Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə31/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   ...   82

İsa sizi qoruyur 
103
qoşulmaq  hərəkətidir.  İman  ilə  şeytanın  caynaqlarında  olan, 
əslində isə Allaha məxsus olan şeyləri şeytan buraxana qədər 
tutub  saxlayırıq.  Neçə  illər  Mudi  Müqəddəs  Kitab  İnstitutun-
da sistematik teologiyadan dərs keçən C. Fred Dikason cinlər 
tərəfindən incidilən insanlar üçün necə dua etmək haqqında fay-
dalı məsləhətlər verir: 
1. Dua  edin  ki,  cinlərin  şeytandan  və  başqa  cinlərdən 
bütün ünsiyyətləri və köməkləri kəsilib atılsın. 
2. Dua edin ki, cinlər insanı tutub saxlamaqlarında çaş-
sınlar və zəifləsinlər. 
3. Dua edin ki, insan Məsihdə öz mövqeyini anlamaq, 
Onun  Kəlamına  etibar  etmək  və  itaət  etmək  üçün 
imanında möhkəmlənsin. 
4. Dua  edin  ki,  insan  öz  fikirləri  ilə  şeytanın  hissləri 
arasında fərq qoymağı bacarsın. 
5. Dua edin ki, insan cinin hüzurunu tanısın, çaşmasın 
və yaxşı məsləhəti və köməyi könüllü axtarsın.
6. Dua edin ki, Allah Öz balasını qorusun və idarə etsin, 
düşmənin hər cür planlarını pozmaq üçün mələklərini 
göndərsin. 
Bir neçə il bundan əvvəl şər qüvvənin caynaqlarında olan in-
sanlarla işləməkdə duanın gücünü şəxsi təcrübəm mənə vurğula-
dı. Həmin vaxtlar mən böyük bir məbədin idarə heyətində idim. 
Bir  gün  nahardan  gəlirdim  və  məbəd  idarəsinin  yaxınlığındakı 
dəhlizdə  bir  neçə  işçimizin  və  süpürgəçilərin  qəhvə  içib  söhbət 
etdiklərini gördüm. Otağın o biri başında iyirmi yaşlarında olan 
bir hündür oğlan gördüm, mənə çox yad bir insan idi, o, lövhədə 
xırda sözlər yazıb sonra isə pozurdu. «Bu, kimdir?»- deyə, iş yol-
daşlarımdan soruşdum. 
Onlar dedilər: «Biz onu tanımırıq. O, içəri elə indicə girdi.»
Hələ heç kimin oğlanla salamlaşmadığına təəccüblənərək ona 
yaxınlaşıb  dedim:  «Salam,  mənim  adım  Nildir.  Sizə  kömək  edə 
bilərəm?»


104
Buxovları qıran
«A, bilmirəm»- deyə, tabaşiri qoyaraq çaşqın tərzdə cavab ver-
di. Sanki narkotik maddələr onun ağlına təsir etmişdi, ona görə də 
onu binadan çıxarmağa və bir az onunla danışmağa qərar verdim. 
Mən onun adının Bill olduğunu və ərazidə maşın yumaqla məşğul 
olduğunu öyrəndim. Mən onu məbədə dəvət etdim. Bir saat onun-
la söhbət etdikdən sonra o getdi. 
Bir neçə gündən sonra Bill yenə gəldi və yenə də bir az söhbət 
etdik. İki həftədən sonra bazar günü mən günorta idarədə axşam 
toplantısına  hazırlaşarkən  daxili  telefonum  zəng  çaldı.  «Burada 
Bill adlı bir oğlan sizi görmək istəyir.»
«Deyin gəlsin»- deyə, cavab verdim. 
Mənim  Billə  vaxt  keçirməyə,  həqiqətən,  çox  vaxtım  yox  idi, 
amma ona etinasızlıq da göstərmək istəmədim. Beləliklə, mən tez 
mətləbə keçdim. 
«Mən sənin burada olmağına çox şadam, Bill»- deyə, mən da-
nışmağa başladım. 
Mən: «Sənə şəxsi sual verə bilərəmmi?»- deyə, ondan soruşdum.
Bill başı ilə razılığını bildirdi. 
Mən:  «Heç  Rəbbin  və  Xilaskarın  olması  üçün  Məsihə  etibar 
etmisənmi?»- deyə, ona sual verdim.
O dedi: «Xeyr.»
Mən soruşdum: «İstərdinmi?»
«Bilmirəm»- deyə, Bill bir az narahatcasına cavab verdi. 
Mən xilas haqqında kitabçanı götürdüm və onunla birlikdə oxu-
dum. 
«Bill, bunu başa düşürsən?»- deyərək ona sual verdim. 
O cavab verdi: «Bəli.»
Mən:  «İndi  Məsihi  qəbul  etmək  istəyirsənmi?»-  deyə,  ondan 
soruşdum.
O dedi: «Bəli.»
Mən onun oxuya bildiyinə əmin deyildim, ona görə də dedim: 
«Mən sadə tövbə duasını söyləyəcəyəm və sən mənim ardımca 
sözbəsöz təkrar et, oldumu?»
O cavab verdi: «Oldu.»
«Rəbb İsa, Sən mənə lazımsan»- deyə, mən başladım. 


İsa sizi qoruyur 
105
Bill  «R-r-rəbb…»  söyləməyə  başladı.  Sonra  o,  dayanıb  qaldı. 
Mən otaqda düşmənin təzyiqini hiss edirdim. 
«Bill,  sənin  ağlında  döyüş  gedir»-  deyə,  söylədim.  «Mən 
Kəlamdan  bəzi  ayələri  oxuyacağam  və  ucadan  sənin  üçün  dua 
edəcəyəm. Mən düşməni bağlayacağam və ona qarşı duracağam. 
Sən bu şeydən azad olan kimi nəyə inandığını İsaya söylə.»
Onun gözləri döyüşün getdiyini təsdiqlədi. Mən Kəlamı oxuma-
ğa və düşünə bildiyim hər bir duanı etməyə başladım. Mən həmin 
vaxtlar hələ də şeytani qüvvələri dəf etməkdə yeni idim, ona görə 
də mən saman çöpündən yapışmışdım. 
Kəlam və duadan təxminən 15 dəqiqə sonra Bill qəfildən zarıdı: 
«Rəbb İsa, Sən mənə lazımsan.» Sonra o, dünyanın ən ağır çəkili 
çempionu ilə on dəfə dövrə vurmuş adam kimi ağır-ağır öz stulu-
na oturdu. O, gözüyaşlı mənə baxdı və dedi: «Mən azadam.» Mən 
onunla olanda heç vaxt «azadlıq» sözündən istifadə etməmişdim; 
bu, onun ifadəsi idi. Amma o, azad olduğunu bilirdi və mən də 
bunu görürdüm. 
Bizim  dünyamızın  ruhani  təbiətini  anlamaq  müjdəçilik  stra-
tegiyamıza  dərin  təsir  etməlidir.  Çox  vaxt  bizim  imansızla-
ra  məsihçiliyin  dəyərini  bəyan  etməyimiz  kiminsə  həbsxananın 
kənarında  dayanıb  bayırdakı  dünyada  yaşamağın  dəyərlərini 
dustaqlara  bəyan  etməsinə  bənzəyir.  Amma  kimsə  həbsxananın 
mühafizəçilərinə qalib gəlib darvazaları açmasa, haqqında danışdı-
ğımız azadlığı dustaqlar necə hiss edə bilərlər? 
Dünyada olan imansızlar üçün dörd şey barəsində dua etmək 
lazımdır.  Birinci,  tarlalar  ağardığına  görə  biz  işçilər  üçün  dua 
etməliyik (Matta 9:37,38). Paul soruşur: «Vəz edən olmasa, necə 
eşidəcəklər?» (Roma. 10:14). Onlarla xoş xəbəri bölüşmək üçün 
Allahın kimisə göndərməsini xahiş edin. İkinci, imansızlar qanun-
suzluqlarına  və  günahlarına  görə  ölüdürlər  və  İsanın  gəlməkdə 
məqsədi onlara həyat vermək idi (Yəhya 10:10). Allahın onlara 
həyat  verməsi  üçün  dua  edin  (1  Yəhya  5:16).  Üçüncü,  Allahın 
biliyinə qarşı çıxan fikirlərin uzaqlaşması və şeytanın zəncirlənməsi 
üçün  dua  edin.  Nəhayət,  imansız  insanların  gözlərinin  Məsihdə 
onları azad edəcək həqiqətə açılması üçün dua edin. 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə