www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
etməyib. Xanımı Genevieve Halevy də onu tərk
etmiĢdi, tamaĢa bitər-bitməz o, pərəstiĢkarı
pianoçu Elie-Miriam Delaborde ilə teatrı tərk
edib. Gənc Bize xaç suyuna salınma mərasimində
üç böyük sərkərdənin - Aleksandrın, Sezarın və
Leopoldun Ģərəfinə Aleksandr, Sezar Leopold
adlandırılmasına baxmayaraq, xasiyyətcə süst və
əsəbi adam idi, həyəcanını asanlıqla büruzə
verirdi.
Premyeradan
əvvəl yaranmıĢ Ģayiələr
premyeradan sonra yazıya çevrilərək qəzet
səhifələrini doldururdu. BaĢı çıxan-çıxmayan
yazarların əksəriyyəti, əsəri mütləq tənqid edirdi.
Bütün bunlar həssas bəstəkarı həddən artıq
həyəcanlandırmıĢdı. Hətta bir dəfə tənqidçilərdən
birini Bizenin əlindən zorla alıblarmıĢ. Yüksək
keyfiyyətli musiqi yazdığına əmin olan Bizeni
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
üzən səbəblərdən biri də dostlarının: söz sahibi
bəstəkarların, yazarların onu müdafiə etməməsi
idi.
Qəzetlərdə opera barədə danıĢan tanınmıĢ
Ģəxslər də Bizeni, ya Ģəxsən Ģifahi, ya da məktub
Ģəklində yazılı təbrik etmələrinə, xoĢ sözlər
söyləmələrinə baxmayaraq, ictimai çıxıĢlarında
ehtiyatlı olmağa, fikirlərini ictimai rəylə
balanslaĢdırmağa çalıĢırdı. növbəti üç ay ərzində,
yəni düz 3 iyun 1875-ə qədər 33 tamaĢa
oynanıldı. 34-cüsü isə təxirə salındı. Səbəb - 36
yaĢlı müəllifin ürək tutmasından qəfil vəfatı oldu.
Sarsıntılara dözməyən Bize düz üç aydan sonra 2
iyun 1875-ci ildə dünyasını dəyiĢmiĢdi. Amma
buna qədər tamaĢa, artıq Vyana opera teatrının
marağını çəkmiĢ və onlar müəlliflə Vyana
premyerası barədə razılaĢmıĢdılar. Bəstəkarın
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
cəmi 4 ay da səbri çatsaydı, sevimli operasının
dünyanın ən böyük musiqili teatrlarında, oktyabr
ayında Vyananın Opera Teatrında necə böyük
uğur qazandığının Ģahidi olardı.
Bizenin vəfatından dörd ay sonra, oktyabr
ayında "Karmen"in Vyana premyerası oldu.
Operanın dünya Ģöhrəti də oradan baĢladı. Bəlkə
də,
Parisdə
baĢ
tutan
premyeranın
uğursuzluğunun bir sirri də burdaydı, əslində,
karmen öz musiqisinin geniĢliyinə, dramatik
ağırlığına görə böyük səhnədə oynanılmalı idi.
Ardarda Brüssel, Berlin, London, Barselona,
Sankt-Peterburq və digər Avropa premyeraları,
daha sonra okeanın o tayında Nyu-York, San-
Fransisko premyeraları baĢ tutdu.
Vyanada oynanılan əsərində onun yaxın
dostu, bəstəkar Gironun redaksiyasında danıĢıq
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
dialoqları reçitativlərlə əvəz olunmuĢ, 4-cü
pərdəyə Bizenin "Pert gözəli" əsərindən və
"Ariyalı qız" pyesinə yazdığı musiqidən balet
səhnələri daxil edilmiĢdi. Həmin vaxtdan etibarən
"Karmen" operası ən repertuarlı əsər kimi dünya
opera səhnələrinin bəzəyi olaraq qalır. Operada
əsas ideya sevginin azad olması barədə idi. BaĢ
qəhrəman qaraçı qızı Karmen birinci pərdədə
əsgər Joseyə, 3-cü pərdədə matador Eskamilyoya
vurulur. Karmenin fəlsəfəsi, təxminən belədi:
"mən azadam, kimi istəyirəm onu da sevərəm və
bu azadlığım üçün ölümə də gedərəm". Buna görə
də əsərin sonunda keçmiĢ sevgilisi tərəfindən
öldürülür.
Bu əsər epoxamızın, az qala, ən böyük lirik-
dramatik
əsəridir". Bize yaradıcılığı üçün
səciyyəvi
olan
melodiya
zənginliyi,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
orkestrləĢdirmə rəngarəngliyi, vokal partiyaların
ürəyə yatımlılığı, xəlqiliyə və həyat həqiqətlərinin
təcəssümünə çağırıĢ bu operada önəmli yer tutur.
Operada müstəqil orkestr nömrələri vardır.
Uvertura iki təzadlı bölməni əks etdirir. Hər iki
bölmə gözəl musiqiyə malikdir.
Operanın musiqisi dramatik qüdrəti, melodik
ifadəliliyi, harmoniya parlaqlığı, forma plastikliyi,
orkestrləĢdirmə Ģəffaflığı və forma zənginliyi
sayəsində dinləyici zövqünü dərindən oxĢaya
bilir. Bize musiqisinin funksionallığı operanın
özünün məzmunu ilə çox da əlaqəli deyil.
Operaya
populyarlıq
qazandıran
onun
dramaturgiyası
yox,
melodiya
yükünün
böyüklüyüdür.
Operanın musiqisi ispan xalq rəqs və xalq
musiqi intonasiyaları ilə zəngindir. Vokal
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
partiyalarının parlaqlığı operada koloritli orkestr
müĢayiəti ilə özünü göstərir. Hadisələrin inkiĢaf
simfonikliyi forma bitkinliyi ilə uyarlıq təĢkil
edir. I Pərdədə Sevilya, siqar fabrikinin yanında
suvari eskadronu düĢərgə salır. Əsgərlər fabrikdə
çalıĢan gözəl qızlarla əylənirlər. Süvari Xozenin
sorağı ilə Mikaela ora yetiĢir, lakin əsgərlər ona
Xozenin baĢqa eskadronda olduğunu tezliklə
həmin eskadronun onları əvəz edəcəyini ona
deyirlər. Mikaela gedir. Tezliklə Xozenin xidmət
etdiyi eskadron ora yetiĢir.
Kapitan Çuniqa serjant Xoze ilə söhbət
edərək, siqar fabrikinin cazibəli qızlarından söz
salır. Xoze eskadronda yeganə adamdır ki, fabrik
qızları ilə maraqlanmır - o, Mikaela ilə niĢanlıdır.
Fabrikin
fasilə
zəngi
çalınır və qızlar
damaqlarında siqar küçəyə çıxırlar. KiĢilər dərhal
Dostları ilə paylaş: |