Peyğəmbərimizi
Nə üçün və Necə Sevməliyik ?
31
• Peyğəmbərimizi
sevmək imanın dadını və
ləzzətini əldə etməyin ən mühüm vəsiləsidir.
İman etmək və imanın dadını almaq... Biri işin baş-
lanğıcı, digəri isə nəticəsidir. “İmanın dadını və ləzzəti ni
əldə etmək” çox mühüm bir xususiyyətdir. Elə bu yerdə
bir şeyi də qeyd etməliyik ki: “Dadmayan bilməz, dadan
isə söz ilə ifadə edə bilməz.” Ancaq bu mərtəbəyə yüksələ
bilmək, qulluq yolunda qoyulan bu hədəfə çatmaq üçün
belə bir suala da cavab tapmaq lazımdır: “İman etmək ilə
imanın dadını almaq arasında necə bir fərq var?” Şübhəsiz
ki, müəyyən fərqlər var. Əgər fərq olmasaydı, belə bir hə-
dəf inanan insanın qarşısına qoyulmazdı. Bu mövzuda çox
şey demək olar, ancaq biz burada bir neçə cümlə ilə xülasə
edək: İman edən Allaha qul olar. İmanın dadını alan isə
Allaha Hz. İbrahim
kimi
Xəlil, Peyğəmbərimiz
kimi
Həbib olar. İman edən Allahın ondan istədiyi bəzi
əmr və qadağanları üzərinə öhdəlik olaraq götürər. İmanın
dadını alan isə hər əmri və qadağanı özü üçün Rəbbinə
yaxınlaşmaqda ən böyük vəsilə olaraq görər. Məsələn, iman
edən üçün namaz günün beş ayrı vaxtında Allahın
ondan istədiyi bir ibadətdir. İmanın dadını alan şəxs üçün
isə bu, Allah ilə görüşmə, Ona qovuşma, Rəbbi ilə dərd-
ləşmə və danışma imkanıdır. Elə buna görə də bir bə şər
olaraq imanı ən çox dada bilən Peyğəmbərimiz
üçün
peyğəmbərimizi
Səhabə kimi Sevmək
32
namaz gözünün nuru və aydınlığıdır.
12
Məhz iman edən ilə imanın dadını alan arasındakı fərq
budur. Bəs inanan bir insan imanın dadını necə əldə edə
bilər? Nə etməlidir ki, belə mühüm bir dəyər qazansın?
Bu suala cavab verməmişdən əvvəl Hucurat surəsinin 7-ci
ayəsini xatırlamalıyıq. Bu ayədə Rəbbimiz belə buyurur:
“...Lakin Allah sizə imanı sevdirmiş, onu ürə klər
inizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi
olmağa qarşı sizdə nifrət oyatmışdır. Məhz belələri (bu
xislət sahibləri) doğru yolda olanlardır!”
13
Bu ayədə ifadə edilən fikirlər Peyğəmbərimizin
həyatında və dilində bir duaya çevrilmişdi. Quranın Onun
ürəyinə və təfəkkürünə yerləşdirdiyi bu üfüqlər o mübarək
dodaqlardan bu ifadələrlə süzülmüşdü:
“Allahım! Bizə
imanı sevdir və onu qəlblərimizin zinəti et. Küfrə, hər
cür çirkinliyə, azğınlığa və Sənə qarşı üsyana isə nifrət
etdir. Bizi əqli cəhətdən kamilliyə çatanlardan et!”
14
Burada ifadə etdiyimiz ayədə və nəbəvi duada qeyd
olunan
“imanı sevmək” kəlməsi çox mühümdür. Məhz
ima nı sevmək və bunu könüllərə hopdurmaq, ürəklərin zi-
nəti etmək imanın dadını almaqdır. Bu izahlardan sonra çat-
dırmaq istədiyimiz əsas mesaja qayıtsaq və imanın dadını
12.
“Mənə dünyanızdan gözəl qoxu və qadın sevdirildi. Namaz isə
gözümün nuru qılındı.” Nəsai, İşarətun-Nisa, 1; Əhməd b. Hənbəl,
Müsnəd, 3/285; Hakim, Müstədrək, 2/175
13.
Hucurat surəsi, 49/7
14.
Əhməd b. Hənbəl, Müsnəd, 3/424
Peyğəmbərimizi
Nə üçün və Necə Sevməliyik ?
33
necə almaq olar sualını təkrar soruşsaq, hansı cavabı alarıq?
Belə bir üfqü və hədəfi bizə bildirən Peyğəmbərimiz
cavab verir. Buyurur ki:
“Üç şey kimdə olarsa, hə min şəxs
imanın dadını almışdır: Allah və Rəsulunu
hər
şeydən daha çox sevmək, sevdiyini yalnız Allah üçün
sevmək, iman etdikdən sonra təkrar küfrə qayıtmağı
sanki oda (cəhənnəmə) atılır kimi çirkin görmək.”
15
İmanın dadını almaq üçün Peyğəmbərimizin saydığı
üç əsas səbəbdən birincisi: “Allah və Rəsulunu
hər
şeydən daha çox sevməkdir.” Məhz biz də elə bu səbəbə
görə dey rik ki, Peyğəmbərimizi sevmək imanın dadını və
ləzzətini əldə etməyin ən mühüm vəsiləsidir.
• Peyğəmbərimizi
sevmək Allahı
sevməyin
və Onun məğfirətini və rəhmətini qazanmağın ən əsas
səbəbidir.
Bu mesajın Qurandakı ifadəsi belədir:
“De: “Əgər siz
Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi
sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır,
mərhəmətlidir!”
16
Bu ayədə Rəbbimiz aydın şəkildə Özünün həqiqi mə-
nada sevilməsini, elçisinə tabe olmaq və Onun ardınca
getmək şərtinə bağlayır. Tabe olmaq, ardınca getmək, təqlid
etmək və ya verilən mesajlardan irəli gələn öhdəlikləri
yerinə yetirmək sevgi ilə birbaşa əlaqəlidir. İnsan sevmə di-
15.
Buxari, İman, 14; Müslim, İman 68; Nəsəi, İman, 3; Tirmizi, 2624
16.
Ali İmran, 3/31
peyğəmbərimizi
Səhabə kimi Sevmək
34
yi kimsənin dediklərinə nə üçün əməl etsin ki? Tabe ol maq
sevmək ilə başlayır.
Burada bir xüsusiyyətə diqqət etməliyik. Din adlı ilahi
nizamın üç əsas prinsipi var: Allah, Kitab (Quran) və
Peyğəmbər. Nə üçün? Çünki peyğəmbər insandır, bəşərdir
və insanlara, bəşəriyyətə göndərilmişdir. Elə buna görə də
Rəbbimiz ayədə: “Məni izləyin, mənə tabe olun” deyərək,
möminlərə özünün deyil, “Göndərdiyim elçinin ardınca
gedin, Ona tabe olun” deyərək elçisinin yolu ilə getməyi
işarə etdi. Belə olduğu təqdirdə isə, əslində peyğəmbər
ilə qurulan münasibət hər şeydən əvvəl gəlməlidir. Bu
münasibətin ilk mərtəbəsi də, əlbəttə, Onu həqiqi mənada
sevməkdir. Sevmək Ona tabe olmağa, tabe olmaq isə
Allahın
sevgisini qazanmağa səbəb olur. O böyük
sevgini qazanmaq isə ilahi rəhmət və məğfirətə layiq olmağa
vəsilədir.
• Peyğəmbərimizi
sevmək 23 illik risalət
həyatı ilə gecəsini, gündüzünü ümməti üçün fəda
edən Mübarək Nəbinin bizdən istədiyi tək şeydir.
Bir çox ayədə Quran göndərilən elçilərin əx
la
qi
prinsiplərindən, şəxsiyyətlərinin ən mühüm xüsusiy yət-
lərindən bəhs edir. Bu prinsiplərin ən əsaslarından biri də
görülən ağır və çətin əməyin əvəzində insanlardan heç bir
şey gözləməməkdir.
َينِمَلاَعْلا ِّبَر َىلَع /ِللها َىلَع َّلاِإ َيِرْجَا ْنِإ
“in əcriyə illə aləllah, alə rabbil aləmin”
Dostları ilə paylaş: |