Peyğəmbərimizi
Nə üçün və Necə Sevməliyik ?
35
“Mənim əcrim (qarşılığım), ancaq Allaha (aləmlərin
Rəbbinə) aiddir.” - ilahi fərmanı Quranda fərqli elçilərin
dilindən doqquz dəfə təkrar edilir. Allah
bu əsas
həqiqəti bəşəriyyətin ikinci atası olan Hz. Nuhun
dili
ilə,
17
Ad qövmünə göndərilən Hz. Hudun
diliylə,
18
Səmud qövmünə göndərilən Hz. Salehin
diliylə
19
,
azğın və inadkar bir qövm olan So dom və Qomore xalqına
göndərilən Hz. Lutun dili ilə,
20
Mədyən xalqına göndərilən
Hz. Şuaybın diliylə
21
və təbii ki, aləmlərə rəhmət olaraq
göndərilən Peyğəmbəri mizin diliylə
22
bütün bəşəriyyətə
bildirir.
Bu həqiqətin Peyğəmbərimizin
adından Quranda
iki dəfə zikr edildiyini görürük. Biri Səbə surəsindəki bu
ayədir:
“De: “Mən (bunun müqabilində) sizdən heç
bir muzd (mükafat) istəmirəm, o sizin olsun. Mənim
mükafatım ancaq Allaha aiddir. O, hər şeyə şahiddir!”
23
Digəri isə Şura surəsindəki ayədir ki, burada Peyğəmbərimiz
heç bir şey istəmədiyini bəyan eməsinə baxmayaq, bir şey
istəmişdir. Belə ki:
“...Mən sizdən bunun (risaləti təbliğ
etməyimin) müqabilində heç bir mükafat istəmirəm.
17.
Yunus, 10/72; Hud, 11/29; Şuəra, 26/109
18.
Hud , 11/51; Şuəra , 26/127
19.
Şuəra, 26/145
20.
Şuəra, 26/164
21.
Şuəra , 26/180
22.
Səba , 34/47
23.
Səba , 34/47
peyğəmbərimizi
Səhabə kimi Sevmək
36
İstədiyim yalnız içində yaxınlıq olan bir sevgidir...”
24
Ayədə bildirilən ىَبْرُقْلا ىِف َةَّدَوَمْلَا “əl-məvəddətə fil-qurbə”
ifadəsinə müfəssirlər bir neçə məna vermişlər. Məsələn,
İmam Təbəri İbn Abbasdan nəql edilən bir rəvayəti əsas
alaraq “qurbə” kəlməsinin “qohumluq” olduğunu qeyd
edir. Buna əsasən də ayəni:
“Mənə peyğəmbər olaraq tabe
olmursunuzsa, heç olmasa qohumluq səbəbilə dəstək olun!”
25
- belə təfsir edir.
İmam Saləbi və İbn Kəsir isə İbn Abbasdan nəql edi-
lən digər hədisə əsaslanaraq: “əl-məvəddətə fil-qurbə”
ifa dəsini “Allaha yaxınlaşdıracaq əməl işləmək” şəklində
təfsir edirlər.
26
İbn Abbasın nəql etdiyi hədis belədir:
“Sizə
gətirdiyim bu hidayət və həqiqətlərin müqabilində heç
bir qarşılıq (mükafat) gözləmirəm. Sizdən istədiyim
yalnız bir şey var: Özünüzü Allaha sevdirəcək əməllər
işləyin və əmrlərinə itaət etməklə Ona yaxınlaşın.”
27
Əksər müfəssirlər isə bu ayədə ifadə edilən mənanı
məhdududlaşdıraraq, bunun Əhli-beytə (Hz. Əli, Hz.
Fatimə və onların övladları) qarşı bəslənən məhəbbət
olduğunu bildirirlər.
28
Bu təfsirlərin hər birində əsas məna “sevgi” üzərində
cəm olunur. Beləliklə də Peyğəmbərimizin
istər Qu-
24.
Şura , 42/23
25.
Təbəri, Camiul-Bəyan, c.25, s.25
26.
Suat Yıldırım, Peyğəmbərimizin Quranı Təfsiri, c.2, s.247
27.
Rudani, Cəmul-Fəvaid, 7205
28.
Suat Yıldırım, Peyğəmbərimizin Quranı Təfsiri, c. 2, s. 248
Peyğəmbərimizi
Nə üçün və Necə Sevməliyik ?
37
reyşə qohumluq əlaqələrini xatırladaraq onlarla sevgi üzə-
rində bir münasibət qurmağa çalışması, istər Əhli-beytə
qarşı məhəbbətə dəvət etməsi, istərsə də Allaha
yaxınlaşdıracaq əməllər istəməsinin hər birində əsas prin-
sip sevgidir.
Elə buna görə də deyə bilərik ki, Peyğəmbərimizi
sevmək 23 illik risalət həyatında gecəsini gündüzünə
qataraq ümməti üçün fədakarlıq edən Mübarək Nəbinin
bizdən istədiyi yeganə şeydir. Ümmətinin üzərinə düşən
vəzifə isə bu sevgini layiqi ilə yerinə yetirməkdir.
• Peyğəmbərimizi
sevmək bizi Özünə
qardaş bilən Rəhmət Peyğəmbərinə qarşı bir
vəfa borcudur.
Vəfatından bir neçə gün əvvəl Peyğəmbərimiz bir qrup
səhabə ilə Baqi qəbiristanlığına getmişdi. Qəbiristanlığın
yanında dayanıb o diyarın sakinlərinə belə salam vermiş di:
“Əssələmu aleykum dəra qavmin muminin və innə in-
şəallahu bikum lə hiqun”
َنوُقِحَلا ْمُكِب ُللها َءاَش ْنِإ اَّنِإَو َينِنِمْؤُم ٍمْوَق َراَد ْمُكْيَلَع ُمَلاَّسلَا “Allahın
salamı iman əhli olan qəbir sakinlərinin üzərinə olsun.
Biz də Allahın izni ilə sizə qovuşacağıq.”
29
Peyğəmbərimizin bu salamında belə Rəbbinə qovuşma
arzusu vardı. Sonra bəzi qəbirləri bir-bir ziyarət etdi.
Əvvəlcə Osman bin Mazun, sonra qızları Zeynəb, Ruqiyyə
29.
Əbu Davud, 2338; İbn Sunni, Aməlul yəvm vəl leylə, 593
peyğəmbərimizi
Səhabə kimi Sevmək
38
və Ümmü Gülsüm, sonra da oğlu İbrahim və nəvəsi
Abdullahın qəbirlərinin yanında dayandı. Bir neçə qəbirin
yanında bir müddət dayandıqdan sonra, nəhayət Hz. Əlinin
anası və Peyğəmbərimizin
“Anamdan sonra anam”
30
dediyi
iki qadından biri olan
31
Fatimə binti Əsədin qəbrinin yanına
gəldi...
Hər qəbrin yanında bir müddət dayanır, gözləri dolur,
onlara dua edir və bağışlanmalarını Rəbbindən niyaz edir-
di. Allah Rəsulunun
həmin günə qədər görməyə adət
etmədikləri bu halını səhabələr diqqətlə müşahidə edir,
Onun bu əhval-ruhiyəsini anlamağa çalışırdılar.
Bir müddətdən sonra Peyğəmbərimiz
gözlərini
uzaqlara dikdi, sanki illər sonrasını görürmüş kimi baxdı
və nəhayət belə buyurdu:
“Salam olsun qardaşlarıma!
Onları görməyi nə qədər çox arzu edirəm.” Orada olan
əshabi-kiramRasulullahın bu sözündən sonra bir-birlərinə
baxdılar və dedilər ki: “Ya Rasulullah! Biz sənin qardaşların
deyilikmi?” Allah Rəsulunun
gözünü uzaqlara di-
kərək belə bir söz deməsi səhabələri təəccübləndirmişdi.
Peyğəmbərimiz onlara dedi ki: “Siz mənim əshabımsınız.
Qardaşlarım isə görmədikləri halda mənə iman edənlər,
səsimi eşitmədikləri halda dəvətimə qulaq asanlar, mənim lə
eyni dövrü və eyni məkanı bölüşmədikləri halda mənə tabe
30.
Əhməd b. Hənbəl, Müsnəd, 3/212
31.
Digər xanım isə Ümmü Əyməndir. Haqqında ətraflı məlumat üçün
bax: Muhamməd Əmin Yıldırım, Hz. Peyğəmbərin (s.a.s) Albumu, s.
90, 91
Dostları ilə paylaş: |