Byörnstyerne Martinus Byörnson



Yüklə 4,18 Kb.
Pdf görüntüsü
səhifə11/34
tarix15.03.2018
ölçüsü4,18 Kb.
#31878
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
musiqiĢünaslarımızın risalələri və rəssamlarımızın 
çəkdikləri  miniatürlər,  divar  rəsmləri,  diyarımızı 
gəzmiĢ 
səyyahların 
gündəlikləri, 
muzey 
kolleksiyaları  vaxtilə  Azərbaycanda  90-a  yaxın 
çalğı alətinin istifadə olunması qənaətinə gəlməyə 
əsas verir. Onlar müasir təsnifatın əsaslandığı səs 
mənbəyinə  görə  dörd  qrupa  bölünürlər:  simli, 
nəfəs, zərb, özüsəslənən alətlər. Bu təsnifata görə 
Azərbaycanda  yayılmıĢ  alətlərin  32-sini  simli 
(onlardan  26-sı  mizrabla,  4-ü  kamanla,  2-si 
çubuqla  çalınır),  23-ünü  nəfəs,  16-sını  zərb,  17-
sini  isə  özüsəslənən  alətlər  qrupuna  aid  etmək 
olar. 
Üzeyir  Hacıbəyovun  ―ən  ziyadə  istemal 
edilən  alətin  birincisi‖,  ―ġərq  musiqi  təhsilini 
geniĢləndirə  bilən  alətdən  ən  qiymətlisi,  ən 
mühümü‖  saydığı  tar,  ―melodik  alətlərdən  ən 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
gözəli‖ 
adlandırdığı 
kamança, 
aĢıqların 
―həmdəmi‖  saz,  Füzulinin  ―sirr  sandığına‖ 
oxĢatdığı  qanun,  vaxtilə  bütün  alətlərin  ―Ģahı‖ 
hesab  edilən  ud  müasir  dövrümüzdə  ən  geniĢ 
yayılan simli alətləri təĢkil edir. 
Tar  Azərbaycan  xalqının  ən  mükəmməl  və 
möhtəĢəm 
səslənən 
mizrabla 
çalınan 
alətlərindəndir.  Bu  cəhətlər  onun  hissələrinin  tut, 
qoz  və  armud  ağaclarından  hazırlanmasından, 
gövdəsinin  açıq  tərəfinə  malın  ürək  pərdəsinin 
çəkilməsindən,  müxtəlif  qalınlıqda  və  tərkibdə 
olan  simlərinin  sayından,  onların  bağlanma 
qaydasından  və  köklənmə  müxtəlifliyindən 
yaranmıĢdır. 
Müasir  Ģəklini  alınadək  tar  böyük  inkiĢaf 
yolu keçmiĢdir. Onun adı XI əsrdə yaĢamıĢ Baba 
Tahir  və  Qətran  Təbrizinin  Ģerlərində  çəkilir. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
Əsaslı  Ģəkildə  təkmilləĢməsi  Azərbaycan  musiqi 
tarixinə  mahir  tarzən,  böyük  novator  sənətkar 
kimi  düĢmüĢ  Mirzə  Sadıq  Əsəd  oğlunun  adı  ilə 
bağlıdır.  Ona  qədər  tarın  beĢ  simi  olmuĢdur.  O, 
kök  və  zəng  simləri  əlavə  etmiĢ,  qolda  22  pərdə 
saxlayaraq,  onların  yerini  dürüstləĢdirmiĢ,  alətin 
tez-tez  kökdən  düĢməməsi  üçün  gövdəyə  daxili 
tərəfdən  ―iç  qol‖  pərçim  etmiĢdir.  Çəkicə 
yüngülləĢmiĢ  tar  əvvəlki  kimi  diz  üstündə  deyil, 
sinə  üstündə  tutulmuĢdur.  Bununla  da  tarın 
texniki  imkanları  çox  geniĢlənmiĢdir.  Mirzə 
Əsədin tarı tez zamanda ölkəmizin hüdudlarından 
da  kənarda  yayılmıĢdır.  Onu  artıq  ―Azərbaycan 
tarı‖ adlandırmağa baĢlamıĢlar. 
Tara  üstdən  baxdıqda  onun  gövdəsi  səkkiz 
rəqəmini  xatırlayır,  böyük  və  kiçik  çanaq 
hissələrə  ayrılır.  Nisbətən  uzun  qoluna  22  pərdə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
bağlanır.  Alətin  11  metal  simi  vardır.  Onlar 
rənginə  görə  ağ  (polad  qarıĢığı  olan  metaldan 
hazırlanır),  sarı  (bürüncdən))  və  qırmızı  (ağ 
simlərin üzərinə qırmızımtıl və ya sarımtıl bürünc 
tel sarınır) simlər adlanır. Ən aĢağıda yerləĢən iki 
qoĢa (ağ və sarı) sim əsas simlər sayılır, çünki ifa 
olunan  əsərin  melodiyası  onlarda  səslənir.  Sonra 
qoĢa – qırmızı (bəzən sarı) və ağ (onun yerinə sarı 
sim  də  bağlana  bilər)  simlərdən  ibarət  olan  kök 
(dəm)  simlər,  ondan  da  yuxarıda  qalın  qırmızı  - 
bəm  kök,  ton  sim  yerləĢir.  Kök  simlərdən  yuxarı 
iki  cüt  ağ  sim  –  zəng  (cinginə)  simlər  bağlanır. 
Əsas  və  zəng  simlər  kəllədə  yerləĢən  6  iri,  kök 
simlər  isə  kiçik  aĢıqlara  sarınır.  QoĢa  ağ,  sarı  və 
zəng  simlər  daimi  kökə  malikdirlər.  Üç  kök 
simlər  isə  ifa  olunan  muğam  və  ya  əsərin  lad 
əsasından 
asılı 
olaraq, 
müxtəlif 
ucalığa 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
köklənirlər. Çalğı zamanı müxtəlif mizrab vurma 
üsullarından istifadə olunur. 
Ürəklərə fərəh gətirən, insanı xəyala dalmağa 
vadar edən həzin və həm də füsunkar səsli qədim 
kamança  bir  simli  olub,  uzun  qola  və  dayağa 
malik  idi.  Hazırda  onun  dörd  simi  vardır. 
Onlardan 3-cü və 4-cü bəm simlər mis və bürünc 
tellə sarınmıĢdır. Simlər zoğal ağacındın hazırlan-
mıĢ  bir  qədər  əyilmiĢ  çubuq  Ģəklində  olan  və 
uclarına  at  tükü  dəsti  bağlanan  kamanla  çalınır. 
Əsasən  qoz  ağacından  hazırlanan  kürə  Ģəkilli 
çanaqdan,  girdə  qoldan,  onları  birləĢdirən  və 
çanağın  içərisindən  keçən  ―ĢiĢ‖  adlanan  dəmir 
mildən  ibarətdir.  Çanağın  açıq  tərəfinə  nərə 
balığının  dərisi  çəkilir.  Onun  üzərində  çəp 
vəziyyətdə  qoyulmuĢ  xərək  yerləĢdirilir.  Xərəyə 
söykənən  simlərin  bir  ucları  ĢiĢ  üzərindəki 


Yüklə 4,18 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə