Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə28/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   82

94
Buxovları qıran
D
öyüş üçün geyinmək
Ruhani  döyüşdə  olduğumuz  üçün  Paul  zirehlərin  təsvirindən 
istifadə edərək Məsihdə olan müdafiəmizi izah edir: 
Beləliklə, həqiqəti kəmər kimi belinizə bağlamış, sa-
lehliyi  zireh  kimi  döşünüzə  taxmış,  barışıq  Müjdəsini 
yaymaq  hazırlığını  ayaqlarınıza  geyinmiş  olaraq 
yerinizdə durun. Bütün bunlara əlavə olaraq şər olanın 
bütün yanar oxlarını söndürə bilmək üçün iman qalxanı-
nı əlinizə götürün. Xilas dəbilqəsini və Ruhun qılıncını, 
yəni Allahın kəlamını götürün (Efes. 6:14-17).
Biz Allahın zirehlərini geyinəndə nur zirehlərini, yəni Rəbb İsa 
Məsihi geyinirik (Rom. 13:12-14). Biz Məsihi geyinəndə hücuma 
məruz qalan zəif yerimizdən, cismani təbiətin mühitindən özümü-
zü çıxarırıq. Şeytanın Məsihin üzərində heç bir səlahiyyəti yoxdur 
(Yəhya 14:30) və nə qədər Məsihlə zirehlənsək, bir o qədər bizə 
şər olan toxuna bilməz (1 Yəhya 5:18). O, yalnız öz səviyyəsində 
olana toxuna bilər. Ona görə də bizə «Cismani təbiətinizin ehti-
raslarına uymaq fikrində olmayın» (Rom. 13:14) əmri verilib ki, 
şeytanın bizə hücum etməyə imkanı olmasın. 
Sizin geyinmiş olduğunuz zirehlər 
Efes. 6:14, 15-də olan feilin zaman formalarından görünür ki, 
zirehin üç növü – kəmər, zireh və ayaqqabı artıq sizdədir: «bağ-
lamış», «taxmış», «geyinmiş». Bu zireh növləri İsa Məsihi qəbul 
edəndə sizə verilən müdafiənizin elementlərini təqdim edir və 
onlarla birlikdə yerinizdə durmaq əmri verilir. Feillərin keçmiş 
zaman  forması  bizə  yerimizdə  durmaq  əmri  verilməzdən  qa-
baq hərəkətin tamamlandığını bildirir. Bu, əsgərin döyüş üçün 
hazırlığını göstərir: O, yerində durmazdan qabaq öz kəmərini, 
zirehini və ayaqqabısını geyinməlidir. Buna oxşar şəkildə biz də 


İsa sizi qoruyur 
95
Məsihi  geyindikdən  sonra  Allahın  bütün  zirehlərini  geyinmiş 
oluruq. 
Həqiqət  kəməri.  İsa  dedi:  «Həqiqət…Mənəm»  (Yəhya  14:6). 
Məsih sizdə olduğuna görə həqiqət sizdədir. Həqiqət kəməri, şey-
tanın əsas silahı olan aldatmaya qarşı bizim müdafiəmizdir. «Ya-
lan söyləyəndə öz xasiyyətinə görə söyləyir, çünki yalançıdır və 
yalanın atasıdır» (Yəhya 8:44). Həqiqət kəmərinə (bədənin başqa 
zirehlərini bir yerdə saxlayan) daim hücum edilir. 
Mən inanıram ki, Amerikada ictimaiyyətin əsas problemi yalan 
danışmaqdır. Qəribədir ki, bir çox insanlar özlərini müdafiə etmək 
üçün yalan danışırlar. Amma Paul deyir ki, həqiqət müdafiəmizin 
birinci  elementidir.  Həqiqət  heç  vaxt  düşmən  deyil  –  bu,  azad 
edən dostdur. Həqiqətlə üzləşmək istənilən bərpa proqramında bi-
rinci addımdır. Əgər Məsihdə azad yaşamaq və mənalı ünsiyyətlər 
qurmaq  istəyirsinizsə,  siz  məhəbbətlə  həqiqəti  söyləməlisiniz 
(Efes. 4:15). 
Məsihçinin  qəbul  etməli  olduğu  yeganə  şey  həqiqətdir.  Əgər 
Allahın  həqiqətinə  uyğun  olmayan  fikir  ağla  gəlirsə,  onu  rədd 
edin. Əgər həqiqətə qarşı duran nəsə demək və ya etmək imkanı 
yaranırsa,  ondan  uzaqlaşın.  Yaşamaq  üçün  sadə  qaydanı  qəbul 
edin: əgər bu, həqiqətdirsə, mən ondayam; əgər həqiqət deyilsə, 
məni çıx. 
İsa  dua  etdi:  «Onları  dünyadan  götürməyi  deyil,  şər  olandan 
qorumağı  Səndən  xahiş  edirəm»  (Yəhya  17:15).  Necə?  «Onları 
həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir» (17-ci ayə). Siz ya-
lanlar atasına insan mülahizələri və ya araşdırmaları ilə deyil, ilahi 
vəhy ilə qalib gəlirsiniz. 
Salehlik zirehi. Siz xilas olaraq Məsihi geyinəndə müqəddəs 
Allahımızın  qarşısında  saleh  sayılmısınız  (Rom.  5:1).  Bu,  sizin 
deyil,  Məsihin  salehliyidir  (1  Kor.  1:30;  Filip.  3:8,9).  Salehliyin 
zirehini geyinmək ittihamçıya qarşı sizin müdafiənizdir. Ona görə 
də şeytan: «Sən məsihçi olmaq üçün kifayət qədər yaxşı deyilsən» 
— deyərək sizə ox atanda, Paul kimi: «Allahın seçdiyi adamları 


96
Buxovları qıran
kim ittiham edə bilər? Onları saleh sayan Allahdır» (Roma 8:33) 
cavabını verə bilərsiniz. 
Biz Məsihdə olan saleh mövqeyimizdə dayansaq da, salehsizliyin 
hər bir əməlindən agah olmalıyıq. Biz günah edən müqəddəslərik. 
Nur zirehlərini geyinmək o deməkdir ki, O, nurda olduğu kimi, biz 
də nurda gəzirik (1 Yəhya 1:6-8). Nurda gəzmək günahsız kamil-
lik deyil. Bu, Allah ilə davam edən razılıqda yaşamaq deməkdir. 
Bu, bizim artım prosesimizin bir hissəsidir. «Günahlarımızı etiraf 
ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağış-
layacaq  və  bizi  hər  haqsızlıqdan  təmizləyəcək»  (1  Yəhya  1:9). 
Etiraf  etmək  «Mən  üzr  istəyirəm»  demək  deyil.  Bir  çox  insan-
lar üzr istəyirlər, amma, adətən, onlar iş başında tutulduqlarına 
görə üzr istəyirlər və hətta həmin vaxt mümkün qədər az şeyləri 
boyunlarına alırlar. Etiraf etmək (yunan dilində homologeo) boy-
nuna almaq və ya razılaşmaq deməkdir. Bu, nurda gəzmək anla-
yışına çox oxşardır. Etiraf etmək səhv etdiyinizi dərk edən andan 
«Mən bunu etdim» deməkdir. Nəyisə ört-basdır etmək qaranlıqda 
gəzməklə eynidir. 
Siz nurda gəzə bilərsiniz, çünki siz artıq bağışlanmısınız. Siz 
Məsihdə Allahın salehliyinə nail olursunuz (2 Kor. 5:21). Siz gü-
nah edəndə Allahla ünsiyyətiniz və əbədi taleyiniz deyil, gündəlik 
qələbəniz ilə risk edirsiniz. Sizin günahı etiraf etməyiniz gündəlik 
həyatda salehliyinizin bəhrəliliyi üçün yol açır. Biz «Bu məqsədlə 
mən istər Allah, istərsə də insanların qarşısında hər zaman vicda-
nımın təmiz olması üçün çalışıram» söyləyən Paul kimi olmalıyıq 
(Həv. İş. 24:16). 
Barışıq  ayaqqabıları.  Siz  Məsihi  qəbul  edəndə  Sülh  Hökm-
darı  ilə  birləşirsiniz.  Sizin  Məsihdə  olan  mövqeyinizə  görə  hal-
hazırda Allah ilə sülhünüz var (Rom. 5:1), amma Məsihin sülhü 
də ürəyinizdə münsiflik etməlidir və bu, yalnız Məsihin Kəlamının 
sizdə bütün zənginliyi ilə yaşamasına imkan verəndə olur (Kolos. 
3:15,16).
İmanlılar  arasında  sülh  gətirən  kimi  hərəkət  edəndə  barışıq 
ayaqqabısı  şeytanın  ayrılıq  gətirən  fitnələrinə  qarşı  mühafizəyə 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə