Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə80/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   74   75   76   77   78   79   80   81   82

Məsihdə azadlıq tapmaları üçün başqalarına kömək etmək
265
məqsədilə azadlıq addımları çox xüsusi olan dua və bəyanat ilə 
başlayır.  Əgər  sizin  kömək  etdiyiniz  insanlar  Allaha  olan  ima-
nı  bəyan  ediblərsə,  şeytan  onlara  toxuna  bilməz,  çünki  onların 
üzərində onun səlahiyyəti yoxdur. 
Mən azadlıq görüşündə insana heç vaxt toxunmuram və sizi də 
bu işdən çəkindirirəm. Bu, mənim üçün çətindir, çünki təbiətən 
mən qucaqlamağı sevən adamam. Amma insan azad olana qədər 
onda  olan  şeytani  qüvvələr  sizdə  olan  Müqəddəs  Ruhdan  qaç-
maq  istəyəcəklər.  Siz,  adətən,  cinə  tutulmuş  insana  yaxınlaşa 
bilməzsiniz. Bir qadının diqqətini mənə yönəltməsi üçün qoluna 
toxunmuşdum və sonralar o, mənə dedi ki, sanki cinsi zorakılığa 
məcbur edildiyini hiss edirdi. 
Mən heç vaxt insanları fiziki olaraq tutub saxlamıram, çünki 
bizim döyüş silahlarımız cisimdən düzəldilən silahlar deyil (2 Kor. 
10:3,  4).  Əgər  onlar  mənim  ofisimdən  qaçıb  gedirlərsə,  mən  
onlara icazə verirəm. Mən dua edib gözləyirəm və adətən, onlar 
beş dəqiqənin içərisində geriyə qayıdırlar. Mən onların ağıllarını 
məcbur etmirəm və ya idarə etmirəm. Onlar istəsələr qala bilərlər, 
istəsələr gedə bilərlər. 
Əgər  sizin  kömək  etməyə  çalışdığınız  insan  satanizmlə  fəal 
surətdə məşğul olubsa, böyük toqquşmaya hazır olun. 2-ci addım-
da şeytana ibadət etmiş insanlar üçün xüsusi inkar və rəddetmə 
duaları  var.  Onların  etdikləri  hər  bir  şey  məsihçiliyin  tamamilə 
əleyhinədir,  çünki  şeytan  Məsihin  əleyhdarıdır.  Həmin  inkar  və 
rəddetmə  dualarını  etmək  bir  neçə  saat  vaxt  apara  bilər.  Şey-
tani  ayinlər  baxımından  zorakılığa  məruz  qalmış  zərərçəkənlər 
üçün  lazım  olan  azadlığı  tapmaqda  ruhani  münaqişələri  həll 
etmək yeganə addım deyil. Paul deyir: «Allahdan qorxub kamil 
müqəddəsliyə  çataraq  bizi  cisimdə  və  ruhda  murdarlayan  hər 
şeydən  özümüzü  təmizləyək»  (2  Kor.  7:1).  Onların  Allah  haq-
qında  qırıq  anlayışlarını  və  özlərinə  verdikləri  qiymətləndirməni 
yenidən  bərpa  etmək  vaxt,  çoxlu  sevgi,  qəbul  edilmə  və  başa 
düşən məsihçi cəmiyyətinin dəstəyini tələb edir. Paul bu xidməti 
2 Kor. 4:1-4-də yekunlaşdırır: 


266
Buxovları qıran
Beləliklə, bizə verilən mərhəmətlə bu xidmətə təyin 
olunduğumuz üçün ümidimizi itirmirik. Xəcalət gətirən 
gizli yolları rədd etmişik. Hiylə işlətmirik, Allahın sözünü 
təhrif etmirik, amma həqiqəti açıq elan etməklə Allahın 
önündə, hər insanın vicdanı qarşısında özümüz barədə 
zəmanət veririk. Əgər yaydığımız Müjdə qapalıdırsa, yal-
nız həlak olanlar üçün qapalıdır. Onları bu dövrün allahı 
korazehin etdi ki, Allahın surəti olan Məsihin ehtişamlı 
Müjdəsinin işığı imansızların üzərinə doğmasın. 
4. Onlara azadlıq addımlarından keçməkdə kömək edin
Neçə illər bundan əvvəl Allaha tabe olmağın və şeytana qarşı 
durmağın  o  qədər  də  çətin  bir  iş  olmadığına  inanmışdım.  Mən, 
əlbəttə,  inanıram  ki,  Allah  bəzilərimizi  ağıllı,  bəzilərimizi  isə 
olduqca  ağıllı  yaradıb;  amma  inanmıram  ki,  Onun  lütfü  yalnız 
olduqca  ağıllılar  üçündür,  bu,  hər  birimiz  üçündür.  Özlərinin  ol-
duqca  ağıllı  olduğunu  düşünənlər  məsihçi  həyatının  planını  elə 
sadə etməlidirlər ki, Allahın ən sadə varlığı belə onu anlaya bilsin 
– düzdür, biz onu o qədər bəsit etməli deyilik ki, o, həqiqəti əks 
etdirməsin. 
Gəlin  bunu  belə  düşünək.  Fərz  edək  ki,  labirintdə  ümid-
siz  bir  halda  itmisiniz.  Labirint  ustasının  sizə  labirintin  bütün 
mürəkkəbliklərini izah etməsini və ya labirintdə sağ qala bilmək 
bacarıqlarını öyrətməsini istərdinizmi? Labirintdə itdiyinizə görə 
sizi  fərsiz  adlandıran  qanunpərəst  vəzçini  görmək  istərdinizmi? 
Xeyr  –  məncə,  siz  yolu,  həqiqət  və  həyatı  tanımaq  istərdiniz. 
Allaha aparan yollar bu qədər çoxsaylı ola bilməz! Günah etmək 
üçün milyonlarla yollar var, amma bütün günahlara bir cavab var. 
Siz  minlərlə  müxtəlif  yollarla  zorakılığa  məruz  qala  bilərsiniz, 
amma bunun nə cür baş verdiyinə baxmayaraq, öz xeyrinizə görə 
sizə zorakılıq edəni bağışlamalısınız.
Eynilə də, sizi azad edəcək yalnız bir Nəfər – Məsih var. Azad-
lıq Addımları sizi azad etmir; o, sadəcə, səhv və ya düz istifadə 


Məsihdə azadlıq tapmaları üçün başqalarına kömək etmək
267
oluna bilən alətdir. Sizi azad edən şey tövbə və imanla Məsihə 
cavab  verməyinizdir.  Addımların  ilkin  məqsədi  diqqətinizi  sizin 
Allah ilə olan ünsiyyətinizə cəmləməkdir. Bir çox insanlar təklikdə 
addımlardan keçə bilərlər və keçirlər. Proses hər bir insan üçün 
özünəməxsusdur,  çünki  dua  edən  şəxs  köməyə  ehtiyacı  olan 
şəxsdir  və  həmin  insan  ona  kömək  edə  bilən  yalnız  Bir  Nəfərə 
dua edir. 
Addımlar  vasitəsilə  insanlara  kömək  etməyə  qoşulduğumuz 
azadlıq  görüşlərinə  biz  çox  vaxt  dua  köməkçisini  dəvət  edirik 
(Bunu  çox  vaxt  başqalarına  öyrətmək  məqsədilə  edirik.).  La-
zım  gələndə  çox  vaxt  məsləhət  verdiyim  insanlarla  tək  özüm 
görüşürəm və həqiqət hələ də onları azad edir. Amma məsləhət 
verdiyim insan qarşı cinsdəndirsə, həmişə üçüncü tərəfin də işti-
rak etməsinə çalışıram. 
Biz  görüşlərə  başlayanda  addımların  bir  nüsxəsi  həm  məndə, 
həm də məsləhət verdiyim insanda olur. Biz irəliyə getdikcə onla-
rın nə etdiklərini və niyə etdiklərini izah edirəm. Mən hər insanla 
bir bölmədə bütün yeddi addımdan keçməyə çalışıram. Ola bilsin 
ki,  hər  insana  hər  bir  addım  lazım  gəlməyə  bilər,  amma  mən 
onların xeyri üçün hərtərəfli olmağa çalışıram. Mən xahiş edirəm 
ki, onlar hər bir duanı və həqiqət bəyanatlarını söyləsinlər. Ümid-
varam ki, onlar hər bir əqli toqquşmanı və ya fiziki narahatçılığı 
bölüşəcəklər.  Mənimlə  bölüşdüklərinə  görə  onlara  təşəkkürümü 
bildirirəm. Bu şeylər etiraf edildikdən sonra, sadəcə, davam edin. 
Əksər  hallarda  toqquşmalar  çox  az  olur.  Əgər  toqquşma  olarsa, 
adətən, bu, birinci iki addımda qarşıya çıxır.
Bağışlamazlıq  ilə  əlaqədar  addım  ən  vacib  olan  bir  addımdır. 
Mənim yanıma məsləhətə gəlmiş hər bir şəxsin bağışlamalı oldu-
ğu bir və ya daha çox insan olub. Mən inanıram ki, bağışlamazlıq 
şeytan üçün məbədə ən böyük qapı açır. Əgər biz insanın ürəkdən 
bağışlamasına  kömək  edə  bilməsək,  həmin  insanın  keçmişindən 
azad olmasına kömək edə bilmərik. Kimsə belə söyləmişdi: «Ba-
ğışlamaq əsiri azadlığa çıxarmaqdır. Sonra görürsən ki, əsir sən 
idin.» 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə