peyğəmbərimizi
Səhabə kimi Sevmək
59
kün deyildir. Çünki onlar, təqlid edilməsi mümkün ol-
mayan elə bir sevgi nümayiş etdirmişlər ki, bir daha eyni
səviyyədə bir dastanın yazılması çox çətindir. Ancaq onlar,
bizim üçün bir hədəfdir. Möminlərin üzərinə düşən vəzifə
o mənzilə, o hədəfə çatmaq mümkün olmasa belə, həmin
hədəfə doğru getməkdir. Əsl məqsəd və qayə də elə həmin
iztirab ilə yerimək deyilmi?
Məhz bu iztirabın bir nəticəsi olaraq əshabi-kiramın
Hz. Peyğəmbəri
necə sevdiklərini öyrənib, onların
o böyük dünyalarından öz kiçik dünyamıza pay almaq
istəyirik.
Şübhəsiz ki, bu, elə də asan bir mövzu deyil. Nübüvvət
bağçasının gülləri olan o böyük şəxsiyyətlərin demək olar
ki, hər birinin sevgi və sevda etibarı ilə həyatlarında izlər
görmək mümkündür. Belə olduğu təqdirdə isə onlardan
birini seçib, digərini gözardı etmək, birinə nəzər yetirib,
digərini görməmək onları incitməməkdə həssas davranan
hər bir mömin üçün çox çətin məsələdir. Bunun daha çə tin
bir yönü isə, bizi daha çox məsuliyyət altına salan:
“Ey bu
ümmətin ən salehləri! Bizi heç düşünmədinizmi? Heç ağlınıza
gəlmədikmi? Elə həyat yaşadıq ki, bizdən sonra heç kimsə bu
həyatın eynisini yaşamaz, yaşaya bilməz?” demədiniz və bizi
ürəklərinizi dağlayan o sevda atəşi ilə yandırdınız. Deməli,
bu məsələdə iki çətinliklə qarşı-qarşıyayıq. Onların arasında
seçim etmək çətindir: onları anlatmaq, yazmaq da çətindir,
onlar kimi kamil mənada yaşamaq da... Ancaq bütün bu
çətinliklərə baxmayaraq bu mühüm məsələni gücümüzün
peyğəmbərimizi
Səhabə kimi Sevmək
60
çatdığı qədər, ürəyimizin və ağlımızın qabiliyyəti nisbətində
anlamaq və anlatmağa məcburuq.
Yaxşı, bəs necə anlayacağıq? İlk çətinlik görən səha-
bələrin seçim məsələsini, bir dəstə örnək şəxsiyyət təyin
edə rək həll etməyə çalışacağıq. Ümmətin üz ağı olan dörd
böyük xəlifənin Peyğəmbərimizə
olan sevgilərinə
dair qısa bəzi xatirələrdən bəhs edəcəyik. Sonra isə səhabə
ara sında sevgi etibarı ilə öndə olan bir neçə xatirəyə nəzər
yetirərək, əslində əshabın hər birinin belə bir sevdaya sahib
olduqlarını əsla unutmayacağıq.
İkinci çətinliyə gəldikdə isə, həmin mövzuda deyiləcək
heç bir söz yoxdur. Əlbəttə, o böyük addımları öyrənib
həmin addımların eynisini atmaq üçün cəhd edəcəyik.
“Yeriməklə hədəfə çatmaq olmaz, ancaq hədəfə çatanlar
yeriyənlərdir!” - deyərək, o mübarək şəxsiyyətlərin yolundan
başqa bir yol olmadığını heç bir zaman unutmayacağıq.
Elə isə gəlin Hz. Əbu Bəkrdən
başlayaraq səha-
bənin Peyğəmbərimizi necə sevdiyini az da olsa dərk
etməyə çalışaq.
• Sidq (doğruluq) abidəsinin Peyğəmbər sevdası
Hz. Əbu Bəkr bu ümmətin ən böyük iftixarı,
Peyğəmbərimizin ən yaxın dostu, onlarla səhabənin hi-
dayətinə səbəb olan və risalət mücadiləsinə dəstək olmaq-
da hər kəsi bir addım geridə qoyan bir şəxsiyyətdir. Biz ona
Peyğəmbərimizin
“sağ tərəfindəki adam” deyirik. Bu
ifadəni nə üçün işlətdiyimizə sonrakı səhifələrdə aydın lıq
peyğəmbərimizi
Səhabə kimi Sevmək
61
gətirəcəyik. Qeyd edək ki, “sağ tərəfindəki adam” olmaq elə
də asan iş deyil. Heç bir insana belə bir şərəf nəsib olmaz.
Hər istəyən də Peyğəmbərin “sağ tərəfindəki adam” ola
bilməz, olsa belə ilk gündən son günə qədər bu etimadı
do ğrul da bilməz. Məhz Hz. Əbu Bəkr imanı ilə belə bir
məqam əl də etmiş və o məqamın haqqını son nəfəsinə qə-
dər mühafi zə etmiş igidlərin igidi olan bir səhabədir.
Hz. Əbu Bəkrin Peyğəmbərimiz
ilə ilk səmimi
münasibətinin tarixdə “Xilful-Fudul (Ərdəmlilər Hərəkatı)”
olaraq bilinən “Kim olarsa olsun, zalıma qarşı və kim olarsa
olsun, məzlumun yanında...” şüarı ilə qurulan təşkilatda
başladığı qeyd edilir.
52
Bu təşkilat Hz. Əbu Bəkrin
atasının əmisinin oğlu olan yaşlı və comərdliyi ilə məşhur
Abdullah bin Cüdanın evində qurulmuşdur. Həmin
təşkilata o gün iki gənc də qoşulmuşdu. Bu gənclərdən biri
iyirmi yaşlarında olan Əbdülmüttəlibin nəvəsi Muham məd,
digəri isə on səkkiz yaşındakı Əbu Kuhafənin oğlu Abdul-
lah idi.
53
O gün orda başlayan münasibət heç vaxt qopmaya-
caq dostluğa çevriləcək, iyirmi il nübüvvətdən əvvəl, iyirmi
üç il də nübüvvətdən sonra olmaqla düz qırx üç illik bir
bərabərliyə səbəb olacaqdı. Bu çox da asan bir iş deyildi.
Hələ bizim kimi hər gün sanki köynək dəyişdirirmiş kimi
dostlarını və yoldaşlarını dəyişdirən, bu mövzuda həssaslı-
52.
İbn Sad, Təbaqat, c.1, s.104
53.
Hz. Əbu Bəkrin əsl adının nə olduğu ixtilaflı olsa da, qəbul edilən
görüşə görə adı Abdullahdır. Künyəsi Əbu Bəkr isə dəvə balasının
atası mənasındadır. Ətraflı məlumat üçün bax: İbn Hacər, əl-İsabə, c.2,
s.310; İbn Əsir, Usdul-Ğabə, c.3, s.310
peyğəmbərimizi
Səhabə kimi Sevmək
62
ğı olmayanların onların uzun və fasiləsiz dostluğundan ala-
cağı çox dərslər vardır. Hətta elə bu yerdə həyati bir qayda
öyrənib, bu qaydanı öz dünyamızda əks etdirməyə çalışa
bilərik. Bir kimsənin keyfiyyətini bilmək istəyiriksə, ya
da bunu özümüzə aid edərək belə deyək: özümüzün han-
sı keyfiyyətdə olduğunu bilmək istəyiriksə, ətrafımızdakı
dostlara baxaq. Hər gün sanki köynək dəyişdirirmiş kimi
dost dəyişdirən, yanına gələnləri az bir müddətdən sonra
gəldiyi kimi özündən uzaqlaşdıran birindən hansı keyfiyyəti
gözləmək olar ki? Bir insanın keyfiyyəti onun dostlarının
qədimliyi nisbətində bilinir.
Məhz bəşər tarixində ən keyfiyyətli insan olan Pey-
ğəm bərimizin
minlərlə əməlini bir kənara qoysaq,
təkcə Hz. Əbu Bəkrlə qırx üç illik fasiləsiz dostluğu Onun
dəyər və qiymətini öyrənməyimiz baxımından kifayət edər.
Əlbəttə, eyni sözləri Hz. Əbu Bəkr
haqda da deyə
bi lərik. Onun da keyfiyyətinin nisbəti dostluğunun son
nəfəsə qədər davam etməsindən bilinir.
Belə bir dostluğun sahibi olan Hz. Əbu Bəkr Pey ğəm-
bərimizi
necə sevmişdi? Onlarla misaldan bir neçəsini
qeyd etmək istəyirik:
Hz. Əli
rəvayət edir. O, Kufədə xəlifə olarkən bir
gün İslamın dastanlar yazdığı ilk günlərə şahid olmayan
gənc nəslə:
“Söyləyin görək: ُساَّنلا ُع َجْشَا ْنَم “Mən əşcəunnəs (insanların
ən cəsuru kimdir)?” - deyə soruşmuşdu.” Cəsarət deyildikdə
ilk ağla gələn şəxsin Hz. Əli olduğunu bilən həmin mü-
Dostları ilə paylaş: |