Byörnstyerne Martinus Byörnson



Yüklə 4,18 Kb.
Pdf görüntüsü
səhifə9/34
tarix15.03.2018
ölçüsü4,18 Kb.
#31878
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
etməyib.  Xanımı  Genevieve  Halevy  də  onu  tərk 
etmiĢdi,  tamaĢa  bitər-bitməz  o,  pərəstiĢkarı 
pianoçu  Elie-Miriam  Delaborde  ilə  teatrı  tərk 
edib. Gənc Bize xaç suyuna salınma mərasimində 
üç  böyük  sərkərdənin  -  Aleksandrın,  Sezarın  və 
Leopoldun  Ģərəfinə  Aleksandr,  Sezar  Leopold 
adlandırılmasına  baxmayaraq,  xasiyyətcə  süst  və 
əsəbi  adam  idi,  həyəcanını  asanlıqla  büruzə 
verirdi. 
Premyeradan 
əvvəl  yaranmıĢ  Ģayiələr 
premyeradan  sonra  yazıya  çevrilərək  qəzet 
səhifələrini  doldururdu.  BaĢı  çıxan-çıxmayan 
yazarların əksəriyyəti, əsəri mütləq tənqid edirdi. 
Bütün  bunlar  həssas  bəstəkarı  həddən  artıq 
həyəcanlandırmıĢdı. Hətta bir dəfə tənqidçilərdən 
birini  Bizenin  əlindən  zorla  alıblarmıĢ.  Yüksək 
keyfiyyətli  musiqi  yazdığına  əmin  olan  Bizeni 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
üzən  səbəblərdən  biri  də  dostlarının:  söz  sahibi 
bəstəkarların,  yazarların  onu  müdafiə  etməməsi 
idi. 
Qəzetlərdə  opera  barədə  danıĢan  tanınmıĢ 
Ģəxslər də Bizeni, ya Ģəxsən Ģifahi, ya da məktub 
Ģəklində  yazılı  təbrik  etmələrinə,  xoĢ  sözlər 
söyləmələrinə  baxmayaraq,  ictimai  çıxıĢlarında 
ehtiyatlı  olmağa,  fikirlərini  ictimai  rəylə 
balanslaĢdırmağa çalıĢırdı. növbəti üç ay ərzində, 
yəni  düz  3  iyun  1875-ə  qədər  33  tamaĢa 
oynanıldı.  34-cüsü  isə  təxirə  salındı.  Səbəb  -  36 
yaĢlı müəllifin ürək tutmasından qəfil vəfatı oldu. 
Sarsıntılara dözməyən Bize düz üç aydan sonra 2 
iyun  1875-ci  ildə  dünyasını  dəyiĢmiĢdi.  Amma 
buna  qədər  tamaĢa,  artıq  Vyana  opera  teatrının 
marağını  çəkmiĢ  və  onlar  müəlliflə  Vyana 
premyerası  barədə  razılaĢmıĢdılar.  Bəstəkarın 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
cəmi  4  ay  da  səbri  çatsaydı,  sevimli  operasının 
dünyanın  ən  böyük musiqili teatrlarında,  oktyabr 
ayında  Vyananın  Opera  Teatrında  necə  böyük 
uğur qazandığının Ģahidi olardı. 
Bizenin  vəfatından  dörd  ay  sonra,  oktyabr 
ayında  "Karmen"in  Vyana  premyerası  oldu. 
Operanın dünya Ģöhrəti də oradan baĢladı. Bəlkə 
də, 
Parisdə 
baĢ 
tutan 
premyeranın 
uğursuzluğunun  bir  sirri  də  burdaydı,  əslində, 
karmen  öz  musiqisinin  geniĢliyinə,  dramatik 
ağırlığına  görə  böyük  səhnədə  oynanılmalı  idi. 
Ardarda  Brüssel,  Berlin,  London,  Barselona, 
Sankt-Peterburq  və  digər  Avropa  premyeraları, 
daha  sonra  okeanın  o  tayında  Nyu-York,  San-
Fransisko premyeraları baĢ tutdu. 
Vyanada  oynanılan  əsərində  onun  yaxın 
dostu,  bəstəkar  Gironun  redaksiyasında  danıĢıq 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
dialoqları  reçitativlərlə  əvəz  olunmuĢ,  4-cü 
pərdəyə  Bizenin  "Pert  gözəli"  əsərindən  və 
"Ariyalı  qız"  pyesinə  yazdığı  musiqidən  balet 
səhnələri daxil edilmiĢdi. Həmin vaxtdan etibarən 
"Karmen"  operası  ən  repertuarlı  əsər  kimi  dünya 
opera  səhnələrinin  bəzəyi  olaraq  qalır.  Operada 
əsas  ideya  sevginin  azad  olması  barədə  idi.  BaĢ 
qəhrəman  qaraçı  qızı  Karmen  birinci  pərdədə 
əsgər Joseyə, 3-cü pərdədə matador Eskamilyoya 
vurulur.  Karmenin  fəlsəfəsi,  təxminən  belədi: 
"mən  azadam,  kimi  istəyirəm  onu  da  sevərəm  və 
bu azadlığım üçün ölümə də gedərəm". Buna görə 
də  əsərin  sonunda  keçmiĢ  sevgilisi  tərəfindən 
öldürülür. 
Bu əsər epoxamızın, az qala, ən böyük lirik-
dramatik 
əsəridir".  Bize  yaradıcılığı  üçün 
səciyyəvi 
olan 
melodiya 
zənginliyi, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
orkestrləĢdirmə  rəngarəngliyi,  vokal  partiyaların 
ürəyə yatımlılığı, xəlqiliyə və həyat həqiqətlərinin 
təcəssümünə çağırıĢ bu operada önəmli yer tutur. 
Operada  müstəqil  orkestr  nömrələri  vardır. 
Uvertura  iki  təzadlı  bölməni  əks  etdirir.  Hər  iki 
bölmə gözəl musiqiyə malikdir. 
Operanın musiqisi dramatik qüdrəti, melodik 
ifadəliliyi, harmoniya parlaqlığı, forma plastikliyi
orkestrləĢdirmə  Ģəffaflığı  və  forma  zənginliyi 
sayəsində  dinləyici  zövqünü  dərindən  oxĢaya 
bilir.  Bize  musiqisinin  funksionallığı  operanın 
özünün  məzmunu  ilə  çox  da  əlaqəli  deyil. 
Operaya 
populyarlıq 
qazandıran 
onun 
dramaturgiyası 
yox, 
melodiya 
yükünün 
böyüklüyüdür. 
Operanın  musiqisi  ispan  xalq  rəqs  və  xalq 
musiqi  intonasiyaları  ilə  zəngindir.  Vokal 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
partiyalarının  parlaqlığı  operada  koloritli  orkestr 
müĢayiəti  ilə  özünü  göstərir.  Hadisələrin  inkiĢaf 
simfonikliyi  forma  bitkinliyi  ilə  uyarlıq  təĢkil 
edir.  I  Pərdədə  Sevilya,  siqar  fabrikinin  yanında 
suvari eskadronu düĢərgə salır. Əsgərlər fabrikdə 
çalıĢan  gözəl  qızlarla  əylənirlər.  Süvari  Xozenin 
sorağı  ilə  Mikaela  ora  yetiĢir,  lakin  əsgərlər  ona 
Xozenin  baĢqa  eskadronda  olduğunu  tezliklə 
həmin  eskadronun  onları  əvəz  edəcəyini  ona 
deyirlər.  Mikaela  gedir.  Tezliklə  Xozenin  xidmət 
etdiyi eskadron ora yetiĢir. 
Kapitan  Çuniqa  serjant  Xoze  ilə  söhbət 
edərək,  siqar  fabrikinin  cazibəli  qızlarından  söz 
salır. Xoze eskadronda yeganə adamdır ki, fabrik 
qızları ilə maraqlanmır - o, Mikaela ilə niĢanlıdır. 
Fabrikin 
fasilə 
zəngi 
çalınır  və  qızlar 
damaqlarında siqar küçəyə çıxırlar. KiĢilər dərhal 


Yüklə 4,18 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə