
Cavidan qardaşım, dostları ilə bizi ziyarətə gələndə kita-
bı Azərbaycan dilinə uyğunlaşdırmaq istədiklərini bildirdik-
də həyəcanlanmışdım. Çünki Azərbaycan bizim üçün çox
əhəmiyyətli dəyərə sahibdir. Oradakı qardaşlarımıza həcm
etibarilə kiçik kitab vasitəsi ilə də olsa faydamızın toxunma-
sı bizi sevindirəcəkdi. Beləliklə bu kitab Azərbaycan dilində
sizlərə təqdim olunur.
Sevgi məsələsi biz möminlər üçün çox vacib bir
məsələdir. Bizlər Qurandan bu həqiqətləri öyrənirik:
peyğəmbərimizi
Səhabə kimi Sevmək
10
“Allahı sevmək, imanın haqqıdır”.
1
“Rasulullahı sevmək, Allahın haqqıdır”.
2
“Səhabə və əhli-beyti sevmək,Rasulullahın haqqıdır”.
3
“Bir-birimizi sevmək, İslamın haqqıdır”.
4
İnşallah oxuyacağınız bu kitabdaRasulullahın ne cə se-
1. “İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik
qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki
iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir”.
Bəqərə, 2/165.
2. “(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim
ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı ba-
ğışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”. Ali-İmran,
3/31.
3. “Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə
bununla müjdə verir. (Ya Peyğəmbər!) De: “Mən sizdən
bunun (risaləti təbliğ etməyimin) müqabilində qohum-
luq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey
istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının sa-
vabının (mükafatını) artırarıq!” Həqiqətən, Allah bağışla-
yandır, qədirbiləndir! (Şükrün və itaətin, gözəl əməllərin
əvəzini verəndir!)”.
Şura, 42/23.
4. “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan
çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olma-
yan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb
axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biri-
niz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə
ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun.
Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”.
Hu-
curat, 49/12.
Təqdim
11
vilməli olduğunun səhabələrdən misallarını görəcəksiniz.
Xüsusilə səhabələrin sevgisi bu xüsusda bizlərə rəhbər ola-
caq. Hz. Peyğəmbərin səhabəyə və xüsusilə ümmətinə olan
sevgisi bizlərə daha əhəmiyyətli mesajlar verəcək.
Rəbbimdən niyazım odur ki, bu kitabda yazılanlar ha-
mımızın həyatına öz gözəl təsirini göstərsin. Bizim həqiqi
sevgiyə gedən yolumuzda xeyir vəsiləmiz olsun. “Həqiqətən
sevən xilas olar”! prinsipinə bizləri məzhər etsin. Başda
Azərbaycanın gözəl gəncləri olmaqla bütün xalqının həqiqi
sevgini tapmasına səbəb olsun.
Əməyi keçən bütün qardaşlarımı təbrik edir, hamısın-
dan Allah razı olsun deyirəm.
Cəhd etmək bizdən, müvəffəqiyyət isə Rəbbimizdəndir.
Muhamməd Emin Yıldırım
Siyər Fondu Qurucusu
18 Şaban 1437/25 May 2016
Əyyub Sultan/İstanbul
13
Ön söz
H
z. Peyğəmbərin
dəyərini yetərincə an-
layan hər bir müsəlman Onu sevmək üçün
böyük əmək sərf edər və sevgi iddiasını
təsdiqləyəcək əməlləri yerinə yetirməyin əziyyətinə qat-
lanar. Belə bir müsəlman üçün ən böyük ideal görmədən
sevdiyi, aşiq olduğu və sevdası ilə alışıb yandığı peyğəmbə-
rini bir gün görmək və Ona şəxsən: “Ya Rasulullah! Səni çox
sevirəm!” -deyə bilməkdir.
Bəs bu cümləni şəxsən Peyğəmbərimizə
desəy-
dik, bizə necə cavab verəcəyini heç düşünmüşükmü? Nə
deyərdi?! Bu sözümüzü qulaqardı edib bizi dediyimizə
peşman edərdi? Yoxsa... Yoxsa “Sevgində ciddisənsə, bəs
hanı bunu isbat edəcək əməllərin?” - deyər, bizdən başqa
şeylər istəyərdi? Ya da hər birimizin əsl eşitmək istədiyi
cümləni bizə söyləyərək: “Mən də sizi çox sevirəm!”-
deyərdi?!
peyğəmbərimizi
Səhabə kimi Sevmək
14
Bu mövzuda bir çox fərziyə irəli sürə bilərik. Ancaq bu
fərziyələrin hamısı boş olacaq, heç biri bizim marağımıza
cavab verməyəcək; bəlkə də dilimizə həddimizi aşan
kəlmələr gətirəcəkdir. Çünki Peyğəmbərimizin
da-
nış madığı bir mövzuda danışmaq, Onun adından təxminlər
irəli sürmək; Hz. Peyğəmbəri öz fərziyələrimizə görə da-
nışdırmaqdır. Belə bir şey Onu dinləmək deyil, Ona öz
fikirlərimizi qəbul etdirməyə cəhd olardı. Dolayısı ilə,
qarşılaşdığımız bütün suallarda və mübahisəli mövzularda
əsas diqqət yetirməli olduğumuz mə qam Peyğəmbərimizin
həmin məsələlərə aid bizə bir söz söy ləyib söyləmədiyi və ya
o mövzuda yaşanmış bir miras qoyub qoymadığı olmalıdır.
Bu əsas qaydaya görə Peyğəmbərimizin
nəbəvi
mirasına öyrənmək istədiyimiz sualla müraciət etsək və
desək ki: “Bir gün Peyğəmbərimiz ilə qarşı-qarşıya gəlib
Ona sevgimizi bildirsək, bizə necə cavab verər?”. Buyurun,
bunun cavabını birlikdə oxu yaq:
İgid səhabələrdən olan Abdullah bin Muğaffəl
1
belə
nəql edir: “Səhabədən bir nəfər bir gün Peyğəmbərimizin
hüzuruna gəldi və gur səsi ilə: “Ya Rasulullah! Allaha and
olsun ki, mən səni çox sevirəm!”-dedi. Peyğəmbərimiz
həmin səhabə yə bir qədər baxdı və dedi ki:
“Sən nə dediyini
1
Əbu Said və ya Əbu Ziyad künyəsi ilə tanınan Abdullah bin
Muğaffəl mədinəlidir. Tövbə surəsinin 92-ci ayəsinin onun və
onun kimi digər səhabələrin haqqında nazil olduğu ifadə edilir.
Peyğəmbərimizin
mübarək dilindən 43 hədis rəvayət etmişdir.
Hicri 59/Miladi 679-cu ildə Bəsrədə vəfat etmiş, vəsiyyətinə uyğun
olaraq cənazə namazını səhabədən Əbu Bərzə əl-Əsləmi qıldırmışdır.
Haqqında daha çox məlumat əldə etmək üçün bax: İbn Hacər, əl-İsabə,
c.2, s. 1127, 1128; İbn Əsir, Usdul-Ğabə, c.3, s. 395, 396.
Dostları ilə paylaş: |