Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə33/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   29   30   31   32   33   34   35   36   ...   82

112
Buxovları qıran
olar.  Onlar  bunu  hərfi  mənada  nəzərdə  tutmurlar.  Onlar  onun 
öz şəxsi problemlərinin olduğunu demək istəyirlər. Hətta bir çox 
şeytana  inanan  məsihçilər  bu  dünyada  cinlərin  mövcud  olması 
ideyasına inanmaq istəmirlər. 
Onda şeytan şər və yalan üzrə olan öz ümumdünya xidmətini 
necə yerinə yetirir? O, yaradılmış varlıqdır. O, nə hər yerdə de-
yil, nə hər şeyi bilmir, nə də hər şeyə qadir deyil. O, milyonlarla 
insanları  sınağa  çəkib  aldadaraq  eyni  vaxtda  dünyanın  hər  bir 
yerində ola bilməz. O, bunu dünyanın hər bir yerində yalanlarını 
yayan  kəşfiyyatçılar  ordusu  (cinlər  və  ya  cənnətdən  qovulmuş 
mələklər) vasitəsilə edir. 
Nə  cinlərin  fəaliyyətinə  imansızlıq,  nə  də  cinlərdən  hədsiz 
dərəcədə  qorxu  sağlam  bir  düşüncə  deyil.  «The  Screwtape 
Letters» («Skruteypdən məktublar») kitabında C. S. Luis yazır: 
«Cinlərə görə bəşəriyyətin aza bildiyi iki bir-birinə zidd yanlışlıq 
var. Biri onların mövcudluğuna inanmamaqdır. O birisi isə onlara 
inanmaqdır və həddən artıq maraq göstərməkdir. Onlar özləri hər 
iki yanlışlıqdan bərabər şəkildə məmnundurlar və materialisti və 
ya sehrbazı eyni həvəslə salamlayırlar.» 
Paul  Efes.  6:12-də  şeytani  iyerarxiyanın  ən  tam  təsvirini  ve-
rir:  «Mübarizəmiz  qandan  və  ətdən  ibarət  olan  insanlara  qarşı 
deyil,  şər  başçılarına  və  hakim  olanlara,  bu  qaranlıq  dünyanın 
hökmranlarına,  səmadakı  ruhani  şər  qüvvələrə  qarşıdır.»  Bəzi 
insanlar  bu  ayədə  xatırlanan  «başçılar»ın  və  «hakim  olanlar»ın 
şeytanın  rəhbərliyi  altında  olan  cinlərin  iyerarxiyasının  deyil, 
allahsız  insan  hakimiyyətinin  insan  quruluşlarına  aid  olduğunu 
söyləyirlər.  Kəlamda  bəzən  başçılar  və  hakim  olanlar  terminləri 
insan hakimiyyətinə aid edilir (Luka 12:11; Həv. İş. 4:26). Amma 
Paulun məktublarında bu terminlər fövqəltəbii güclərə aid edilir 
(Roma. 8:38, 39; Kolos. 1:16; 2:15). Efes. 6:12-nin kontekstindən 
aydındır ki, bizə qarşı duran hökmranlar, hakim olanlar, qüvvələr 
göylərdə,  yəni  ruhani  aləmdə  olan  ruhani  varlıqlardır  (Bu  möv-
zuda dərin teoloji şərh üçün Dr. Klinton Arnoldun «İnterVarsity 
Press» tərəfindən nəşr edilmiş «Powers of Darkness» («Qaranlı-
ğın gücü») kitabını oxumağı tövsiyə edirəm.).


Ruhları idarə etmək 
113
C
inlərin şəxs olmaları 
Müqəddəs  Kitab  cinlərin  mövcudluğunu  Allahın  mövcudluğu 
kimi  sübut  etməyə  çalışmır.  Kəlamda  sadəcə  onların  fəaliyyətləri 
haqqında yazılmasından hiss olunur ki, o dövrün oxucuları bunla-
rın mövcudluğunu bilirdi. Erkən məbədlərin rəhbərləri də cinlərin 
mövcudluğuna və şəxs olduqlarına şübhə etmədilər. Origen yazırdı: 
Şeytan,  onun  mələkləri  və  qarşı  duran  qüvvələrə 
gəldikdə  məbədin  təlimi  həmin  varlıqların  əslində 
mövcud olduğunu bəyan edir; amma onların nə oldu-
ğu  və  ya  necə  mövcud  olduğu  lazımi  qədər  aydınlıq-
la izah edilməyib. Amma bu fikir bir çoxları tərəfindən 
dəstəklənir: yəni, iblis mələk idi; üz döndərmişdi, özü ilə 
birlikdə bacardığı qədər çox mələyin də üsyan etməsinə 
onları inandırmışdı və həmin mələklər hətta indiki vaxta 
qədər şeytanın mələkləri adını daşıyırlar. 
Luka bizə şər ruhların şəxsiyyəti və fərdiliyi barəsində faydalı 
baxışlar göstərir. İsa insanı lal edən cini qovduqdan sonra Ona şər 
atanlar cinləri «cinlərin başçısı Baal-Zevulun» (Luka 11:15) gücü 
ilə qovmaqda Onu mühakimə etdilər. Sonrakı cinlər mövzusunun 
müzakirəsində İsa bunu söylədi: 
Natəmiz ruh adamdan çıxdıqdan sonra quraq yerlərdə 
dolaşar, rahatlıq axtarar, lakin tapmaz. O zaman deyər: 
«Çıxdığım evə dönüm». Evə qayıdanda onu süpürülmüş 
və səliqə-sahman içində görər. Bu vaxt o, gedib özündən 
daha  betər  yeddi  başqa  ruhu  götürər.  Onlar  da  oraya 
girib  məskunlaşar.  Onda  bu  adamın  axırı  əvvəlkindən 
daha pis olar (Luka 11:24-26). 
Biz bu hissədən şər ruhlar barəsində bir neçə məlumat əldə edə 
bilərik. 


114
Buxovları qıran
1.  Cinlər insandan kənarda və ya insanın daxilində yaşaya 
bilərlər. Onların canlı varlıqlarda yaşamaqla rahatlıq tapdıqları 
hiss olunur. Cinlər hətta heç nədənsə donuzların içində olmağı 
üstün tuturlar (Mark 5:12). Bu ruhlar iblisanə məqsədlər üçün 
istifadə  edilmiş  müəyyən  coğrafi  yerlərdə  hərlənə  və  həmin 
əraziyə məxsus hüquqları tələb edə bilərlər.
2.  Onlar haraya getmək istəyirlərsə, gedə bilərlər. Ruhani var-
lıqlar olduqlarına görə cinlər fiziki maneələrdən keçə bilirlər. 
Məbədinizin divarları iblisanə təsirdən bir sığınacaq kimi rol 
oynamır; yalnız dua və ruhani səlahiyyət bunu edə bilər. Yad-
da  saxlayın,  bizim  yeganə  həqiqi  sığınacağımız  «Məsihdə» 
mövqeyimizdir. 
3.  Onlar  danışa  bilirlər.  Luka  11-dən  aydındır  ki,  şər  ruhlar 
bir-biriləri ilə danışa bilirlər. Onlar eləcə də tabe olmuş insan 
vasitəsilə insanlarla danışa bilər, məsələn, onlar qadaralı cinə 
tutulmuş  adam  vasitəsilə  danışırdılar  (Matta  8:28-34).  Belə 
fövqəladə hallarda mərkəzi sinir sistemi tamamilə idarə olu-
nur. Biz aldadıcı ruhlara diqqət yetirəndə cinlər, ola bilsin ki, 
mərkəzi sinir sistemini tamamilə idarə etmirlər, amma hansısa 
dərəcədə idarəçiliyi əllərinə alırlar (1 Timotey 4:1). 
4.  Hər  bir  cinin  ayrıca  kimliyi  var.  Luka  11-də  cinin  özünə 
«mən» kimi baxdığına diqqət yetirin: «Çıxdığım evə dönüm» 
(24-cü  ayə).  Biz  şəxs  olmayan  qüvvələrlə  deyil,  düşünən 
şəxsiyyətlər ilə qarşılaşırıq. Ona görə də dünyəvi tədqiqat me-
todları onların mövcudluğunu aşkar etməyəcək. Şər ruhların 
gerçəkliyi və şəxs olmaları haqqında yeganə mötəbər mənbə 
Allahdan olan vəhydir. 
5.  Onlar  yadda  saxlamağı  və  planlar  cızmağı  bacarırlar. 
Cinlərin bir yerdən çıxması, geriyə qayıtması, əvvəlki vəziyyəti 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə