43
“N
ecə sevməliyik?” sualı üsul baxımından
soruşulan bir sualdır. Bu suala verilən
cavab Peyğəmbərimizə
göstərilən
sevginin daha sağlam və əlverişli olmasına xidmət edəcəkdir.
Əgər hədəfə çata bilməməyimizin əsas səbəbi üsulun
olmamasından və ya bu yöndəki əskiklərimizdən irəli gəlirsə,
ilk növbədə sevginin üsuluna aydınlıq gətirmək lazımdır.
Elə isə buyurun “Peyğəmbərimizi necə sevməliyik?” sualına
cavab axtararkən bu sahənin üsuluna aid əsas qaydaları da
öyrənək. “Peyğəmbərimizi nə üçün sevməliyik?” sualına
yeddi maddə ilə cavab verdiyimizə görə, “Peyğəmbərimizi
necə sevməliyik?” sualını da yeddi maddə ilə cavablandıraq.
• Peyğəmbərimizi
sevmək Onu hər şeydən çox
istəməklə mümkündür.
Bu qayda çox mühüm olduğu üçün biz də ilk növbədə
bunu qeyd etdik. Çünki Peyğəmbərimizi
təkcə sev-
məyimiz kifayət deyil, Allahdan
başqa heç bir şeyi
Onun qədər sevməmək, sevgidə ona rəqib tanıma maq
Peyğ e mb e rimizi
nec e sevm e liyik?!
peyğəmbərimizi
Səhabə kimi Sevmək
44
şərtdir. Biz bunu həyəcandan və ya oxucunun duyğuları nı
istismar etmək üçün qeyd etmirik. Bunun belə olduğunu
bizə öyrədən Rəbbimizdir. Həmçinin Peyğəmbərimiz də
bunu bizə xəbər verir.
Quran bu mövzuda bir neçə ayədə Peyğəmbərimizə
bə slənməli olan sevginin miqyasına dair açıqlama ve rir. Bu
ayələrdən biri Əhzab surəsinin 6-cı ayəsidir. Ayədə Rəbbimiz
belə buyrur:
“Peyğəmbər möminlərə onların özlərindən
daha yaxındır. Onun xanımları (möminlərin)
analarıdır...”
37
Quranın bu bəyanı peyğəmbər sevgisinin
hansı səviyyədə olması barədə məlumat verir.
Bu mövzuda Peyğəmbərimizin
sözlərinə gəldikdə
isə, Peyğəmbərimiz hər zaman olduğu kimi, bu mövzuda da
san ki Qurandakı ifadələri aydın şəkildə təfsir və izah edir.
O deyir ki:
“Sizdən birinə mən atasından, övladlarından
və bü tün insanlardan daha sevimli olmadıqca həqiqi
iman etmiş olmaz.”
38
Məhz bu ayə və hədisdən də başa düşülür ki, təkcə
Peyğəmbərimizi
sevmək kifayət deyil, bu sevginin hər
şeydən çox olması da lazımdır.
37.
Əhzab , 33/6
38.
Buxari, İman, 2; Müslim, İman, 69; Nəsəi, İman, 114
Peyğəmbərimizi
Nə üçün və Necə Sevməliyik ?
45
• Peyğəmbərimizi
sevmək həyatın hər anında
və hər sahəsində Onu qeyd-şərtsiz rəhbər seçməklə
mümkündür.
Həqiqi sevginin necə olacağına dair ikinci qayda budur.
Sevən sevdiyinin yolunda olar, onun istədiyi şəkildə, onun
xo şuna gələn işləri görər, onun sevmədiklərini tərk edər... Bir
sözlə, həm sevdiyini iddia etmək, həm də sevdiyinin qəbul
etməyəcəyi əməllər işləmək, sözündə səmimi olmamağı və
həmin sevginin boş sözdən ibarət olduğunu göstərir.
Rəbbimiz göndərdiyi elçisini bizə tanıdarkən Onunla
aramızdakı münasibətin necə olacağını da öyrətmişdir.
Bir ayədə belə buyurulur:
“Həqiqətən, Allahın Rəsulu
Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan,
qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər
üçün gözəl örnəkdir!”
39
Ayədəki
ٌةَنَسَح ٌةَوْسُأ “Üsveyi-həsənə” ifadəsinə “gözəl
örnək”, “kamil misal”, “nümunəvi şəxsiyyət”, “mükəmməl
örnək” və s. bir çox mənalar verilmişdir. Ancaq biz, bu
Qurani ifadəyə “həyatın hər anının və hər sahəsinin qeyd-
şərtsiz rəhbəri” şəklində bir məna veririk. Bu tərifin mesajı
aşagıdakı kimidir: Peyğəmbərimizin
rəhbərliyi bir
zaman və məkan ilə məhdud deyil, zamanın və məkanın
fövqündədir. Həyatın hansı sahəsində olursa olsun və
zaman etibarı ilə də hansı zaman dilimin olsa da, Pey-
39.
Əhzab, 33/21
peyğəmbərimizi
Səhabə kimi Sevmək
46
ğəmbərimiz bütün zaman və məkanlarda müləq söz sa-
hibidir. Onu sevdiyini iddia edən hər bir şəxs də həyatın da
Peyğəmbərimizi
nə qədər rəhbər bildiyini göstərərək
bu iddiasını isbat edər. Həqiqi sevgi, ancaq belə bir rəhbərə
qeyd-şərtsiz tabe olmaqla mümkündür.
• Peyğəmbərimizi
sevmək Onun verdiyi
hökm lərə hər mənada təslim olmaqla müm-
kündür.
Peyğəmbərimiz hökm qoyandır. O, əsasən Allahın qoy-
duğu hökmləri təbliğ və bəyan etmiş, bəzən də Allahın
ona verdiyi səlahiyyət və sərhəd çərçivəsində bəzi hökm-
lər qoymuşdur. Möminlərin üzərinə düşən vəzifə isə ar-
tıq heç bir etiraz etmədən, şübhə və tərəddüdlərə düş-
mədən, qoyulan hökmü yerinə yetirməmək üçün bə-
hanələr axtarmadan o hökmlərə təslim olmaqdır. Belə bir
təslimiyyət həqiqi sevginin də mühüm şərtlərindəndir. Bu
mövzuda Rəbbimiz belə buyurur:
“Allah və Peyğəmbəri
bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və
qadına öz işlərində başqa yol seçmək yaraşmaz. Allaha
və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, açıq
aydın azmışdır!”
40
Nur surəsində də belə buyurulur:
“Aralarında hökm vermək üçün Allahın (Allahın
Kitabının) və Peyğəmbərinin yanına çağırıldıqları za
man möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!”
40.
Əhzab, 33/36
Peyğəmbərimizi
Nə üçün və Necə Sevməliyik ?
47
deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır.”
41
Rəbbimizin bu açıq-aşkar mesajını Peyğəmbərimiz
də belə bəyan edir:
“Mənim sözlərimə nəfsani arzularını
tabe qılmayan, bütün arzuları ilə təslim olmayan şəxs
həqiqi manada iman etmiş sayılmaz.”
42
Məhz bu ilahi və nəbəvi bəyanlardan öyrənirik ki, Pey-
ğəmbərimizi
həqiqi mənada sevmək, ancaq Onun
verdiyi hökmlərə tam mənada təslim olmaqla mümkündür.
• Peyğəmbərimizi
sevmək təkcə ağılla deyil,
ələlxüsus qəlb ilə mümkündür.
Sevgi ağıl işi deyil, qəlb işidir. Hər sevgi belədir. Çünki
sevginin əsas mənbəyi ağıl deyil, qəlbdir. Təəssüf ki,
müa sir dünyanın müsəlmanları olaraq biz bilərək, ya da
bilməyə rək bu həqiqətə laqeyd yanaşırıq. Hər şeyi qəl-
bimiz ilə sevdiyimizə baxmayaraq, söhbət Allah
və
Rəsulundan
düşəndə bu məsələni nədənsə ağlımıza
həvalə edirik. Ancaq unutmamalıyıq ki, məhəbbət təkcə
ağlın işi deyil, əsasən qəlbin və ürəyin işdir. İnsan ağlı ilə
dərk edər, tanı yar, ancaq ürəyi ilə sevər.
Bu həqiqəti bir peyğəmbər aşiqi olan şair-filosof Mu-
hamməd İqbal belə dilə gətirir:
41.
Nur, 24/51
42.
Beyhəqi, əl-Mədhal ilə Kitabus-Sunən, 188; Deyləmi, Firdövsül-
Əhbab, 7791
Dostları ilə paylaş: |