Byörnstyerne Martinus Byörnson



Yüklə 4,18 Kb.
Pdf görüntüsü
səhifə6/34
tarix15.03.2018
ölçüsü4,18 Kb.
#31878
1   2   3   4   5   6   7   8   9   ...   34

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
Ġfaçılar  özləri  hesab  edirlər  ki,  professional 
yetkinlik  musiqiçiyə  5-10  il  praktik  çıxıĢlardan 
tez  olmayaraq  çatmaq  olar.  Beləliklə  muğam 
ifaçısının ustad, yəni öz peĢəsində əsl professional 
olmasından ötrü 20-25 il vaxt tələb olunur. Tələ-
bin bu səviyyəsi özlüyündə muğamı Ģifahi ənənəli 
professional sənət səviyyəsinə qaldırır. 
Muğamları  ifa  sənəti  musiqiçidən  müstəsna 
musiqi 
yaddaĢı 
və 
duyumu, 
eləcə 
də 
improvizasiya  məharəti,  yəni  bəstəkarlıq  istedadı 
tələb  edir.  PeĢəkar  musiqiçi  bütün  mövcud 
muğam  repertuarını  bilməli,  məĢqlərsiz  camaat 
qarĢısında  çıxıĢ  etməyi  bacarmaqla  istənilən 
muğamı ifa etməlidir. Xanəndə klassik poeziyanı 
və əruzun vəznlərini yaxĢı bilməli, 2 oktavadan az 
olmayan  səs  diapazonuna  malik  olmalıdır. 
Ġnstrumental 
ifaçı 
(sazəndə) 
bir-birindən 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
fərqlənən  solo  və  akkompanent  versiyalarda 
muğamı  ifa  etməyi  bacarmalıdır.  Muğam  ifaçısı 
bu tələblərə cavab verəndə ustad sayılır. 
Həm  keçmiĢdə,  həm  də  indi  muğam 
sənətinin  tədrisi  prosesi  bilavasitə  müəllimdən 
Ģagirdə ötürülməyin məlum formasında baĢ verir. 
Müəllim melodiyalardan parçaları ifa edir, tələbə 
onu  tam  yadında  saxlayanadək  təkrarlayır, 
bundan  sonra  növbə  melodiyanın  sonrakı 
fraqmentinə  çatır  və  tələbə  bütün  melodiyanı 
bütövlükdə  yadda  saxlayanadək  beləcə  davam 
edir.  Çox  zaman  tələbələr  evdə  onların 
əzbərlədikləri  muğamlar  yazılmıĢ  kompakt-
disklərdən  istifadə  edir,  eləcə  də  öyrəndikləri 
melodiyanı  və  müəllimin  tövsiyələrini  yazmaq 
üçün özləri ilə dərsə diktofon gətirirlər. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
Muğam 
ifaçılığı 
mədəniyyəti 
parlaq 
musiqiçilərin - bütün Qafqazda və Ġranda məĢhur 
olan  xanəndələrin  və  sazəndələrin  bir  çox 
nəsillərinin 
yaradıcılıq 
nailiyyətlərindən 
formalaĢmıĢdır.  KeçmiĢin  çox  böyük  sayda 
xanəndələrindən  yalnız  Mirzə  Səttar,  Hacı  Hüsü, 
MəĢədi  Ġsi,  Əbülhəsən  xan,  Azər  Ġqbal,  Mirzə 
Muxtar  Məmmədzadə,  Cabbar  Qaryağdı  oğlu, 
Ələsgər Abdullayev, Əbdülbaqi Zülalov, Ağasəid 
Ağabalaoğlu, 
Mirtağı 
Mirbabayev, 
Məcid 
Behbudov,  Keçəçi  oğlu  Məhəmməd,  Ġslam 
Abdullayev, 
MəĢədi 
Məmməd 
Fərzəliyev, 
Hüseynqulu  Sarabski,  Seyid  və  Xan  ġuĢinskilər, 
Bülbül, Zülfü Adıgözəlov kimi daha parlaq adları 
qeyd  edə  bilərik.  KeçmiĢin  daha  parlaq  sazən-
dələri sırasında tarzənlər  Mirzə  Sadıq  Əsəd  oğlu, 
Mirzə Fərəc Rzayev, MəĢədi Cəmil Əmirov, ġirin 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
Axundov,  MəĢədi  Zeynal  Haqverdiyev,  Mirzə 
Mansur  Mansurov,  Qurban  Pirimov,  Bakıxanov 
qardaĢları, 
PaĢa 
Əliyev, 
Firuz 
Əlizadə, 
kamançaçılar Ġsmayıl TalıĢinski, Qılman Salahov, 
qarmonda  ifaçı  Abutalıb  Yusifov,  Kəmrabəyim, 
Əhəd  Əliyev,  Kərbəlayi  Lətif,  Teyyub  Dəmirov, 
zurnaçı  Əli  Kərimov  daha  çox  Ģöhrət 
qazanmıĢdılar. 
Sovet  dövründə  muğam  sənətini  xanəndələr 
Əbülfət  Əliyev,  Qulu  Əsgərov,  Nəriman  Əliyev, 
Həqiqət  Rzayeva,  Yavər  Kələntərli,  Zəhra 
Rəhimova, 
Cahan 
TalıĢinskaya, 
Fatma 
Mehrəliyeva,  Rübabə  Muradova,  ġövkət  Ələk-
bərova,  Töhfə  Əliyeva,  Hacıbaba  Hüseynov, 
Yaqub  Məmmədov,  tarzənlər  Əhsən  DadaĢov, 
Bəhram 
Mansurov, 
Baba 
Salahov, 
Kamil 
Əhmədov,  Hacı  Məmmədov,  Həbib  Bayramov, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
Məmmədağa  Muradov,  Əmirulla  Məmmədbəyli, 
Xosrov  Məlikov,  Adil  Gəray,  Ənvər  Mansurov, 
kamançaçılar  Qılman  Salahov,  Tələt  Bakıxanov, 
Elman  Bədəlov,  Ədalət  Vəzirov,  qarmançular 
Lətif  Əliyev,  Abutalıb  Yusifov,  Əhəd  Fərzəli 
oğlu,  MəĢədi  Əli,  Teyyub  Dəmirov,  xalq  musiqi 
ifaçıları  Nadir  Axundov,  Ağasəf  Seyidov,  Firuzə 
Zeynalova  qoruyub  saxlamıĢ  və  inkiĢaf 
etdirmiĢlər. 
Xanəndələr  Ġslam  Rzayev,  Arif  Babayev, 
Əlibaba  Məmmədov,  Canəli  Əkbərov,  Sabir 
Mirzəyev,  Ağaxan  Abdullayev,  Alim  Qasımov, 
Mənsum  Ġbrahimov,  Səkinə  Ġsmayılova,  Qəndab 
Quliyeva, 
Mələkxanım 
Əyyubova, 
Zabit 
Nəbizadə,  Zahid  Quliyev,  tarzənlər  Ağasəlim 
Abdullayev,  Vamiq  Məmmədəliyev,  Möhlət 
Müslümov,  Firuz  Əliyev,  Sərvər  Ġbrahimov, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
kamançaçılar 
Habil 
Əliyev, 
Mirnazim 
Əsədullayev,  ġəfiqə 
Eyvazova, 
Fəxrəddin 
DadaĢov  kimi  ifaçılar  və  pedaqoqlar  da 
Azərbaycan  muğam  ifaçılığı  mədəniyyətinə 
böyük töhfələr vermiĢlər. 
Azərbaycan musiqiçiləri müsəlman ġərqində 
ilk  dəfə  olaraq  Avropaya  qastrollara  çıxmaqla  və 
qrammofon  valları  yazdırmaqla  muğam  üçün 
qeyri-ənənəvi  dinləyici  auditoriyasına  müraciət 
etməyə  baĢlamıĢlar.  Ġlk  dəfə  1906-cı  ildə 
"Qrammofon" ingilis Səhmdar Cəmiyyəti məĢhur 
xanəndə 
Cabbar  Qaryağdıoğlu  və  digər 
Azərbaycan  musiqiçilərinin  ifasında  Azərbaycan 
musiqisini qrammofon vallarına yazmıĢdır. 1906-
cı ildən 1914-cü ilə qədər olan dövrdə Avropanın 
bir  neçə  qrammofon  səsyazma  firması,  o 
cümlədən  Fransanın  "Pate  qardaĢları"  Ģirkəti, 


Yüklə 4,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə