peyğəmbərimizi
Səhabə kimi Sevmək
79
Bu hadisə səbəbilə biz də hər zaman Hz. Əbu Bəkrə
Peyğəmbərimizin “sağ tərəfindəki adam”, Hz. Ömərə isə
Pey ğəmbərimizin “sol tərəfindəki adam” - deyirik. Çünki
on ların sağda və solda olması, təkcə bu dünya ilə əlaqəli de-
yil. Peyğəmbərimizin sözlərinə görə axirət ilə də əlaqəli bir
hal dır.
Bu rəvayətdə bizə mühüm bir dərs vardır. Hadisəni
xatırlayaq: ortada Peyğəmbərimiz
, sağ tərəfdə Hz.
Əbu Bəkr
, sol tərəfdə Hz. Ömər
bir əlləri
Peyğəmbərimizin əllərindədir. Bəs digər əlləri hardadır?
Digər əlləri boşluqdadır! O əllərə uzadılacaq başqa əlləri
gözləyir. O əlləri boş qoymamaq üçün, eyni yolun yolçusu
olmaq və o əllərə əl uzadacaq həyatların sahibi olmaq üçün
çalışmaq lazımdır, elə deyilmi? Biz bir az cəhd göstərməklə,
necə böyük mənzərədə yer ala biləcəyimizi dərk edə
bildikmi?
• Ümmətin Yusifinin Peyğəmbər sevdası
Hz. Yusif peyğəmbərlər arasında iffət paltarını necə ən
yaxşı geyinmiş və qorumuş isə, Hz. Osman
da səha-
bə arasında bu paltarı ən mükəmməl qoruyanların məşhuru
idi. O, bu ümmətin Yusifi, həyanın, ədəbin və iffətin abidə
şəxsiyyətidir.
Hz. Osman
Məkkənin tanınmış ailələrindən olan
Bəni Ümeyyədən idi. Bu ailənin ilk iman edənlərindən ol-
duğu üçün çox böyük çətinliklər çəkmiş, imanı uğrunda
peyğəmbərimizi
Səhabə kimi Sevmək
80
min bir bədəl ödəmişdir.
Hz. Osmanın Peyğəmbərimizə
olan sevdasına gəl-
dikdə isə, yaşadığı uzun və bərəkətli həyatında
75
bizi hey-
ran edən və bizə ibrətli dərslər verən yüzlərlə hadisə ilə
qarşılaşırıq. Biz burada bunlardan yalnız ikisini qeyd edə-
cəyik.
İslami dəvətin səsi Məkkə küçələrində yayılmağa baş-
lamadan bir müddət əvvəl Peyğəmbərimizin əmisi Əbu
Ləhəb: “Mənim evimə Muhammədin qızları gəlin olaraq
girməlidir.”- demiş, Utbə və Uteybə adlı iki oğluna Ruqiyyə
və Ümmü Gülsümü istəmiş, aralarında nişana bənzər bir
mərasim olmuş və qızların “hə”si alınmışdı. Təbbət surəsi na-
zil olub Quranın sərt ifadəsi ilə Əbu Ləhəb və həyat yolda şı
Ümmü Cəmil pisləndikdən, qınandıqdan sonra Əbu Lə həb
çılğına dönmüşdü. O, iki oğluna da nişanı pozmaları üçün
tapşırıq vermişdi. Oğulları da atalarının sözünə qulaq asaraq
nişanlarını pozmuşdular. Əbu Ləhəb də: “Muhamməd indi
gedib iki gənc qızının dərdini çəksin ki, ağlı başına gəlsin.”-
deyirdi. İşgəncələrin, təzyiqlərin, tənqidlərin artdığı həmin
günlərdə peyğəmbərin evində bir anda xoş olmayan belə
bir hadisə olmuşdu. Peyğəmbərimiz və Hz. Xədicə iki qız-
larının bu çətin vəziyyətlərinə dözmək məcburiyyətində
qalmışdılar. Məhz bu çətin günlərdə ürəyində Hz. Pey-
ğəmbərə qarşı dərin bir məhəbbət bəsləyən Hz. Osman
75.
Hz. Osman iman edəndə 33, vəfat etdiyi vaxt 82 yaşında idi.
Haqqında ətraflı məlumat üçün bax: Muhamməd Emin Yıldırım, Hz.
Peyğəmbərin Albumu, s.166-168
Peyğəmbərimizi
Nə üçün və Necə Sevməliyik ?
81
öz-özünə belə düşüncəyə qapılmışdı: “Görəsən, get-
səm və Peyğəmbərimizin o qızlarından birini istəsəm, az da
olsa o evi bu kədərdən uzaqlaşdırarammı? Görəsən, belə
etsəm, Peyğəmbərimizi sevindirə bilərəmmi?”
Hz. Osman ağlındakı bu düşüncələri gedib Pey ğəm-
bərimizə ərz etdikdə Peyğəmbərimiz çox sevinmişdi. Elə
həmin anda qızlarından böyük olanı, Ruqiyyəni ona vermiş,
Osmanı özünə kürəkən etmişdi. Bu evlilik, o vaxt Məkkədə
ən çox danışılan hadisələrdən biri olmuşdu. Günlərlə
insanlar və həmin dövrün ictimai rəyinə təsir edən şairlər
bu evlilikdən bəhs etmişdilər. Təbii ki, həmin evliliyin bu
qədər gündəmə gəlməsi Hz. Osmanı
çətin vəziyyətə
salmışdı. Məkkənin ən məşhur taciri, bazara çıxmayana
qədər alverin başlamadığı ən zəngini və əsil-nəcabətli insanı
olan Affanın oğlu Osman, artıq Məkkədə yaşaya bilməyə-
cək bir vəziyyətə düşmüşdü. Buna görə də nübuvvətin 5-ci
ilində həyat yoldaşı Ruqiyyə ilə birlikdə uzaq bir ölkə olan
Həbəşistana doğru səfərə çıxmaq məcburiyyətində qalmışdı.
Peyğəmbərimiz
bu mübarək ailəni Həbəşistana yola
salarkən göz yaşlarına hakim ola bilməyəcək:
“Salam olsun
Osmana və onun ailəsinə... Vallahi! Onun ailəsi, Lutdan
sonra risalət mübarizəsi uğrunda ailəsi ilə hicrət edən
bir iman ailəsidir...”- deyəcəkdi.
76
Hz. Osman
ürəyindəki dərin iman və o imanın
verdiyi sonsuz məhəbbət sayəsində çətin hicrət yollarını
76.
Beyhəqi, Dəlail, c.2, s.297; İbn Kəsir, əl-Bidayə vən-Nihayə, c.3,
s.66
peyğəmbərimizi
Səhabə kimi Sevmək
82
keçəcək, hər cür sıxıntı və məşəqqətə baxmayaraq düz
səkkiz il Həbəşistanda yaşayacaqdı. Mədinəyə qayıdanda
isə yanlarında Həbəşistanda dünyaya gələn Abdullah adlı
uşaqları ilə birlikdə üç nəfərdən ibarət ailə olaraq dönəcəkdi.
Hicrətin ikinci ilində də həyat yoldaşı Ruqiyyəni əbədi
aləmə yola salacaqdı. Hz. Osman həyat yoldaşını itirməyin
dərin kədərini ürəyində daşıyarkən, Peyğəmbərimizin
yeni bir müjdəsi ilə az da olsa təskinlik tapacaqdı. Allah
Rəsulu digər qızı Ümmü Gülsümü Hz. Osmana verərək,
onu Zinnureyn (İki nur sahibi) edəcəkdi. Bu evliliklə Hz.
Osman
peyğəmbər evinə ikinci dəfə kürəkən olma
şərəfini qazanacaqdı. Ancaq bu da çox davam etməyəcək,
hicrətin 9-cu ilində Ümmü Gülsüm də vəfat edəcəkdi. Hz.
Osmanı təsəlli etmək işi yenə Peyğəmbərimizin üzərinə
düşəcək və Ümmü Gülsümün vəfatı ilə sanki həyatı başına
yıxılan Hz. Osmana:
“Vallahi, on qızım olsaydı və onu
da ardarda vəfat etsəydi, mən onları birbir Osmana
verərdim.”
77
- deyəcəkdi.
Hz. Osmanın Peyğəmbərimizin
ürəyindəki y eri
məhz belə bir yerdi. Onun həyatındakı peyğəmbər sev-
dası nı bizə nəql edən ikinci nümunə isə Təbuq Qəzvəsi
əsnasında etdiyi inanılmaz infaqdır. İnfaq nifaqın ən böyük
əlacı, imanın aşkar göstəricisidir. Həmçinin infaq bir iddia
olan sevginin də ən böyük isbatıdır. Çünki könlün sevməsi,
əlin verməsi ilə mümkündür. Quru-quru səni sevirəm demək
və sevdiyinin yolunda heç bir fədakarlıq göstərməmək,
77.
İbn Əsir, Usdul-Ğabə, c.3, s.579
Dostları ilə paylaş: |