Bu sənin bəndəndürür, Anu rədd etmə, yüzü ağım bənim



Yüklə 369,1 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix22.07.2018
ölçüsü369,1 Kb.
#58392
növüYazı
1   2   3   4   5   6

169

“Təbriz açar könlümü,  ....  , gər açılsa, Hərçənd ki, firdovs-Sfahanə 

yetişməz” , - beytində hansı şairin təxəllüsü buraxılmışdır? a) Saib 

Təbrizi     b) Rəhməti Təbrizi c) Qövsi Təbrizi  d)  Həqiri Təbrizi e)Tərzi 

Əfşar

170


XVI-XVII əsrlər ədəbiyyatımızda bu təxəllüslə yazan üç şair olmuşdur: a) 

Saib b) Məsihi         c) Heyrani d) Əmani e) Qövsi 

171

XVII əsrdə yaşamış bu şairin ədəbi irsi yalnız klassik lirika janrlarında 



yazılmış əsərlərdən ibarətdir: a) Məsihi b) Əmani c) Fədai d) Qövsi  e) 

Vidadi


172

Bu obrazlar hansı əsərdədir : Ərdəşir şah, Kamil vəzir, Xacə Şəban, 

Xurşidbanu, Zərrin şah:       a) Hamid “Seyfəlmüluk” b) Heyrani 

“Dəlinamə” c) Məhcur  “Qisseyi- Şirzad d) Vidadi “Müsibətnamə” e) 

Möhsün Nasiri  “Tutinamə”                                                                                                  

                     

173

Bu hekayətlər hansı əsərin daxilindədir: “Göy tülkünün nağılı”, “Özünü 



dərviş yolunda fəda edən hökmdarın hekayəsi”, “Təbəristan şahı və onun 

xidmətçisi”? a) “Hekayəti-səqqa”             b)M.Nəsiri “Tutinamə” c) Fədai  

“Bəxtiyarnamə” d) “Hekayəti -Düzdü Qazi”           e) “Hekayəti - xırs 

quldurbasan”

174

M. Nəsirinin “Tutinamə” əsəri kimin sifarişi ilə yazılıb? a) Nadir şahın  



b) Ağa Məhəmməd şah Qacarın c) Cavad xan Ziyadoğlunun                 d) 

İbrahimxəlil xanın  e) Fətəli xanın     

175

“Şəhriyar” əsəri barədə səhv fikir: a) XVIII əsrdə yaranıb  b) yazılı 



ədəbiyyat nümunəsidir   c) əsasında xalq dastanı dayanır  d) bütünlükdə 

nəsrdən ibarətdir e)  epik ədəbiyyatımızın dəyərli abidəsidir

                     

176


XVII əsr ədəbiyyatımızla bağlı səhv fikir hansıdır? a) “hind səbki”ndə 

əsərlər yazılması    b) doğma dildə poemaların yazılması c) Füzuli 

ənənələrinin davamı d) mənzum hekayələrin yazılması   e) poeziyada 

yalnız əruz vəzninin işlənməsi

177

Nizami Gəncəvinin «azad cəmiyyət, ədalətli hökmdar və xalq taleyi» 



problemi onun «Xəmsə»yə daxil olan hansı poemasında daha qabarıq 

verilmişdir?

A) «Sirlər xəzinəsi» poemasında

B)  «Xosrov və Şirin» poemasında

178

Bu əsəri “Lisanüt-teyr” (“Quşların dili”) də adlandırırlar: a) “Tutinamə”  



b) “Dəlinamə”        c) Danəvü dam”  d) “Zənbur və əsəl”                e) 

“Qəndəharnamə”

179

Bu nəsr əsərindəki hadisələr Şah Abbas dövründə baş verir: a)”Tutinamə” 



b) “Dəlinamə” c) Şühədanamə” d)”Şəhriyar” e) “Şikayətnamə”


180

Vaqif Qazax mahalını niyə tərk etdi? a) sevdiyi qızı ona vermədiklərinə 

görə   b)  kasıbçılıq ucbatından   c) Gürcüstanla sərhəddə baş verən 

qarışıqlıqlara görə d) onu İbrahimxəlil xan saraya çağırırdı  e) bunun 

xüsusi səbəbi yox idi       

181


 Bu surətlər hansı poemadadır: Əmr, Əntər, Səlim şah, Möhsün şah? a) 

“Tutinamə” b) “Yusif və Züleyxa”  c) “Vərqa və Gülşa” d) “Qisseyi- 

Şirzad”  e) heç birində                                                                                                                                                       

182


Dövrümüzə çatan əsərlərinin çoxu farscadır, şeirlərində fəlsəfi ruh 

qüvvətlidir, “məliküş-şüəra” olmuşdur. “XVII əsrin Hafizi” də 

adlandırılıb. Bu şair kimdir? a) Qövsi Təbrizi b) Məsihi c) Saib Təbrizi d) 

Məhəmməd Əmani e) Rəhməti Təbrizi 

183

Məhəmmədin“Şəhriyar” əsəri barədə düzgün fikir: a) yadelli işğalçılarla 



mübarizədən bəhs edir b) mövzu folklordan götürülüb c) şəhər həyatının 

üstünlüklərini önə çəkir d) din xadimlərinin tənqidinə həsr olunub e) 

fiziki qüdrəti vəsf edən qəhrəmanlıq dastanıdır 

184


Məsihi haqqında səhv fikir: a) ədəbi irsindən yalnız “Vərqa və Gülşa” 

poeması bəllidir           b) “Vərqa və Gülşa” Şərqdə geniş yayılmış 

mövzudadır c) lirik şeirləri də bəllidir d) “Danə və Dam” adlı məsnəvisi 

də olmuş, lakin dövrümüzə çatmamışdır e) “Zənbur və Əsəl” adlı 

məsnəvisi də olmuş, lakin dövrümüzə çatmamışdır

185


Hansı bənd Saib Təbriziyə aid deyil: a) yalnız farsca yazmışdır  b) 

“Arayişi-nigar”, “Vacibül-hifz”, “Miratül-camal” adlı  üç divanı vardır       

c) “hind səbki”ndə qiymətli şeirlər yazmışdır      d) ədəbiyyatşünaslıq 

fəaliyyəti də olmuşdur       e) Füzuliyə bəzi nəzirələri vardır

186

Vaqifin “Bax” , “Görmədim”  şeirləri  barədə səhv fikirlər: 1)hər ikisi 



əruzda yazılıb 2) onları şair qoca vaxtlarında yazıb 3) Qacarın Qarabağa 

hücumu ərəfəsində yazılıb 4)hər ikisi  müxəmməsdir 5) hər ikisi Vidadiyə 

xitabən yazılıb 6) hər ikisinin sonunda dinə tapınmaq ovqatı var. a) 1-ci, 4-

cü, 6-cı     b) 3-cü, 4-cü, 5-ci   c) 2-ci, 6-cı   d) 2-ci , 4-cü, 5-ci   e) bütün 

bəndlər səhvdir                                                         

187


XVIII əsr ədəbiyyatımıza aiddir : a) yazılı ədəbiyyatda dastan qələmə 

alınması   b) doğma dildə hekayə yazılması c) tarixi mənzumələrin 

yazılması d) xalq-aşıq şeiri janrlarına da müraciət  e) hamısı aiddir 

188


Tiflis haqqında müxəmməs yazmışdır: a) Məsihi b)Əmani c) Vaqif   d) 

Fədai  e) Məhcur

189

“Hekayəti-düzdi qazi” əsərinin müəllifi kimdir?  a) Vəli Ərəşi  



b)Əbdülqəni Xaçmazi c) Məsihi  d) Əmani e) Möhsün Nasiri

190


Hansı əsəri Məhcur Şirvani yazıb? a)  “Seyfəlmüluk”  b) “Dəlinamə” c) 

“Qisseyi- Şirzad  d) “Müsibətnamə”  e) “Tutinamə” 




191

Vidadinin şeirlərini ilk dəfə kim və nə vaxt kitab halında nəşr 

etdirmişdir? a) Həmid Araslı-1939  b) Mirzəağa Quluzadə-1965 c) Əliyar 

Səfərli- 1979 d) Araz Dadaşzadə-1980  e) Əzizağa Məmmədov-1965  

192

Vaqif ən çox hansı janrda yazmışdır? a) gəraylı b)qəzəl c) qoşma d) 



müəşşər e) qəsidə

193


Bu  şair “Bəyaz” adlı  təzkirəsində 800 şairin əsərlərindən nümunələr 

gətirmişdir:

a) Qövsi b) Rəhməti c) Lətifi d) Məsihi e) Saib 

194


“Vərqa və Gülşa” mövzusuna müraciət etmiş Azərbaycan şairləri: a) Suli 

Fəqih və Yusif Məddah b)Yusif Məddah və Məsihi c) Məsihi, Qövsi d) 

Saib, Məhcur e)Məsihi, Fədai

195


Hansı şairlər Xaqaninin “Qəsideyi-Şiniyyə” əsərinə nəzirə yazmışlar? 

A) Əbdürrəhman Cami, M. Füzuli B) Ə.Cami, C. Həqiqi 

C) İ. Nəsimi, M. Füzuli 

D) Fələki Şirvani, Nəsimi 

E) Qazi Bürhanəddin, M. Füzuli

196


Təzkirələrdə Nizami Gəncəvinin qardaşı və ya əmisi oğlu kimi xatırlanan 

şair kimdir? A) Ümər Gənci 

B) Fələki Şirvani C) Qivami Mütərrizi  D) Əbülüla Gəncəvi E) İzzəddin 

Şirvani


197

Məsihinin Gülşa surəti sarsılmazlığına görə  hansı obraza daha çox 

bənzəyir: a) Füzulinin Leylisinə b) Arif Ərdəbilinin Şirininə  c) 

Nizaminin Leylisinə  d)Nəvainin Şirininə e) heç birinə 

198

Hansı şairin ədəbi irsi 17 min beytlik şeirlər divanından, bir poemadan, 



60 məktubdan ibarətdir? A) Xaqani B) Fələki C) Nizami D) Məhsəti 

E) Qivami

199

Aşağıdakı surətlər Nizaminin hansı poemasındadır?  Neman, Simnar, 



Fitnə, Rast Rövşən, Yəzdgürd.

A) “Sirlər xəzinəsi”, B ) “Xosrov və Şirin” C) “Leyli və Məcnun” D) ”Yeddi 

gözəl” 

 E) ”İsgəndərnamə”



200

”Əhvali-Şirvan” əsərini kim yazıb? a) Şakir Şirvani b) Nişat Şirvani c) 

Məhcur Şirvani        d) Saleh Şirvani e) Arif Şirvani

201


Nizami Gəncəvi Qızıl Arslanla görüşünü hansı poemasında təsvir 

etmişdir? A) “Sirlər Xəzinəsi” B) “Xosrov və Şirin”  C) “Leyli və Məcnun” 

D) ”Yeddi gözəl”  

E) ”İsgəndərnamə”




202

Utopik xoşbəxtlər ölkəsi Nizami Gəncəvinin hansı poemasında təsvir 

olunmuşdur? A) “Sirlər Xəzinəsi” B) “Xosrov və Şirin” C) “Leyli və 

Məcnun” 


D) ”Yeddi gözəl”  

E) ”İsgəndərnamə”

203

Azərbaycanda dastan yaradıcılığının məhsuldar dövrü: a) XIII-XIV əsrlər 



b) XV-XVI əsrlər    c) XII-XIV əsrlər d) XVII-XVIII əsrlər  e) XV əsr

204


Qəriblik, Vətən həsrəti mövzusuna  daima üstünlük verən şair: a) Vaqif  

b) Qövsi c) Saib  d) Əmani e) Vidadi 

205

Vaqif haqqında monoqrafiya yazmışdır:             a) Mirzəağa Quluzadə  b) 



Araz Dadaşzadə       c) Nüşabə Araslı d) Teymur Kərimli                 e) 

Məmməd Məmmədov

206

XVIII əsr Azərbaycan bədii nəsrinin ən böyük nümunəsi: a) “Hekayəti-



Düzdi-qazi”                 b) “Şikayətnamə” c) “Şəhriyar” d) “Tutinamə”  e) 

“Danəvü dam”

207

Bu şairlərdən biri “Yusif və Züleyxa” mövzusunda əsər yazmayıb: a) Qul 



Əli, Mustafa Zərir b)Suli Fəqih c) Yusif Məddah,Həqiqi d)Mustafa Zərir 

e) Qul Əli,Suli Fəqih

208

Tarixin altı yüz toquzunda



Bu zəif bu kitabını düzdi imdi,-

 misraları hansı şairin “Yusif və Züleyxa” mövzusundakı əsərinin yazılma 

tarixini (hicri tarixlə) göstərir? a) Qul Əli b)Suli Fəqih c) Mustafa Zərir 

d) Yusif Məddah e) Məsihi

209

Bu şairin ”Siratün-Nəbi” və “Fütuh üş-Şam” adlı tərcümələri də vardır:



a) Qul Əli b)Suli Fəqih c) Mustafa Zərir  d) Yusif Məddah e) Nəsimi

210


Bu şairlərdən biri heca vəznində dördlüklər şəklində poema yazmışdır:

 a) Qul Əli b)Suli Fəqih c) Mustafa Zərir d) Yusif Məddah e) Həqiri

211

”Mehri və Vəfa” adlı poemanın müəllifi kimdir? a) Həqiqi b) Məsihi c) 



Əmani d) Yusif Məddah  e) İsa 

212


”Söhbətnamə” poemasının müəllifi kimdir? a)Hamidi b)Həqiri Təbrizi 

 c) SaibTəbrizi d) Hümam Təbrizi   e)Qasim Ənvar

213

Bu şairlərdən biri İzzəddin Həsənoğlunun “Apardı könlümü...” qəzəlinə 



nəzirə yazmayıb: a) Möhnəti Bakuyi b)Əhməd Dai  c)Cahanşah Həqiqi d) 

Əbdülxalıq Cənnəti e) Şirvanlı Saleh

214

Həsənoğlunun  “Kim?” rədifli qəzəli əvvəldən axıradək  hansı bədii ifadə 



vasitəsi üzərində qurulmuşdur? a)bədii nida b)təcahül-ül-arif  c)litota 

d)ləffü nəşrü mükərrər e)istiarə




215

Əvhədi Marağalının “Dəhnamə” əsəri kimə ithaf olunmuşdur? 

a)Nəsirəddin Tusiyə b)Nəsirəddin Tusinin nəvəsi Xacə Ziyaəddin Yusifə  

c) Hümam Təbriziyə d)Sədi Şiraziyə e)Şeyx Səfiyəddin Ərdəbilinin 

oğluna 

216


Əvhədi Marağalının “Cami-Cəm” əsərinin ikinci hissəsində əsas yeri 

tutur:  a) insanın anadan olmasından ölənə qədərki həyatının təsviri  b) 

heyvanat aləminin xüsusiyyətlərinin təsviri c) kainatın sirlərinin şərhi d) 

insanın məhəbbət əzablarının təcəssümü e)insanın cismani ölümdən 

sonrakı axirət həyatının təsviri

217


XII əsrdə Xaqani Şirvanidən sonra ikinci “Həbsiyyə” yazan şair kimdir? A) 

Qivami Mütərrizi B) Hüseyn Təbrizi 

C) Fələki Şirvani 

D) Şihabəddin Sührəverdi 

E) Eynülqüzzat Miyanəçi

218


Əvhədi Marağalının “Cami-Cəm” əsərinin üçüncü hissəsində əsas yeri 

tutur:  a) insanın anadan olmasından ölənə qədərki həyatının təsviri b) 

heyvanat aləminin xüsusiyyətlərinin təsviri c) kainatın sirlərinin şərhi d) 

insanın məhəbbət əzablarının təcəssümü e)insanın cismani ölümdən 

sonrakı axirət həyatının təsviri 

219


”Mehr və Mah” adlı dastan bu şairlərdən hansının poemasına güclü təsir 

göstərmişdir? a)Əvhədi Marağalı b) Arif Ərdəbili c)Əssar Təbrizi  

d)Hümam Təbrizi e)Həqiri Təbrizi

220


XI əsrdə Azərbaycan ədəbi-nəzəri fikri tarixində “ Şeiri tənqid etmək onu 

yazmaqdan çətindir”? fikrini söyləyən kimdir. A) İzzəddin Şirvani 

B) Xaqani Şirvani C) Nizami Gəncəvi D) Xətib Təbrizi  

E) Mücirəddin Beyləqani

221

Hansı əsər Fəzlullah Nəiminin deyil? a)”Cavidannamə” b)”Növmnamə”



 c) “Ərşnamə” d) “Məhəbbətnamə” e)”Söhbətnamə” 

222


İmadəddin Nəsimi aşağıdakı beytlə başlanan şeirini  kimə müraciətlə 

yazmışdır?

 Dəryayi-mühit guşə gəldi, 

Kövn ilə məkan xüruşə gəldi.

a) Fəzlullah Nəimiyə b) atası Seyid Məhəmmədə c)Əmir Teymura d) 

qardaşı Şah Xəndana e) həyat yoldaşına 

223

İmadəddin Nəsimi hansı dillərdə əsərlər yazmışdır? a) Azərbaycan və fars 



dillərində b)yalnız Azərbaycan dilində c) Azərbaycan və ərəb dillərində 

d)Azərbaycan, ərəb və fars dillərində  e)Azərbaycan, urdu və fars 

dillərində 



224

Qazi Bürhanəddinin aşağıdakı misralarında işlənmiş  bədii ifadə vasitəsi:

Zülfünə baxanın gözü qarara,

Yüzünə kəc baxan ağara gözi.

a)litota b)bədii təzad  c) bədii sual d) epitet e)bədii nida

225


”Ustad ilə şagird” hekayəsi hansı şairin  məsnəvisinin daxilindədir? a) 

Qasim Ənvar   b) Fədai c)Məsihi d)Məhəmməd Əmani e)Əssar Təbrizi

226

Şah İsmayıl Xətayi haqqında məlumat verən ilk təzkirə hansıdır? 



a) “Təzkirətüş-şüəra” b)”Təzkireyi-atəşkədə” c)”Məcməül-xəvas” 

d)”Gülşənüş-şüəra” e) “Töhfeyi-Sami” 

227

Xalq-aşıq şeiri janrlarına müraciət edən ilk divan şairimiz kimdir?



 a)Nəsimi b) Xətayi  c)Həbibi d) Vaqif e) Qövsi Təbrizi

228


Aşağıdakı bəndlərdən birində göstərilən janrlarda Xətayi şeir yazmayıb: 

a)mürəbbe, qəzəl b)tərcibənd, qitə  c)rübai, qəzəl  d)qoşma, varsağı 

e)müstəzad, müsəmmən 

229


Dörd şey vardır bir qarındaşa lazım:

Bir elim, bir kəlam, bir nəfəs, bir saz,- misralarının müəllifi kimdir? 

a)Vidadi b) Xətayi  c)Həbibi d) Vaqif e) Qurbani

230


Hansı məsnəvini sufi-qızılbaş ideyalarının müxtəsər poetik risaləsi 

saymaq mümkündür? a) “Dəhnamə” b) “Cavidannamə” c) “Nəsihətnamə”  

d) “Mehr və Müştəri” e) “Mehri və Vəfa” 

231


Xətayinin aşağıdakı misralarında işlənmişdir:

Göglərdə sədayi-əbr ünüm tək,

Aləm gözümə qara günüm tək.

a)litota, istiarə b)təşbeh, təkrir c)epitet,litota d)təşbeh, epitet  e)təşbeh, 

metonimiya

232


Ey ....... , məskənim çün Kərbəladır, şeirimin

Hörməti hər yerdə vardır, xəlq onun müştağıdır,- 

beytində nöqtələrin yerinə hansı şairin təxəllüsü bərpa olunmalıdır? 

a)Əhdi Bağdadi b) Məhəmməd Füzuli c)İmadəddin Nəsimi d) Həbibi 

e) Nemətulla Kişvəri

233


M. Füzuli hansı dillərdə əsərlər yazmışdır? a) Azərbaycan və fars 

dillərində b)yalnız Azərbaycan dilində c) Azərbaycan və ərəb dillərində 

d)Azərbaycan, fars və ərəb dillərində  e)Azərbaycan, özbək və fars 

dillərində 

234

Bəndlərdən birində göstərilən janrlarda Füzuli şeir yazmayıb: a)mürəbbe, 



qəzəl b)tərcibənd, qitə  c)tərkibbənd, qəzəl  d)tərbi, varsağı  e)qitə, təxmis 


235

Məhəmməd Füzulinin fars dilində yazdığı poema: a) “Söhbətül-əsmar”  

b) “Həft cam”  c)”Bəngü Badə” d)”Rindü Zahid” e) “Səhhət və Mərəz”

236


Məhəmməd Füzulinin qəsidələrdən ibarət divanındakı şeirlər hansı 

dillərdədir? a) Azərbaycan və fars dillərində b)yalnız Azərbaycan dilində 

c) Azərbaycan və ərəb dillərində d)Azərbaycan, fars və ərəb dillərində  

e)Azərbaycan, özbək və ərəb dillərində 

237

Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının yazıldığı bəhr: a) 



rəməl b) mütəqarib c) rəcəz d) səri e)həzəc 

238


Əruz vəzni ilə yanaşı, heca vəzninə də müraciət edən şairlər: a)Nəsimi, 

Xətayi  b) Xətayi, Həqiqi  c)Həbibi, Xətayi  d) Nəsimi, Vidadi e) Xətayi, 

Əmani 

239


Məhəmməd Əmaninin neçə mənzum hekayəsi vardır? a)Azərbaycan 

dilində beş, fars dilində üç b)Azərbaycan dilində beş, fars dilində bir 

c)Azərbaycan dilində dörd, fars dilində üç d)Azərbaycan dilində üç, fars 

dilində üç e)Azərbaycan dilində altı, fars dilində iki

240

Azərbaycan dilində müstəqil mənzum hekayənin banisi kimdir? a)Nəsimi 



b) Xətayi c) Vaqif d) Əmani  e) Kişvəri

241


1795-ci ildə Qacarın Tiflisə hücumu ilə əlaqədar yazılmış “Tiflisin” 

rədifli irihəcmli qoşmanın müəllifi: a) Vaqif b) Vidadi c) Şikəstə Şirin  

d)Hübeyş Tiflisi e)Hüseyn xan Müştaq 

242


Əruz vəzninin həzəc bəhrinmdə yazılmış “Seyfəlmüluk” poemasının 

müəllifi: a)Hamid b)Məhcur Şirvani c)Əmani d)Həqiri e)Xəlili

243

Rüknəddin Məsihi haqqında monoqrafiya yazmışdır: a) Həmid Araslı b) 



Mirzəağa Quluzadə c) Qafar Kəndli d) Əliyar Səfərli  e) Xəlil Yusifli

244


Möhsün şah, Hümam, Hilal, Əmr, Banuqəmər,Pələngər surətləri XVII 

əsrdə yazılmış hansı poemadadır? a) “Dəlinamə” b) “Vərqa və Gülşa” 

 c) “Seyfəlmüluk” d) “Qisseyi-Şirzad” e) “Fərhad və Şirin”



245

Bu poemanın sonunda ölmüş aşiqlər Peyğəmbərin duası ilə dirilirlər:

 a) “Leyli və Məcnun” b) “Vərqa və Gülşa”  c) “Həft cam” d) “Qisseyi-

Şirzad” e) “Fərhad və Şirin”

246

Saib Təbrizinin Azərbaycan dilindəki əsərlərindən bəllidir: a) on altı 



qəzəl, bir müləmmə  b) on dörd qəzəl, bir qitə c) on altı  qəzəl, iki qəsidə 

d) beş rübai, on iki qəzəl e) on qəzəl, beş müstəzad

247

Qövsi Təbrizi haqqında geniş tədqiqatlar aparmışlar: a)Mirəli Seyidov, 



Paşa Əfəndiyev b) Mirzəağa Quluzadə , Məmmədcəfər Cəfərov c) Mirəli 

Seyidov, Paşa Kərimov d) Xəlil Yusifov, Nüşabə Araslı e)Məmməd Arif, 

Kamal Talıbzadə

248


Mən kimi sərgəştədir çərx, vəli çərxdə

Daği-dili əşk tək sabitü səyyarə yox. 

Qövsi Təbrizinin bu beytində işlənmiş məcaz: a)litota b)təşbeh  c)təkrir 

d)sinekdoxa e) inversiya



249

Məhcur Şirvaninin “Gəl, vəqtdir” rədifli şeirinin janrı: a) mürəbbe b) 



müsəddəs c) müstəzad d) müsəmmət  e)müşairə 

Yüklə 369,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə