www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
musiqiĢünaslarımızın risalələri və rəssamlarımızın
çəkdikləri miniatürlər, divar rəsmləri, diyarımızı
gəzmiĢ
səyyahların
gündəlikləri,
muzey
kolleksiyaları vaxtilə Azərbaycanda 90-a yaxın
çalğı alətinin istifadə olunması qənaətinə gəlməyə
əsas verir. Onlar müasir təsnifatın əsaslandığı səs
mənbəyinə görə dörd qrupa bölünürlər: simli,
nəfəs, zərb, özüsəslənən alətlər. Bu təsnifata görə
Azərbaycanda yayılmıĢ alətlərin 32-sini simli
(onlardan 26-sı mizrabla, 4-ü kamanla, 2-si
çubuqla çalınır), 23-ünü nəfəs, 16-sını zərb, 17-
sini isə özüsəslənən alətlər qrupuna aid etmək
olar.
Üzeyir Hacıbəyovun ―ən ziyadə istemal
edilən alətin birincisi‖, ―ġərq musiqi təhsilini
geniĢləndirə bilən alətdən ən qiymətlisi, ən
mühümü‖ saydığı tar, ―melodik alətlərdən ən