Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə81/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   74   75   76   77   78   79   80   81   82

268
Buxovları qıran
Belə  insanlar  dua  edəndə  və  bağışlamalı  olduqları  insanları 
Allahdan soruşanda əmin ola bilərsiniz ki, Allah onların yadları-
na adları salar. Bəzən insanlar mənə deyirlər: «Bilirsiniz, elə bir 
adam  yoxdur.»  Belə  olan  halda  mən  onlara  deyirəm:  «Siz  indi, 
sadəcə olaraq, yadınıza düşən adları çəkə bilərsinizmi?» Müstəsna 
hal olmadan bir neçə ad ortalığa çıxır və mən də onları yazıram. 
Mənim söhbət etdiyim insanların yadlarına onları təəccübləndirən 
adların düşməsi qeyri-adi hal deyil (Bağışlama prosesində olarkən 
unudulmuş  ağrılı  xatirələrin  də  yadlarına  düşməsi  onlar  üçün 
qeyri-adi bir şey deyil.).
Mən bağışlamağın nə olduğunu və necə edilməli olduğunu izah 
edirəm. Aparıcı məsələlər addımlarda daha aydın təsvir olunub. 
Sonra mən onlara adlar siyahısını verirəm və özlərinin xeyri üçün 
həmin  insanları  bağışlamaq  istəyib-istəmədiklərini  soruşuram. 
Onların başqalarını bağışlaması, əsasən, özləri ilə göylərdə olan 
Ataları arasında məsələdir. Onların bağışladıqları insanlar ilə barı-
şıq sonra ola da, olmaya da bilər. 
4-cü addımdan 6-cı addıma qədər çox kiçik müqavimət qarşıya 
çıxır. 6-cı addımda mən həmişə cinsi günahı ayrıca həll edirəm. 
İnsan əsarətində cinsi əlaqənin nə qədər böyük rol oynaması çox 
təəccüblüdür (Əgər siz başqalarına fəal surətdə kömək edirsinizsə, 
başqalarına cinsi günahlardan azad olmaqda necə kömək etməyi 
başa düşəsiniz deyə, mən sizə «A Way of Escape» («Çıxış yolu») 
(Harvest House) kitabımı oxumağı tövsiyə edərdim. 
Əksər  hallarda,  sonuncu  —  7-ci  addımda  olan  bəyanat  və 
dua  edilməyincə  tam  azadlıq  əldə  edilmir.  Addımları  qurtardıq-
dan  sonra,  adətən,  məsləhət  verdiyim  insanlardan  rahat  oturub 
gözlərini yummalarını xahiş edirəm. Sonra onlardan: «Ağlınızda 
nə  eşidirsiniz?  O  sakitdirmi?»  —  deyə,  soruşuram.  Nəfəslərini 
dərdikdən  sonra,  adətən,  yüngül  bir  təbəssümlə  deyirlər:  «Heç 
bir şey. Nəhayət, ağlımda sakitlik var.» Mən çox vaxt 2-ci addım-
da olan həqiqət bəyanatını oxumaqda çətinlik çəkmiş insanlardan 
onu yenidən oxumağı xahiş edirəm. Onların indi həqiqəti asanlıqla 
oxuya bilmələri və başa düşmələri özlərini heyrətə salır. Bir çox in-


Məsihdə azadlıq tapmaları üçün başqalarına kömək etmək
269
sanların üzlərinin ifadəsi çox vaxt elə gözəçarpan surətdə dəyişilir 
ki, mən onlara güzgüdə özlərinə baxmağı məsləhət görürəm.
Məsihdə azad olmaq bir məsələdir – azad qalmaq isə ikinci bir 
məsələdir. Paul Qalat. 5:1-də deyir: «Məsih azad olmağımız üçün 
bizi  azad  etdi.  Ona  görə  də  möhkəm  durun  və  yenidən  köləlik 
boyunduruğuna tabe olmayın.» İnsanların Məsihdə olan azadlıqla-
rını əllərində saxlamalarına kömək edəcək əlavə yardımçı təkliflər 
addımlara daxildir (Biz, eləcə də, hər bir kəsə məsləhət gördüyü-
müz Regal Books tərəfindən nəşr olunmuş, 21 günlük «Walking 
in Freedom» («Azadlıqda gəzmək») adlı kitabı təklif edirik. Bu, 
onların etdiklərini möhkəmləndirməyə yardım edir.).
X
üsusi hallarda azadlığı tapmaq
Çox  vaxt  kiçik  uşaqların  hücuma  məruz  qalmaları  barəsində 
məndən soruşurlar. Cavab «bəli» olur. Əgər siz uşaqlarınız üçün 
narahatsınızsa,  «The  Seduction  of  Our  Children»  («Övladla-
rımızın  şirnikləndirilməsi»)  (Harvest  House)  və  ya  «Spiritu-
al Protection For Our Children» («Övladlarımız üçün ruhani 
müdafiə»)  (Regal  Books)  adlı  kitabları  oxumağı  sizə  tövsiyə 
edirəm. Axırıncı kitabda uşaqlar üçün hər yaş qrupunu əhatə edən 
addımlar var; mən bu kitabı Pit və Su Vander Huk ilə birlikdə 
yazmışam. Pit Evangelical Free məbədinin pastorudur. Onların 
ailəsində hər şey öz qaydası ilə gedirdi, amma uşaqları qəfildən 
böyük ruhani hücumlara məruz qalmağa başladı. Bu hücumlara 
cavab tapmaq onların özlərinə və məbədlərində olan bir çoxlarına 
azadlıq gətirdi. 
Mən  daha  iki  kitabı  sizə  xatırlatmalıyam.  Xidmət  yoldaşım 
Riç Miller ilə birlikdə yazdığım «Leading Teens to Freedom in 
Christ» («Yeniyetmələri məsihdə azadlığa yönəltmək») (Regal 
Books)  kitabım  valideynlər  və  gənclərlə  işləyən  insanlar  üçün-
dür.  Məbədinizi  və  nikahınızı  azadlığa  çıxarmaq  üçün  addımlar, 
eləcə  də,  hər  yaş  qrupunu  əhatə  edən  şəxsi  addımlar  bir  cildli 


270
Buxovları qıran
«Ministering the Steps to Freedom in Christ» («Məsihdə azad-
lıq  addımlarını  həyata  keçirmək»)  (Regal  Books)  kitabında 
yerləşdirilib. Məbədinizdə və ya şəxsi xidmətinizdə istifadə etmək 
üçün hər addımın surəti çıxarıla bilər.
Mənə şər ruhların evlərində məskən saldığını söyləyən bir neçə 
insan tərəfindən zənglər olub. Adətən, bu növ ruhani münaqişələr, 
əsasən, yerlə əlaqəli deyil, şəxsin özü ilə əlaqəlidir, amma bəzən 
evdə edilmiş şər əməllərə görə orada problem yarana bilər. Əgər 
ev və yer sizə məxsusdursa, onda siz oranı almazdan əvvəl orada 
yaşamış insanların etdikləri hər bir əməli inkar və rədd edin, eləcə 
də, həmin mülkiyyəti Rəbbə həsr edin. Bunu etmək Allahın bizim 
himayəçiliyimizə həvalə etdiyi şeylərə görə, sadəcə olaraq, yaxşı 
nəzarətçi olmaqdır.


15
Son söz 
 
ƏZİZ  MƏSİHÇİ  OXUCU,  biz  qələbə  çala  bildiyimiz  bir 
müharibədə iştirak edirik. Sizin adınız Quzunun Həyat Kitabında 
yazılıb və qələbə artıq çalınıb. Sizin və xidmət etdiyiniz insanla-
rın Məsihdə azadlığı artıq təmin edilib. Burada etməli olduğunuz 
yeganə  şey  onu  mənimsəmək  və  Allahın  sizin  himayəçiliyinizə 
həvalə etdiyi şeylərin yaxşı nəzarətçisi olmaqdır.
Mən  İsada  əldə  edilən  daha  bir  ruhlandırıcı  qələbə  hekayəsi 
ilə fikrimi tamamlamaq istəyirəm. Sindi məsihçi məktəbini bitirib 
gözəl bir məsihçi oğlana ərə getmişdi, amma bir sıra problemlər on-
ların nikah münasibətlərinə girməsinə mane oldu. Birinci problem 
Sindinin qadın orqanlarında infeksiyanın olması idi. Bundan azad 
olmamış  o,  uşaq  ikən  atası  tərəfindən  zorlanmasının  dəhşətli 
xatirələrindən  əzab  çəkməyə  başladı.  O,  dərin  məsləhətvermə 
görüşlərinə getdi, amma əsl qələbəni əldə edə bilmədi. Sonra o, 
həyatında yaşadığı başqa zorakılıq hallarını xatırlamağa başladı və 
emosional sarsıntılara qapıldı. 
Sindi olduqca təlaş içərisində Los-Ancelesə uçub gözlənilmədən 
qapımın  kandarında  göründü.  Mən  bir  axşam  uzun  məsləhət 
görüşündə ona altı saata yaxın vaxt sərf etdim. Sonra o, öz evinə 
qayıtdı. Altı həftə sonra ondan bu məktubu aldım: 
Əziz Nil,
Mən bir neçə həftə bundan əvvəl belə nəzakətli ol-
duğunuza və mənə məsləhət verdiyinizə görə yenə də 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə