hakimiyyəti ələ keçirdilər. Bu üç qüvvənin içərisində qələbədən yararlanan yalnız II Kir -
parslar oldu; II Kir Astiaqın oğlan nəslinin olmadığını görüb onun qızı Amitadanın ərini edam
etdi və Amitadayla zorla evləndi. Bununla da o, Midiya taxt-tacının "varisi" oldu.
Tarixdə ilk dəfə olaraq türk dövlətinin baĢına parsların nümayəndəsi keçdi, II Kir Midiya
imperiyasının hökmdarı oldu. O, imperiyadakı çaxnaĢmaları aradan qaldırıb, hətta Lidiyanı da
iĢğal edib Midiyaya qatdı. O, Azərbaycanı bütövlükdə Midiyaya birləĢdirmək üçün ölkənin
quzeyinə hücuma keçdi. M.ö. 530-cu ildə kas-sak və bas-sak (massaket) türkləri ilə döyüĢdə
məğlub oldu. Massakların qadın hökmdarı [Tomris] II Kiri məğlub edəndən sonra, tarixdə
yazılı rəvayətə görə, onun baĢını kəsib qanla dolu bir tulumun içinə salmıĢ və demiĢdir:
"Sən
ki qan içməkdən doymurdun, indi doyunca iç!"
.
II Kirdən sonra onun yerinə oğlu II Kambiz (m.ö. 530-522) keçir, ondan sonra isə II Kirin
baĢqa oğlu və Kambizin qardaĢı Bardi keçir. Bu zaman midiyalılar hakimiyyəti yenidən ələ
keçirmək üçün
Qaumatanın
baĢçılığı altında qiyam qaldırırlar. Hakimiyyətin parsların əlindən
çıxdığını görən I Dara Bardiyə sui-qəsd düzəldib onu öldürtdürür və o da II Kirin yolu ilə
gedərək II Kirin qızı Atossayla zorla evlənir və "qanuni varis" olur.
I Dara (m.ö. 522-486) imperiyada baĢ qaldırmıĢ bütün üsyan və separatçı hərəkatları boğur,
Midiya imperiyasını bərpa edir. O, Parsa Ģəhərini yeni paytaxta çevirir, bununla da Midiya
dövlətinin hakimiyyət qurğusu baĢdan-baĢa parslaĢdırılır. Ġmperiyanın dörd paytaxt Ģəhəri:
Həmədan (Ekbatan), Suz, Babil və Parsa (Persepolis) olmasına baxmayaraq parsların əsas
mərkəzi Parsa (indiki ġirazın yaxınlığında) idi, onlar Parsadan quzeyə yayılmağa baĢlamıĢdılar.
Əhəmənilər sülaləsinin I dövrü caniĢinlik, II Kirdən baĢlayaraq hökmdarlıq dövrü olsa da
dövlət pars (fars) dövləti deyildi. Məhz I Daranın dövründə dövlət parslaĢmağa baĢladı.
Pars
Ģovinizmi elə bu dövrdən özünü açıq Ģəkildə büruzə verdi.
I Dara imkanı olan bütün mənsəblərə parsları təyin etdi. Ordu əsasən midiyalı türklərdən
ibarət olsa da, imperiyanın hərəkətverici qüvvəsi türklər olsa da hakimiyyət tam parslaĢdırıldı.
Pars əyanlarına həddən artıq imtiyazlar verildi. Parsların əksəriyyəti vergidən azad edildi. Mixi
yazılarını Manna, Elam və midiyalılardan mənimsəyən parslar get-gedə Midiya mədəniyyətinin
varislərinə çevrilirdilər.
Fars dövlətinin əsasını Astiaqın ölümündən sonra (m.ö. 550-ci il) qəbul edən tarixçilər səhv
edirlər. Hətta fars Ģovinizminin son böyük nümayəndələrindən olan Məhəmməd Rza
Pəhləvinin göstəriĢi ilə onun hakimiyyəti dövründə bir Ġran təqvimi yaradılmıĢdı; həmin
təqvim II Kirin hakimiyyətə gəldiyi ildən baĢlayırdı. Buradan da
birinci
nəticə çıxır ki, deməli,
II Kirə qədər fars dövləti olmamıĢdır.
Ġkincisi
, kiminsə hakimiyyətə gəlməsi ilə təqvimin
baĢlaması hakim-Ģovinizmin bayağı məhsulundan baĢqa bir nəsnə deyil.
Üçüncüsü
, tarixi
saxtalaĢdırıb Midiya dövlətini fars dövləti saymaq kimə və nəyə gərəkdir - Ģovinizmdən baĢqa.
Dördüncüsü
, baĢını bir türk qadın hökmdarı Tomrisin (Dəmirin) kəsdiyi hökmdarın xəyanət
nəticəsində hakimiyyətə gəldiyi tarix hansı məntiqlə bir xalqın - parsların (farsların)
təqviminin əsas olmalı idi? Bütün bunlar farsların özlərini belə çaĢ-baĢ qoyan kor Ģovinizmdən
doğur.
Bütün bunlarla yanaĢı, qeyd etməliyik ki, parsların əsl hökmdarı və parsları (farsları) dünya
tarix səhnəsinə çıxaran I Dara olmuĢdur. Onun qızıl sikkə kəsdirməsi və Parsada
(Persepolisdə) hökmdar iqamətgahı tikdirməsi Parsa dövlətinin müstəqilliyinə dəlalət edirdi.
Parsların hakim olduğu imperiyaya m.ö. 330-cu ildə Makedoniyalı Ġsgəndər son qoydu.
Ġsgəndər Parsanı (Persepolisi) yandırıb, xaraba qoydu. O, ümumiyyətlə pars əyanlarına
amansız divan tutub, pars xalqına elə bir dağıdıcı zərbə vurdu ki, parslar bir də 500 ildən
sonra öz qüvvələrini bir yerə toplayıb yeni dövlətdə hakimiyyətə gələ bildilər.
Pars (fars) Ģovinizmi bu məğlubiyyəti tarix boyu həzm edə bilmədi, buna görə də uydurmalar
qondarıb özünə təskinlik vermiĢ, fars xalqını aldadaraq ovundurmağa çalıĢmıĢdır. Bu
uydurmalardan biri də budur ki, guya Ġsgəndər fars hökmdarlarından birinin qeysər Filippə
göndərdiyi cariyədən olmuĢdur. Bu cariyə-kəniz Filippə göndərilməzdən öncə fars
hökmdarından hamilə imiĢ, Filipp bunu bilməmiĢ, onu özünə arvad etmiĢdir. Deməli, Ġsgəndər
farsların törəməsidir.
Daha sonralar, yəni ərəb iĢğallarından sonra daha çox
"fars"
adlanan parslar islam dininin
təsiri ilə Makedoniyalı Ġsgəndəri bir qədər də mifləĢdirərək onu baĢqa bir Ġsgəndərlə -
Ġsgəndər Zülqərineynlə əvəz etdilər.
"Zülqərineyn"
iki mənada yozulurdu: 1)
"Zülqərineyn"
-
ərəbcə "iki qərinə yaĢamıĢ" mənasındadır, halbuki Makedoniyalı Ġsgəndər 33 il yaĢamıĢdır; 2)
"Zülqərineyn"
- ərəbcə "iki buynuzlu" deməkdir. Fars mif və dastanlarında bunlar bir-birinə
çulğaĢmıĢ, tarix həqiqətindən heç bir iz qalmamıĢdır. Parsları (farsları) darmadağın və qətl
edən və etdirən Makedoniyalı Ġsgəndər farsdilli ədəbiyyatın böyük, müsbət, bəzən də
peyğəmbər surətinə (obrazına) çevrilmiĢdir.
Parsların tarixdə ikinci dövləti
Sasanilər
dövləti sayılır. Bir tarixçi kimi deyə bilərəm ki,
parslar heç bir zaman dövlət yaratmamıĢlar. Onlar hər hansısa bir dövlətin tərkibində
zaman-zaman o dövlətin mərkəz qurğusuna (dövlət aparatına) soxulmuĢ, müəyyən mövqeləri
ələ keçirmiĢ, fürsət gözləmiĢlər. Həmin dövlətə hər hansı bir uğursuzluq baĢ verəndə, ya da
xarici və daxili səbəblərdən tənəzzülə uğradıqda farslar xəyanət edərək dövlət çevriliĢində
iĢtirak etmiĢ, sadəcə çarpıĢan qüvvələr arasında xarici qüvvələrdən dəstək alaraq hakimiyyəti
ələ keçirmiĢlər. Əhəmənilər Midiya dövlətində, Sasanilər Parfiya-Arsak (ArĢak) dövlətində,
Büveyhilər (Builər) (əvvəl Ziyarilərin qoĢun baĢçıları üç qardaĢ Ziyariləri devirdilər) Abbasi
xilafətində, Pəhləvilər Qacar dövlətində eyni Ģəkildə dövlət çevriliĢi ilə və xarici güclərin
köməyi nəticəsində hakimiyyətə gəlmiĢ sülalələr-xanədanlar olmuĢlar. Parslar-farslar bütün
tarix boyu cəmi dörd dövlətin baĢında dayanmıĢlar. Bunların içərisində parslar üçün ən
önəmlisi və bir yandan fars milli ruhunun, bir yandan da fars Ģovinizminin əsas
qaynaqlarından biri olan
Sasanilər
dövləti olmuĢdur.
Sasanilər dövlətinin özülünü ƏrdəĢir Papakan qoymuĢdur. Ancaq deyilənlərə görə, onun
babası Sasan Parsanın Parfiyaya tabe hakimlərindən olmuĢ, buna görə də sülalənin
hakimiyyətə gəlməsini onunla bağlayaraq, dövlət "Sasanilər dövləti" adlandırılmıĢdır. Sasanın
özü haqqında tarixdə elə bir məlumat yoxdur. Bəlli olduğu kimi aĢağı-yuxarı 477 il (m.ö. 250-
dən miladın 227-ci ilinədək) yaĢayan Parfiya dövləti Parsanı da öz tabeliyində saxlayır, oranın
hakimlərini təyin edirdi. Sasan da o hakimlərdən biri olmuĢ, onun yerinə keçən oğlu ƏrdəĢir
(ArdaĢir) Parfiya hakim sülaləsi ArĢakların caniĢini idi.
II yüzilin sonlarından Parfiya tənəzzülə uğrayır. Parfiyanın tənəzzülü daxildəki çəkiĢmələrlə
yanaĢı, elat alanların hücumları ilə bağlı idi. Bunu görən romalılar Parfiyanın batı torpaqlarını
iĢğal etdilər. Onlar ikiçayarasının (Mesopotamiya) böyük hissəsini də qoparıb öz ərazilərinə
qatdılar. Dövlətin mərkəzi Ktesifon (sonralar Mədain), onsuz da, süquta uğramıĢdı. Belə bir
durumda Parsanın caniĢini ƏrdəĢir öz hökmdarının yıxıldığını görüb ona qarĢı çıxdı, daha
doğrusu, yıxılana balta vurdu, ArĢaklıların son nümayəndəsi V Artabanı hakimiyyətdən devirib
taxt-tacı ələ keçirdi. Ktesifon-Selevkiya paytaxt olaraq qaldı. O, 227-ci ildə Ktesifonda
hökmdar elan edildi (227-239). Onun oğlu I ġapurun hakimiyyəti illərində (239-272) sanki
Parfiya yenidən bərpa edildi.
Dostları ilə paylaş: |