Peyğəmbərimizi
Nə üçün və Necə Sevməliyik ?
39
olanlardır. O dəhşətli gündə mən onları Kövsər hovuzunun
yanında gözləyəcəyəm.”
Bu çox böyük bir müjdə idi. Bu müjdəni eşidən
səha
bələrdən biri dedi ki:
“Ya Rasulullah! Onları
görmədiyin halda necə tanıyacaqsan?”, Səhabə bu sualı
soruşmaqlaRasulullahın ümmətini necə tanıyacağını
öyrənmək is tə yirdi. Axı ümmətin sayı həm çoxalacaq, həm
də Pey ğəmbərimiz onları dünyada görməyəcəkdi. O dəhşətli
gün də hər kəs “nəfsi, nəfsi” deyə özünün dərdinə düşdüyü
bir vaxtdaRasulullah hovuzun başında ümmətindən olan
qardaşlarına öz əli ilə su vermək üçün gözləyəcək və onları
tanıyacaqdı. Səhabənin bu sualınaRasulullah
belə
cavab verdi:
“Bir şəxsin alnı ağ, ayaqları səkil (parlaq)
olan atları olsa və bunlar böyük bir ilxının içərisinə
qarışsa, həmin şəxs öz atlarını tanımazmı?” Səhabələr
bir ağızdan: “Bəli, tanıyar”, -dedilər. Peyğəmbərimiz dedi
ki:
“Məhz mən də ümmətimdən olanları namaz üçün
aldıqları dəstəmaz izlərindən tanıyacağam.”
32
Peyğəmbərimiz onu görmədikləri halda iman edən
ümməti üçün belə böyük bir müjdə verirdi. Qardaşlarını
necə bir sevgi ilə sevdiyini bildirirdi. Bir halda ki, Pey-
ğəmbərimiz
qardaşlarını belə sevir, onlara belə müj-
dələr verirsə, Ona qarşı yerinə yetirilməli ən mühüm vəzifə
bu böyük vəfaya qarşı vəfalı davranmaq olmalı deyilmi? Bu
sev gini qarşılıqsız qoymaq böyük vəfasızlıq olmazmı? Belə
vəfasızlıq etməmək üçün hər bir müsəlman çox şey borclu
32.
Müslim, Təharət, 39; Nəsəi, Təharət, 110; İbn Macə, Zöhd, 36
peyğəmbərimizi
Səhabə kimi Sevmək
40
olduğu peyğəmbərini layiq olduğu şəkildə sevməlidir.
• Peyğəmbərimizi
sevmək Onu bizə bir nemət
olaraq bəxş edən Rəbbimizə həqiqi mənada şükür
et məkdən irəli gəlir.
Allah
insana saysız nemətlər bəxş edib. İnsan
bir az düşünsə, ona verilən minlərlə nemət sayar, ancaq bu
nemətləri saymaqla qurtarmaq olmaz. Necə ki:
“Allahın
nemətlərini saymaq istəsəniz, sayıb qurtara bil
məzsiniz.”
33
ilahi fərmanı da bu mövzuda insanın aciz
olduğunu ifadə edir. Ancaq nemət sayılarkən bir çox şey ağ-
la gəlsə də, çox vaxt Quranın, imanın, İslamın, mələklə rin,
cənnətin, hətta cəhənnəmin belə nemət olduğu unudulur.
Biz burada mövzumuzla əlaqəli olaraq təkcə peyğəm-
bərin nemət olduğunu qeyd edəcəyik. Rəbbimiz aləmlərə
rəhmət olaraq göndərdiyi elçisinin böyük bir nemət
olduğunu belə bildirir:
“Allah möminlərə lütf etdi. Çünki
onlara öz içərisindən özlərinə (Allahın) ayələrini
oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara
Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi.
Halbuki bundan əvvəl onlar açıqaydın zəlalət
içərisində idilər.”
34
Ayədə aydın şəkildə ifadə edildiyi kimi
göndərilən son elçi möminlərə Allahın ehsan etdiyi bir
nemətdir. Hətta ən böyük nemətlərdən biridir. Hər nemə-
tə öz cinsindən şükür etmək lazımdır. Var-dövlət neməti-
33.
İbrahim, 14/34
34.
Ali-İmran, 3/164
Peyğəmbərimizi
Nə üçün və Necə Sevməliyik ?
41
nin şükrü, onu Allah
yolunda xərcləməklə olur.
Bədən ne mətinin şükrü bədəni Allah yolunda yormaqdır.
Övlad nemətinin şükrü onları Allahın razı olacağı şəkildə
tərbiyə edib böyütməkdir. Bəs Peyğəmbərimiz kimi böyük
bir nemətin şükrü necə edilməlidir? Əlbəttə, Onun kimi
bir nemətin şükrü Onu layiq olduğu şəkildə sevmək və bu
sevgidən irəli gələn hər şeyi etməklə olar. Məhz buna görə
də deyirik ki: -Peyğəmbərimizi
sevmək Onu bizə bir
nemət olaraq bəxş edən Rəbbimizə həqiqi mənada şükür
etməkdən irəli gəlir.
• Peyğəmbərimizi
sevmək dünyada da,
cənnətdə də Onunla birlikdə olmağın əsas yoludur.
Peyğəmbərimizin mübarək dilindən bizə düz 2286 ədəd
hədis rəvayət edən
35
Ənəs bin Malik bu hədis ilə əlaqəli belə
demişdir: “Peyğəmbərimizdən eşitdiyimiz “İnsan sevdiyi
ilə bərabərdir!” -sözünə sevindiyimiz kimi baş qa heç nəyə
o qədər sevinməmişdik. Bu söz bizim üçün sanki toy-
bayram olmuşdu. Bu sözü hər dəfə təkrar etdikdə deyirdik
ki: Biz Hz. Peyğəmbəri, Hz. Əbu Bəkri və Hz. Öməri çox
sevirik. Baxmayaraq ki, əməllərimiz onların əməli qədər
deyil, ancaq bu sevgimizin xətrinə axirətdə onlarla birlikdə
olmağı ümid edirik.”
36
Fasiləsiz olaraq düz on il Peyğəmbərimizə xidmət edən
35.
Muhamməd Emin Yıldırım, Səhabəni Necə Anlamalıyıq? s. 136
36.
Buxari, Fədaili Əshabun-Nəbi, 11
peyğəmbərimizi
Səhabə kimi Sevmək
42
böyük səhabə Ənəs bin Malikin
bu sözü əslində çox
şey ifadə edir və düşündürür. O mübarək nəsil sevgi ilə
necə bir mərtəbəyə ucalacaqlarını çox yaxşı dərk edirdilər.
Elə buna görə biz də onların həyatlarından öyrənirik ki,
Peyğəmbərimizi
sevmək nəinki insana dünyada uca
mərtəbələr qazandırır, həmçinin axirətdə, cənnətdə Ona
qonşu olmağın əsas səbəbi olur. Ona qonşu olmaq üçün in-
san nələri fəda etməz ki?!
Bu mövzuda çox şey deyilə bilər, ancaq biz bu qədərlə
kifayətlənirik. İndi isə gəlin birlikdə sevginin necə olacağı na
dair bəzi xüsusiyyətlərə nəzər yetirək.
Dostları ilə paylaş: |