www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
Ġfaçılar özləri hesab edirlər ki, professional
yetkinlik musiqiçiyə 5-10 il praktik çıxıĢlardan
tez olmayaraq çatmaq olar. Beləliklə muğam
ifaçısının ustad, yəni öz peĢəsində əsl professional
olmasından ötrü 20-25 il vaxt tələb olunur. Tələ-
bin bu səviyyəsi özlüyündə muğamı Ģifahi ənənəli
professional sənət səviyyəsinə qaldırır.
Muğamları ifa sənəti musiqiçidən müstəsna
musiqi
yaddaĢı
və
duyumu,
eləcə
də
improvizasiya məharəti, yəni bəstəkarlıq istedadı
tələb edir. PeĢəkar musiqiçi bütün mövcud
muğam repertuarını bilməli, məĢqlərsiz camaat
qarĢısında çıxıĢ etməyi bacarmaqla istənilən
muğamı ifa etməlidir. Xanəndə klassik poeziyanı
və əruzun vəznlərini yaxĢı bilməli, 2 oktavadan az
olmayan səs diapazonuna malik olmalıdır.
Ġnstrumental
ifaçı
(sazəndə)
bir-birindən
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
fərqlənən solo və akkompanent versiyalarda
muğamı ifa etməyi bacarmalıdır. Muğam ifaçısı
bu tələblərə cavab verəndə ustad sayılır.
Həm keçmiĢdə, həm də indi muğam
sənətinin tədrisi prosesi bilavasitə müəllimdən
Ģagirdə ötürülməyin məlum formasında baĢ verir.
Müəllim melodiyalardan parçaları ifa edir, tələbə
onu tam yadında saxlayanadək təkrarlayır,
bundan sonra növbə melodiyanın sonrakı
fraqmentinə çatır və tələbə bütün melodiyanı
bütövlükdə yadda saxlayanadək beləcə davam
edir. Çox zaman tələbələr evdə onların
əzbərlədikləri muğamlar yazılmıĢ kompakt-
disklərdən istifadə edir, eləcə də öyrəndikləri
melodiyanı və müəllimin tövsiyələrini yazmaq
üçün özləri ilə dərsə diktofon gətirirlər.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
Muğam
ifaçılığı
mədəniyyəti
parlaq
musiqiçilərin - bütün Qafqazda və Ġranda məĢhur
olan xanəndələrin və sazəndələrin bir çox
nəsillərinin
yaradıcılıq
nailiyyətlərindən
formalaĢmıĢdır. KeçmiĢin çox böyük sayda
xanəndələrindən yalnız Mirzə Səttar, Hacı Hüsü,
MəĢədi Ġsi, Əbülhəsən xan, Azər Ġqbal, Mirzə
Muxtar Məmmədzadə, Cabbar Qaryağdı oğlu,
Ələsgər Abdullayev, Əbdülbaqi Zülalov, Ağasəid
Ağabalaoğlu,
Mirtağı
Mirbabayev,
Məcid
Behbudov, Keçəçi oğlu Məhəmməd, Ġslam
Abdullayev,
MəĢədi
Məmməd
Fərzəliyev,
Hüseynqulu Sarabski, Seyid və Xan ġuĢinskilər,
Bülbül, Zülfü Adıgözəlov kimi daha parlaq adları
qeyd edə bilərik. KeçmiĢin daha parlaq sazən-
dələri sırasında tarzənlər Mirzə Sadıq Əsəd oğlu,
Mirzə Fərəc Rzayev, MəĢədi Cəmil Əmirov, ġirin
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
Axundov, MəĢədi Zeynal Haqverdiyev, Mirzə
Mansur Mansurov, Qurban Pirimov, Bakıxanov
qardaĢları,
PaĢa
Əliyev,
Firuz
Əlizadə,
kamançaçılar Ġsmayıl TalıĢinski, Qılman Salahov,
qarmonda ifaçı Abutalıb Yusifov, Kəmrabəyim,
Əhəd Əliyev, Kərbəlayi Lətif, Teyyub Dəmirov,
zurnaçı Əli Kərimov daha çox Ģöhrət
qazanmıĢdılar.
Sovet dövründə muğam sənətini xanəndələr
Əbülfət Əliyev, Qulu Əsgərov, Nəriman Əliyev,
Həqiqət Rzayeva, Yavər Kələntərli, Zəhra
Rəhimova,
Cahan
TalıĢinskaya,
Fatma
Mehrəliyeva, Rübabə Muradova, ġövkət Ələk-
bərova, Töhfə Əliyeva, Hacıbaba Hüseynov,
Yaqub Məmmədov, tarzənlər Əhsən DadaĢov,
Bəhram
Mansurov,
Baba
Salahov,
Kamil
Əhmədov, Hacı Məmmədov, Həbib Bayramov,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
Məmmədağa Muradov, Əmirulla Məmmədbəyli,
Xosrov Məlikov, Adil Gəray, Ənvər Mansurov,
kamançaçılar Qılman Salahov, Tələt Bakıxanov,
Elman Bədəlov, Ədalət Vəzirov, qarmançular
Lətif Əliyev, Abutalıb Yusifov, Əhəd Fərzəli
oğlu, MəĢədi Əli, Teyyub Dəmirov, xalq musiqi
ifaçıları Nadir Axundov, Ağasəf Seyidov, Firuzə
Zeynalova qoruyub saxlamıĢ və inkiĢaf
etdirmiĢlər.
Xanəndələr Ġslam Rzayev, Arif Babayev,
Əlibaba Məmmədov, Canəli Əkbərov, Sabir
Mirzəyev, Ağaxan Abdullayev, Alim Qasımov,
Mənsum Ġbrahimov, Səkinə Ġsmayılova, Qəndab
Quliyeva,
Mələkxanım
Əyyubova,
Zabit
Nəbizadə, Zahid Quliyev, tarzənlər Ağasəlim
Abdullayev, Vamiq Məmmədəliyev, Möhlət
Müslümov, Firuz Əliyev, Sərvər Ġbrahimov,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
kamançaçılar
Habil
Əliyev,
Mirnazim
Əsədullayev, ġəfiqə
Eyvazova,
Fəxrəddin
DadaĢov kimi ifaçılar və pedaqoqlar da
Azərbaycan muğam ifaçılığı mədəniyyətinə
böyük töhfələr vermiĢlər.
Azərbaycan musiqiçiləri müsəlman ġərqində
ilk dəfə olaraq Avropaya qastrollara çıxmaqla və
qrammofon valları yazdırmaqla muğam üçün
qeyri-ənənəvi dinləyici auditoriyasına müraciət
etməyə baĢlamıĢlar. Ġlk dəfə 1906-cı ildə
"Qrammofon" ingilis Səhmdar Cəmiyyəti məĢhur
xanəndə
Cabbar Qaryağdıoğlu və digər
Azərbaycan musiqiçilərinin ifasında Azərbaycan
musiqisini qrammofon vallarına yazmıĢdır. 1906-
cı ildən 1914-cü ilə qədər olan dövrdə Avropanın
bir neçə qrammofon səsyazma firması, o
cümlədən Fransanın "Pate qardaĢları" Ģirkəti,
Dostları ilə paylaş: |