Byörnstyerne Martinus Byörnson



Yüklə 4,18 Kb.
Pdf görüntüsü
səhifə5/34
tarix15.03.2018
ölçüsü4,18 Kb.
#31878
1   2   3   4   5   6   7   8   9   ...   34

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
Sadıq  Əsəd  oğlu)  xeyli  rol  oynadı  ki,  bunun 
nəticəsində  bir  zaman  Ġrandan  Azərbaycana 
gəlmiĢ  bu  musiqi  aləti  Ġran  tarı  ilə  müqayisədə 
daha güclü, konsert səsi əldə etdi. Bizim günlərdə 
dəstgahlar  digər  ənənəvi  alətlərdə,  məsələn, 
kamançada,  udda,  kanonda  (simli),  zurnada, 
balabanda,  neydə  (nəfəsli)  də  solo  ifa  edilə 
bilərlər.  XX  yüzildən  baĢlayaraq  bəzi  Avropa 
musiqi  alətləri  (klarnet,  qoboy,  qarmon)  ənənəvi 
musiqiyə  daxil  olmuĢ  və  muğamların  onlarda  ifa 
edilməsi  milli  publika  tərəfindən  autentik  qəbul 
edilir. 
Janrın  həm  vokal-instrumental,  həm  də 
instrumental  növləri  ya  lad  sikli  fomasında 
(dəstgah),  ya  da  bir  ladda  bir  hissəlik  melodik 
improvizasiyada ifa edilə bilərlər. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
Kiçik  muğamlar  (vokal-instrumental  və 
instrumental  növlər)  -  "Rahab",  "Qatar", 
"ġahnaz",  "Sarənc",  "Bayatı-Kürd",  "Nəva", 
"DəĢti",  "Hicaz"  və  digərləri  dəstgahlarla  müqa-
yisədə  daha  kiçikmiqyaslı  müstəqil  musiqi  kom-
pozisiyaları  olmuĢlar.  Əgər  dəstgahlar  təsnifləri 
və  rəngləri  hesaba  almasaq,  5-dən  10-12-dək 
Ģöbəni özündə birləĢdirə bilərsə, muğamlar adətən 
3-dən çox olmayan Ģöbələrdən ibarətdir. Yalnız 5 
Ģöbədən ibarət olan "Rahab" muğamı istisna təĢkil 
edir. 
Vokal  muğam  (instrumental  müĢayiət 
olmadan) mərasim və ya matəmlərdə tətbiq edilir, 
qəzəl və qəsidə poetik formalarında yazılmıĢ dini 
və ya matəm məzmunlu Ģerlərlə ifa olunur. 
Zərbi-muğamlar  (onlara  ritmik  muğamlar  da 
deyilir)  bir  ladda  bir  hissəli  vokal-instrumental 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
kompozisiyadan  ibarətdir  və  müstəqil  kiçik 
muğam formaları qrupuna aid edilirlər. Bu janrın 
XIX  yüzilin  musiqi  təsrübəsində  bəlli  olan  18 
nümunəsindən  hazırda  "Qarabağ  Ģikəstəsi", 
"ġirvan  Ģikəstəsi",  "Kəsmə  Ģikəstə",  "Zərbi-
Simayi-ġəms",  "Zərbi-Mənsuriyyə",  "Arazbarı", 
"OvĢarı",  "Maani",  "Heyratı"  öz  populyarlığını 
qoruyub  saxlamıĢdır.  Bu  kompozisiyaların 
xarakterik  xüsusiyyətləri  vəzn  baxımdan  sərbəst 
vokal  melodiyalarının  (adətən  yüksək  registrdə) 
ritmik 
instrumental 
müĢayiətlə 
uyğunlaĢdırılmasıdır.  Lakin  bu  janrın  müəyyən 
vəzn çərçivəsində saxlanan ("bəhrli hava") ayrıca 
sırf  instrumental  nümunələri  də  mövcuddur 
("Heydəri"). 
 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
 
 
 
Muğam ifaçılığı mədəniyyəti 
 
Muğam  ifaçılığının  yayılmasında  və  onun 
professional  Ģəkil  almasında  XIX  yüzilin  20-ci 
illərindən 
XX 
yüzilin 
əvvəllərinə  qədər 
Azərbaycan  Ģəhərlərində  yaranmıĢ  ədəbi  və 
musiqi məclisləri böyük rol oynamıĢlar. Onlardan 
ən 
məĢhuru 
ġuĢada 
"Məclisi-FəramuĢan", 
"Məclisi-Üns",  Musiqiçilər  Cəmiyyəti,  ġamaxıda 
"Beytüs-səfa" və Mahmud ağanın musiqi məclisi, 
Bakıda  "Məcmə-üĢ-Ģüəra",  Gəncədə  "Divani-
hikmət", 
Ordubadda 
"Əncümən-üĢ-Ģüəra", 
Lənkəranda  "Fövcül-füsəha"  idi.  Bu  məclislərdə 
Ģairlər, ədiblər, musiqiçilər, sadəcə ziyalı Ģəxslər, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
klassik  poeziyanın  və  musiqinin  sərrafları  və 
biliciləri  toplaĢır,  muğamları  diqqətlə  dinləyir, 
musiqinin və Ģerin incə ifası ətrafında müzakirələr 
aparırdılar.  Məclis  XIX  yüzildə  muğamların 
dinləyicilər 
qarĢısında 
ifasının 
baĢlıca 
formalarından  biri  idi  və  bu  ənənənin  sönüb 
getməsi 
XX  yüzilin  əvvəllərində  musiqi 
ifaçılığının  konsert  formasının  üzə  çıxmasıyla 
Azərbaycanda  musiqi  həyatının  demokratikləĢmə 
prosesi  ilə  bağlı  olmuĢdur.  Lakin  məclislər 
muğamın 
diqqətlə 
dinlənilməsinin 
xüsusi 
mədəniyyətini,  eləcə  də  muğamın  ifasına  yüksək 
bədii  tələblər  irəli  sürən  zövqlü,  baĢadüĢən 
dinləyici 
mühitini 
("ariflər 
məclisi") 
formalaĢdırmıĢdı.  Məclislər  XIX  yüzil  -  XX 
yüzilin  əvvəlində  Azərbaycan  musiqiçilərinin 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
professional  baxımdan  kamilləĢmələrində  güclü 
stimul rolunu oynamıĢdı. 
Məscidlər  yanında  rövzəxanlar  məktəbi  də 
(ayinlərdə musiqi repertuarının ifaçıları) müəyyən 
təhsil  səviyyəsinə  malik  idilər.  Burada  yaxĢı  səsi 
olan oğlanlara muğamları savadlı tərzdə ifa etmək 
və  klassik  Ģerləri  düzgün  tələffüz  etməyi 
öyrədirdilər. XX yüzilin 20-ci illərinədək bu mək-
təblər  muğam  ifaçılarının  professional  baxımdan 
kamilləĢmələrinə  yönəlik  yeganə  tədris  ocağı 
idilər. 
XX  yüzilin  20-ci  illərindən  baĢlayaraq  - 
sovet  dövründə  Azərbaycanda  musiqi  təhsili,  o 
cümlədən  muğamın  tədrisi  3  mərhələli  sistem 
üzərinə  köçürüldü:  məktəb  -  texnikum  - 
konservatoriya. Beləliklə muğam sənətinin tədrisi 
prosesi  indi  formal  olaraq  14-15  il  vaxt  aparır. 


Yüklə 4,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə