peyğəmbərimizi
Səhabə kimi Sevmək
63
səlmanlar:
َينِنِمْؤُلما ُيرِمَأ اَي َتْنَأ “Əntə, ya Əmirəl-Möminin (sənsən, ey
möminlərin əmiri)!” - demişdilər.
Hz. Əli
: “Xeyr, mən deyiləm! İnsanların ən
cəsuru Hz. Əbu Bəkrdir.” - demişdir. Nə üçün Hz. Əbu Bəkr
olduğunu bilmək istəyən o heyrətli baxışları gördükdə Hz.
Əli sözlərinə belə davam etmişdi: “Biz, bir ovuc iman edən
qardaşlarımızla birlikdə hələ nübüvvətin ilk günlərində
Kəbədə namaz qılırdıq. Həmin vaxt Məkkənin qara üzlü
insanları bizə və Peyğəmbərimizə hücum etdilər. Bəzisi
Allah Rəsulununun
paltarından tutub dartır, bəzisi
onun üstünə gəlir, onu vururdu. Biz isə əl-qolumuz bağlı,
heç bir şey edə bilmirdik. Bir də gördük ki, paltarı küləklə
havaya sovrulan, ancaq ətrafa izzət saçaraq kimsə uzaqdan
bizə doğru gəlir. Gələnin kim olduğu bizim üçün çox maraqlı
idi. Həmin şəxs zəif bədəni olmasına baxmayaraq, həmin
gün aslan kimi kükrəyən Hz. Əbu Bəkr idi. Qaça-qaça bizə
doğru gəlir, ona mane olmaq istəyənləri bir-bir yerə sərir və
Kəbənin divarlarında əks-səda verən bu sözləri hayqırırdı:
“Rəbbim Allahdır dediyi üçün onu öldürəcəksinizmi?”
54
Bu sözləri ən gur sədası ilə hayqıran Hz. Əbu Bəkr gəlib
özünü həmin anda məkkəlilərin hücumlarına məruz qalan
Peyğəmbərimizə sipər edirdi. Bu dəfə də azğın müşriklər
Peyğəmbərimizi
buraxıb Hz. Əbu Bəkri dövrəyə
alır və ona vurmağa başlayırdılar. Yumruqlar, təpiklər, təh-
qir lər havada uçurdu. Uqbə bin Əbi Muayt qəzəbinə hakim
54.
Buxari, Mənaqibul-Ənsar, 27
peyğəmbərimizi
Səhabə kimi Sevmək
64
ola bilmir, Hz. Əbu Bəkri yerə yıxır, sinəsinin üstündə
oturur, əlinə götürdüyü ayaqqabı ilə onun üzünə vururdu.
Ağzı, gözü, burnu qanlar içində qalan Hz. Əbu Bəkr daha
artıq ağrılara dözə bilmir və oradaca özündən gedirdi.
Həmin vaxt qəbiləsi Bəni Teym hadisədən xəbər tutur, gəlib
Əbu Bəkri onların əlindən xilas edirdi. Hər tərəfi qan içində
qalan və özündən getmiş halda evinə aparırdılar. Hz. Əbu
Bəkrin həmin günə qədər hələ müsəlman olmamış anası
Səlma binti Sahr da (məşhur künyəsi Ümmül-Xayr) oğlunu
o halda gördükdə fəryad edir, göz yaşları içində oğlunun
qanlarını təmizləyir və özündən gedən oğlunun oyanmasını
gözləyirdi. Xeyli vaxtdan sonra Hz. Əbu Bəkr gözlərini açır,
bir az özünə gəlirdi. Oyanan kimi də ağzından çıxan ilk söz:
“Mə fuilə bi Rasulillah (Allah Rəsuluna nə oldu?”)-olurdu.
İndi deyin görək, belə bir cəsarəti göstərərək insanların ən
cəsuru olmağa layiq Hz. Əbu Bəkr deyilmi?”
55
Hz. Əlinin nübüvvətin ilk illərində yaşadığı və illərlə
unu da bilmədiyi bu xatirəsi, Hz. Əbu Bəkrin
Pey-
ğəm bərimizə necə bir sevgi ilə bağlandığının bir nü mu nə-
sidir. Həmin günə qədər hələ iman şərbətini içməyən ana sı,
qanlar içində özündən getmiş oğlunun oyanan kimi ilk söz
olaraq Peyğəmbəri
soruşmasına bir az hiddətlənmiş
və demişdi ki: “Bəsdir də, Muhamməd, Muhamməd... Bir
az su iç, yemək ye, özünə gəl! Belə getsə, sağalmayacaq san!”
Hz. Əbu Bəkr
yenə də sevdasına uyğun olan bu sözlə-
ri demişdir:
“Vallahi! Anacan,Rasulullahın necə olduğuna
55.
İbn Kəsir, əl-Bidayə vən-Nihayə, c. 3, s.271, 272
peyğəmbərimizi
Səhabə kimi Sevmək
65
dair bir xəbər öyrənməsəm, Onun salamat olduğunu öz göz
lərimlə görməsəm, nə bir udum su içəcəm, nə də bir loğma çörək
yeyəcəm.”
Ümmül-Xayr nə qədər təkid etsə də, oğlunu yeməyə,
içməyə razı sala bilməmişdi. Bundan sonra Ümmü Cə-
milin
56
köməyi ilə yaralı olan oğlunu Darul-Ərkama
Peyğəmbərimizin yanına aparmışdı. Allah Rəsulu
Hz. Əbu Bəkri bu halda qarşısında gördükdə dözməmiş,
göz yaşlarına qərq olmuşdu. İki sadiq dostun o görüşü
əsnasında Peyğəmbərimiz Hz. Əbu Bəkrə: “Niyə bu halda
özünü əziyyətə salıb bura gəldin?!” - demişdi. Hz. Əbu Bəkr
isə: “Ya Rasulullah! Mənə görə narahat olma! Sən bu qapının
arxasında dayanan anam üçün dua et! Dua et ki, Allah
ona hidayət nəsib etsin!” - demişdi. Həmin anda əllər dua
üçün havaya qalxmış və hələ əllər aşağı enmədən Səlma
imanın açarı olan o mübarək kəlmələri di lə gətirmişdi. Hz.
Əbu Bəkrin Peyğəmbərimizə olan sevdası anasının imanına
da səbəb olmuşdu.
57
Hz. Əbu Bəkrin Peyğəmbərimizə
bəslədiyi sev-
ginin ən gözəl nümunələrindən biri də, şübhəsiz ki, hic-
rət əsnasında yol yoldaşı kimi nümayiş etdirdiyi dav-
56.
Ümmü Cəmil bu xanımın künyəsidir. Onun Hz. Ömərin bacısı
Fatma binti Xəttab olduğu deyilir. Ancaq doğrusu, ilk müsəlmanlardan
olan Fatma binti Mücəlləl olduğudur. Fatma binti Mücəlləl Abdul-
lah b. Əbu Qaysın qızı, Xətib b. Harisin xanımı idi. Haqqında ətraflı
məlumat üçün bax: İbn Hacər, əl-İsabə, c.4, s.2675; İbn Əsir, Usdul-
Ğabə, c.7, s.298
57.
İbn Hacər, əl-İsabə, c.4, s.2675; İbn Əsir, Usdul-Ğabə, c.7, s.298
peyğəmbərimizi
Səhabə kimi Sevmək
66
ra nışlarında özünü əks etdirir. On üç illik dözülməz
Məkkə həyatından sonra Allah
Yəsribi möminlərə
imanın bir beşiyi olaraq bəxş etdi. Peyğəmbərimiz bütün
müsəlmanlara hicrət üçün izin vermiş, Məkkədə bir ovuc
müsəlman qalmışdı. Məkkədə qalanlar arasında Hz.
Əbu Bəkr də vardı. O, nə vaxt hicrət etmək üçün icazə
istəsə, Peyğəmbərimiz: “Gözlə, ey Əbu Bəkr! Bəlkə Allah
sənə daha xeyirlisini nəsib edəcək.” -deyirdi. Səbirlər
tükənir, gözləməkdən insanlar yorulurdu. Məhz belə bir
zamanda hər gün ikindi vaxtı Əbu Bəkrin evinə şərəf verən
Peyğəmbərimiz
, həmin gün onun evinə günorta vax-
tı gedirdi. Adət olunan vaxtdan tez Peyğəmbərimizin gə-
lişi ev sahibi olan Hz. Əbu Bəkri həyəcanlandırırdı. Göz
yaşlarına qərq olan Hz. Əbu Bəkr çətinliklə təkcə bir cümlə
deyə bildi:؟ِللها َلو
ُسَر اَي ُةَب ْح ُّصلَا “Əs-Suhbətu, ya Rasulullah?!
(Yol yoldaşın oluram, ya Rasulullah?!)” Peyğəmbərimiz:
“Bəli, yol yoldaşım olursan!” - deyirdi. Bunu eşidən Hz.
Əbu Bəkr çox sevinir və sevinc göz yaşları sel kimi axırdı.
Bu mənzərəni müşahidə edən Hz. Aişə
anamız belə
deyəcəkdi: “Həmin günə qədər heç bir insanın sevinc dən
belə ağladığını görməmişdim.”
58
Nəyə sevinir, niyə ağlayırdı, Hz. Əbu Bəkr?! Hicrətdə
Peyğəmbərimizə yol yoldaşı olmaq nə deməkdi? Başına yüz
dəvə qoyulmaq, ölü, ya da diri Mədinəyə çatmadan tutul-
maq deməkdi. İşgəncə deməkdi, ölmək deməkdi. İnsan hər
dəqiqəsi ölümlə nəticələnə bilən bir səfərə çıxmağa necə
58.
İbn Hacər, Sirə, c.2, s.93
Dostları ilə paylaş: |